Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-451/2024 06.04.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, iddiaçı "xxxx" ASC-nin cavabdeh "xxxx" ASCyə qarşı “xx.xx.2023-cü il tarixli RQ056332 nömrəli akt əsasında hesablanmış, xx.xx.2024cü il tarixdə iddiaçının **********3 saylı hesabında qeydə aldığı 10218 kvt enerji sərfiyyatının və onun dəyəri olan 1021,8 manat əsassız borcun silinməsi və ödənilmiş dövlət rüsumunun qaytarılması" tələbi üzrə mübahisəyə məhkəmənin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" ASC (bundan sonra mətndə iddiaçı) cavabdeh "xxxx" ASC-yə (bundan sonra mətndə cavabdeh) qarşı “xx.xx.2023-cü il tarixli RQ056332 nömrəli akt əsasında hesablanmış, xx.xx.2024-cü il tarixdə iddiaçının **********3 saylı hesabında qeydə aldığı 10218 kvt enerji sərfiyyatının və onun dəyəri olan 1021,8 manat əsassız borcun silinməsi və ödənilmiş dövlət rüsumunun qaytarılması” tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizəsində qeyd edir ki, "xxxx" ASC ********** nömrəli VÖEN-lə 11 saylı Ərazi Vergilər İdarəsində qeydiyyata alınmışdır. Müəssisəyə elektrik enerjisindən istifadəyə görə **********3 saylı hesab açılmış və smart kart tipli sayğac quraşdırılmışdır. Smart kart vasitəsilə ödəniş edərkən sayğaca daxil edilmiş pul vəsaitinin 50 % hissəsi sərfiyyat üçün sayğaca yükləndiyi, 50 % hissəsinin isə hansısa borca silindiyi məlum olmuşdur. Müvafiq müraciətlərdən sonra "xxxx" ASC tərəfindən bildirilmişdir ki, iddiaçı barəsində xx.xx.2023cü il tarixli RQ056332 nömrəli akt tərtib edilmiş, həmin akt əsasında isə 10218 kvt və ya 1021.80 manat enerji sərfiyyatı hesablanmış, aparılan ödənişin 50 % hissəsi həmin borca tutumuşdur. Həmin aktda qeyd edilmişdir ki, "xxxx" ASC-nin bir qrup əməkdaşı xx.xx.2023cü il tarixdə istehlakçının müraciətinə əsasən yerində sayğac uçot dəstinə baxış keçirmiş, baxış zamanı sayğac uçot dəstini balansda pul olmasına baxmayaraq enerjini buraxmadığını və sayğacdan enerji keçmədiyi üçün ölçü aparmaq mümkün olmadığı bildirilmişdir. Həmçinin **********3 saylı abonentin uçotu haqqında məlumatlardan göründüyü kimi, cavabdeh "xxxx" ASC 12 yanvar 2024-cü il tarixdə xx.xx.2023-cü il tarixli RQ056332 nömrəli akta əsasən hesabat apararaq iddiaçının hesabında əlavə 10218 kvt və ya onun pul dəyəri olan 1021.80 manat (10218 kvt x 0.10 q = 1021.80 man) əlavə cərimə qeydiyyata alınmışdır. Müəssisənin istifadəsində olan Smart kart tipli elektrik sayğacı əvvəlcədən ödənişli sistem üzrə proqramlaşdırıldığından ona hər hansı müdaxilənin edilməsi qeyri-mümkündür. xx.xx.2023-cü il tarixli RQ056332 nömrəli aktda da göstərilir ki, sayğac uçot dəsti balansda pul olmasına baxmayaraq enerjini buraxmır. Belə olan vəziyyətdə, yəni sayğac enerjini buraxmadığı halda necə ola bilər ki cavabdeh əlavə sərfiyyat kimi cərimə hesablasın. Halbuki, həmin aktda ziyanın hesablanması və onun ödənilməsi barədə hər hansı qeyd olmamışdır. Ən əsası isə RQ056332 nömrəli akt xx.xx.2023-cü il tarixdə tərtib edilsə də, cərimə məbləği baza məlumatına əsasən xx.xx.2024-cü il tarixdə 1021.80 manat kimi qeydiyyata alınmışdır. Eyni zamanda, aktın tərtib edilməsində cavabdeh təşkilatın nümayəndələri kimi Nizami Həmidov, İntiqam Məmmədov iştirak etmiş, iddiaçının nümayəndəsi kimi qeyd edilən Sultan İbrahimxəlilovun iddiaçı ilə heç bir əlaqəsi yoxdur. İddiaçı tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazında bildirir ki, iddiaçının elektrik sayğacına Elektrik enerjisindən istifadə Qaydalarının (bundan sonra mətndə-Qaydalar) tələblərinə uyğun baxış keçirilmiş, baxış zamanı obyektə aid elektrik sayğacının balansında pul olmasına baxmayaraq enerjini buraxmadığı, yəni dövrədən axan yükü qeyd etmədiyi aşkar edilmişdir. Pozuntu ilə əlaqədar Qaydaların 8.17-ci bəndinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən xx.xx.2023-cu il tarixli, R056332 saylı akt tərtib olunmuş və tərtib olunmuş aktı iddiaçının nümayəndəsi Sultan İbrahimxəlilov öz imzasıyla təsdiq etmişdir. Tərtib edilmiş akta əsasən xx.xx.2023-cu il tarixində Şəki EŞ-nin əməkdaşları tərəfindən qüsur aşkar edilmiş sayğac yeni P**********6M219321 nömrəli PAUD-AM2O6 tipti elektrik ile əvəz edilərək möhürlənmiş və bununla bağlı 655768 saylı protokol tərtib olunaraq elektrik sayğacı rəy verilməsi üçün laboratoriyaya gondərilmişdir. Həmin protokolla sayğacın işləmədiyi barədə rəy verilmişdir. Bundan sonra, xx.xx.2023-cü il tarixli, R056332 saylı akta əsasən "xxxx" ASC-nin Şimal- Qərb RETSİ-nin Akt komissiyası tərəfindən xx.xx.2024-cu il tarixdə itirilmiş enerjinin bərpası məqsədilə abonentə saygacdan keçən yükə uyğun 31 gun üçün 0.10 manatla 10218 kvts, dəyəri 1021.80 manat məbləğində itirilmiş enerjinin hesabatı aparılmışdır. Qüsurun xarakteri təsadüfi xarakter daşımamış, bunu abonent faydalanmaq niyəti ilə etmişdir. Qaydaların 8.17-ci bəndinin tələbinə uyğun istehlakçı tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik saygacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə sayğaca vizual baxış nəticəsində qüsurun muəyyən edilməsi mumkun olan digər hallarda), qoşulma sxemləri pozulduqda enerji techizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18 və 7.19-cu bəndlərinə uyğun olaraq elektrik enerjisinin dəyərini yenidən hesablanır. Cavabdeh həmçinin etirazında qeyd edir ki, iddiaçı tütün istehsalı ilə məşğul olduğundan sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət reyestrində qeydə alınmaq məcburiyyətində deyildir. İddiaçı elektrik enejisindən isitifadə etmişdirsə Qaydaların tələblərinə uyğun olaraq onun dəyərini hər ay ödəməlidir. Məhkəmənin sorğusuna əsasən X3 X1 xx.xx.2024-cü il tarixli məktubundan müəyyən edilir ki, iddiaçının istifadəsində olan P**********4 nömrəli elektrik sayğacının uçot dəstinə xx.xx.2023-cü il tarixdə keçirilmiş baxış zamanı tərtib edilmiş 056332 nömrəli aktd sayğacın balansında pul olmasına baxmayaraq elektrik enerjisini buraxmadığı və bu səbəbdən də ölçü aparmaq mümkün olmadığı bildirilmişdir. Qaydaların tələblərinə belə hal nəzərdə tutulmadığı halda X2 nümayəndələri tərəfindən xx.xx.2024-cü il tarixdə hesabat aparmış və 10218 kvt.st elektrik enerjisinə uyğun 1021,8 manat məbləğində borc abonentin enerji hesabına daxil edilmişdir. İstehlakçı tərəfindən elektrik enerjisinin talanması məqsədi ilə elektrik sayğacının zədələnməsi, qoşulma sxeminin pozulması və elektrik enerjisindən qanunsuz istifadə edilməsi halları aşkar edilməmişdir. İtirilmiş enerjinin bərpası adı altında X4 tərəfindən xx.xx.2023-cü il tarixli 056332 nömrəli akt əsasında aparılmış hesabat əsassızdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli RQ056332 nömrəli aktda qeyd edilmişdir ki, baxış zamanı sayğac uçot dəsti balansda pul olmasına baxmayaraq enerjini buraxmır. Sayğacdan enerji keçmədiyi üçün ölçü aparmaq mümkün olmamışdır. xx.xx.2024-cü il tarixdə iddiaçıya müasibətdə yenidən hesabat aparmış və 10218 kvt.st elektrik enerjisinə uyğun 1021,8 manat məbləğində borc abonentin (iddiaçının) enerji hesabına daxil edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsininn 284-5.1-ci maddəsinə əsasən rəsmi qaydada bildiriş xx.xx.2024-cü il tarixdə cavabdehin elektron kabinetində yerləşdirilmiş və 10 gün ərzində etirazını məhkəməyə təqdim etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Akt, arayış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə ilkin olaraq qeyd edir ki, abonent olaraq iddiaçı təşkilati-hüquqi formasına nəzər salsaq, o qeyri-kommersiya hüquqi şəxs deyil, kommersiya hüquqi şəxsidir. Onun hansı fəaliyyət üzrə enerji təchizatı müəsissində qeydiyyata alınamasından asılı olamayaraq sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Cavabdehin tütün emalı ilə məşğul olması da sahibkarlıq fəaliyyəti hesab olunur. Cavabdeh bu fəaliyyətin sahibkarlıq fəaliyyətini olmadığını bildirməklə, onunla bağlı aparılmış yoxlamasının sahibkarlıq sahəsində aparılan yoxlamalar üzrə vahid reyestrdə qeydiyyata alınmadığını dolayı yolla təsdiq etmişdir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1.2-ci maddəsində deyilir ki, sahibkar - əsas məqsədi müstəqil surətdə əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən mənfəət götürülməsi olan hüquqi və fiziki şəxslərdir. 2.1-ci maddəsinə görə, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Qeyd olunan Qanununun 3.1-ci, 3.2-ci, 13.2-ci, 13.3-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələrinin tələblərinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Qanunun 20.1-ci maddəsində göstərilən sənədlər təqdim edilmədikdə və ya yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilən yoxlama müddətlərinə riayət edilmədikdə, sahibkar yoxlayıcını yoxlamaya buraxmaqdan imtina edə bilər. Yoxlama aparılarkən yoxlayıcı orqanların (yoxlayıcıların) qərarları və hərəkətləri (hərəkətsizliyi) nəticəsində yoxlanılan sahibkarın hüquqları və qanuni mənafeləri pozulduqda, habelə yoxlanılan sahibkar yoxlamanın nəticələrindən razı qalmadıqda inzibati və məhkəmə qaydasında şikayət verə bilər. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən bu Əsasnamə “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. Həmin Əsasnamənin 1.4, 1.5 və 1.6-cı bəndlərinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Göründüyü kimi, cavabdeh tərəfindən aparılmış yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmalıdır və hazırkı vəziyyətdə iş materialları ilə sübut olunur ki, xx.xx.2023-cü il tarixdə tərtib edilmiş R056332 nömrəli aktla aparımış yoxlama qanunsuz aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın (bundan sonra mətndə Qaydalar): Qaydaların 8.15-ci bəndinə əsasən ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerjitəchizatı müəssisəsinə yazılı məlumat verməlidir. İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerjitəchizatı müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə, sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir. Əgər sayğac göstəricilərinin xətası Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin müəyyən etdiyi normalardan artıq deyilsə, onda bu xəta normal sayılır və yenidən hesablaşma aparılması tələb olunmur. Əgər yoxlamanın nəticələrinə görə yenidən hesablaşma aparmaq tələb olunarsa, onda növbəti dövr üçün ödəniş sənədləri yazıldıqda, elektrik sayğaclarına onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə yenidən hesablaşma aparılır. Qaydaların 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Qaydaların 8.17-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, X4 tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Qeyd edilən Qaydaların tələblərinə uyğun olaraq əgər cavabdeh tərəfindən yoxlama yuxarıda qeyd edilən qanunvericiliyin tələbinə uyğun aparılsaydı belə cavabdehin aşkar etdiyi faktda istehlakçı tərəfindən elektrik enerjisinin talanması məqsədi ilə elektrik sayğacının zədələnməsi, qoşulma sxeminin pozulması və elektrik enerjisindən qanunsuz istifadə edilməsi halları olmadığından itirilmiş enerjinin bərpası adı altında cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli 056332 nömrəli akt əsasında aparımış hesabat əsassızdır. Məhkəmə işin mahiyyəti ilə tərəflər üçün aydın olması üçün qeyd edir ki, cavabdeh tərəfindən iddiaçı barədə akt tərtib edilərkən “Elektrik enerjisindən İstifadə Qaydalarının” pozulması faktlarına əsaslanmış, qeyd olunan pozuntunun istehlakçının təqsiri ucbatından baş verdiyi əsasının olub-olmamasını müəyyən etmədən iddiaçıya itirilmiş elektrik sərfiyyatı müəyyənləşdirilərək borc hesablanmışdır. Bu isə qanunvericiliyin tələbinə uyğun deyildir. Məhkəmə qeyd edir ki, sayğacda pozuntular müəyyən edildiyi halda itirilmiş elektrik enerjisindən dəyərinin ödənilməsi cavabdehə o halda hüquq verir ki, müəyyən olunmuş pozuntuda istehlakçının təqsiri olmuş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddiaçı dövlət rüsumunu ödədiyindən və iddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən “xx.xx.2023-cü il tarixli RQ056332 nömrəli akt əsasında hesablanmış, xx.xx.2024-cü il tarixdə iddiaçı "xxxx" ASC-nin **********3 hesabında qeydə alınan 10218 kvt.st enerji sərfiyyatına görə onun dəyəri olan 1021,8 manat borc slinsin. Cavabdeh "xxxx" ASC-dən ödənilmiş dövlət rüsumunun əvəzi 30.3 maant tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-451/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-451/2024
06.04.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver