Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-438/2020 01.10.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, iddiaçı “xxxxxxxxxxxxxxx” MMC-nin hüquqşünası Nümayəndə Cavabdeh qarşı “17492 manat əsas borc, 350 manat cərimə borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı “xxxxxxxxxxxxxxx” MMC-nin hüquqşünası Nümayəndə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “17492 manat əsas borc, 350 manat cərimə borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmalıdır. Belə ki, iddia ərizəsi elektron qaydada “xxxxxxxxxxxxxxx” MMC-nin hüquqşünası Nümayəndə tərəfindən imzalansa da, onun adına verilmiş etibarnamədə iddia ərizəsini imzalamaq səlahiyyətinin olması qeyd edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 74.2-ci maddəsinə əsasən, iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmçinin, hazırkı iş üzrə elektron qaydada imzalanmış iddia ərizəsinin dövlət rüsumunun ödənilməsi haqqında məlumat hissəsindən görünür ki, iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə Şəki İnzibati-İqtisadi Məhkəməsinin hesabına 30 manat dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi, işə baxılması üçün nəzərdə tutulmuş dövlət rüsumu iddiaçı tərəfindən Şəki Kommersiya Məhkəməsinin hesabına deyil, Şəki İnzibati-İqtisadi Məhkəməsinin hesabına ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mübahisəyə baxılması ilə əlaqədar Şəki Kommersiya Məhkəməsinin hesabına dövlət rüsumu ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 108.1.1-ci maddəsinə əsasən iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir. 108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. 150.0.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilir. 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı 2019-cu ildə ləğv edilmiş məhkəmənin hesabına ödənilmiş dövlət rüsumunun nömrəsini hazırkı iddia ərizəsində qeyd etməklə xx xxxxxx 2020-ci il tarixdən iddia ərizəsini elektron qaydada imzalaması mümkün olmuşdur. Lakin həmin tarixədək məhkəməyə kağız daşıyıcıda müraciət edildiyindən ödənilmiş dövlət rüsumunun başqa işə görə, baxılmış və ya baxılma mərhələsində olan işlər üçün ödənilməsi istisna edilmir. Ona görə də hazırkı qeyd edilən məbləğin hansı iş üçün ödənildiyini də müəyyən etmək mümkün deyildir. Bu səbəbdən iddiaçı göstərilən qeyri-müəyyənliyi aradan qaldırmalı və Şəki Kommersiya Məhkəməsinin hesabına dövlət rüsumunu ödəməlidir. İddiaçının diqqətinə çatdırılır ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı “xxxxxxxxxxxxxxx” MMC-nin hüquqşünası Nümayəndə Cavabdeh qarşı “17492 manat əsas borc, 350 manat cərimə borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-438/2020
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-438/2020
01.10.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver