Məhkəmə qərarları › İş №e-2-2(117)-42/2025

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-42/2025

28.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-42/2025 28.01.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçı “X6 Olmayan Kredit Təşkilatı” ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “X6 Olmayan Kredit Təşkilatı” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “cavabdehdən iddiaçının xeyrinə xx.xx.2022-ci il tarixli, KM/801/5200860/180822 nömrəli kredit müqaviləsi üzrə 22,592.46 manat, faiz üzrə 2,177.10 manat, cərimə üzrə 603.81 manat olmaqla, ümumilikdə, 25,373.37 manat məbləğində borcun, həmçinin, dövlət rüsumu olaraq ödənilmiş 166,20 manat məbləğində vəsaitin tutulması, tutmanın ipotekaya qoyulmuş ünvan 1i ünvanında yerləşən və Cavabdeh mülkiyyətində, sahəsi 0.06 ha olan torpaq sahəsi (reyestr nömrəsi: **********75, qeydiyyat nömrəsi: **********) və ünvan 1i ünvanında yerləşən, X2 mülkiyyətində, sahəsi 0.03 ha olan torpaq sahəsinə (reyestr nömrəsi: **********21, qeydiyyat nömrəsi: **********) yönəldilməsi və ipoteka predmeti olan əmlakın açıq hərracda satılması, tələbin hərrac nəticəsində əldə ediləcək vəsaitə yönləndirilməsi” barədə tələbinə dair iddia ərizəsinə məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “X6 Olmayan Kredit Təşkilatı” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “cavabdehdən iddiaçının xeyrinə xx.xx.2022-ci il tarixli, KM/801/5200860/180822 nömrəli kredit müqaviləsi üzrə 22,592.46 manat, faiz üzrə 2,177.10 manat, cərimə üzrə 603.81 manat olmaqla, ümumilikdə, 25,373.37 manat məbləğində borcun, həmçinin, dövlət rüsumu olaraq ödənilmiş 166,20 manat məbləğində vəsaitin tutulması, tutmanın ipotekaya qoyulmuş ünvan 1i ünvanında yerləşən və Cavabdeh mülkiyyətində, sahəsi 0.06 ha olan torpaq sahəsi (reyestr nömrəsi: **********75, qeydiyyat nömrəsi: **********) və ünvan 1i ünvanında yerləşən, X2 mülkiyyətində, sahəsi 0.03 ha olan torpaq sahəsinə (reyestr nömrəsi: **********21, qeydiyyat nömrəsi: **********) yönəldilməsi və ipoteka predmeti olan əmlakın açıq hərracda satılması, tələbin hərrac nəticəsində əldə ediləcək vəsaitə yönləndirilməsi” barədə tələbinə dair iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddia tələbini müdafiə edirlər və təmin edilməsini məhkəmədən xahiş edir. Hüquqşünas olmadığını, hüquqşünaslarının Bakı ofisində olduğunu bildirdi. Keçən məhkəmə iclasından sonra ona iddia ərizəsində düzəlişlər edilməsi barədə fikirlərini bildirmişdir. Məbləğ hissədə düzəlişlər edilsə də, cavabdehin həyat yoldaşı X3 pretenziya və iddia ərizəsinin göndərilməməsi, iş üzrə cavabdeh kimi icraata cəlb edilməməsi barədə ona məlumat verilmədiyini bildirdi. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. İddia ərizəsinin mahiyyətindən və “xahiş” hissəsindən göründüyü kimi iddiaçı tərəf iddia tələbini hazırkı işə cavabdeh qismində cəlb etmiş olduğu Cavabdeh başqa X3 qarşı da yönəltmiş olsa da, həmin şəxsi cavabdeh qismində cəlb etməmiş və hazırkı iş barədə həmin şəxsə hər hansısa məlumat verməmişdir. Sədrlik edən məhkəmə hazırlıq iclasında bu barədə iddiaçının nümayəndəsinə məlumat versə və digər şəxsidə tərəf kimi işə əlavə etmələrini izah etsə də, iddiaçı tərəf xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək X3 qarşı “tutmanın ipotekaya qoyulmuş ünvan 1i ünvanında yerləşən, X2 mülkiyyətində, sahəsi 0.03 ha olan torpaq sahəsinə (reyestr nömrəsi: **********21, qeydiyyat nömrəsi: **********) yönəldilməsi”ni xahiş etmişdir. Göründüyü kimi məhkəmə tərəfindən iddiaçı tərəfə cavabdeh qismində cəlb edilmiş şəxsə münasibətdə iddia tələbində uyğunsuzluğun olduğu, işə mahiyyəti üzrə baxılması üçün həmin halın aradan qaldırılması bildirilmiş, lakin iddiaçı tərəf bu nöqsanı aradan qaldırmamışdır. Bu səbəbdən hazırda işə mahiyyəti üzrə baxılması mümkün olmadığından məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılsın. Belə ki, MPM-in: 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir. 259.0.12. ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. 260.5. Məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. 260.6. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı “X6 Olmayan Kredit Təşkilatı” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “cavabdehdən iddiaçının xeyrinə xx.xx.2022-ci il tarixli, KM/801/5200860/180822 nömrəli kredit müqaviləsi üzrə 22,592.46 manat, faiz üzrə 2,177.10 manat, cərimə üzrə 603.81 manat olmaqla, ümumilikdə, 25,373.37 manat məbləğində borcun, həmçinin, dövlət rüsumu olaraq ödənilmiş 166,20 manat məbləğində vəsaitin tutulması, tutmanın ipotekaya qoyulmuş ünvan 1i ünvanında yerləşən və Cavabdeh mülkiyyətində, sahəsi 0.06 ha olan torpaq sahəsi (reyestr nömrəsi: **********75, qeydiyyat nömrəsi: **********) və ünvan 1i ünvanında yerləşən, X2 mülkiyyətində, sahəsi 0.03 ha olan torpaq sahəsinə (reyestr nömrəsi: **********21, qeydiyyat nömrəsi: **********) yönəldilməsi və ipoteka predmeti olan əmlakın açıq hərracda satılması, tələbin hərrac nəticəsində əldə ediləcək vəsaitə yönləndirilməsi” barədə tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar