Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-460/2024 05.06.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi ilə, İddiaçı 10 saylı Ərazi Vergilər İdarəsinin Cavabdehnə qarşı “cavabdehdən 20536,39 manat məbləğində icarə haqqı üzrə borcun alınıb dövlət büdcəsinə ödənilməsi” tələbinə dair mübahisəyə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: Bakı şəhər İcra Hakimiyyəti ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2017-ci il tarixli torpaq icarəsi müqaviləsinə əsasən 900 kv.m torpaq sahəsi 49 il müddətinə (xx.xx.2066-cı ilədək) icarəçinin istifadəsinə verilmişdir. Həmin müqavilənin 3.2-ci maddəsinə əssən torpaq sahəsindən istifadəyə görə icarə haqqını və digər tədiyyələri vaxtında ödəmək icarəçinin vəzifələrinə aid edilmişdir. 7.3-cü bəndinin tələbinə əsasən icarə haqqı xx.xx.2017-ci il tarixdən hesablanır. 7.4-cü bəndinə əsasən icarəçi icarə haqqını hər il üçün 4108 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. 7.7-ci bəndinə əsasən icarə haqqı hər rübün 5-dən gec olmayaraq ödənilir. İcarəyə verən icarə müqaviləsi üzrə öhdəliyini yerinə yetirərək 900 kv.m torpaq sahəsini cavabdehin istifadəsinə vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək icarə borcunu tam ödəməmişdir. Cavabdehin şəxsi hesab vərəqəsindən müəyyən olunduğu kimi cavabdehin xx.xx.2023-cü il tarixə cəmi ödənilməli icarə borcu 20536,39 manat təşkil edir. Göründüyü kimi cavabdeh tərəfindən illik icarə haqqı lazımınca ödənilmədiyindən qalıq borcu 20536,39 manat təşkil edir ki, həmin borc məbləği də şəxsi hesab vərəqəsi ilə müəyyən olunur. İcarəçi Cavabdeh MTK müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən ödənilməmiş icarə haqqı borcu qalmışdır ki, edilən xəbərdarlığa baxmayaraq icarəçi qalıq icarə borcunu ödəmədiyindən tərəflər arasında mübahisə həllini tapmamış, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş və tələbini onunla əsaslandırmışdır ki, cavabdeh müqavilə öhdəliyini yerinə yetirmədiyindən ödənilməmiş 20536,39 manat icarə borcu qalmışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: tərəflər arasında bağlanmış icarə müqaviləsi, icarəçinin şəxsi hesab vərəqəsi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir. İcarə haqqının ödənilməsi formaları və qaydaları torpaq icarəsi müqaviləsi ilə müəyyənləşdirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 700.1, 700.2. 710.1. 710.3). Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi Bakı şəhər İcra Hakimiyyəti ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2017-ci il tarixli torpaq icarəsi müqaviləsinə əsasən 900 kv.m torpaq sahəsi 49 il müddətinə (xx.xx.2066-cı ilədək) icarəçinin istifadəsinə verilmişdir. Həmin müqavilənin 3.2-ci maddəsinə əssən torpaq sahəsindən istifadəyə görə icarə haqqını və digər tədiyyələri vaxtında ödəmək icarəçinin vəzifələrinə aid edilmişdir. 7.3-cü bəndinin tələbinə əsasən icarə haqqı xx.xx.2017-ci il tarixdən hesablanır. 7.4-cü bəndinə əsasən icarəçi icarə haqqını hər il üçün 4108 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. 7.7-ci bəndinə əsasən icarə haqqı hər rübün 5-dən gec olmayaraq ödənilir. İcarəyə verən icarə müqaviləsi üzrə öhdəliyini yerinə yetirərək 900 kv.m torpaq sahəsini cavabdehin istifadəsinə vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək icarə borcunu tam ödəməmişdir. Cavabdehin şəxsi hesab vərəqəsindən müəyyən olunduğu kimi cavabdehin xx.xx.2023-cü il tarixə cəmi ödənilməli icarə borcu 20536,39 manat təşkil edir. Göründüyü kimi cavabdeh tərəfindən illik icarə haqqı lazımınca ödənilmədiyindən qalıq borcu 20536,39 manat təşkil edir ki, həmin borc məbləği də şəxsi hesab vərəqəsi ilə müəyyən olunur. Şərh olunanlara əsasən məhkəmə qeyd edir ki, cavabdeh öhdəliyini lazımınca yerinə yetirmədiyindən ödənilməmiş 20536,39 manat borcu mövcuddur. Bu səbəbdən həmin borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. İddianın qiymətinə uyğun (20536,39 manat) ödənilməli dövlət rüsumu 151,61 manat təşkil edir. İddia tələbi təmin edildiyindən və iddiaçı büdcə təşkilatı olaraq dövlət rüsumunu ödəməkdən azad olunduğundan 151,61 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh MTK-dan 20536,39 manat icarə haqqı üzrə borc tutularaq dövlət büdcəsinə ödənilsin. Ödənilməmiş 151,61 manat dövlət rüsumu Cavabdeh MTK-dan tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-460/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-460/2024
05.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver