Məhkəmə qərarları › İş №e-2-2(117)-43/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-43/2023

06.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(117)-43/2023 06.01.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, iddiaçı 9 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı “cavabdehdən 612,61 manat məbləğində icarə haqqı üzrə borcun alınıb dövlət büdcəsinə ödənilməsi” tələbi üzrə mübahisəyə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı 9 saylı Ərazi Vergilər İdarəsi Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək “cavabdehdən 612,61 manat məbləğində icarə haqqı üzrə borcun alınıb dövlət büdcəsinə ödənilməsi” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər arasında xx.xx.2012-ci il tarixli 06 nömrəli torpaq icarəsi müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən icarəyə verən icarə əsasında sahəsi 200 hektar kv.m olan torpaq sahəsini icarəçiyə uzun müddətli (qısa müddətli) 15 (on beş) il istifadəyə verməyi, icarəçi isə hər il 200 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.3-cü bəndinə əsasən torpaq sahəsi qoyunçuluğun inkişafı məqsədilə verilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilə on beş il müddətinə bağlanmışdır. Müqavilənin 2.3-cü bəndinə əsasən icarə haqqı 01 avqust 2012-ci il tarixdən hesablanır. Müqavilənin 2.5-ci bəndinə əsasən göstərilmiş müddətdə icarəçi icarə haqqını ödəməzsə, hesablama günündən başlayaraq, hər gün üçün 0,2 % dayanıqsızlıq ödəməlidir. İş materiallatına əlavə edilmiş şəxsi hesab vərəqəsindən görünür ki, cavabdehin xx.xx.2022-ci il tarixə icarə haqqı borcu 612,61 manat təşkil edir. Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən ödənilməmiş icarə haqqı borcu qalmışdır ki, iddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Tərəflər arasında bağlanmış müqavilədən və şəxsi hesab vərəqəsindən də göründüyü kimi, iddiaçı tərəf müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş, yəni müqavilə üzrə bir illik icarə haqqı 203,30 manat təşkil etməklə 200 ha torpaq sahəsini cavabdehə icarəyə vermiş, lakin cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və nəticədə 612,61 manat ödənilməmiş borcu yaranmışdır. Odur ki, iddiaçı 612,61 manat icarə haqqı məbləğinin caavbdehdən tutulması tələbində haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, sonuncu xx.xx.2022-ci il tarixdə bildirişi qəbul etməsinə baxmayaraq, iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: tərəflər arasında bağlanmış icarə müqaviləsi, şəxsi hesab vərəqəsi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin – (bundan sonra MM): 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, tərəflər arasında xx.xx.2012-ci il tarixli 06 nömrəli torpaq icarəsi müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış müqavilədən və şəxsi hesab vərəqəsindən də göründüyü kimi, icarəyə verən icarə əsasında sahəsi 200 hektar kv.m olan torpaq sahəsini icarəçiyə uzun müddətli (qısa müddətli) 15 (on beş) il istifadəyə verməyi, icarəçi isə hər il 200 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən ödənilməmiş icarə haqqı borcu qalmışdır. Belə ki, iddiaçı tərəf müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş, yəni, müqavilə üzrə bir illik icarə haqqı 203,30 manat təşkil etməklə 200 ha torpaq sahəsini cavabdehə icarəyə vermiş, lakin cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və nəticədə 612,61 manat ödənilməmiş borcu yaranmışdır. Lakin cavabdeh üzərinə düşən öhdəlikləri icra etməyərək onun xx.xx.2022-ci il tarixə 612,61 manat icarə haqqı borcu yaranmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və 612,61 manat borc məbləği cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. İddia tələbi təmin edildiyindən cavabdehdən 30 (otuz) manat dövlət rüsumu dövlət gəlirinə tutulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 612,61 manat icarə haqqı üzrə borc tutularaq dövlət büdcəsinə ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu dövlət gəlirinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar