Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-425/2024 14.03.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Şəki Kommersiya Məhkəməsinin hakimi Məcidov Rüfət Azadəli oğlu, iddiaçı X1 Cavabdeh İB-yə qarşı “Qəbələ şəhəri, Elşən Kərimov küçəsində yerləşən qeyri yaşayış sahəsinin (“Bizim kafe”) **********00000 saylı abonent koduna vurulmuş xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında hesablanan 7992 manat borcun silinməsi” barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı X2 Cavabdeh İB-yə qarşı “Qəbələ şəhəri, Elşən Kərimov küçəsində yerləşən qeyri yaşayış sahəsinin (“Bizim kafe”) **********00000 saylı abonent koduna vurulmuş xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında hesablanan 7992 manat borcun silinməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizə və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, hazırki iş üzrə iddia tələbinin borcun silinməsi hissəsi üzrə ödənilməli dövlət rüsumu xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən iddianın qiymətinə uyğun olaraq 99,92 manat təşkil edir. Hazırki iş üzrə iddiaçı 7992 manat borcun silinməsini tələb edir ki, bu tələbə görə ödənilməli olan dövlət rüsumu 99,92 manat təşkil edir. Buna baxmayaraq iddiaçı tərəfindən həmin məbləğin dövlət büdcəsinə ödənilməsi təmin edilməmişdir. Eyni zamanda məhkəmə iddiaçının istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə rüsumdan azad olması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, həmin müddəa şəxsi tələbatının ödənilməsi ilə bağlı istehlak hüquqlarına aiddir ki, bu norma sahibkar subyektinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı istehlakını nəzərdə tutmur. Belə ki, istehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən istehlakçı şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir. Göründüyü kimi istehlakçı məhz şəxsi tələbatını ödəmək üçün mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir. Hazırki iş üzrə isə təbii qazın verilməsi iddiaçının şəxsi tələbatını ödəmək üçün deyil, onun sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu kafeyə göstərilən xidmətdir ki, ərizəçi sahibkarlıq fəaliyyətini həyata keçirərək mənfəət götürmək məqsədi ilə təbii qazdan istifadə edir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə iddia ərizəsinin verilməsi üçün iddiaçı dövlət rüsumunu ödəməkdən istehlakçıların hüquqlarının müdafiəsi əsası ilə azad deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə tərəfindən iddiaçının diqqətinə çatdırılır ki, yuxarıda göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı X1 Cavabdeh İB-yə qarşı “Qəbələ şəhəri, Elşən Kərimov küçəsində yerləşən qeyri yaşayış sahəsinin (“Bizim kafe”) **********00000 saylı abonent koduna vurulmuş xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında hesablanan 7992 manat borcun silinməs” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov.
Məhkəmə qərarları › İş №e-2-2(117)-425/2024
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-425/2024
14.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver