Məhkəmə qərarları › İş №e-2-2(117)-468/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-468/2024

05.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-468/2024 05.06.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh4 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “cavabdehlərlərdən müştərək qaydada İddiaçı ASC-yə 16209.27 manat əsas kredit borcu, 1060.33 manat kreditdən istifadəyə görə faiz borcu, 323.98 manat penya və 142.37 manat ödənilmiş dövlət rüsumunun ödənilməsi” tələbi üzrə mübahisəyə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə : xx.xx.2021-ci il tarixdə İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış 37230***- *******01 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı dövriyyə vəsaitlərinin artırılması və cari xərclər məqsədilə xx.xx.2024-cü il tarixədək qaytarmaq şərtilə illik 21 % dərəcəsilə 22000 manat pulu cavabdehə verməyi, sonuncu isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə faizi ilə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 2.03-cü bəndinin “b” yarımbəndinə əsasən ödəmə vaxtı çatmış, lakin borcalan tərəfindən ödənilməmiş kreditin aylıq ödənişinin əsas məbləğinin gecikdirilmiş hissəsi illik 21% + 5% gecikdirmə faizi ilə hesablanır. 2.03-cü bəndinin “e” yarımbəndinə əsasən borcalan bu müqaviləyə əsasən verilmiş kreditin faizləri ilə birlikdə qaytarılmalı olduğu son tarixədək öhdəliklərini icra etmədiyi yaxud lazımi qaydada icra etmədiyi təqdirdə kreditverənə gecikdirilmiş borc məbləğinin 40 % həcmində cərimə məbləği ödəməyi öhdəsinə götürmüşdür. 3.03-cü bəndinə əsasən borcalan müqavilə üzrə öz öhdəliklərini icra etmədikdə və ya həmin öhdəlikləri müqavilədə müəyyən olunmuş müddətdə icra etmədikdə kredit verən bu müqaviləni vaxtından əvvəl ləğv etmək, kredit borcunu, faizləri və cərimələri, vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək, tələb icra olunmadıqda isə tələbi girova (ipotekaya) qoyulmuş əmlaka yönəltmək hüququ vardır. Eyni zamanda borcalanın kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə İddiaçı ASC ilə zaminlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 arasında həmin müqavilədən irəli gələn öhdəliklərin tam yerinə yetirilməsi barədə xx.xx.2021-ci il tarixli 37FİZAM168298001 nömrəli, 37FİZAM194456703 nömrəli və 37FİZAM188685302 nömrəli zaminlik müqavilələri bağlanmışdır. xx.xx.2023-cü il tarixdə iddiaçı ilə Cavabdeh4 arasında borcun restrukturizasiyasına dair razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən bu restrukturizasiya razılşamasının imzalanması tarixinə borcalanın 37230***-*******01 nömrəli kredit müqaviləsi üzrə olan kredit borcu üzrə 16209,27 manat məbləğdə əsas borcu mövcuddur. Həmin razılaşmanın 3-cü bəndinə əsasən bu razılaşmanın 2-ci bəndində qeyd edilən kredit borcu üzrə faiz dərəcəsi 21 % və kreditin son icra müddəti xx.xx.2026-cı il müəyyən edilmişdir. 7-ci bəndinə əsasən borcalan tərəfindən öhdəliklər lazımi qaydada həyata keçirilmədikdə, kredit verən verilmiş kredit üzrə vaxtında ödənilməmiş kreditin aylıq ödənişinin əsas məbləğinin gecikdirilmiş hissəsinə illik 21% + 5% gecikdirmə faizi ilə hesablamaq hüququna malikdir. Ödəniş cədvəlində qeyd edilmiş kreditin son icra müddətində borcalan krediti və faizləri kreditverənə ödəmədikdə borcalan kreditverənə gecikdirilmiş borc məbləğinin 40 % məbləğində cəriməni ödəməlidir. İddiaçı borcun ödənilməsi barədə cavabdehlərə müraciət etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onlara xəbərdarlıq edilmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə bağlanmış 37230***-*******01 saylı 23 sentyabr 2023-ci il tarixli Kredit müqaviləsinə əsasən Cavabdeh4 36 ay müddətinə illik 21 % kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 16209.27 manat məbləğində nağd pulşəklində kredit verilmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə iddiaçı arasında bağlanmış 37FİZAM168298004, 37FİZAM194456703 saylı və 37FİZAM188685302 saylı 25 iyun 2023-cilitarixli zaminlik müqaviləsinə əsasən, kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərilərinə götürmüşdür. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh4 hər təqvim ayının müvafiq tarixində həm kredit məbləğini hissə-hissə ödəməli, həm də kreditdən istifadəyə görə aylıq faiz məbləğini ödəməlidir. Lakin, Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyənCavabdeh4 xx.xx.2024-ci il tarixə İddiaçı ASC-yə16209.27 manat əsas kredit borcu, 1060.33 manat kreditdən istifadəyə görə faiz borcu, 323.98 manat penya, cəmi 17593.58 manat borcu qalmaqdadır. Cavabdehlərə dəfələrlə şifahi və bildirişlə müraciət etməyimizə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımi qaydada icra edilməmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, tərəflər arasında müqavilə bağlanmış və 22000 manat məbləğində kredit verilmişdir. Sonradan 16209, 27 manat əsas borca münasibətdə kredit restrukturizasiya olunmuşdur. Əsas borcdan ödəniş olunmamışdır. Hal-hazırda 16209, 27 manat əsas 1060,33 manatda faiz borcu vardır. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh4 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, 2021-ci ildə bankdan 22000 manat kredit götürmüşdür. Təxminən 31000 manat pul qaytarmalı idi. Borcundan 15000 manat ödəmışdır. Sonra özü və ailə üzvləri xəstə olduğu üçün ödəniş edə bilməmişdir. Hal-hazırda 16209,27 manat borcu vardır. Sahibkarlıq fəaliyyəti göstərdiyi obyekt bağlandığı üçün borcunu ödəyə bilməmişdir. 1060,33 manat faiz borcunu qəbul edir. Qanuna müvafiq qərar qəbul edilməsini məkəmədən xahiş etdi. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara : Kredit müqaviləsi, Restrukturizasiya müqaviləsi, Zaminlik müqavilələri, Arayış, Ödəniş cədvəli, Hesabdan çıxarış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 470.1, 472.1, 739.2). Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi xx.xx.2021-ci il tarixdə İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış 37230***-*******01 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı dövriyyə vəsaitlərinin artırılması və cari xərclər məqsədilə xx.xx.2024-cü il tarixədək qaytarmaq şərtilə illik 21 % dərəcəsilə 22000 manat pulu cavabdehə verməyi, sonuncu isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə faizi ilə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixdə iddiaçı ilə Cavabdeh4 arasında borcun restrukturizasiyasına dair razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən bu restrukturizasiya razılşamasının imzalanması tarixinə borcalanın 37230***-*******01 nömrəli kredit müqaviləsi üzrə olan kredit borcu üzrə 16209,27 manat məbləğdə əsas borcu mövcuddur. Həmin razılşamanın 3-cü bəndinə əsasən bu razılaşmanın 2-ci bəndində qeyd edilən kredit borcu üzrə faiz dərəcəsi 21 % və kreditin son icra müddəti xx.xx.2026-cı il müəyyən edilmişdir. 7-ci bəndinə əsasən borcalan tərəfindən öhdəliklər lazımi qaydada həyata keçirilmədikdə, kredit verən verilmiş kredit üzrə vaxtında ödənilməmiş kreditin aylıq ödənişinin əsas məbləğinin gecikdirilmiş hissəsinə illik 21% + 5% gecikdirmə faizi ilə hesablamaq hüququna malikdir. Ödəniş cədvəlində qeyd edilmiş kreditin son icra müddətində borcalan krediti və faizləri kreditverənə ödəmədikdə borcalan kreditverənə gecikdirilmiş borc məbləğinin 40 % məbləğində cəriməni ödəməlidir. İddiaçı öhdəliklərini yerinə yetirərək Cavabdeh4 22000 manat pul məbləğini vermiş və daha sonra sonuncu ilə restrukturizasiya müqaviləsi bağlayaraq borcun ödənilməsi müddətini xx.xx.2026-cı ilədək uzatdıqdan sonra borcun məbləği 16209,27 manat təşkil etmişdir. Buna baxmayaraq cavabdeh restrukturizasiya müqaviləsi bağlandığı vaxtdan hazırki vaxtadək kredit öhdəliyini lazımınca icra etmədiyindən ödənilməmiş 16209,27 manat əsas borcu qalmış, əsas borca restrukturizasiya müqaviləsinin 3-cü bəndinə əsasən 1060.33 manat faiz borcu və sonuncu müqavilənin 7-ci bəndinə əsasən 323.98 manat cərimə borcu qalmışdır. Cavabdeh məhkəmə iclasında banka 16209,27 manat əsas və 1060.33 manat faiz borcunun olmasını etiraf etmişdir. Zaminlər və borclu kreditor qarşısında birgə məsuliyyət daşıdığından və zaminlik müqaviləsi qüvvədə olduğundan 16209,27 manat əsas borc, 1060.33 manat faiz borcu və 323.98 manat penya cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 112.1.10-cu maddəsinə əsasən bir neçə müstəqil tələbdən ibarət olan iddialarda iddianın qiyməti bütün tələblərin ümumi məbləği ilə müəyyən edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 142,78 manat təşkil edir. İddia tələbi təmin edildiyindən həmin dövlət rüsumu cavabdehlərdən tutulmalıdır. İddiaçı tərəfindən 142,37 manat dövlət rüsumu ödənildiyindən və iddiaçı həmin məbləği cavabdehlərdən tələb etdiyindən 142,37 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli, ödənilməmiş 0,41 manat cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 16209,27 manat əsas, 1060.33 manat faiz borcu, 323.98 manat penya və 142,37 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Ödənilməmiş 0,41 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar