Məhkəmə qərarları › İş №e-2-2(117)-463/2022

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-463/2022

13.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-463/2022 13.04.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı QSC-nin cavabdehlər X4, Cavabdeh2, Cavabdeh3, X7 və Cavabdeh5 qarşı “X4 ilə bağlanmış 020R********** saylı krеdit razılaşması, 020R**********S saylı, 020R**********SA saylı sazişlərin ləğv edilməsi, X4 ilə bağlanmış 020R********** saylı krеdit razılaşması, 020R**********S saylı, 020R**********SA saylı sazişlərin ləğv edilməsi, cavabdеhlər X1, X5, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 müştərək qaydada 020R********** saylı krеdit razılaşması üzrə 4705.58 manat məbləğində krеdit bоrcu, 1418.39 manat məbləğində faiz bоrcu və 2600.92 manat məbləğində cərimə borcu olmaqla, 020R********** saylı krеdit razılaşması üzrə 7984.06 manat məbləğində krеdit bоrcu, 2104.11 manat məbləğində faiz bоrcu və 3661.10 manat məbləğində cərimə borcu olmaqla, 020R********** saylı krеdit razılaşması üzrə 17252.85 manat məbləğində krеdit bоrcu, 4826.14 manat məbləğində faiz bоrcu və 9176.23 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 53729,38 manat məbləğində bоrcun, mediasiya prosesi ilə bağlı ödənilmiş 400 manat xərcin tutularaq ödənilməsi, tutmanın X3 məxsus olan KAMAZ 4311AC xüsusi təyinatlı markalı, 99MC220 dövlət qeydiyyat nişanlı və KAMAZ 55111 yük markalı, 15BN151 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə yönəldilməsi, həmin nəqliyyat vasitələrinin açıq hərracda satılması və ümumilikdə cəmi 53729,38 manat məbləğində borcun və mediasiya prosesi ilə bağlı ödənilmiş 400 manat xərcin qeyd edilmiş nəqliyyat vasitələrinin hərracdan satışından əldə olunan vəsait hesabına ödənilməsi və əmlak borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan məbləğin X1, X5, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 ümumi qaydada tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı QSC Cavabdehlər X4, Cavabdeh2, Cavabdeh3, X7 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək“X4 ilə bağlanmış 020R********** saylı krеdit razılaşması, 020R**********S saylı, 020R**********SA saylı sazişlərin ləğv edilməsi, X4 ilə bağlanmış 020R********** saylı krеdit razılaşması, 020R**********S saylı, 020R**********SA saylı sazişlərin ləğv edilməsi, cavabdеhlər X1, X5, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 müştərək qaydada 020R********** saylı krеdit razılaşması üzrə 4705.58 manat məbləğində krеdit bоrcu, 1418.39 manat məbləğində faiz bоrcu və 2600.92 manat məbləğində cərimə borcu olmaqla, 020R********** saylı krеdit razılaşması üzrə 7984.06 manat məbləğində krеdit bоrcu, 2104.11 manat məbləğində faiz bоrcu və 3661.10 manat məbləğində cərimə borcu olmaqla, 020R********** saylı krеdit razılaşması üzrə 17252.85 manat məbləğində krеdit bоrcu, 4826.14 manat məbləğində faiz bоrcu və 9176.23 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 53729,38 manat məbləğində bоrcun, mediasiya prosesi ilə bağlı ödənilmiş 400 manat xərcin tutularaq ödənilməsi, tutmanın X3 məxsus olan KAMAZ 4311AC xüsusi təyinatlı markalı, 99MC220 dövlət qeydiyyat nişanlı və KAMAZ 55111 yük markalı, 15BN151 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə yönəldilməsi, həmin nəqliyyat vasitələrinin açıq hərracda satılması və ümumilikdə cəmi 53729,38 manat məbləğində borcun və mediasiya prosesi ilə bağlı ödənilmiş 400 manat xərcin qeyd edilmiş nəqliyyat vasitələrinin hərracdan satışından əldə olunan vəsait hesabına ödənilməsi və əmlak borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan məbləğin X1, X5, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 ümumi qaydada tutulması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, hazırkı mübahisəyə ərazi aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən baxılmalı olmadığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarından göründüyü kimi, iş üzrə cavabdehlər X4, Cavabdeh2, Cavabdeh3, X7 və Əmirova X2 rayonunda qeydiyyatdadırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir.... 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14.11.2019-cu il tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasına əsasən Cəlilabad rayonu Şirvan Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Göründüyü kimi Cəlilabad rayonunda qeydiyyatda olan hazırkı cavabdehlərə qarşı iddia tələbinə hazırki məhkəmədə deyil, Şirvan Kommersiya Məhkəməsində baxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı QSC-nin cavabdehlər X4, Cavabdeh2, Cavabdeh3, X7 və Cavabdeh5 qarşı “X4 ilə bağlanmış 020R********** saylı krеdit razılaşması, 020R**********S saylı, 020R**********SA saylı sazişlərin ləğv edilməsi, X4 ilə bağlanmış 020R********** saylı krеdit razılaşması, 020R**********S saylı, 020R**********SA saylı sazişlərin ləğv edilməsi, cavabdеhlər X1, X5, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 müştərək qaydada 020R********** saylı krеdit razılaşması üzrə 4705.58 manat məbləğində krеdit bоrcu, 1418.39 manat məbləğində faiz bоrcu və 2600.92 manat məbləğində cərimə borcu olmaqla, 020R********** saylı krеdit razılaşması üzrə 7984.06 manat məbləğində krеdit bоrcu, 2104.11 manat məbləğində faiz bоrcu və 3661.10 manat məbləğində cərimə borcu olmaqla, 020R********** saylı krеdit razılaşması üzrə 17252.85 manat məbləğində krеdit bоrcu, 4826.14 manat məbləğində faiz bоrcu və 9176.23 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 53729,38 manat məbləğində bоrcun, mediasiya prosesi ilə bağlı ödənilmiş 400 manat xərcin tutularaq ödənilməsi, tutmanın X3 məxsus olan KAMAZ 4311AC xüsusi təyinatlı markalı, 99MC220 dövlət qeydiyyat nişanlı və KAMAZ 55111 yük markalı, 15BN151 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə yönəldilməsi, həmin nəqliyyat vasitələrinin açıq hərracda satılması və ümumilikdə cəmi 53729,38 manat məbləğində borcun və mediasiya prosesi ilə bağlı ödənilmiş 400 manat xərcin qeyd edilmiş nəqliyyat vasitələrinin hərracdan satışından əldə olunan vəsait hesabına ödənilməsi və əmlak borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan məbləğin X1, X5, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 ümumi qaydada tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar