Məhkəmə qərarları › İş №e-2-2(117)-453/2025

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-453/2025

06.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-453/2025 06.08.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsünova Günel Namizət qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 015R********** saylı kredit razılaşması üzrə 16474.42 manat kredit borcu, 1986.71 manat faiz borcu, 831.4 manat cərimə borcu, 015R********** saylı kredit razılaşması üzrə 18746.88 manat kredit borcu, 2107.66 manat faiz borcu, 697.38 manat cərimə borcu, 015R********** saylı kredit razılaşması üzrə 4609.53 manat kredit borcu, 525.76 manat faiz borcu, 171.48 manat cərimə borcu olmaqla, ümumilikdə 46151.22 manat borcun, 228.46 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının tutulması, borcun ipoteka predmetinə yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracda satılması, ipoteka predmeti olan əmlakın satışından əldə edilmiş vəsait hesabına borcun ödənilməsi, hərracda əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 ümumi müştərək qaydada tutulması” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 015R********** saylı kredit razılaşması üzrə 16474.42 manat kredit borcu, 1986.71 manat faiz borcu, 831.4 manat cərimə borcu, 015R********** saylı kredit razılaşması üzrə 18746.88 manat kredit borcu, 2107.66 manat faiz borcu, 697.38 manat cərimə borcu, 015R********** saylı kredit razılaşması üzrə 4609.53 manat kredit borcu, 525.76 manat faiz borcu, 171.48 manat cərimə borcu olmaqla, ümumilikdə 46151.22 manat borcun, 228.46 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının tutulması, borcun ipoteka predmetinə yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracda satılması, ipoteka predmeti olan əmlakın satışından əldə edilmiş vəsait hesabına borcun ödənilməsi, hərracda əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 ümumi müştərək qaydada tutulması” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, cavabdeh hazırkı iş üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmiş və cavabdehin banka borcu qalmamışdır. Odur ki, həmin işin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının gəlməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının ərizəsini araşdırıb hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Hazırkı iş üzrə iddiaçı iddia ərizəsinin baxılmadan qaytarılması barədə ərizə ilə məhkəməyə müraciət etdiyindən və cavabdehin məhkəmə iclasında iştirak etməməsini onun işə mahiyyəti üzrə baxılmasını tələb etməməsi kimi qəbul edildiyindən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 116.2-ci maddəsinə əsasən, məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir.117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırkı işə baxılması ilə əlaqədar xx.xx.2025ci il tarixdə ********** nömrəli qəbzlə X2 və ya Asanpay vasitəsilə məhkəmənin hesabına ödənilmiş 228.46 manat dövlət rüsumu geri qaytarılmalıdır. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğin 50 manat hissəsi iddiaçıdan, 50 manat hissəsi isə cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir Eyni zamanda, iş üzrə ekspertiza tədqiqatının dəyəri olaraq 700 manat qeyd edilsə də, məhkəmə hesab edir ki, tərəflərdən qeyd edilən tədqiqatın dəyəri olaraq ümumilikdə 350 manat ekspertiza xərcinin tutulması daha ağlabatandır. Belə ki, həmin məbləğin 175 manat hissəsi iddiaçıdan, 175 manat hissəsi isə cavabdehlərdən müştərək qaydada tutularaq Mərkəzi Ekspertiza Bürosunun hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279, 263-264, 266 -268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə borcun tutularaq ödənilməsi, borcun ipoteka predmetinə yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracda satılması, ipoteka predmeti olan əmlakın satışından əldə edilmiş vəsait hesabına borcun ödənilməsi, hərracda əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 ümumi müştərək qaydada tutulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 50 manatı iddiaçıdan, 50 manatı cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1, kodu: 210005, vöen: **********, müxbir hesab: AZ41NABZ********************, swift bik: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, vöen: **********, hesab: AZ34CTRE********************) ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 350 manatın 175 manatı iddiaçıdan, 175 manatı cavabdehlərdən müştərək qaydada tutularaq Mərkəzi Ekspertiza Bürosunun hesabına (Rabitə Bank, filialın kodu: 502155, bankın Vöen-i: **********, swıft kod: RBTAAZ22, müxbir hesab: AZ61NABZ013501**********6944, benefisiarın adı: Mərkəzi Ekspertiza Bürosu, benefisiarın hesabı: AZ26RBTA********************, benefisiarın VÖEN-i: **********) ödənilsin. İddiaçı tərəfindən X2nda və ya AsanPay vasitəsilə xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 228.46 manat dövlət rüsumu özünə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar