Məhkəmə qərarları › İş №e-2-2(117)-428/2025

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-428/2025

18.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-428/2025 18.03.2026 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 MMC-yə, Cavabdeh7, Cavabdeh8 ASC-yə, Cavabdeh9 MMC-yə, Cavabdeh10 qarşı “kredit müqaviləsi üzrə borc və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair işə məhkəmənin binasında məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 MMC-yə, Cavabdeh7, Cavabdeh8 ASC-yə, Cavabdeh9 MMC-yə, Cavabdeh10 qarşı “cavabdehlər “xxxx" MMC, Cavabdeh6 MMC Cavabdeh9 MMC, "xxxx" ASC, Cavabdeh10, Cavabdeh2 və Cavabdeh5 birgə qaydada K4805/05 saylı kredit müqaviləsinə əsasən 953,786.23 ABŞ dolları əsas borc, 169,096.45 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 1,122,882.68 ABŞ dolları məbləğində borcunun İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tutmanın aşağdıka əmlaklara yönəldilməsi, aşağıda sadalanan əmlakların ilkin satış qiymətilərinin qeyd edilən qiymətlər müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin İddiaçı ASC-yə olan öhdəliklər üzrə borclarının ödənilməsinə yönəldilməsi; 1. Cavabdeh2 mülkiyyətində olan Ünvan 1ndə yerləşən 3.7642 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Reyestr nömrəsi: **********58, qeydiyyat tarixi: xx.xx.2023, qeydiyyat nömrəsi: **********) ilkin satış qiyməti 59,400 (əlli doqquz min dörd yüz) manat; 2. Cavabdeh3 oğlunun mülkiyyətində olan Ünvan 1ndə yerləşən 1.34 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Reyestr nömrəsi: **********57, qeydiyyat tarixi: xx.xx.2023, qeydiyyat nömrəsi: **********), ilkin satış qiyməti 20,900 (iyirmi min doqquz yüz) manat; 3. Cavabdeh7 mülkiyyətində olan Ünvan 2ndə yerləşən 0.12 ha torpaq sahəsi və üzərində yerləşən 2121.9 kv.m qeyri-yaşayış binası (Reyestr nömrəsi: **********08-06301, qeydiyyat tarixi: xx.xx.2023, qeydiyyat nömrəsi: **********), ilkin satış qiyməti 540,000 (beş yüz qırx min) manat; 4. Cavabdeh5 mülkiyyətində olan Ünvan 2ndə yerləşən 0.13 ha torpaq sahəsi və üzərində yerləşən 301.7 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisə (Reyestr nömrəsi: **********42-12301, qeydiyyat tarixi: xx.xx.2023, qeydiyyat nömrəsi: **********), ilkin satış qiyməti 108,000 (bir yüz səkkiz min) manat; 5. Cavabdeh4 mülkiyyətində olan Ünvan 3ndə yerləşən 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 253.9 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binası (Reyestr nömrəsi: **********18-06301, qeydiyyat tarixi: xx.xx.2023, qeydiyyat nömrəsi: **********), ilkin satış qiyməti 120,000 (bir yüz iyirmi min) manat; 6. Cavabdeh10 mülkiyyətində olan Ünvan 4 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 342.6 kv.m ümumi sahədən ibarət 12 nömrəli fərdi yaşayış evi (Reyestr nömrəsi: **********35-10301, qeydiyyat tarixi: xx.xx.2023, qeydiyyat nömrəsi: **********), ilkin satış qiyməti 65,000 (altmış beş min ) manat; 7. AZNUTS MMC-nin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 3.1071 ha torpaq sahəsi və üzərində yerləşən 3937.4 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisə (Reyestr nömrəsi: Dövlət rüsumunun ödənilməsi haqqında məlumat **********64-12301, qeydiyyat tarixi: xx.xx.2023, qeydiyyat nömrəsi: **********), ilkin satış qiyməti 2,030,000 (iki milyon otuz min) manat; 8. Cavabdeh6 MMC-nin mülkiyyətində olan Ünvan 5 ünvanda yerləşən 26 adda avadanlıqlar 1( ədəd fındıq qaldıran elevator, 1 ədəd fındıq ötürücü lent, 2 ədəd fındığın 1-ci kalibrovkası, 1 ədəd fındığın 2-ci kalibrovkası, 1 ədəd hava təmizləyici fan, 1 ədəd fındığın 3-cü kalibrovkası, 1 ədəd qırılmış fındığı ləpədən ayıran fan, 1 ədəd qırma daşı 1., 1 ədəd qırmac daşı 2., 1 ədəd ləpə bunkeri (16 ton), 1 ədəd elektrik şiti, 1 ədəd 1-ci ləpə kalibrovkası, 1 ədəd 2-ci ləpə kalibrovkası, 1 ədəd 2-ci ləpə kalibrovkası, 1 ədəd ləpə qaldıran elevator, 8 ədəd ləpə bunkeri (2 tonluq), 1 ədəd ləpə qurutma otağı, 8 ədəd fındıq qurutma çəni (15 tonluq), 4 ədəd qurutma peçi, 1 ədəd fındıq tozunu təmizləyən fan, 1 ədəd ləpəni qurutma peçi, 1 ədəd qızdırıcı qurğu, 1 ədəd kisə doldurmaq üçün elevator, 8 ədəd ləpə bunkeri (2 tonluq) 8 ədəd çeşidləmə masaları, 1 ədəd çeşidləmə masalarının elektrik şiti), ilkin satış qiyməti 450,000 (dörd yüz əlli min) manat, əmlak satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi, İpoteka və girov predmetinin satışından əldə olunan pul vəsaiti cavabdehlərin İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun cavabdehlər xxxx" MMC, Cavabdeh6 MMC“, Cavabdeh9 MMC, "xxxx" ASC, Cavabdeh10, Cavabdeh2 və Cavabdeh5 birgə qaydada tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 1744.45 (min yeddi yüz qırx dörd manat qırx beş qəpik) manat dövlət rüsumu, ipoteka bildirişinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin Ərazi İdarələrində qeydiyyata alınmasıüçün 8 əmlak üzrə ümumilikdə 125.44 (yüz iyirmi beş manat, qırx dörd qəpik) manat dövlət rüsumu və 716.90 (yeddi yüz on altı manat, doxsan qəpik) manat xidmət haqqı cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsi və ona əlavə edilən sənədlərin və ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Bundan başqa məhkəmə iddiaçı tərəfindən ödənilmiş 1943,26 manat dövlət rüsumuna münasibətdə qeyd edir ki, hazırki iş üzrə iddia ərizəsi baxılmamış saxlanıldığından ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu qismən və ya tamailə geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. 5.3-cü maddəsinə əsasən düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumu dövlət rüsumunun ödəyicisinin ərizəsinə əsasən 20 gün müddətində ona qaytarılır. Qərardad rəsmi qaydada təqdim edildikdən sonra “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli 98 nömrəli Qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları”na əsasən ödənilmiş Dövlət rüsumunun büdcədən qaytarılması üçün ərizə ilə dövlət rüsumunun ödənildiyi xəzinədarlıq orqanına müraciət edilməlidir. Bundan başqa məhkəmə xərcləri ilə bağlı məhkəmə qeyd edir ki, iş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası Müki Məcəlləsinin 119-cu maddəsinə əsasən həll edilir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, aparılmış tədqiqatın dəyəri olan 2500 manat məbləğdə pul cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 MMC, Cavabdeh7, Cavabdeh8 ASC, Cavabdeh9 MMC və Cavabdeh10 müştərək qaydada tutularaq "xxxx" MMC-nin (VÖEN:**********) "xxxx" ASC-nin Yasamal filialında olan bank hesabına(H\h AZ59AllB********************, müxbir hesabı: AZ37NABZ******************** S.W.İ.F.T BİK: AllBAZ2X ) ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, aparılmış tədqiqatın dəyəri olan 200 manat pul cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 MMC, Cavabdeh7, Cavabdeh8 ASC, Cavabdeh9 MMC və Cavabdeh10 tutularaq tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (VÖEN:**********, büdcə təsnifatı kodu: 142595, Hesab: AZ34CTRE********************) hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 MMC-yə, Cavabdeh7, Cavabdeh8 ASC-yə, Cavabdeh9 MMC-yə, Cavabdeh10 qarşı “kredit müqaviləsi üzrə borc və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzlə AsanPay vasitəsi ilə ödənilmiş 1943,26 manat dövlət rüsumu İddiaçı ASC-yə dövlət büdcəsindən qaytarılsın. Aparılmış tədqiqatın dəyəri olan 2500 manat məbləğdə pul cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 MMC, Cavabdeh7, Cavabdeh8 ASC, Cavabdeh9 MMC və Cavabdeh10 müştərək qaydada tutularaq "xxxx" MMC-nin (VÖEN:**********) "xxxx" ASC-nin Yasamal filialında olan bank hesabına(H\h AZ59AllB********************, müxbir hesabı: AZ37NABZ******************** S.W.İ.F.T BİK: AllBAZ2X ) ödənilsin. Aparılmış tədqiqatın dəyəri olan 200 manat pul cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 MMC, Cavabdeh7, Cavabdeh8 ASC, Cavabdeh9 MMC və Cavabdeh10 tutularaq tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (VÖEN:**********, büdcə təsnifatı kodu: 142595, Hesab: AZ34CTRE********************) hesabına ödənilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Elnarə Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar