Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-404/2024 06.04.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlu, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış 2587,75 manat borcun silinməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra iddiaçı) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra mətndə-cavabdeh) qarşı “əsassız hesablanmış 2587,75 manat borcun silinməsi” tələbi üzrə məhkəməyə müraciət etmişdir. İddiaçı ilə X8 xx.xx.1992-ci il tarixdə nikaha daxil olmuş, X8 xx.xx.2021-ci il tarixdə vəfat etmiş, sonuncunun vərəsəsi olaraq İddiaçı adına Mingəçevir Asan Xidmətinin Notariat ofisi tərəfindən xx.xx.2021-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Şəki rayonu Sarıca kəndində yerləşən mağaza **********11124 abonent nömrəsi ilə Alxas İsmayılovun adına qeydə alınmış, Alxas İsmayılovun ********** nömrəli VÖEN olmuş, həmin VÖEN sonuncunun vəfat etməsi səbəbi ilə xx.xx.2022-ci il tarixdə ləğv edilmişdir. İddiaçı ərizəsində bildirir ki, mərhum əri X6 məxsus Şəki rayonu Sarıca kəndində yerləşən ticarət obyektində elektrik enerjisindən istifadə edilməsi ilə əlaqədar 2009-cu ildə texniki şərt verilmiş və bundan sonra obyektə sayğac quraşdırılmışdır. Mərhum əri xx.xx.2021-ci il tarixdə vəfat etmiş, vəfat etməmişdən öncə xəstə olmuş və xəstəliyi ilə əlaqədar ona məxsus obyekti işlədə bilməmiş və bu səbəbdən həmin obyekt 2020-ci ildən fəaliyyətini dayandırmışdır. Mərhum ərinə məxsus obyektdə quraşdırılmış sayğac istismar müddəti bitdiyindən xx.xx.2017-ci il tarixdə ******* nömrəli sayğacla əvəz edilmişdir. Həmin sayğacın göstəricisi xx.xx.2021-ci il tarixinə qədər hər ay oxunmuş və ödəniş vərəqi təqdim edilmişdir. Hər ay həmin ödəniş vərəqinə uyğun olaraq ödənişləri etmişlər. Mərhum ərinin istifadəsində olan sayğac obyektin qabağında küçədə quraşdırılmış və 2021-ci ilin noyabr ayının sonlarında həmin sayğac X9 əməkdaşları tərəfindən xəbərləri olmadan götürülərək başqa ünvanda istifadə edilmişdir. Bundan xəbər tutduqdan sonra şikayət etmişlər, həmin sayğacın blombu qırıq vəziyyətdə gətirib yerinə qoymuşlar. Sonradan sayğacın üzərində 2587,75 manat borc olduğunu bilmişlər. Sayğac yerində olmadığına görə də 203 gün ərzində nəzarətçi tərəfindən sayğac oxunmamış, həmin günlərə görə 23525 kvts sərfiyyat (2587,75 manat) qeydinin aşkar edildiyi bildirilmişdir. Sayğacı qanunsuz olaraq çıxardığına və başqa yerdə quraşdıraraq elektrik enerjisindən istifadə edildiyinə görə əraziyə xidmət edən nəzarətçi mühəndis intizam tənbehi ilə cəzalandırılmış və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Qanunsuzluğun araşdırılması üçün Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini X3 Filialına müraciət edilmiş və həmin orqan 01 may 2023-cü il tarixli məktubu ilə mənə bildirilmişdir ki, 2021-ci ilin noyabr ayına qədər obyektdə sərf olunmuş orta aylıq elektrik enerjisi onu deməyə əsas verir ki, təqribən 7 ay ərzində (xüsusən obyektin fəaliyyət göstərmədiyi müddətdə) sayğac üzrə yaranmış 23525 kvt.st elektrik enerjisi real deyil. Göründüyü kimi fəaliyyət göstərməyən obyektdə bu qədər elektrik sərfiyyatının olması mümkün deyil. Ona görə də hesab edir ki, əsassız hesablanmış 2587,75 manat məbləğ silinməlidir. Cavabdeh etirazında bildirir ki, iddiaçının mərhum ərizə məxsus olmuş mağazada **********11124 (**********2) saylı kod altında istehlakçı Alxas İsmayılovun adına quraşdırılmış sayğac üzrə ümumilikdə 3354,64 manat borc olmuş, iddiaçı tərəfindən 721 manat ödəniş edilmişdir. xx.xx.2023-cü il tarixdə sayğac yenisi ilə əvəz edilmiş, sayğacın alınması və quraşdırılması üçün 281 manat hesabta işlənmişdir. İddiaçı tərəfindən fəaliyyətinin dayandırılması barədə məlumatı həqiqətə uyğun deyildir. Elektrik sayğacının çıxarılaraq başqa ərazidə quraşdırılması və sonradan gətirilərək əvvəlki yerində quraşdırılması faktı əsassızdır. Lakin xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, yəni 7 ay müddət üçün sayğacın üzərində olan göstəricilər vaxtında oxunmadığına görə əraziyə xidmət edən nəzarətçi-mühəndis intizam təhbehi verilərək cəzalandırılmış və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Ona görə də ümumilikdə 2912 manat məbləğində borc cavabdehin hesabına ödənilməlidir. Məhkəmənin sorğusuna cavab olaraq Enerji Məsələləri X3 filialı xx.xx.2024-cü il tarixli məktubunda bildirmişdir ki, “Elektrik enerjisindən istifadə Qaydaları”nın (bundan sonra mətndə-Qaydalar) 8.2-ci bəndinə əsasən enerji təchizatı müəsissəsi tərəfindən uçot cihazlarının hesablaşma dövründəki göstərişlərnə əsasən aparılmış hesablaşma barədə istehlakçıya (hesab) təqdim edilməli olduğu halda bunu etmədiyi vəziyyətdə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (203 gün) ərzində Şəki rayonu Sarıca kəndində yerləşən iddiaçının mərhum ərinin adına olan mağazada hər hansı bir real elektrik enerjisi sərfinin olması ehtimal olunmur. Çünki həmin dövrdə mağaza fəaliyyət göstərməmiş, bu fakt işdə olan xx.xx.2023-cü il tarixli AERA/30-0062 nömrəli aktla təsdiq edilir. Abonentin enerji hesabatından və xx.xx.2023-cü il tarixli AERA/30/0062 nömrəli aktdan məlum olur ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi həmin obyektdə sərf olunan elektrik enerjisinin miqdarı cəmi 17 kvt.st olmuş, bundan sonrakı dövrdə enerji sərfi olmamışdır. X1 nümayəndələri tərəfindən xx.xx.2022-ci il tarixdə hesabata daxil edilmiş sayğacın 31929 göstəricisi yanlışdır. Belə ki, həmin tarixdən 4 ay sonra xx.xx.2023-ü il tarixdə onlar tərəindən həmin sayğaca baxış keçirilərkən göstəricisinin 31906 olduğu məlum olmuşdur. İş materiallarında olan Alxas İsmayılovun adına olan **********11124 nömrəli abonent haqqında məlumatdan müəyyən edilir ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (203 gün) ərzində Şəki rayonu Sarıca kəndində yerləşən maağazanın sayğacı X5 nəzarətçisi tərəfindən oxunmamış, bildiriş həmin abonent haqqında məlumatlara əlavə edilməmişdir. Həmin məlumatda xx.xx.2017-ci il tarixdən başlayaraq sərfiyyat aylıq olaraq 15-50 manat arası, xx.xx.2020-ci il tarixdə 111 manat olmuş, xx.xx.2024-cü il tarixədək hər hansı bir sərfiyyat olmamışdır. Azərişıq ASC-nin X7 Təchizatı və Satışı İdarəsinin xx.xx.2024-cü il tarixli 2/13-0616 nömrəli məktubunda bildirir ki, Şəki rayonu Sarıca kəndində yerləşşən İddiaçı istifadəsində olan X6 məxsus abonent kodu **********2 nömrəli ticarət obyektinin 7 (yeddi) ay ərzində ehtimal olunan sərfiyyatı 3281 kVt.st, dəyəri 360,91 manat təşkil edir. İddiaçı xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək enerji sərfiyyatına görə 361 manat ödəniş etmək müqabilində smart sayğac ilə təmin olunmasına razıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsininn 284-5.1-ci maddəsinə əsasən rəsmi qaydada bildiriş xx.xx.2023-cü il tarixdə cavabdehin elektron kabinetində yerləşdirilmiş və 10 gün ərzində etirazını məhkəməyə təqdim etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Akt, arayış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə ilkin olaraq qeyd edir ki, iş üzrə İddiaçı ilə X8 xx.xx.1992-ci il tarixdə nikaha daxil olmuş, X8 xx.xx.2021-ci il tarixdə vəfat etmiş, sonuncunun vərəsəsi olaraq İddiaçı Əi qızının adına Mingəçevir Asan Xidmətinin Notariat ofisi tərəfindən xx.xx.2021-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Şəki rayonu Sarıca kəndində yerləşən mağaza **********11124 nömrəli abonent nömrəsi ilə Alxas İsmayılovun adına qeydə alınmış, Alxas İsmayılovun ********** nömrəli VÖEN olmuş, həmin VÖEN sonuncunun vəfat etməsi səbəbi ilə xx.xx.2022-ci il tarixdə ləğv edilmişdir. Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli 2-2(102)696/2021 nömrəli Qərarının 26-cı bəndində nümayiş etdirdiyi mövqeyə uyğun olaraq qeyd edilməlidir ki, Alxas İsmayılovun ölməsi nəticəsində onun hüquq və vəzifələri vərəsəlik qaydasında arvadı İddiaçı keçmiş, mübahisə predmet olan mağazanın mülkiyyət və digər sənədləri təqdim edilməsə də, həmin mağaza sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi obyekti olduğundan, həmçinin vərəsə mərhum ərinin sahibkarlıq fəaliyyəti nəticəsində enerji təchizatı müəsissəsi ilə arasında olan mübahisənin tərəfi olaraq çıxış etdiyindən və iddiaçının VÖEN-i olmasa da, məsələnin mahiyyətində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məsələ dayandığından hazırkı işə kommersiya məhkəməsi tərfindən baxılır. Məhkəmə tərəflər arasında yaranmış mübahisənin vəziyyəti baxımından qeyd edir ki, iddiaçının mərhum ərinə məxsus mağazada quraşdırılmış sayğac xx.xx.2021-ci il tarixdək mütəmadi oxunmuş və müvafiq göstəricilər abonent hesaba daxil edilmiş, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, yəni 7 ay müddət üçün müvafiq nəzarətçi tərəfindən oxunmamış və bildiriş hesaba daxil eilməmişdir. İddiaçının mülahizələrinə uyğun olaraq sayğacın həmin mağazadan çıxarılaraq başqa ərazidə istifadə edilməsi ilə bağlı irəli sürülən arqumentlər sübuta yetirilmir, cavabdeh isə qeyd edilən sayğac göstəricilərinin 7 ay ərizndə oxunması vəzifəsi daşıyan şəxsin bu vəzifələri icra etməməsi ilə bağlı intizam məsuliyyətinə cəlb edildiyini qeyd edir. . Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın (bundan sonra mətndə Qaydalar): 7.6. Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. 8.2. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. 8.4. Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. 8.8. Enerjitəchizatı müəssisəsinin təqsiri olmadan, dövlət elektroenergetika müəssisəsilə enerjitəchizatı müəssisəsi arasındakı hesablaşma elektrik sayğacının işi pozulduqda, elektrik enerjisinə görə hesablaşma tərəflərin razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğacının normal işi dövlət elektroenergetika müəssisəsi tərəfindən bərpa olunmalıdır. 8.14. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. 8.16. İstehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. 8.17. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.19. İstehlakçı (məişət abonenti istisna olmaqla) elektrik enerjisinin alqı-satqı müqaviləsindəki enerji sərfinin göstəricilərini artırmaq və ya azaltmaq istədikdə, o bu barədə enerji-təchizatı müəssisəsinə bir ay əvvəl müraciət etməlidir. Enerjitəchizatı müəssisəsi istehlakçının müraciətinə on gün ərzində baxır və razılıq verdikdə elektrik enerjisinin alqı-satqı müqaviləsində uyğun dəyişikliklər edir. 10.18.9-2. elektrik qurğularının etibarlı və təhlükəsiz istismarını və elektrik enerjisindən qənaətlə istifadə olunmasını təmin etmək üçün enerjitəchizatı müəssisəsi bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla istehlakçıların (o cümlədən məişət abonentinin) elektrik sayğaclarının və sayğacların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə üç ayda bir dəfədən az olmayaraq onlara baxış keçirməyə borcludur. Məhkəmə qeyd edir ki, sayğacla bağlı aylıq baxışın keçirilməsi və bildirişi müvafiq ödəniş üçün istehlakçıya təqdim edilməsi cavabdehin vəzifəsi olaraq qeyd edilir, lakin cavabdeh öz vəzifələrini vaxtında icra etməmiş və 7 aylıq müddət üçün isehlakçıya hər hansı bir ödənişlə bağlı bildiriş verməmişdir. Cavabdeh buna məsuliyyət daşıyan şəxslərin cəzalandırıldığını qeyd edir. Buna baxmayaraq iddiaçı tərəfindən irəli sürülən arqument odur ki, sayğac həmin 7 ay müddətində mağazadan çıxarılaraq başqa ərazidyə aparılaraq orada istifadə edilmişdir. Bu fakt qanunla müəyyən edilmiş sübutlarla tam təsdiq edilmir. Məhkəmə cavabdeh təşkilatın iddiaçının ən çox enerji sərfiyyatı xərclədiyi dövr üzrə yenidən hesablama apararaq, İddiaçı istifadəsində olan X6 məxsus abonent kodu **********2 nömrəli ticarət obyektinin 7 (yeddi) ay ərzində ehtimal olunan sərfiyyatı 3281 kVt.st, dəyəri 360,91 manat təşkil etdiyini bildirmiş, iddiaçı da bu halla razılaşmış və bununla bağlı xx.xx.2024-cü il tarixə məhkəməyə ərizə göndərərək razılığını bildirmişdir. İddiaçı ərizəsində qeyd edir ki, borcu ödəməyə həmin sayğacının smart sayğacla (kartla) təmin edilməsini xahiş edir. Cavabdeh gələcəkdə bu halı nəzərə almalıdır. Məhkəmə iddiaçının onun mərhum ərinə məxsus mağazada quraşdırılmış sayğacda xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, yəni 7 ay müddət üçün ehtimal olunan sərfiyyatı 3281 kVt.st, dəyəri 360,91 manat təşkil etməsi ilə bağlı tərəflərin ortaq razılıqlarını nəzərə alıb iddia tələbini tərəflərin razılığa gəldiyi hissədə, yəni cavabdeh "xxxx" ASC tərəfindən **********11124 nömrəli abonent hesaba qeyd edilmiş enerji sərfiyyatına görə hesablanmış 2587,75 manat məbləğin 2 226,84 manat hissəsinin silinməsi nəticəsində gəlir. İddiaçının tələbdə qeyd edilən hissə üzrə yekun borcunun 360,91 manat olmasını qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddiaçı məhkəməyə müraciət edərkən mediasiya sessiyası üçün ödədiyi vəsaitin cavabdehdən tutulması ilə bağlı hər hansı bir tələb irəli sürməmişdir. Bu səbəbdən məhkəmə iddiaçının tələbini əsas tutaraq cavabdehdən ödənilən mediasiya xərcini tutmamışdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı mərhum əri X2 **********11124 (**********2) nömrəli abonent hesabına cavabdeh "xxxx" ASC tərəfindən enerji sərfiyyatına görə hesablanmış 2587,75 manat məbləğin 2226,84 manat hissəsi silinsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-404/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-404/2024
06.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver