Məhkəmə qərarları › İş №e-2-2(117)-444/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-444/2025

19.06.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-444/2025 19.06.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 12100 manat məbləğində borc pulun və ödənilmiş 126.30 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Cavabdeh MMC təmir tikinti işlərini yerinə yetirməyi,İddiaçı MMC isə bunun müqabilində Əlavələrdə qeyd edilmiş məbləğ həcmində xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqaviləyə əsasən, müəyyən işlərin görülməsi üçün Cavabdeh MMC-nin AZ45AİİB400300G**********114 saylı hesabına avans kimi xx.xx.2024-cü il tarixində 2000 manat, xx.xx.2024-cü il tarixində 2000 manat, xx.xx.2024-cü il tarixində 5000 manat və xx.xx.2024-cü il tarixində manat məbləğində vəsait köçürülmüşdür. xx.xx.2024-cü il tarixdə Cavabdeh MMC tərəfindən 22479,70 manat məbləğində MT2407 seriyalı, 10406439 nömrəlielektron qaimə kəsilmiş və ödənilməsi üçün iddiaçıya göndərilmişdir. Lakin iddiaçı tərəfindən elektron qaimədə qeyd olunan məbləğdən avans kimi ödənilmiş 14000 manat məbləğində vəsait çıxılmalı olduğu halda səhvən cəmi 2000 manat çıxılmaqla cavabdehin "xxxx" ASC-nin Qara Qarayev filialında olan qeyd olunan AZ45AİİB400300G**********114 hesabına 20579,70 manat məbləğində ödəniş köçürülümüşdür. Cavabdeh MMC-nin hesabına avans kimi köçürülümüş 12100 manat məbləğində ödəniş nəzərə alınmamış və 12100 (on ikimin yüz) manat pulməbləğində artıq vəsait köçürülmüşdür. Bundan dərhal sonra 8 iyul 2024-cü il tarixdə vergi portalından Cavabdeh MMC-yə onlayn kargüzarlıq vasitəsilə bildiriş göndərilmiş və artıq ödənişin geri qaytarılması barədə xəbərdarlıq edilmişdir. Lakin Cavabdeh MMC tərəfindən artıq ödənilmiş vəsaitin geri qaytarılması üçün heç bir tədbir görülmədi. Bundan sonra telefon vasitəsi ilə rəhbərliklə dəfələrlə əlaqə saxlanılsa da, müsbət nəticə əldə olunmadı, sonda üzbəüz görüşüb pulun qaytarılmasını tələb etdikdə Cavabdeh MMC-nin direktoru qısa vaxtda pulu ödəyəcəyini desə də, həmişəki kimi yenə müsbət nəticə əldə etmək mümkün olmadı. Bundan sonra 29 noyabr 2024-cü il tarixdə artıq ödəmənin geri qaytarılması ilə bağlı cavabdehə pretenziya məktubu göndərilmiş, noyabr ayının sonunda ödəyəcəyini bildirsə də, yenə də ödəmədiyindən poçt vasitəsi ilə təkrar Cavabdeh MMC-yə pretenziya məktubu göndərilmişdir.

II. Tərəflərin mövqeləri:

3. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iştirak edərək izahatında iddia tələbini müdafiə etdiyini bildirmişvə idda tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, iddiaçı şirkətlə xidmət müqaviləsi bağlamışlar. Müqavilə üzrə işlər görülüb, bir qisminin pulu ödənilib. İddiaçı MMC tərəfindən ona deyildiyi qədər qaimə vurub. İddia tələbində yazılanlar rəsmi olaraq sənədlərlə düzdür. Lakin iddiaçı tərəfin ona xidmət müqaviləsi üzrə 21000 manat borclu qalsa da, borcunu ödəməmişdir. İddia tələbini qəbul etdiyini və tələbin təmin edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi.

III. Məhkəmə baxışının hədləri:

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

IV. Tədqiq olunan sübutlar:

6. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, “sifarişçi” İddiaçı ilə, “icraçı” Cavabdeh arasında xx.xx.2024-cü il tarixli İRMG 02/2024 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən “icraçı” Cavabdeh, “sifarişçi” İddiaçı sifariş etməklə ona tapşırdığı işi yerinə yetirməyi, həmin işlər yerinə yetirildikdən sonra isə “sifarişçi” İddiaçı qeyd olunan işlərin dəyərini “icraçı” Cavabdehnə ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilə tərəflərin imza və möhürləri ilə təsdiq edilməklə imzalanmış və etibarsız olmamışdır.

7. İş materiallarında olan xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli xx.xx.2024cü il tarixli İRMG 02/2024 nömrəli xidmət müqaviləsinə əlavə 4 olaraq imzalanan təhviltəslim aktında icraçı tərəfindən müqavilə üzrə sifarişçinin sifarişi ilə görülən işlərin adı və dəyəri öz əksini tapmışdır. İşlərin ümumi dəyəri 22479,7 manat təşkil etmişdir. Həmin akt iddiaçı və cavabdeh tərəfindən imzalanmış və möhürləri ilə təsdiq edilmişdir.

8. İddiaçı tərəfindən Cavabdeh bank hesabına ödəniş olunduğunu təsdiq edən ödəniş tapşırıqlarından görünür ki, xx.xx.2024-cü il tarixli İRMG 02/2024 nömrəli xidmət müqaviləsi üzrə avans məbləği qismində xx.xx.2024-cü il tarixdə Cavabdeh bank hesabına 5000 manat, xx.xx.2024-cü il tarixdə 2000 manat, xx.xx.2024-cü il tarixdə 5000 manat, xx.xx.2024-cü il tarixdə 2000 manat olmaqla cəmi 14000 manat pul köçürülmüşdür.

9. İddiaçı tərəfindən Cavabdeh bank hesabına ödəniş olunduğunu təsdiq edən ödəniş tapşırıqlarından görünür ki, xx.xx.2024-cü il tarixli İRMG 02/2024 nömrəli xidmət müqaviləsi üzrə 10406439 nömrəli elektron qaimə əsasında xx.xx.2024-cü il tarixdə Cavabdeh bank hesabına 20579,7 manat pul köçürülmüşdür.

10. Cavabdeh tərəfindən, İddiaçı vergi kabinetinə göndərilmiş xx.xx.2024-cü il tarixli 10406439 nömrəli elektron qaimədən görünür ki, xx.xx.2024-cü il tarixli İRMG 02/2024 nömrəli xidmət müqaviləsinə əlavə 4 olaraq imzalanan təhvil-təslim aktına əsasən 22479,7 manat borcu vardır.

11. İddiaçı tərəfindən Cavabdehnə ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubunda cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir.

V. Tətbiq edilən hüquq:

12. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 439.4-cü madəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-cü madəsinə əsasən Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-cü madəsinə əsasən Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-cü madəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1-cü madəsinə əsasən bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya. 1092.1.2-cü madəsinə əsasən əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2-cü madəsinə əsasən Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3-cü madəsinə əsasən Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir.

VI. Məhkəmənin mövqeyi:

13. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.

14. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında yaranmış əsassız varlanma mülki hüquqi münasibətindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli İRMG 02/2024 nömrəli xidmət müqaviləsi əsasında təhvil-təslim aktı tərtib edilmiş və görülən işlərin dəyəri 22479,70 manat təşkil etmişdir. Bu hal cavabdehin iddiaçıya ünvanladığı elektron qaimədə öz əksini tapmışdır. Həmin təhvil-təslim aktı tərtib edilməmişdən əvvəl iddiaçı tərəfindən 14000 manat məbləğində avans məbləği cavabdehin bank hesabına köçürülmüşdür. Daha sonra iddiaçı tərəfindən cavabdehə görülən işlərin, yəni 22479,70 manat həcmində olan işlərin dəyəri ödənilən zaman 14000 manat məbləğində avans çıxılmaq əvəzinə, səhvən 1900 manat məbləğində avans çıxılmışdır. Bu hal iş materiallarında olan ödəniş tapşırıqları ilə öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı cavabdehə göndərdiyi 14000 manat avans məbləğindən 1900 manat çıxmış və iddiaçı tərəfindən ödənilmiş 12100 manat məbləğində pul cavabdehdə əsassız olaraq qalmış və nəticədə cavabdehin əsassız varlanmasına səbəb olmuşdur. Cavabdehə bu barədə xəbərdarlıq göndərilməsinə baxmayaraq cavabdeh həmin məbləği geri ödəməmiş və bunun əksini təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir.

15. Qeyd olunan normaların tələblərini və göstərilənləri rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia əsaslıdır və xx.xx.2024-cü il tarixli İRMG 02/2024 nömrəli xidmət müqaviləsi üzrə avans məbləği qismində cavabdehə əsassız ödənilmiş 12100 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

16. Bundan başqa məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 126,30 manat dövlət rüsumuna görə pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

17. Beləliklə, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməldir.

Vİ. Nəticə:

18. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabeh Cavabdehndən 12100 manat məbləğində pul və ödənilmiş 126.30 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən : Elnarə Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar