Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-464/2023 08.06.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “xx.xx.2021-ci il tarixli 1280***-*******01L nömrəli kredit limiti müqaviləsinin və onun tərkib hissəsi olan xx.xx.2022-ci il tarixli razılaşmanın ləğv olunması, cavabdehlərdən 14030,39 manat əsas borc, 2006,89 manat faiz borcu, 529,79 manat cərimə borcu və 200 manat mediasiya xərcinin iddiaçının xeyrinə tutulması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “xx.xx.2021-ci il tarixli 1280***-*******01L nömrəli kredit limiti müqaviləsinin və onun tərkib hissəsi olan xx.xx.2022-ci il tarixli razılaşmanın ləğv olunması, cavabdehlərdən 14030,39 manat əsas borc, 2006,89 manat faiz borcu, 529,79 manat cərimə borcu və 200 manat mediasiya xərcinin iddiaçının xeyrinə tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişlər. İddiaçının nümayəndəsi məhkəməyə müraciət edərək işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli 1280***-*******01L nömrəli kredit limiti müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən bank borc alana illik 30% dərəcəsilə 100 000 manat məbləğində 120 ay müddətinə xx.xx.2031-ci il tarixədək kredit limiti ayırır və kredit limiti çərçivəsində bu müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşmanı imzalamaqla kredit verməyi öhdəsinə götürmüşdür. Kredit limiti bu müqavilədən irəli gələn və bu müqavilədə qeyd olunmuş müəyyən müddətə faizlər ödənilmək şərtilə təminatla və ya təminatsız, geri qaytarıldıqdan sonra bu müqavilədə qeyd edilmiş müddət və məbləğ həddində yenidən kredit verənin razılığı ilə istifadə edilə bilən (bərpa olunan) müəyyən məbləğdə borca verilən pul vəsaitidir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən borc alan müqavilə üzrə öz öhdəliklərini icra etmədikdə və ya həmin öhdəlikləri müqavilədə müəyyən edilmiş müddətdə icra etmədikdə, kredit verənin bu müqaviləni vaxtından əvvəl ləğv etmək, kredit borcunu, faizləri, cərimələri, vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək, tələb icra olunmadıqda isə tələbi girova (ipotekaya) qoyulmuş əmlaka yönəltmək hüququ vardır. xx.xx.2021-ci il tarixli 1280***-*******01L nömrəli kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan xx.xx.2022-ci il tarixli razılaşmaya əsasən bank həmin kredit limiti çərçivəsində illik 21 faiz dərəcəsi ilə xx.xx.2024-cü il tarixinədək 15000 manat məbləğində borc pul vəsaitini Cavabdeh1 verməyi, sonuncu isə güzəşt müddəti ərzində götürülmüş kreditə görə yalnız kredit limiti müqaviləsinə əlavə edilən ödəniş cədvəlində qeyd edilən faizləri, güzəşt müddəti bitdikdən sonra borcalan əsas borc, faiz və digər ödənişləri ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda həmin razılaşma üzrə borcalan bu razılaşmaya əsasən verilmiş kreditin faizləri ilə birlikdə tam olaraq qaytarılmalı olduğu tarixədək öhdəliklərini icra etmədiyi yaxud lazımi qaydada icra etmədiyi təqdirdə kreditverənə gecikdirilmiş borc məbləğinin 40 % məbləğində cəriməni ödəməlidir. xx.xx.2022-ci il tarixli 1FİZAM164925001 nömrəli (zamin Cavabdeh3) və xx.xx.2022ci il tarixli 1FİZAM173383803 nömrəli (zamin Cavabdeh2) nömrəli zaminlik müqavilələrinə əsasən zamin faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsuliyyət daşıyır. Zaminlik müqavilələrinin 3.1-ci bəndinə əsasən zaminlik icarsını təmin etdiyi kredit limiti müqaviləsinin qüvvəyə mindiyi andan qüvvəyə minir və kredit limiti müqaviləsinin qüvvədə olduğu müddət ərzində, o cümlədən kredit limiti müqaviləsinin müddəti uzadıldıqda, uzadılmış müddət ərzində və kredit limiti müqaviləsindən irəli gələn öhdəlik tam icra olunanandək qüvvədədir. xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, cavabdehin 14030,39 manat əsas borc, 2006,89 manat faiz borcu və 529,79 manat cərimə borcu mövcuddur. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara xx.xx.2021-ci il tarixli 1280***-*******01L nömrəli kredit limiti müqaviləsi, xx.xx.2022-ci il tarixli razılaşma, zaminlik müqavilələri və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 449.1, 470.1, 472.1, 739.2). İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli 1280***-*******01L nömrəli kredit limiti müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən bank borc alana illik 30% dərəcəsilə 100 000 manat məbləğində 120 ay müddətinə xx.xx.2031-ci il tarixədək kredit limiti ayırır və kredit limiti çərçivəsində bu müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşmanı imzalamaqla kredit verməyi öhdəsinə götürmüşdür. Kredit limiti bu müqavilədən irəli gələn və bu müqavilədə qeyd olunmuş müəyyən müddətə faizlər ödənilmək şərtilə təminatla və ya təminatsız, geri qaytarıldıqdan sonra bu müqavilədə qeyd edilmiş müddət və məbləğ həddində yenidən kredit verənin razılığı ilə istifadə edilə bilən (bərpa olunan) müəyyən məbləğdə borca verilən pul vəsaitidir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən borc alan bu müqavilə üzrə öz öhdəliklərini icra yetirmədikdə və ya həmin öhdəlikləri müqavilədə müəyyən edilmiş müddətdə icra etmədikdə, kredit verənin bu müqaviləni vaxtından əvvəl ləğv etmək, kredit borcunu, faizləri, cərimələri, vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək, tələb icra olunmadıqda isə tələbi girova (ipotekaya) qoyulmuş əmlaka yönəltmək hüququ vardır. xx.xx.2021-ci il tarixli 1280***- *******01L nömrəli kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan xx.xx.2022-ci il tarixli razılaşmaya əsasən bank həmin kredit limiti çərçivəsində illik 21 faiz dərəcəsi ilə xx.xx.2024-cü il tarixinədək 15000 manat məbləğində borc pul vəsaitini Cavabdeh1 verməyi, sonuncu isə güzəşt müddəti ərzində götürülmüş kreditə görə yalnız kredit limiti müqaviləsinə əlavə edilən ödəniş cədvəlində qeyd edilən faizləri, güzəşt müddəti bitdikdən sonra borcalan əsas borc, faiz və digər ödənişləri ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda həmin razılşama üzrə borcalan bu razılaşmaya əsasən verilmiş kreditin faizləri ilə birlikdə tam olaraq qaytarılmalı olduğu tarixədək öhdəliklərini icra etmədiyi yaxud lazımi qaydada icra etmədiyi təqdirdə kreditverənə gecikdirilmiş borc məbləğinin 40 % məbləğində cəriməni ödəməlidir. xx.xx.2022-ci il tarixli 1FİZAM164925001 nömrəli (zamin Cavabdeh3) və xx.xx.2022ci il tarixli 1FİZAM173383803 nömrəli (zamin Cavabdeh2) nömrəli zaminlik müqavilələrinə əsasən zamin faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsuliyyət daşıyır. Zaminlik müqavilələrinin 3.1-ci bəndinə əsasən zaminlik icarsını təmin etdiyi kredit limiti müqaviləsinin qüvvəyə mindiyi andan qüvvəyə minir və kredit limiti müqaviləsinin qüvvədə olduğu müddət ərzində, o cümlədən kredit limiti müqaviləsinin müddəti uzadıldıqda, uzadılmış müddət ərzində və kredit limiti müqaviləsindən irəli gələn öhdəlik tam icra olunanandək qüvvədədir. xx.xx.2023-cü il tarixli arayışla cavabdehin 14030,39 manat əsas borc, 2006,89 manat faiz borcu və 529,79 manat cərimə borcunun olması öz təsdiqini tapır. İddiaçının “xx.xx.2021-ci il tarixli 1280***-*******01L nömrəli kredit limiti müqaviləsinin və onun tərkib hissəsi olan xx.xx.2022-ci il tarixli kredit razılaşmasının ləğv edilməsi” hissəsinə münasibətdə qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış kredit limiti müqaviləsinin 3.2-ci bəndinə əsasən borc alan müqavilə üzrə öz öhdəliklərini icra etmədikdə və ya həmin öhdəlikləri müqavilədə müəyyən edilmiş müddətdə icra etmədikdə, kredit verənin bu müqaviləni vaxtından əvvəl ləğv etmək, kredit borcunu, faizləri, cərimələri, vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək, tələb icra olunmadıqda isə tələbi girova (ipotekaya) qoyulmuş əmlaka yönəltmək hüququ vardır. Bu səbəbdən məhkəmənin qənaəti belədir ki, tərəflər arasında bağlanmış kredit limiti müqaviləsinin və onun ayrılmaz tərkib hissəsi olan razılaşmanın ləğv edilməsini iddiaçı tələb edə bilər. İddia tələbinin “14030,39 manat əsas borc, 2006,89 manat faiz borcunun tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı üzərinə düşən öhdəliyini icra etmiş, 15000 manat pul vəsaitini Cavabdeh1 vermiş, lakin sonuncu öhdəliklərini lazımınca yerinə yetirmədiyindən ödənilməmiş 14030,39 manat əsas və 2006,89 manat faiz borcu yaranmışdır. Bundan başqa cavabdeh tərəf iddiaçının tələbinə münasibətdə hər hansı etirazını və onları təkzib edəcək sənədləri məhkəməyə təqdim etmədiyindən məhkəmə hesab edir ki, iddiaçı həmin məbləğləri cavabdehdən tələb etməkdə haqlıdır. İddia tələbinin “529,79 manat cərimə borcunun tutulması”na münasibətdə məhkəmə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər arasında bağlanmış kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan xx.xx.2022-ci il tarixli razılaşmanın 8-ci bəndinin tələbinə görə borcalan bu razılaşmaya əsasən verilmiş kreditin faizləri ilə birlikdə tam olaraq qaytarılmalı olduğu tarixədək öhdəliklərini icra etmədiyi yaxud lazımi qaydada icra etmədiyi təqdirdə kreditverənə gecikdirilmiş borc məbləğinin 40 % məbləğində cəriməni ödəməyi öhdəsinə götürmüşdür. Odur ki, tərəflərin davranışı, iddiaçının vaxtında tələbi irəli sürməməsi, bununla da cərimə borcunun artmasına şərait yaradılması, eyni zamanda cavabdehin müqavilə müddəti ərzində öhdəlikləri lazımi qaydada icra etməməsi, həmçinin tərəflərin əmlak mənafeləri nəzərə alınaraq cavabdehdən 529,79 manat deyil, 52 manat cərimə borcunun tutulması qanuni, əsaslı, ədalətli və ağılabatandır. Məhkəmə iddiaçının tələbini əsaslandıran halları nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki məhkəmə icraatında iddiaçının üzərinə iddia tələbini sübut etmək, cavabdehin üzərinə etirazlarının əsasını sübut etmək, məhkəmənin isə həmin hallara hüquqi qiymət verməklə bağlı vəzifələr qoymuşdur. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Şərh olunanlara əsasən məhkəmə qeyd edir, iddia tələbi qismən təmin edilərək, 14030,39 manat əsas borc, 2006,89 manat faiz borcu və 52 manat cərimə borcu cavabdehlərdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi üzrə ödənilməli dövlət rüsumu 139,7 manat olmalıdır ki, iddia qismən təmin edildiyindən 139,7 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Həmçinin, iddiaçı tərəfindən 200 manat məbləğində mediasiya xərci ödənildiyindən və hazırkı borc üzrə dövlət rüsumunun məbləği mediasiya xərcindən az olduğundan və “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci maddəsinə istinadən iddiaçı tərəf dövlət rüsumu ödəməkdən azaddır. Odur ki, 200 manat mediasiya xərci cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 14030,39 manat əsas borc, 2006,89 manat faiz borcu, 52 manat cərimə və 200 manat mediasiya xərci tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilməmiş 139,7 manat dövlət rüsumu Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-464/2023
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-464/2023
08.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver