Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-454/2022 26.09.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, İddiaçı Mənzil Tikinti Kooperativinin təsisçisi və qanuni təmsilçisi X2, nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirkaları ilə, İddiaçı Mənzil Tikinti Kooperativinin Cavabdeh MMC-yə qarşı “cavabdeh tərəfindən 2020-ci ilin sonunadək D blokun tikintisi başa çatdırılmadığı üçün müqavilədən nəzərdə tutulmuş 23 və 24-cü mərtəbələrin bütün sahələrinin, cəmi 1250 kv.m sahənin dəyərinin əvəzi olan ******* (iki milyon) manat pulun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Mənzil Tikinti Kooperativi ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2018ci il tarixli müqaviləyə əsasən müqavilənin mahiyyəti Bakı şəhər İcra Hakimiyyətinin 267 saylı xx.xx.2005-ci il tarixli Sərəncamına əsasən İddiaçı MTK-nın qanuni təmsilçisi X3 Bakı şəhər, ünvan 1 ünvanında inşa etdiyi 21 mərtəbəli (2 mərtəbəsi zirzəmi olmaqla) A1, A1 və A2 blokları arasında yerləşən 6 mərtəbəli binadan (2 mərtəbəsi zirzəmi olmaqla) yaşayış, qeyri-yaşayış sahələrinin digər vətəndaşlara təkrar satması nəticəsində aparılan auditlə müəyyən olunacaq zərərçəkmiş şəxslərin Bakı şəhər İcra Hakimiyyətinin 443 saylı xx.xx.2015-ci il tarixli sərəncamına əsasən Cavabdeh MMC-yə ayrılmış Bakı şəhəri Xətai rayonu, ünvan 2də onun təsisçisi və qanuni təmsilçisi X13 tərəfindən tikilməkdə olan digər bloklardakı sahələrə köçürülməsindən, köçürülmə proseslərinin tələb olunan qaydada sənədləşdirilməsindən, həmin MTK və MMC-nin auditinin başa çatdığı tarixə auditlə müəyyən olunacaq debitor və kreditor borclarının X3 şəriki, Cavabdeh MMC-nin təsisçisi və qanuni təmsilçisi X8 qəbul etməsindən və Auditin başa çatdırıldığı tarixədək yaranmış audit aktında qeyd ediləcək digər müvafiq problemlərin, şikayətlərin onun tərəfindən həll olunmasından ibarətdir. Müqavilənin 2.3-cü bəndinə əsasən cavabdeh C blokunun tikintisini 2019-cu ilin axırına başa çatdırmağı, 2.4-cü bəndinə əsasən digər blokların tikintisini 2020-ci ilin axırına başa çatdırmağı, 2.5-ci bəndinə əsasən D blokunda tikiləcək 23 və 24-cü mərtəbələrin bütün sahələrinin, cəmi 1250 kv.m sahəni X2 adına rəsmiləşdirməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə götürdüyü öhdəliklərini tam şəkildə yerinə yetirməmiş, müqavilənin 2.4 və 2.5-ci bəndlərinə əsasən blokların tikintisini 2020-ci ilin axırına başa çatdırmamış, D blokunda tikiləcək 23 və 24-cü mərtəbələrin bütün sahələrinin, cəmi 1250 kv.m sahəni X2 adına rəsmiləşdirməmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Mənzil Tikinti Kooperativi ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən müqavilənin mahiyyəti Bakı şəhər İcra Hakimiyyətinin 267 saylı xx.xx.2005-ci il tarixli Sərəncamına əsasən İddiaçı MTK-nın qanuni təmsilçisi X3 Bakı şəhər, ünvan 1 ünvanında inşa etdiyi 21 mərtəbəli (2 mərtəbəsi zirzəmi olmaqla) A1, A1 və A2 blokları arasında yerləşən 6 mərtəbəli binadan (2 mərtəbəsi zirzəmi olmaqla) yaşayış, qeyri-yaşayış sahələrinin digər vətəndaşlara təkrar satması nəticəsində aparılan auditlə müəyyən olunacaq zərərçəkmiş şəxslərin Bakı şəhər İcra Hakimiyyətinin 443 saylı xx.xx.2015-ci il tarixli sərəncamına əsasən Cavabdeh MMC-yə ayrılmış Bakı şəhəri Xətai rayonu, ünvan 2də onun təsisçisi və qanuni təmsilçisi X13 tərəfindən tikilməkdə olan digər bloklardakı sahələrə köçürülməsindən, köçürülmə proseslərinin tələb olunan qaydada sənədləşdirilməsindən, həmin MTK və MMC-nin auditinin başa çatdığı tarixə auditlə müəyyən olunacaq debitor və kreditor borclarının X3 şəriki, Cavabdeh MMC-nin təsisçisi və qanuni təmsilçisi X8 qəbul etməsindən və auditin başa çatdırıldığı tarixədək yaranmış audit aktında qeyd ediləcək digər müvafiq problemlərin, şikayətlərin onun tərəfindən həll olunmasından ibarətdir. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etirazla məhkəməyə müraciət edərək bildirilmişdir ki, iddiaçı ilə aralarında xx.xx.2018-ci il tarixli birgə fəaliyyət haqqında müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən iddiaçının qanuni təmsilçisi Hikmət Yiğitdölün xahişi ilə onun tərəfindən ziyan vurulmuş vətəndaşlara dəymiş ziyanın ödənilməsini Cavabdeh MMC tərəfindən hal-hazırda tikintisi yekunlaşmış 1 bloklu binada mənzil verməklə qarşılayacağını öhdəlik kimi götürmüşdür. Həmçinin, İddiaçı MTK-nın qanuni təmsilçisi X3 də qeyd olunan müqaviləyə əsasən Cavabdeh MMC qarşısında bir sıra öhdəlikləri üzərinə götürmüşdür. Həmin öhdəliklərdən biri də ondan ibarətdir ki, İddiaçı MTK-nın qanuni təmsilçisi Hikmet X1 və X6 adına olan şəhadətnamələri və digər sənədləri cavabdehin qanuni təmsilçisinin adına keçirməli idi. Lakin hələ də adı çəkilən şəxslərin adına olan mənzillərin mülkiyyət hüququ onlarda qalmaqdadır. Cavabdeh MMC olaraq müqavilə üzrə üzərinə düşən öhdəliyi tam olaraq yerinə yetirmişdir. İddiaçı müqavilənin 2.4 və 2.5-ci bəndlərinə əsasən tikiləcək D blokunun 23 və 24-cü mərtəbəsində olan 1250 kv.m sahənin X3ün adına rəsmiləşdirmə öhdəliyinin yerinə yetirilməməsini, hətta blokun tikilməməsini bildirmişdir. Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli 443 saylı sərəncamına uyğun olaraq Cavabdeh MMC ona ayrılmış sahədə layihələndirilmiş, hər biri 1 girişli olmaqla, 23 mərtəbəli, 3 blokun tikintisinə icazə verilməsi üçün AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etmişdir. Sonuncu orqan tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 26 avqust 2019-cu il tarixli cavab məktubunda bildirilmişdir ki, Cavabdeh MMC-nin icarəsində olan torpaq sahəsində layihələndirilən 2 ədəd 1 girişli 23 mərtəbəli yaşayış binası və 4 mərtəbəli qeyri-yaşayış binasına icazə verilmişdir. Yəni müqavilədə sözügedən “D” blokunun tikintisi rəsmi olaraq, AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən dayandırılmışdır. İddia tələbində qeyd edilən yaşayış sahələrinin dəyərinin müəyyən edilməsi ilə bağlı iş materiallarında olan mütəxəssis rəyinin mötəbərliyi şübhə doğurur. Belə ki, iddiaçı özü də bildirir ki, sözügedən “D” bloku tikilməmişdir. Belə olan halda, tikilməmiş yaşayış binasının 23 və 24-cü mərtəbələrinin yaşayış sahəsinin 1 kv.m-nin qiymətinin 1600 manat müəyyən edilməsi necə ola bilər?! Həmçinin cavabdeh etirazında bildirmişdir ki, 1250 kv.m-dən çıxmaqla 3cü şəxslərə C blokdan mənzillər verilmişdir. Odur ki, iddia tələbini əsassız hesab edərək rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Mənzil Tikinti Kooperativi məhkəməyə ərizə müraciət edərək cavabdehin etiraz dəlillərinə münasibət bildirilmişdir. Həmin münasibətdə qeyd edilir ki, cavabdehin AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 3 blokun tikintisinə icazə vermədiyi üçün D blokun tikintisinin mümkün olmaması ilə bağlı etiraz dəlili əsassızdır, belə ki, xx.xx.2018-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh MMC 2 blok tikməyi öhdəsinə götürmüşdür. Sonrakı tarixlərdə Cavabdeh MMC tərəfindən 3 blokun və ya 5 blokun tikintisinə müraciət edilməsi və müvafiq dövlət orqanları tərəfindən razılıq alınmamasının İddiaçı MTK-ya aidiyyatı yoxdur, çünki müqavilədən açıq-aşkar görünür ki, 2 blokun tikintisi göstərilmişdir. Həmçinin, iş materiallarında olan mütəxəssis rəyinin mötəbər olmaması ilə bağlı etiraz dəlilinə münasibətdə qeyd edilir ki, Cavabdeh MMC sözügedən mütəxəssis rəyinin mötəbərliyini şübhə altına alan hər hansı bir sübut təqdim etməmişdir. İş materiallarına əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, mütəxəssis tərəfindən qeyd olunan ərazidə kifayət qədər araşdırma aparılmış və buna uyğun rəy hazırlanmışdır. İddiaçı qiyməti 1 kv.m üçün 1600 AZN ilə hesablayaraq ******* (iki milyon) manat pulun ödənilməsini tələb etmişdir ki, halbuki hal-hazırda cavabdeh MMC tikintisini apardığı 2 blokda alıcılara təklif etdiyi qiymət 1700 AZN ilə 2500 AZN arasındadır. Həmçinin, cavabdehin iddia ərizəsinə etiraz olaraq X3 müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi, X9 və X6 adına olan çıxarışları MMC-nin adına rəsmiləşdirməməsi ilə bağlı etiraz dəlilinə münasibət bildirərək iddiaçı qeyd edir ki, İddiaçı MTK bütün öhdəliklərini yerinə yetirmişdir. Əgər iddiaçı öz öhdəliklərini yerinə yetirməmişdirsə, belə olan halda MMC tərəfindən nə üçün MTK-ya qarşı iddia ərizəsi verilməmişdir?! Həmçinin cavabdeh xx.xx.2022-ci il tarixli ərizədə göstərmişdir ki, 16 may 2017-ci il tarixli müqavilə üzrə İddiaçı MTK-nın guya 6267 manat borcu yaranmışdır və həmin pulun tələb edilməsinə dair Bakı Kommersiya Məhkəməsinə müraciət olunmuşdur. Halbuki, Bakı Kommersiya Məhkəməsinə belə bir müraciət daxil olmamışdır. Cavabdeh MMC qəsdən məhkəməyə səhv məlumat verir. Həmçinin, İnter MMC iddia ərizəsinə etiraz olaraq bildirmişdir ki, 1250 kv.m-dən çıxmaqla 3-cü şəxslərə C blokdan mənzillər verilmişdir. Halbuki bununla əlaqədar olaraq sübut təqdim edilməmişdir. Məhkəmənin müraciətinə cavab olaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyi xx.xx.2022-ci il tarixli məktubla bildirmişdir ki, hazırda (2019-cu ildən sonra) Cavabdeh MMC tərəfindən sözü güdən ərazidə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2022-ci il tarixli Tİ-06/22 nömrəli icazəsi əsasında A-5 yaşayış binasının tikilməsi məqsədi ilə həmin ərazidə torpaq-qazma işləri aparılır. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmənin sualına cavab olaraq bildirdi ki, C bloku 2019-cu ilin sonunadək, D bloku 2020-ci ilin sonunadək tikilməli idi. Cavabdeh etirazında qeyd edir ki, mütəxəssis rəyində məbləğ düzgün göstərilməmişdir. Lakin bununla əlaqədar hər hansı sübut təqdim edilməyib. Qarşı tərəfin hüququ var idi ki, başqa bir mütəxəssis rəyi təqdim etsin. Etirazın hüququ əsası olmadığından qəbul etmirlər. Ekspertizanın keçirilməsi tələbi işi uzatmaqdan başqa heç bir məqsəd daşımamışdır. 5 - 6 səhifəlik əsaslandırılmış mütəxəssis rəyi vardır. Bundan başqa etirazda qeyd edilir ki, onlar öhdəliklərini yerinə yetirməyiblər. Onların prosessual hüququ var ki, məhkəmədə iddia qaldırsın. Lakin hər hansı bir iddia qaldırılmamışdır. Etirazda qeyd edilir ki, cavabdeh İnter MMC üçüncü şəxslərə C blokda mənzillər vermişdir. Lakin bununla əlaqəli sübut təqdim etməmişdir. İddianın ikinci hissəsinə gəldikdə hazırki gündə Hom Paşın orada hər hansı bir əmlakı yoxdur ki, qətnaməni icra edə bilsin. 49 sot ərazi İnter MMC-nin balansında qaldığından və tikinti İnter MMC tərəfindən icra edildiyindən öhdəliklər onlar tərəfindən icra edilməlidir. 2018-ci ilədək olan bütün vergi borclarını İnter MMC öz üzərinə götürmüşdür. Onlar da oradakı bütün hüquqlarından imtina eləmişlər. İddianın təmin oolunmasını məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi iddianı müdafiə etdiyini və vəkilin izahatına əlavəsinin olmadığını bildirdi. İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək əlavə olaraq iddia tərəfinin suallarına cavab olaraq bildirdi ki, bir blokun tikintisi davam edir. Digər blokun tikintisinə isə icazə verilmir. Hazırda cavabdeh şirkət tərəfindən tikintisi davam ettirilən binada mənzilin kvadrat metrinin qiymətini bilmir. İddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara, tərəflər arasında bağlanmış müqavilə, mütəxəssis rəyi, məhkəmə sorğuları, sorğulara cavabla və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İlk öncə məhkəmə qeyd edir ki, iddiaçının hazırki tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ vardır və onun qanuni təmsilçlsinin hüquqi şəxsin adından etbarnamə və sair sənədlər tərtib etmək hüququ olmuşdur. Belə ki, mübahisə predmeti olan xx.xx.2018-ci il tarixli müqavilə məhz İddiaçı Mənzil Tikinti Kooperativi və Cavabdeh MMC arasında bağlanmışdır. İddiaçının müqavilə tərəfi olaraq öhdəliklərin icrasını tələb etmək hüququ mövcuddur. Bundan başqa iddiaçının qanuni təmsilçisi olan X7 hazırda iddiaçının qanuni təmsilçisidir və hüquqi şəxsin adından hərəkət etmək hüququna malikdir. Eyni zamanda Bakı Ağır Cinayətlə Məhkəməsinin xx.xx.2020-ci il tarixli hükmü ilə X4 digər cəzlarla yanaşı əlavə cəza kimi 1 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilmişdir. Zərərçəkmiş şəxsin apelyasiya şikayəti isə Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(103)- 23/2022 nömrəli qərarı ilə təmin edilməmişdir. Göründüyü kimi iddiaçı hüquqi şəxsin rəhbəri X2 yalnız dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququ məhdudlaşdırılmışdır ki, sonuncunun MMC-nin rəhbəri vəzifəsini tutmaq hüququ məhdudlaşdırılmamışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, X7 rəhbəri qanuni təmsilçisi olduğu hüquqi şəxsin adından etbarnamə verə və iddia irəli sürmək üçün hərəkətlər edə bilər. İddianın hüquqi əsasən qiymət verən məhkəmə, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsində həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 406.1, 329.2, 567, 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1ci və 2-ci bəndləri, 449.1). Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, İddiaçı Mənzil Tikinti Kooperativi ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən müqavilənin mahiyyəti Bakı şəhər İcra Hakimiyyətinin 267 saylı xx.xx.2005-ci il tarixli Sərəncamına əsasən İddiaçı MTK-nın qanuni təmsilçisi X3 Bakı şəhər, ünvan 1 ünvanında inşa etdiyi 21 mərtəbəli (2 mərtəbəsi zirzəmi olmaqla) A1, A1 və A2 blokları arasında yerləşən 6 mərtəbəli binadan (2 mərtəbəsi zirzəmi olmaqla) yaşayış, qeyriyaşayış sahələrinin digər vətəndaşlara təkrar satması nəticəsində aparılan auditlə müəyyən olunacaq zərərçəkmiş şəxslərin Bakı şəhər İcra Hakimiyyətinin 443 saylı xx.xx.2015-ci il tarixli sərəncamına əsasən Cavabdeh MMC-yə ayrılmış Bakı şəhəri Xətai rayonu, ünvan 2də onun təsisçisi və qanuni təmsilçisi X13 tərəfindən tikilməkdə olan digər bloklardakı sahələrə köçürülməsindən, köçürülmə proseslərinin tələb olunan qaydada sənədləşdirilməsindən, həmin MTK və MMC-nin auditinin başa çatdığı tarixə auditlə müəyyən olunacaq debitor və kreditor borclarının X3 şəriki, Cavabdeh MMC-nin təsisçisi və qanuni təmsilçisi X8 qəbul etməsindən və auditin başa çatdırıldığı tarixədək yaranmış audit aktında qeyd ediləcək digər müvafiq problemlərin, şikayətlərin onun tərəfindən həll olunmasından ibarətdir. Müqavilənin 2.3-cü bəndinə əsasən cavabdeh C blokunun tikintisini 2019-cu ilin axırına başa çatdırmağı, 2.4-cü bəndinə əsasən digər blokların tikintisini 2020-ci ilin axırına başa çatdırmağı, 2.5-ci bəndinə əsasən D blokunda tikiləcək 23 və 24-cü mərtəbələrin bütün sahələrinin, cəmi 1250 kv.m sahəni X2 adına rəsmiləşdirməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə götürdüyü öhdəliklərini yerinə yetirməmiş, müqavilənin 2.4 və 2.5-ci bəndlərinə əsasən blokların tikintisini 2020-ci ilin axırına başa çatdırmamış, D blokunda tikiləcək 23 və 24-cü mərtəbələrin bütün sahələrinin, cəmi 1250 kv.m sahəni X2 adına rəsmiləşdirməmişdir. Belə ki, cavabdeh bunun əksini təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyinin xx.xx.2022-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, Cavabdeh MMC tərəfindən sözügedən ərazidə 2019-cu ildən sonra tikinti işləri aparılmamış və yalnız Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2022-ci il tarixli Tİ-06/22 nömrəli icazəsi əsasında A-5 yaşayış binasının tikilməsi məqsədi ilə həmin ərazidə torpaq-qazma işləri aparılır. Göründüyü kimi cavabdeh 2020-ci ilin sonuna qədər tikib və həmin tikintidən iddiaçı tərəfin mülkiyyətinə verməyi öhdəsinə götürdüyü yaşayış binasını tikməmiş və nəticədə öhdəliyini icra etməmişdir. Məhkəmə qeyd edir ki, yaşayış binasının hansı səbəbdən tikilməməsi mübahisənin həllinə təsir etmir. Belə ki, tərəflər arasında bağlanmış müqavilədə cavabdeh üzərinə götürdüyü öhdəliyin yerinə yetirə bilməməsi ilə bağlı qeyd-şərt nəzərdə tutlmamış, hər hansı obyektiv və subyektiv səbəblər barədə fors-major hal müqavilədə nəzərdə tutulmamış və cavabdeh müqavilə üzrə qəti şəkildə yerinə yetirəcəyi barədə öhdəliyi üzərinə götürmüşdür. Öhdəliyin icra edilməməsi üçün hər hansı hal mövcud olmuşdursa belə həmin hallar yalnız iddiaçı ilə razılaşdırma yolu ilə həllini tapmalıdır ki, cavabdeh ötən müddət ərzində öhdəliyini icra edə bilməməsinin sənbəbələri və ona əlavə vaxtın verilməsi ilə iddiaçıya müraciətini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Şərh olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh müqavilə üzrə öhdəliyini müəyyən olunmuş müddət ərzində yerinə yetirmədiyindən iddiaçı 1250 kv.m sahənin hazırki dəyərini ondan tələb edilməkdə haqlıdır. Belə ki, cavabdeh öhdəliyini icra edib yaşayış binasının 1250 kv.m hissəsini iddiaçının mülkiyyətinə vermiş olsaydı iddiaçının əldə edəcəyi əmlakın dəyəri hazırki vaxtla qiymətləndirilmiş olacaqdı. Bunlardan başqa məhkəmə mübahisəli ərazidə 1 kv.m dəyəri ilə bağlı qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 02- 49/22 nömrəli mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, mənzilin mövcud vəziyyəti, yerləşdiyi ərazi, ümumi sahəsi, tikilinin konstruksiyası, aşınması və s. xüsusiyyətlər nəzərə alınmaqla aparılmış hesablamalara və təhlillərə əsasən Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən, D binasının 23-24-cü mərtəbələrindəki, ümumi sahəsi 1250 kv.metr olan, təmirsiz yaşayış sahələrinin xx.xx.2022-ci il tarixinə bazar dəyəri aşağıdakı kimi hesablanmışdır: 1800 (min səkkiz yüz) manat/ 1 kv.m x 1250 kv.metr = 2.250.000 manat təşkil edir. Məhkəmə iddiaçı tərəfindən ərazidə olan yaşayış evlərinin 1 kv.m hissəsi ilə bağlı müəyyən etdiyi qiymətlə razılaşır. Belə ki, mütəxəssis araşdırmasında müəyyən olunur ki, qiymətin müəyyən edilməsi zamanı mütəxəssis internet resurslarında olan elanlar vasitəsi ilə həm Xocalı prospektində olan qiymətləri, həm qonşu Orucov küçəsində olan qiymətləri müqayisəli şəkildə təhlil etmiş və yekun olaraq 1 kv.m dəyərini xx.xx.2022-ci il tarixə 1800 manat həddində müəyyən etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən qeyd edir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Prosesual qanunvericiliyin tələblərindən çıxış edən məhkəmə qeyd edir ki, məhkəmə mülki araşdırma zamanı öz təşəbbüsü ilə sübut toplamamalı və yalnız tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənməlidir. Cavabdeh tərəf mütəxəssis tərəfindən müəyyən edilmiş 1 kv.m sahənin qiymətinin 1800 manat olması ilə razılaşmadığı bildirsə də təqdim olunmuş rəyin həqiqiliyini şübhə altına alan sübut məhkəməyə təqdim etməmişdir. Sonuncunun mülahizələri yalnız sözdən ibarət olmuş və hər hansı sübutla öz təsdiqini tapmamışdır. Halbuki, məhkəmə araşdırması zamanı tərəflər işin nəticəsinə təsir edəcək halların məhkəməyə təqdim edilməsi üçün kifayət qədər müddət tanımışdır. Cavabdeh alternativ araşdırmanın nəticələrinə dair başqa rəy və ya ən azından mənzil satışı ilə məşğul olan hüquqi şəxs kimi həmin ərazidə hazırki dövrdə satışını həyata keçirdiyi mənzillər dair müqavilələri təqdim etmək imkanında olmuşdur. Şərh olunanlara əsasən məhkəmə cavabdehin həmin ərazidə 1 kv.m mənzilin qiyməti ilə bağlı etiraz dəlillərini əsassız hesab edir və təqdim edilmiş rəylə müəyyən olunmuş qiyməti qəbul edir. Lakin iddiaçı əmlakın 1 kv.m dəyərini 1800 manatla deyil, 1600 manatla alınmasını tələb etdiyindən və məhkəmə tələbdən kənara çıxmağa haqlı olmadığından məhkəmə hesab edir ki, iddiaçının tələbi üzrə mübahisəli ərazidə olan 1 kv.m dəyəri 1600 manat götürülməklə cavabdehdən 1250 kv.m dəyəri olan ******* (iki milyon) manat pul tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 1790 manat olmalıdır ki, iddiaçı tərəfindən 1390 manat dövlət rüsumu ödənilmişdir. İddia tələbi təmin edildiyindən və iddiaçı dövlət rüsumunu tələb etmədiyindən sonuncu tərəfindən ödənilmiş dövlət rüsumu çıxılmaqla 400 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, iddiaçı 400 manat məbləğində mediasiya xərci ödədiyindən o, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən 1790 manat dövlət rüsumundan 400 manat mediasiya xərci həddində azad edilməklə məhkəməyə müraciət etmək hüququnu əldə etmişdir. İddiaçı tərəfindən 400 manat mediasiya xərcinin ödənməsi hazırki işə baxılması üçün nəzərdə tutulmuş dövlət rüsumunun ödənilməsi kimi qiymətləndirilmir və bu səbəbdən də ödənilməmiş 400 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh MMC-dən 2020-ci ilin sonunadək D blokun tikintisi başa çatdırılmadığı üçün müqavilədə nəzərdə tutulmuş 23 və 24-cü mərtəbələrin bütün sahələrinin, cəmi 1250 kv.m sahənin dəyərinin əvəzi olan ******* (iki milyon) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Mənzil Tikinti Kooperativinin xeyrinə ödənilsin. Ödənilməmiş 400 manat dövlət rüsumu Cavabdeh MMC-dən dövlət gəlirinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-454/2022
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-454/2022
26.09.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver