Məhkəmə qərarları › İş №e-2-2(117)-424/2022

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-424/2022

07.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-424/2022 07.04.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “26874,66 manat borcun, 15 manat ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün dövlət rüsumunun və 30 manat xidmət haqqının və 200 manat mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi, tutmanın ipotekaya qoyulmuş ünvan 1də istifadədə olan 0,09105 ha torpaq sahəsində yerləşən 15a nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 3-cü mərtəbəsindəki 5 otaqlı ümumi sahəsi 85,28 kv.m olan 19 nömrəli mənzilə yönəldilməsi, ipoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmeti hərracda satıldıqda Cavabdeh həmin mənzildən çıxarılması və həmin mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsinə baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “26874,66 manat borcun, 15 manat ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün dövlət rüsumunun və 30 manat xidmət haqqının və 200 manat mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi, tutmanın ipotekaya qoyulmuş ünvan 1də istifadədə olan 0,09105 ha torpaq sahəsində yerləşən 15a nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 3-cü mərtəbəsindəki 5 otaqlı ümumi sahəsi 85,28 kv.m olan 19 nömrəli mənzilə yönəldilməsi, ipoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmeti hərracda satıldıqda Cavabdeh həmin mənzildən çıxarılması və həmin mənzilin boşaldılması” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı iddia ərizəsini tərtib edərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərini pozaraq iddia ərizəsinin forma və məzmununda yanlışlıqlara yol vermiş, iddia ərizəsində cavabdeh qismində yalnız Cavabdeh qeyd etmişdir. Halbuki iddia tələbinin “tutmanın ipotekaya qoyulmuş ünvan 1də istifadədə olan 0,09105 ha torpaq sahəsində yerləşən 15 a nömrəli, 5 mərtəbəli binanın 1ci girişində, 3-cü mərtəbəsindəki 5 otaqlı ümumi sahəsi 85,28 kv.m olan 19 nömrəli mənzilə yönəldilməsi” hissəsi həmin daşınmaz əmlakın mülkiyyətçisi olan (həmin şəxsin mülkiyyət hüququ iş materiallarında olan MH seriyalı ******* nömrəli DƏDRX-dən çıxarışla təsdiq olunur) X1 qarşı yönəldilməli və həmin şəxs cavabdeh qismində qeyd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan əlavə, qanunvericilikdə və tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin cavabdehə çatdırılması ilə bağlı tələb müəyyən edilmişdir. Belə ki, iş materiallarında mediasiyanın keçirilməməsi ilə bağlı arayış olsa da, iddiaçı tərəfindən mediasiya prosesində iştirak barədə təklifin Cavabdeh göndərilməsini təsdiq edən sənəd iş materiallarına əlavə edilməmiş, pretenziya məktubu isə ona lazımi qaydada çatdırılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: MPM-in 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. MPM-in: 150.1.4. bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd; 150.1.6. müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə sənədlər əlavə edilir. Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2021-ci il tarixli 1403 nömrəli Fərmanına əsasən MPM-in 150.2-ci maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X2 Sistemi nəzərdə tutulur. Qeyd edilən halların hər biri ayrılıqda hazırkı ərizənin və ona əlavə edilmiş sənədlərin qaytarılması üçün əsaslardır və MPM-də bununla bağlı hallar sadalanmışdır. Məhkəmə tərəfindən iddiaçının diqqətinə çatdırılır ki, iddia ərizəsində iddia tələbinə uyğun olaraq cavabdehlərin dairəsi dəqiq müəyyən edilməli, cavabdehlərə qarşı yönəldilən tələblər aydın şəkildə ifadə edilməlidir. Həmçinin, Cavabdeh mediasiya prosesində iştirak barədə təklif, pretenziya məktubu, X1 isə mediasiya prosesində iştirak barədə təklif, pretenziya məktubu və iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qanunvericiliklə nəzərdə tutulmuş qaydada (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilməklə) çatdırılmalı və bunu təsdiq edən sənədlər iddia ərizəsinə əlavə edilməlidir. Yuxarıda göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra Mülki Prosessual Məcəllənin hazırda qüvvədə olan müddəalarının (149 və 150-ci maddələrinin) tələblərinə riayət etməklə yenidən ümumi qaydada məhkəməyə müraciət edə bilər. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “26874,66 manat borcun, 15 manat ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün dövlət rüsumunun və 30 manat xidmət haqqının və 200 manat mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi, tutmanın ipotekaya qoyulmuş ünvan 1də istifadədə olan 0,09105 ha torpaq sahəsində yerləşən 15a nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 3-cü mərtəbəsindəki 5 otaqlı ümumi sahəsi 85,28 kv.m olan 19 nömrəli mənzilə yönəldilməsi, ipoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmeti hərracda satıldıqda Cavabdeh həmin mənzildən çıxarılması və həmin mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar