Məhkəmə qərarları › İş №e-2-2(117)-465/2022

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-465/2022

03.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-465/2022 03.08.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, Üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 qarşı “cavabdehdən xx.xx.2020-ci il tarixli 101842-906721/1 nömrəli kredit müqaviləsi üzrə 19315,77 manat əsas və 7558,89 manat faiz borcu olmaqla, 26874,66 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 15 manat dövlət rüsumu, 30 manat xidmət haqqı olmaqla, cəmi 45 manat xərcin və 200 manat mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi, tutmanın ipoteka qoyulmuş Şəki şəhəri, Sabit Rəhman küçəsində istifadədə olan 0,09105 ha torpaq sahəsində yerləşən 15 a nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 3-cü mərtəbəsindəki 5 otaqlı ümumi sahəsi 85,28 kv.m olan 19 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, həmin cavabdehin həmin əmlakdan çıxarılması və əmlakın boşaldılması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 qarşı “cavabdehdən xx.xx.2020ci il tarixli 101842-906721/1 nömrəli kredit müqaviləsi üzrə 19315,77 manat əsas və 7558,89 manat faiz borcu olmaqla, 26874,66 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqı olmaqla, cəmi 45 manat xərcin və 200 manat mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi, tutmanın ipoteka qoyulmuş Şəki şəhəri, Sabit Rəhman küçəsində istifadədə olan 0,09105 ha torpaq sahəsində yerləşən 15 a nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 3-cü mərtəbəsindəki 5 otaqlı ümumi sahəsi 85,28 kv.m olan 19 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, həmin cavabdehin həmin əmlakdan çıxarılması və əmlakın boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadına əsasən ipoteka qoyan şəxs olan X1 vəfat etdiyindən onun vərəsələri X6, X7, X5 və X4 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilmişlər. xx.xx.2020-ci il tarixli GA906721.1 nömrəli “Kredit limitinin ayrılması haqqında baş saziş”ə əsasən bank borclana Cavabdeh1 280000 manat məbləğində 84 ay müddətinə illik maksimum 30 faiz dərəcəsi ilə kredit limiti ayırmağı, borcalan isə saziş və saziş çərçivəsində bağlanan kredit və kredit xətti müqavilələri ilə müəyyən olunan şərtlərlə və qaydada kredit limitindən istifadə etməyi və götürülmüş krediti ödəniş cədvəlinə əsasən banka ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 5.1.5-ci bəndinə əsasən, ödəniş cədvəlinə uyğun olaraq əsas borcun vaxtında icra olunmaması və ya lazımı qaydada icra olunmaması və ya faizlərin ödəniş cədvəli ilə müəyyən etdiyi ödəniş tarixindən 2 dəfə ardıcıl olaraq ödəmədikdə kredit öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Həmin Müqavilənin 6.1-ci bəndinə əsasən, saziş üzrə öz öhdəliklərini icra etməyən və ya lazımınca icra etməyən tərəf Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır. 28 iyul 2020-ci il tarixli 101842-906721/1 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən biznes məqsədilə istifadə müddəti 36 ay olan 20000 manat məbləğində kredit verilmiş, sonuncu kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Həmin kredit müqaviləsinə 1 nömrəli Əlavədən (ödəniş cədvəlindən) görünür ki, xx.xx.2023-cü il tarixədək 20000 manat əsas borcun, 7497,1 manat faiz borcunun (22 faizlə) cədvələ uyğun məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Şəki şəhəri, Sabit Rəhman küçəsində istifadədə olan 0,09105 ha torpaq sahəsində yerləşən 15 a nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 3-cü mərtəbəsindəki 5 otaqlı ümumi sahəsi 85,28 kv.m olan 19 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsusdur. xx.xx.2020-ci il tarixli GA 906721.1 nömrəli ipoteka müqaviləsindən görünür ki, xx.xx.2020-ci il tarixli GA906721.1 nömrəli kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 mülkiyyətində olan Şəki şəhəri, Sabit Rəhman küçəsində istifadədə olan 0,09105 ha torpaq sahəsində yerləşən 15 a nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 3-cü mərtəbəsindəki 5 otaqlı ümumi sahəsi 85,28 kv.m olan 19 nömrəli mənzil ipoteka qoyulmuşdur. AZ-İİ 172745 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh2 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Şəki şəhəri, Sabit Rəhman küçəsində istifadədə olan 0,09105 ha torpaq sahəsində yerləşən 15 a nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 3-cü mərtəbəsindəki 5 otaqlı ümumi sahəsi 85,28 kv.m olan 19 nömrəli mənzilin likvid dəyəri 75 000 manat təşkil edir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/4534 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, təqdim edilmiş hesabdan çıxarış məlumatları xx.xx.2020-ci il tarixli 101842-906721/1 nömrəli kredit müqaviləsinin qeyd edilən şərtləri nəzərə alınmaqla Cavabdeh1 xx.xx.2022-ci il tarixə İddiaçıASC-yə olan əsas borcu 19316,77 manat, faiz borcu 6547,43 manat, cəmi 25863,2 manat məbləğində müəyyən edilir. Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə onun ödənilməmiş borcu qalmışdır. Üçüncü şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, pandemiya vaxtı anası xəstə olub. Qardaşı anasına dəfələrlə mənəvi təzyiq göstərərk bankdan kredit götürmək üçün evi ipoteka qoymuşdur. Pandemiya dövrü olduğuna görə o, və bacıları anasının yanına gələ bilməmiş, bir müddət sonra anası vəfat etmişdir. O, fikirləşib ki, krediti qardaşı Elxan götürüb özü də ödəyər, ancaq ödəyə bilmir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı, cavabdeh və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara xx.xx.2020ci il tarixli GA 906721.1 nömrəli kredit və ipoteka müqavilələri, reyestrdən çıxarış, mütəxəssis rəyi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə üçüncü şəxsin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi (bundan sonra mətndə MM)maddə - 385.1, 386.1, 449.1, 470.1, 472.1, 739.2). İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixli GA906721.1 nömrəli “Kredit limitinin ayrılması haqqında baş saziş”ə əsasən bank borclana Cavabdeh1 280000 manat məbləğində 84 ay müddətinə illik maksimum 30 faiz dərəcəsi ilə kredit limiti ayırmağı, borcalan isə saziş və saziş çərçivəsində bağlanan kredit və kredit xətti müqavilələri ilə müəyyən olunan şərtlərlə və qaydada kredit limitindən istifadə etməyi və götürülmüş krediti ödəniş cədvəlinə əsasən banka ödəməyi öhdəsinə götürmüşdür. 24 iyul 2020-ci il tarxli 101842-906721/1 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən biznes məqsədilə istifadə müddəti 36 ay olan 20000 manat məbləğində kredit verilmiş, sonuncu kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli GA906721.1 nömrəli kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 mülkiyyətində olan Şəki şəhəri, Sabit Rəhman küçəsində istifadədə olan 0,09105 ha torpaq sahəsində yerləşən 15 a nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 3-cü mərtəbəsindəki 5 otaqlı ümumi sahəsi 85,28 kv.m olan 19 nömrəli mənzil ipoteka qoyulmuşdur. Göründüyü kimi, iddiaçı ödənilməyən kredit borcunu bütövlükdə qaytarılmasını tələb edir və əsas borcun məbləği iddiaçının tələb etdiyi və ekspert rəyində müəyyən edilmiş və həmin məbləğ üst-üstə düşür, eynidir. Borclu öhdəliklərini icra etməməkdə davam etməsi, kreditoru özündən asılı edir. Ona görə iddia tələbi əsas borca aid hissədə əsaslıdır və təmin edilməlidir. İddia tələbinin “7558,89 manat faiz borcunun tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, iş üzrə keçirilmiş ekspertiza üzrə ekspert rəyinə əsasən xx.xx.2022-ci il tarixə cavabdehin iddiaçıya 6547,43 manat borcu mövcuddur. Həmin ekspert rəyini isə iddiaçı tərəfindən təqdim edilən sübutlar istisna edə bilmir və həmin halı təkzib edən alternativ sübutlar mövcud deyildir. Ona görə də məhkəmə ekspert rəyini əsaslı sübut olaraq qəbul edir. Bundan başqa, məhkəmə iddia tələbinin tutmanın “Cavabdeh2 mülkiyyətində olan Şəki şəhəri, Sabit Rəhman küçəsində istifadədə olan 0,09105 ha torpaq sahəsində yerləşən 15 a nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 3-cü mərtəbəsindəki 5 otaqlı ümumi sahəsi 85,28 kv.m olan 19 nömrəli mənzilə yönəldilməsi, mənzilin açıq hərracda satılması, satışından əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi” hissəsinə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddaçıya borcu yaranmış və bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Tərəflər arasında bağlanmış İpoteka müqaviləsinin 6.1-ci bəndində əsas öhdəliyi, yaxud onun hissəsinin icrası 90 təqvim günü müddətində gecikdirildikdə ipoteka saxlayanın tələbin ipoteka predmetinə yönəltmə hüququ əldə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Bundan başqa, ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, işin məhkəmə araşdırması zamanı "xxxx" MMC tərəfindən təqdim edilmiş fərdi yaşayış evinin qiymətləndirilməsi barədə hesabata əsasən ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan Şəki şəhəri, Sabit Rəhman küçəsində istifadədə olan 0,09105 ha torpaq sahəsində yerləşən 15 a nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 3-cü mərtəbəsindəki 5 otaqlı ümumi sahəsi 85,28 kv.m olan 19 nömrəli mənzilin likvid dəyəri 75000 manat müəyyən edilmişdir. İş materiallarından göründüyü kimi, Cavabdeh2 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Məhkəmə tərəfindən həmin şəxsin digər vərəsələri iş üzrə icraata cəlb edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi həmin şəxsə məxsus əmlakın ipotekaya yönəldilməsinə imkan verir. Odur ki, iddiaçı borcun ödənilməsini üçün həmin şəxsə məxsus əmlaka tutma yönəldilməsini tələb etməkdə haqlıdır. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. İddia tələbinin “ipoteka predmeti hərracda satıldıqdan sonra Cavabdeh1 Şəki şəhəri, Sabit Rəhman küçəsində itifadədə olan 0,09105 ha torpaq sahəsində yerləşən 15 a nömrəli, 5 mərtəbəli binanın 3-cü mərtəbəsindəki 5 otaqlı ümumi sahəsi 85,28 kv.m olan 19 nömrəli mənzilindən çıxarılması və həmin mənzilin boşaldılması” hissəsinə münasibətdə qeyd edilməlidir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Qeyd edilən norma 28 dekabr 2018-ci il tarixli 1439-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 dekabr 2018-ci il, № 296, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, İ kitab, maddə 2527) ilə həmin norma xx.xx.2019-cu il tarixdən qüvvədə olduğundan hazırkı müqavilə münasibətlərinə də şamil olunur və bu halda yenidən məhkəmə qərarının qəbul edilməsi tələb edilmir. Ona görə də iddia tələbi həmin hissədə əsaslı deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 164,20 manat manat məbləğində hissəsi ipoteka predmeti olan Cavabdeh2 məxsus daşınmaz əmlakın satışından əldə edilən vəsait hesabından, qalan 6,42 manat hissəsi "xxxx" ASCdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən, məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Bu səbəbdən də məhkəmə hesab edir ki, ipoteka predmetinin qiymətləndirilməsi üçün məhkəmənin təşəbbüsü ilə aparılmış tədqiqatın dəyəri olan 200 manat pulun 100 manat hissəsi "xxxx" ASC-dən və 100 manat hissəsi ipoteka predmetinin satışından əldə olunan pul vəsaitindən tutularaq "xxxx" MMC-nin hesabına, aparılmış ekspertizanın dəyəri olan 200 manat pulun 100 manatı "xxxx" ASC-dən və 100 manatı ipoteka predmetinin satışından əldə edilən vəsait hesabından tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Nəticəvi hissə: İddia qismən təmin edilsin. xx.xx.2020-ci il tarixli 101842-906721/1 nömrəli kredit müqaviləsi üzrə 19315,77 manat əsas və 6547,43 manat faiz borcu, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 15 manat dövlət rüsumu, 30 manat xidmət haqqı, 200 manat mediasiya xərci Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilsin. Cavabdeh1 "xxxx" ASC-yə olan olan borcunun ödənilməsi məqsədi ilə tutma ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan Şəki şəhəri, Sabit Rəhman küçəsində istifadədə olan 0,09105 ha torpaq sahəsində yerləşən 15 a nömrəli, 5 mərtəbəli binanın 1ci girişində, 3-cü mərtəbəsindəki 5 otaqlı ümumi sahəsi 85,28 kv.m olan 19 nömrəli mənzilə yönəldilsin, həmin əmlak açıq hərrac vasitəsi ilə satılsın. Mənzilin likvid dəyəri 75 000 manat məbləğində müəyyən edilsin. Satışdan əldə edilmiş vəsait Cavabdeh1 ləğv prosesində olan "xxxx" ASC-yə olan və dövlət büdcəsinə olan borcunun ödənilməsinə yönəldilsin. İddia qalan hissələrdə rədd edilsin. Ödənilməli dövlət rüsumunun 164,20 manat dövlət rüsumu Cavabdeh1, 6,42 manat hissəsi "xxxx" ASC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. İpoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 200 manat pulun 100 manatı "xxxx" ASC-dən və 100 manatı ipoteka predmetinin satışından əldə edilən vəsait hesabından tutularaq "xxxx" MMC-nin "xxxx" ASC-də bank hesabına (h/h – AZ30GUNA********************, m/h AZ25NABZ********************, kod – 505594, swift – GUNAAZ22) ödənilsin. Aparılmış məhəmə ekspertizanın dəyəri olan 200 manat pulun 100 manatı "xxxx" ASC-dən və 100 manatı ipoteka predmetinin satışından əldə edilən vəsait hesabından tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar