Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-427/2025 01.04.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehdən 52325 manat pul və ödənilmiş 247 manat dövlət rüsumu olmaqla, ümumilikdə 52572 manat pulun alınaraq iddiaçıya ödənilməsi” tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “cavabdehdən 52325 manat pul və ödənilmiş 247 manat dövlət rüsumu olmaqla, ümumilikdə 52572 manat pulun alınaraq iddiaçıya ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilsə də, İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddiaçını tanımır, iddianın onunla hər hansısa əlaqəsi yoxdur. Heç kimdən pul almamışdır. Məhkəmədən köməklik göstərilməsini xahiş etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında buna münasibətdə bildirdi ki, hüquqlarını müdafiə etdiyi İddiaçı ilə telefonla əlaqə saxlamış, məhkəmə iclasında iştirak edən iş üzrə cavabdeh olan Cavabdeh şəklini ona göndərmişdir. Elçin pulu verdiyi şəxsin o olmadığını bildirmişdir. Cavabdehi düzgün seçmədiklərindən iddia ərizəsinin geri götürülməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. Və bununla bağlı ərizəsini məhkəməyə təqdim etdi. İddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinin geri aytarılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini araşdırıb hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Hazırki iş üzrə iddiaçı iddia ərizəsinin qaytarılması barədə ərizə ilə məhkəməyə müraciət etdiyindən məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Məhkəmə iddiaçı tərəfindən Hökumət ödəniş portalında və ya AsanPay vasitəsilə xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 247 manat məbləğində dövlət rüsumunun geri qaytarılmasına münasibətdə bildirir ki, MPM-in 114.1.3-cü maddəsinə uyğun olaraq bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “cavabdehdən 52325 manat pul və ödənilmiş 247 manat dövlət rüsumu olmaqla, ümumilikdə 52572 manat pulun alınaraq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı tərəfindən Hökumət ödəniş portalında və ya AsanPay vasitəsilə xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 247 manat dövlət rüsumu özünə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-427/2025
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-427/2025
01.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver