Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-47/2022 11.02.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə, İddiaçı Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh X3 qarşı “cavabdehin 13.09.2021-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 16247,03 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə cəmi 33690 manat məbləğində siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbinə dair iş üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Vergi ödəyicisi olan cavabdeh vergi öhdəliklərini yerinə yetirmədiyindən onun 13.09.2021-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 16247,03 manat məbləğində vergi borcu vardır. 11.10.2021-ci il tarixli xəbərdarlıq məktubu ilə cavabdehdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq edilmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmışdır. Yaranmış borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən vergi orqanının 10.09.2021-ci il tarixli **********9 nömrəli qərarı, 05.10.2021-ci il tarixli əmlakın siyahıya haqqında **********9 nömrəli qərarına əsasən, 1 yeşiyinin dəyəri 85 manat olan 70 yeşik şurup (Rusiya), vahidinin dəyəri 105 manat olan 10 ədəd boya (allüminium), 150 manat dəyəri olan kompyuter (Samsung), dəyəri 50 manat olan 1 ədəd skaner (HP), vahidinin dəyəri 150 manat olan 1 ədəd stol, vahidinin dəyəri 45 manat olan 20 ədəd boya (sintetik), vahidinin dəyəri 18 manat olan 200 ədəd pojarni başlıq, vahidinin dəyəri 600 manat olan 2 ədəd zagluşka (300 ml), vahidinin dəyəri 280 manat olan 8 ədəd zagluşka (150 ml), vahidinin dəyəri 120 manat olan 20 ədəd zagluşka (100 ml), vahidinin dəyəri 450 manat olan 2 ədəd zagluşka (250 ml), dəyəri 1850 manat olan təzyiq yuyucu, vahidinin dəyəri 290 manat olan PVC plastmas dirsək (280 ml), vahidinin dəyəri 120 manat olan 9 ədəd mufta 280 mm, vahidinin dəyəri 450 manat olan 10 ədəd PVC rentil, vahidinin dəyəri 35 manat olan 70 ədəd recor (75 PPRC) 13.04.2021-ci il tarixli **********9 nömrəli protokolla siyahıya alınmışdır. Borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, vergi ödəyicisi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Lakin görülən tədbirlərə baxmayaraq, qeyd olunan borc məbləği bu günədək ödənilməmişdir. Vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə qərar çıxarmış, həmin qərar əsasında cavabdehin dövlət büdcəsinə yaranan borcuna görə əmlakı siyahıya alınmış və bu barədə əmlakın siyahıya alınması haqqında protokol tərtib edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir cavabdeh tərəfin məhkəmə iclasında iştirakı təmin edilmiş , iddiaçının nümayəndəsi isə iddia ərizəsi ilə eyni vaxtda ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara cavabdehin şəxsi hesab vərəqəsinin surəti, əmlakın siyahıya alınmasına dair vergi orqanının 10.09.2021-ci il tarixli **********9 nömrəli qərarı, 05.10.2021-ci il tarixli əmlakın siyahıya haqqında **********9 nömrəli protokolun surəti, xəbərdarlıq və bildiriş daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1-ci və 24.0.1-ci maddələri ilə vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş vergiləri ödəmək, vergi orqanının üzərinə isə vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək vəzifələri qoyulmuşdur. 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. 78.1-ci maddəsinin tələblərinə görə vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. 90.1-ci maddəsinə görə vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə vergi orqanı vergi öhdəliyinin icrasının təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması barədə məhkəməyə müraciət edə bilər. Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, cavabdehin 13.09.2021-ci il tarixdə sosial sığorta üzrə 16247,03 manat vergi borcu yaranmış və həmin borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Məhkəmə hesab edir ki, vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş sosial sığorta borcunu ödəmək vəzifəsi qoyulduğundan və o, sosial sığorta haqqının ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdeh olduğundan iddia tələbi təmin edilməli və cavabdehin 13.09.2021-ci il tarixə yaranmış 16247,03 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək məqsədi ilə ona məxsus olan 33690 manat dəyərində siyahıya alınmış əmlak ixtisaslaşdırılmış açıq hərraclar vasitəsi ilə satılmalıdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Buna görə də cavabdehdən 138,74 manat dövlət rüsumu dövlət gəlirinə tutulmalıdır. Nəticəvi hissə: İddia təmin edilsin. Cavabdeh X2 13.09.2021-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 16247,03 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 1 yeşiyinin dəyəri 85 manat olan 70 yeşik şurup (Rusiya), vahidinin dəyəri 105 manat olan 10 ədəd boya (allüminium), dəyəri olan kompyuter (Samsung), dəyəri 50 manat olan 1 ədəd skaner (HP), vahidinin dəyəri 150 manat olan 1 ədəd stol, vahidinin dəyəri 45 manat olan 20 ədəd boya (sintetik), vahidinin dəyəri 18 manat olan 200 ədəd pojarni başlıq, vahidinin dəyəri 600 manat olan 2 ədəd zagluşka (300 ml), vahidinin dəyəri 280 manat olan 8 ədəd zagluşka (150 ml), vahidinin dəyəri 120 manat olan 20 ədəd zagluşka (100 ml), vahidinin dəyəri 450 manat olan 2 ədəd zagluşka (250 ml), dəyəri 1850 manat olan təzyiq yuyucu , vahidinin dəyəri 290 manat olan PVC plastmas dirsək (280 ml), vahidinin dəyəri 120 manat olan 9 ədəd mufta 280 mm, vahidinin dəyəri 450 manat olan 10 ədəd PVC rentil, vahidinin dəyəri 35 manat olan 70 ədəd recor (75 PPRC) ixtisaslaşdırılmış açıq hərraclar vasitəsi ilə satılsın. Cavabdeh X1 138,74 manat dövlət rüsumu dövlət gəlirinə (Şəki Kommersiya Məhkəməsinin hesabına) tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-47/2022
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-47/2022
11.02.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver