Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-443/2025 27.05.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “cavabdehlərdən iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə xx.xx.2022-ci il tarixli 007A********** nömrəli krеdit müqaviləsi üzrə 4948.87 manat məbləğində krеdit bоrcu, 193.58 manat məbləğində faiz bоrcu və 52.46 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 5194.91 manat məbləğində borcun; Cavabdeh3 iddiaçı "xxxx" QSC-nin xeyrinə xx.xx.2023-cü il tarixli 007R********** saylı kredit razılaşması üzrə 39774.66 manat kredit borcu, 2776.11 manat faiz borcu, 1063.73 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 43614.50 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 236.43 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh3 xüsusi mülkiyyətində olan Qax şəhəri, Cəfər Cabbarlı küçəsində 0.08 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 123.5 kv.m olan d-4 ünvanında 5 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, yaşayış evinin açıq hərracdan satılması və ümumilikdə cəmi 48809.41 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 236.43 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına AccessBank QSC-yə ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh3 tutulması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixdə bağlanmış 007A********** nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh3 36 ay müddətinə aylıq faiz dərəcəsi 1.5 % olmaqla kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilmiş ödəniş planına uyğun razılaşdırılmış tarixlərdə kredit məbləğini və ona hesablanmış faizlə birlikdə ödənilməsi şərtilə 10 000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin: 2.4-cü bəndinə əsasən, faiz, qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu müqavilənin 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faiz dərəcəsinin 1/30 hissəsi kimi heablanır. 4.1.5-ci bəndinə əsasən, kredit alan krediti və ona hesablanmış faizi ödəniş planı üzrə vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0.02%-i məbləğində cərimə borcu hesablamaq hüququna malikdir. xx.xx.2022-ci il tarixli 007G**********01 nömrəli (zamin Cavabdeh2) və 007G**********02 nömrəli (zamin Cavabdeh1) zaminlik müqavilələrinin tələbinə görə zamin, borclunun xx.xx.2022-ci il tarixdə bağlanmış 007A********** nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 007L**********80 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən sonuncuya 120 ay müddətinə, illik faiz dərəcəsinin yuxarı həddi 28 % olmaqla 200 000 manat məbləğində uzunmüddətli kredit xətti açılmışdır. Həmin müqavilənin: 2.7-ci bəndinə əsasən kredit alan kredit borcunu, kredit faizini, xərcləri və başqa məsrəfləri bu müqavilənin tələbləri nəzərə alınmaqla müvafiq kredit sazişində müəyyən olunmuş qaydada, habelə olduğu halda ödəniş planına və ödəniş haqları cədvəlinə uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür. 4.4. Kredit faizi qaytarılmalı kredit məbləği üzrə hər gün Bank tərəfindən kreditin verildiyi tarixdən (gündən) onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. 4.9-cu bəndinə əsasən kredit alan krediti vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilmiş gün üçün kredit qalığının 0.02%-i məbləğində cərimə borcu ödəməyi öhdəsinə götürür. Uzunmüddətli kredit xətti müqaviləsi üzrə yaranmış öhdəliyin icrasının təminatı olaraq İddiaçı QSC ilə Cavabdeh3 arasında xx.xx.2023-cü il tarixdə 007M**********01 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsində göstərilmiş Qax şəhəri, Cəfər Cabbarlı küçəsində yerləşən xüsusi mülkiyyətində olan kateqoriyası yaşayış məntəqələrinin torpaqları olan 0.08 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 123.5 kv.m olan d-4 ünvanında yerləşən xüsusi mülkiyyətli 5 nömrəli fərdi yaşayış evi ipoteka predmeti kimi qəbul olunmuşdur. İş materiallarına əlavə edilmiş üçüncü şəxslər X6 (xx.xx.2023-cü il tarixli), X4 (xx.xx.2023-cü il tarixli), X1 (xx.xx.2023-cü il tarixli), X2 (xx.xx.2023-cü il tarixli) və X3 (xx.xx.2023-cü il tarixli) notarial qaydada təsdiqlənmiş ərizələrindən görünür ki, onlar qeyd edilən fərdi yaşayış evinin ipoteka (girov) qoyulmasına etiraz etmirlər. ƏMDK DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********92-10301 reyestr nömrəli çıxarışdan göründüyü kimi ünvan 1 ünvanında, 0.08 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 123.50 kv.m olan fərdi yaşayış evi Cavabdeh3 tam mülkiyyətindədir. ƏMDK DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan göründüyü kimi Cavabdeh3 məxsus ünvan 1 ünvanında, 0.08 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 123.50 kv.m olan fərdi yaşayış evi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2023-cü il tarixdən başlayaraq 007L**********80 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən 120 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. 007L**********80 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi üzrə xx.xx.2023cü il tarixdə bağlanmış 007R********** nömrəli kredit razılaşmasına əsasən bank tərəfindən Cavabdeh3 36 ay müddətinə aylıq faiz dərəcəsi 1.5 % olmaqla kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilmiş ödəniş planına uyğun razılaşdırılmış tarixlərdə kredit məbləğini və ona hesablanmış faizlə birlikdə ödənilməsi şərtilə 40 000 manat məbləğində kredit verilmişdir. İşin məhkəmə araşdırması zamanı "xxxx" MMC tərəfindən təqdim edilmiş mütəxəssis rəyinə əsasən ipoteka predmeti olan Qax şəhəri, Cəfər Cabbarlı küçəsində yerləşən xüsusi mülkiyyətdə olan kateqoriyası yaşayış məntəqələrinin torpaqları olan 0.08 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 123.5 kv.m olan d-4 ünvanında yerləşən 5 nömrəli fərdi yaşayış evinin 17 aprel 2025-ci il tarixə bazar dəyəri 72 500 manat, likvid dəyəri isə 58 000 manat təşkil edir. İddiaçı borcun ödənilməsi barədə cavabdehə müraciət etmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh3 007A********** nömrəli krеdit müqaviləsinin 1.2-ci bəndinin və 007R********** saylı kredit razılaşmasının 2.7-ci bəndinin tələblərini pоzaraq krеdit müqavilələri üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri müvafiq olaraq xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixdən banka qaytarmamışdır. Cavabdeh3 götürdüyü krеdit bоrcundan 007A********** nömrəli krеdit müqaviləsi üzrə 5051.13 manat ödəmiş, onun 4948.87 manat məbləğində kredit borcu qalmış, eyni zamanda kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 54 gün üçün hesablanmış faiz borcu 193.58 manat təşkil edir. xx.xx.2024-cü il tarixə 54 gün üçün hеsablanmış cərimə 52.46 manat təşkil edir. 007R********** saylı kredit razılaşması üzrə 225.34 manat ödəmiş, onun 39774.66 manat məbləğində kredit borcu qalmış, eyni zamanda kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 152 gün üçün hesablanmış faiz borcu 2776.11 manat təşkil edir. xx.xx.2024-cü il tarixə 152 gün üçün hеsablanmış cərimə 1063.73 manat təşkil edir. Cavabdeh3 kredit razılaşması ilə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən 007A********** nömrəli krеdit müqaviləsi üzrə 4948.87 manat məbləğində krеdit bоrcu, 193.58 manat məbləğində faiz bоrcu və 52.46 manat məbləğində cərimə borcu, 007R********** saylı kredit razılaşması üzrə 39774.66 manat kredit borcu, 2776.11 manat faiz borcu, 1063.73 manat cərimə borcu qalmışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini və işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və üçüncü şəxslər X7, X5, X10, X9, X8 məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. Elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: kredit müqaviləsi, zaminlik müqavilələri, uzunmüddətli kredit və təminat müqaviləsi, kredit razılaşması, ipoteka müqaviləsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, maliyyə arayışı, hesabdan çıxarış, mütəxəssis rəyi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi : Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448.1, 739.2). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, borcalan Cavabdeh3 007A********** nömrəli kredit müqaviləsi üzrə öhdəliyini lazımınca yerinə yetirmədiyindən onun həmin müqavilə üzrə 4948.87 manat krеdit bоrcu, 193.58 manat faiz bоrcu qalmışdır. Məhkəmə 007A********** nömrəli krеdit müqaviləsi üzrə 52.46 manat məbləğində cərimə borcunun ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, kredit müqaviləsinin 4.1.5-ci bəndinə əsasən, kredit alan krediti və ona hesablanmış faizi ödəniş planı üzrə vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0.02%-i məbləğində cərimə borcu hesablamaq hüququna malikdir. Məhkəmə hesab edir ki, iddiaçı 007A********** nömrəli krеdit müqaviləsi üzrə 52.46 manat məbləğində cərimə borcu tələb etməkdə haqlıdır. Eyni zamanda xx.xx.2022-ci il tarixli 007G**********01 nömrəli və 007G**********02 nömrəli zaminlik müqavilələrinin tələbinə görə zaminlər, borclunun xx.xx.2022-ci il tarixdə bağlanmış 007A********** nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Belə ki, zaminlik müqavilələri qüvvədə olduğundan iddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 007A********** nömrəli krеdit müqaviləsi üzrə 4948.87 manat krеdit bоrcu, 193.58 manat faiz bоrcu və 52.46 manat cərimə borcu tələb etməkdə haqlıdır. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, borcalan Cavabdeh3 007R********** nömrəli kredit razılaşması üzrə öhdəliyini lazımınca yerinə yetirmədiyindən onun həmin razılaşma üzrə 39774.66 manat krеdit bоrcu, 2776.11 manat faiz bоrcu qalmışdır. Məhkəmə 007R********** nömrəli kredit razılaşması üzrə 1063.73 manat məbləğində cərimə borcunun ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə əsasən kredit alan krediti vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilmiş gün üçün kredit qalığının 0.02%-i məbləğində cərimə borcu ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə hesab edir ki, iddiaçı 007R********** nömrəli krеdit razılaşması üzrə 1063.73 manat məbləğində cərimə borcu tələb etməkdə haqlıdır. Belə ki, iddiaçı, Cavabdeh3 007R********** nömrəli krеdit razılaşması üzrə 39774.66 manat krеdit bоrcu, 2776.11 manat faiz bоrcu və 1063.73 manat cərimə borcu tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin “tələbin Cavabdeh3 xüsusi mülkiyyətində olan Qax şəhəri, Cəfər Cabbarlı küçəsində 0.08 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 123.5 kv.m olan d-4 ünvanında yerləşən 5 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, yaşayış evinin açıq hərracdan satılması və ümumilikdə cəmi 48809.41 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 236.43 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına AccessBank QSC-yə ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tələbinin bu hissəsində qismən haqlıdır. Belə ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin məzmunundan görünür ki, həmin müqavilə xx.xx.2023-cü il tarixli 007L**********80 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi üzrə yaranmış öhdəliyin icrasının təminatı olaraq bağlanmışdır. Göründüyü kimi iddiaçı xx.xx.2022-ci il tarixli 007A********** nömrəli krеdit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına ödənilməsini tələb etməkdə haqlı deyildir. Bundan əlavə xx.xx.2022-ci il tarixli 007G**********01 nömrəli (zamin Cavabdeh2) və 007G**********02 nömrəli (zamin Cavabdeh1) zaminlik müqavilələrinin tələbinə görə zamin, borclunun xx.xx.2022-ci il tarixdə bağlanmış 007A********** nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. Lakin qeyd edilən zaminlik müqavilələri xx.xx.2023-cü il tarixdə İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış 007L**********80 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinə aidiyyəti olmadığından iddia tələbi bu hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi cavabdeh 007R********** nömrəli kredit razılaşması üzrə öhdəliyini yerinə yetirmədiyindən iddiaçıya borcu yaranmış və bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı tələbin bu hissədə və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 236.43 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda məhkəmə hesab edir ki, ipoteka predmeti olan əmlakın ilkin satış (likvid) qiyməti mütəxəssis rəyinə uyğun olaraq 58 000 manat məbləğində müəyyən edilməli və həmin əmlak açıq hərrac vasitəsi ilə satılmalıdır. Belə ki, İpoteka haqqında Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Bundan başqa iddia tələbinin “hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh3 tutulması” hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia bu hissədə rədd edilməlidir. Belə ki, İpoteka haqqında Qanunun 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. Göründüyü kimi satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə kifayət etməməsi halına dair qanunvericiliyin tənzimləməsi mövcuddur ki, belə olduğu təqdirdə icra qurumu tərəfindən məhkəmə qətnaməsinin pulun tutulması hissəsinə münasibətdə icra tədbirləri davam etdirilir. Məhkəmə yalnız pulun tutulması və tutulmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı mübahisəyə baxmalıdır. Digər məsələlər isə “İcra Haqqında” və “İpoteka haqqında” Qanunların tələbi baxımından icra qaydasında həllini tapan məsələlərdir. Məhkəmə qətnaməsi özündə mübahisə edilən hüquq münasibətləri ilə bağlı ehtimallara deyil, mövcud vəziyyətə əsaslanmalı olduğundan məhkəmə hesab edir ki, iddia qiymət verilən hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. Eyni zamanda ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqı da Cavabdeh3 tutularaq iddiaçıya ödənilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli CVN/A 16-086/25 nömrəli məktubdan görünür ki, Daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyi üzrə xidmət haqqı tarif cədvəlinə müvafiq olaraq 350 manat təşkil edir. Qeyd edilən məbləğ Cavabdeh3 tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası Müki Məcəlləsinin 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 112.1.10-cu maddəsinə əsasən bir neçə müstəqil tələbdən ibarət olan iddialarda iddianın qiyməti bütün tələblərin ümumi məbləği ilə müəyyən edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci və 8.2-ci maddələrinə əsasən hazırkı iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 236.43 manat olmalıdır. İddiaçı tərəfindən ödənilmiş 236.43 manat məbləğində rüsum cavabdehdən tələb edildiyindən və 236.43 manat məbləğində rüsum Cavabdeh3 tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx.xx.2022-ci il tarixli 007A********** nömrəli krеdit müqaviləsi üzrə 4948.87 manat əsas bоrc, 193.58 manat faiz bоrcu və 52.46 manat cərimə borcu olmaqla, cəmi 5194.91 manat tutularaq İddiaçı QSC-yə ödənilsin. Cavabdeh3 xx.xx.2023-cü il tarixli 007R********** nömrəli krеdit razılaşması üzrə 39774.66 manat əsas bоrc, 2776.11 manat faiz bоrcu və 1063.73 manat cərimə borcu olmaqla, cəmi 43614.50 manat və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqı, 236.43 manat dövlət rüsumu tutularaq İddiaçı QSC-yə ödənilsin. xx.xx.2023-cü il tarixli 007R********** nömrəli krеdit razılaşması üzrə borc məbləği Cavabdeh3 tam (xüsusi) mülkiyyətində olan Qax şəhəri, Cəfər Cabbarlı küçəsində yerləşən xüsusi mülkiyyətdə olan kateqoriyası yaşayış məntəqələrinin torpaqları olan 0.08 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 123.5 kv.m olan d-4 ünvanında yerləşən 5 nömrəli fərdi yaşayış evinə yönəldilsin. İpoteka predmeti olan Qax şəhəri, Cəfər Cabbarlı küçəsində yerləşən xüsusi mülkiyyətdə olan kateqoriyası yaşayış məntəqələrinin torpaqları olan 0.08 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 123.5 kv.m olan d-4 ünvanında yerləşən 5 nömrəli fərdi yaşayış evinin likvid dəyəri (ilkin satış) 58 000 manat məbləğində müəyyən edilsin və həmin əmlak açıq hərrac vasitəsi ilə satılsın. Satışdan əldə edilmiş vəsait cavabdehin xx.xx.2023-cü il tarixli 007R********** nömrəli kredit razılaşması üzrə İddiaçı QSC-yə olan borcunun ödənilməsinə yönəldilsin. İddia qalan hissələrdə rədd edilsin. Aparılmış tədqiqatın dəyəri olan 350 manat pul Cavabdeh3 tutularaq "xxxx" MMC-nin "xxxx" ASC Nərimanov filialında olan bank hesabına(BankVöeni:**********,m/h:AZ03NABZ********************,H/h:AZ47İBAZ************ ********, kod: 805711, swift: İBAZAZ2X) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-443/2025
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-443/2025
27.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver