Məhkəmə qərarları › İş №e-2-2(117)-47/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-47/2023

31.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-47/2023 31.01.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, X5 oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X3, Cavabdeh3 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra mətndə iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “cavabdehlərdən müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 025R********** nömrəli kredit razılaşması üzrə 26843,54 manat məbləğində kredit borcu, 5647,14 manat məbləğində faiz borcu və 9975,12 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 42465,8 manat məbləğində borcun, mediasiya prosesi ilə bağlı ödənilmiş 200 manat məbləğində mediasiya xərcinin, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 17,4 manat dövlət rüsumunun tutulması, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması; Tələbin Cavabdeh6 mülkiyyətində olan Yevlax şəhəri, Q.Quliyev küçəsində xüsusi mülkiyyətdə olan ev 6, 11 saylı mənzilə yönədilməsi, həmin torpaq sahəsinin və evin hərracdan satılması və ümumilikdə cəmi 42465,8 manat məbləğində borcun, mediasiya prosesi ilə bağlı ödənilmiş 200 manat məbləğində mediasiya xərcinin, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 17,4 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi; Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh3, Cavabdeh6 və Cavabdeh1 müştərək qaydada tutulması; Cavabdeh6 mülkiyyətində olan Yevlax şəhəri, Q.Quliyev küçəsində xüsusi mülkiyyətdə olan ev 6, 11 saylı mənzilə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh6, Cavabdeh6 Zaur oğlunun, X1, Cavabdeh4 və Cavabdeh5 həmin evdən çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “Cavabdehlərdən müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 025R********** nömrəli kredit razılaşması üzrə 26843,54 manat məbləğində kredit borcu, 5647,14 manat məbləğində faiz borcu və 9975,12 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 42465,8 manat məbləğində borcun, mediasiya prosesi ilə bağlı ödənilmiş 200 manat məbləğində mediasiya xərcinin, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 17,4 manat dövlət rüsumunun tutulması, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması; tələbin Cavabdeh3 mülkiyyətində olan Yevlax şəhəri, Q.Quliyev küçəsində xüsusi mülkiyyətdə olan ev 6, 11 saylı mənzilə yönədilməsi, həmin torpaq sahəsinin və evin hərracdan satılması və ümumilikdə cəmi 42465,8 manat məbləğində borcun, mediasiya prosesi ilə bağlı ödənilmiş 200 manat məbləğində mediasiya xərcinin, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 17,4 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh3, Cavabdeh6 və Cavabdeh1 müştərək qaydada tutulması; Cavabdeh6 mülkiyyətində olan Yevlax şəhəri, Q.Quliyev küçəsində xüsusi mülkiyyətdə olan ev 6, 11 saylı mənzilə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh6, Cavabdeh6 Zaur oğlunun, X1, Cavabdeh4 və Cavabdeh5 həmin evdən çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi A.Osmanlı iddia tələbini müdafiə edərək tələblərinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini əsas və faiz borcu hissəsində qəbul etdiyini, cərimə borcu hissəsində qəbul etmədiyini bildirdi və borcun hissə-hissə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, digər cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Odur ki, Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən digər cavabdehlərin iştirakı olmadan baxmışdır. Tərəflər arasında 27 sentyabr 2019-cu il tarixli, 025L**********47 nömrəli Uzunmüddətli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 500 000 manat məbləğində uzunmüddətli kredit xəttini açır. Uzunmüddətli kredit xətti bu müqavilə üzrə və onun qüvvədə olduğu müddətdə istənilən ana kredit alanın bank qarşısında faizlər nəzərə alınmadan maksimum borclanma həddidir. Müqavilənin 1.2-ci bəndinə əsasən kreditlər tərəflər arasında “Bank qarantiyası verilməsi haqqında müqavilə”, “Akkreditiv açılması üçün razılaşma” və “Bank hesabının kreditləşməsi barədə razılaşma” formasında bağlanacaq ayrıca razılaşmalar (Kredit razılaşmaları) əsasında veriləcək. Bu müqavilə bankın kredit vermək vədini ifadə etmir. 1.3-cü bəndinə əsasən bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 120 ay, xx.xx.2029-cu il tarixdən gec olmayaraq verilməlidir. 1.4-cü bəndinə əsasən verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtlərin hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Kredit razılaşması ilə müəyyən edilir. Uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixli 025R********** nömrəli kredit razılaşmasına əsasən bank tərəfindən cavabdehə fərdi kredit olaraq 36 ay müddətinə aylıq 1,6667 faiz dərəcəsi ilə 30000 manat məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinə əlavə hesab olunan ödəniş planından isə görünür ki, cavabdeh kredit vəsaitini hər ay 1120 manat, sonuncu ay isə 1107,73 manat olmaqla annuitet qaydada ödəməyi öhdəsinə götürmüşdür. Kredit razılaşmasının 4.2.2-ci bəndinin tələbinə görə, Kreditalan ödəniş planı üzrə krediti və ona hesablanmış faizləri vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli köçürmə sənədindən görünür ki, 30000 manat vəsait bank tərəfindən cavabdehin AZ62ACAB******************** nömrəli hesabına köçürülmüşdür. xx.xx.2019-cu il tarixli 025S**********02 nömrəli (zamin Cavabdeh6) və 025S**********03 nömrəli (zamin Cavabdeh1) nömrəli zaminlik müqavilələrindən görünür ki, həmin müqavilə bankla borclu – Cavabdeh3 arasında bağlanmış 120 ay müddətinə 500 000 manat məbləğində kredit xətti açılması barədə xx.xx.2019-cu il tarixli, 025L**********47 nömrəli Uzunmüddətli kredit müqaviləsi və həmin müqavilənin ayrılmaz hissəsi olan “Kredit razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə” və “Bank hesabının kreditləşməsi barədə razılaşma” formasında bağlanan (gələcəkdə bağlanacaq) ayrıca razılaşmalar (Kredit razılaşmaları) üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən, borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminlər bank qarşısında tam məsuliyyəti öz üzərlərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımasını bəyan etmişlər. xx.xx.2019-cu il tarixdə bağlanmış 025M**********01 nömrəli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh6 məxsus Yevlax şəhəri, Q.Quliyev küçəsində xüsusi mülkiyyətdə olan ev 6, 11 saylı mənzil dəyəri (tərəflərin razılığı ilə) 24000 (iyirmi dörd min) manat qiymətləndirilməklə ipoteka qoyulmuş, həmin müqavilə bankla borclu – Cavabdeh3 arasında bağlanmış 120 ay müddətinə 500 000 manat məbləğində kredit xətti açılması barədə xx.xx.2029-cu il tarixli, 025L**********47 nömrəli Uzunmüddətli kredit müqaviləsi və həmin müqavilənin ayrılmaz hissəsi olan “Kredit razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə” və “Bank hesabının kreditləşməsi barədə razılaşma” formasında bağlanan (gələcəkdə bağlanacaq) ayrıca razılaşmalar (Kredit razılaşmaları) üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış»ın surətinə əsasən 60.14 kv.m olan Yevlax şəhəri, Q.Quliyev küçəsində xüsusi mülkiyyətdə olan ev 6, 11 saylı mənzil (tam) (yüklülüyün növü ipoteka), xx.xx.2019-cu il tarixdə bağlanmış kredit müqaviləsinə görə hüququ yüklü edilən şəxslər kimi – Cavabdeh6 tərəfindən iddiaçının xeyrinə yüklü edilmişdir. Çıxarış xx.xx.2013-cü il qeydiyyat tarixi (qeydiyyat nömrəsi **********) ilə daşınmaz əmlakın dövlət reyestrində 11 nömrəli reyestr kitabının 88 nömrəli vərəqində qeydiyyata alınmışdır. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli ƏEM/06-006/23 nömrəli fərdi yaşayış evinin qiymətləndirilməsi barədə təqdim edilmiş mütəxəssis rəyinə əsasən ipoteka predmeti olan Cavabdeh6 məxsus Yevlax şəhəri, Q.Quliyev küçəsində yerləşən 60.14 kv.m-lik ümumi sahədən ibarət 11 nömrəli mənzilin likvid dəyəri 30000 manat müəyyən edilmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara kredit müqaviləsi, ipoteka müqaviləsi, bildiriş, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, dövlət rüsumunun ödənilməsi barədə sənəd və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 449.1, 470.1, 472.1, 739.2). İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixli 025R********** nömrəli kredit razılaşmasına əsasən bank tərəfindən cavabdehə fərdi kredit olaraq 36 ay müddətinə aylıq 1,6667 faiz dərəcəsi ilə 30000 manat məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinə əlavə hesab olunan ödəniş planından isə görünür ki, cavabdeh kredit vəsaitini hər ay 1120 manat, sonuncu ay isə 1107,73 manat olmaqla annuitet qaydada ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli köçürmə sənədinə əsasən 30000 manat vəsait bank tərəfindən cavabdehin AZ62ACAB******************** nömrəli hesabına köçürülmüşdür. xx.xx.2019-cu il tarixli 025S**********02 nömrəli (zamin Cavabdeh6) və 025S**********03 nömrəli (zamin Cavabdeh1) nömrəli zaminlik müqavilələrindən görünür ki, həmin müqavilə bankla borclu – Cavabdeh3 arasında bağlanmış 120 ay müddətinə 500 000 manat məbləğində kredit xətti açılması barədə xx.xx.2019-cu il tarixli, 025L**********47 nömrəli Uzunmüddətli kredit müqaviləsi və həmin müqavilənin ayrılmaz hissəsi olan “Kredit razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə” və “Bank hesabının kreditləşməsi barədə razılaşma” formasında bağlanan (gələcəkdə bağlanacaq) ayrıca razılaşmalar (Kredit razılaşmaları) üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən, borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminlər bank qarşısında tam məsuliyyəti öz üzərlərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımasını bəyan etmişlər. xx.xx.2019-cu il tarixdə bağlanmış 025M**********01 nömrəli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh6 məxsus Yevlax şəhəri, Q.Quliyev küçəsində xüsusi mülkiyyətdə olan ev 6, 11 saylı mənzil dəyəri (tərəflərin razılığı ilə) 24000 (iyirmi dörd min) manat qiymətləndirilməklə ipoteka qoyulmuşdur. İddia tələbinin borcun tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tələbində cavabdehlərdən 26843,54 manat məbləğində kredit borcu, 5647,14 manat məbləğində faiz borcu və 9975,12 manat cərimə borcunun ödənilməsini tələb edir. Məhkəmənin müvafiq əsas və faiz borcuna münasibətdə qeyd edir ki, kredit götürən şəxs Cavabdeh3 həm əsas, həm də faiz borcu ilə razı olduğunu bildirdiyindən, həmin borcun əsassızlığı ilə bağlı əks arqument mövcud olmadığından və məhkəmə borcun qeyd edilən məbləğdən az olması ilə bağlı hər hansı bir fakt olmadığından iddia tələbinin həmin hissədə əsaslı olması qənaətindədir. Müqavilə üzrə hesablanmış cərimə borclarına münasibətdə məhkəmə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər arasında bağlanmış kredit razılaşmasının 4.2.2-ci bəndinin tələbinə görə, kreditalan ödəniş planı üzrə krediti və ona hesablanmış faizləri vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Odur ki, tərəflərin davranışı, iddiaçının vaxtında tələbi irəli sürməməsi, bununla da cərimə borcunun artmasına şərait yaradılması, eyni zamanda cavabdehin müqavilə müddəti ərzində öhdəlikləri lazımi qaydada icra etməməsi, eyni zamanda kredit borcunun ödəniş müddətinin pandemiya dövrünə təsadüf etməsi həmçinin tərəflərin əmlak mənafeləri nəzərə alınaraq cavabdehdən 500 manat cərimə borcunun tutulması qanuni, əsaslı, ədalətli və ağılabatandır. Bundan başqa, məhkəmə iddia tələbinin “tutmanın Cavabdeh6 mülkiyyətində olan Yevlax şəhəri, Q.Quliyev küçəsində xüsusi mülkiyyətdə olan ev 6, 11 saylı mənzilə yönədilməsi, həmin torpaq sahəsinin və evin hərracdan satılması və borcun, mediasiya xərcinin, dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun və xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi” hissəsinə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddiaçıya borcu yaranmışdır və bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsini və əmlakın hərracdan satışından əldə olunan vəsaitin borcun ödənimləsinə yönəldilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Bundan başqa, ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, işin məhkəmə araşdırması zamanı "xxxx" MMC tərəfindən təqdim edilmiş fərdi yaşayış evinin qiymətləndirilməsi barədə mütəxəssis rəyinə əsasən ipoteka predmeti olan Cavabdeh6 məxsus Yevlax şəhəri, Q.Quliyev küçəsində yerləşən 60.14 kv.m-lik ümumi sahədən ibarət xüsusi mülkiyyətli 11 nömrəli mənzilin likvid dəyəri 30000 manat müəyyən edilmişdir. İddia tələbinin “tutma yönəldildikdən və o satıldıqdan ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlərin çıxarılması” münasibətdə qeyd edilməlidir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun xx.xx.2019-cu il tarixdən qüvvəyə minmiş 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Qeyd edilən Qanunun maddəsi əslində prosessual münasibətləri nizamlamaqla, ipoteka qoyan şəxsin (şəxslərin) ipoteka predmeti olan mənzildən çıxarılması ilə bağlı əlavə qərarın qəbul edilməsinə zərurət olmadığını bildirir. İddia tələbinin satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə kifayət etməməsi halına dair qanunvericiliyin tənzimləməsi mövcuddur ki, hazırkı qətnamə ilə borc məbləğinin tutulması, qətnamənin sonrakı icrası ipoteka predmetinin hansı qiymətə satışından asılı olduğundan, bunlar isə icra mərhələsində həll edilməli məsələ olduğundan və məhkəmə qətnaməsi özündə mübahisə edilən hüquq münasibətləri ilə bağlı ehtimallara deyil, mövcud vəziyyətə əsaslanmalı olduğundan məhkəmə hesab edir ki, iddia qiymət verilən hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən cavabdehdən 100 manat mediasiya xərci, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməli, Cavabdeh3 188,67 manat dövlət rüsumu tutulub dövlət büdcəsinə ödənilməlidir. İddiaçının ödədiyi mediasiya xərcinin yarı hissəsi və 17,4 manat dövlət rüsumu özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən, məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. İpoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olaraq təqdim edilən 200 manat məbləğin həddindən artıq müəyyən edildiyindən məhkəmə həmin xərcin 150 manat məbləğində müəyyən edilməsini qanuni və əsaslı, həmçinin ağılabatan hesab edir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, 150 manat xərcin 75 manatı İddiaçı QSC-dən və 75 manatı Cavabdeh3 tutularaq "xxxx" MMC-nin "xxxx" ASC-də bank hesabına (h/h – AZ30GUNA4006 **********000000, m/h – AZ25NABZ********************, kod – 505594, swift – GUNAAZ22) ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh6 025R********** nömrəli kredit razılaşması üzrə 26843,54 manat məbləğində kredit borcu, 5647,14 manat məbləğində faiz borcu, 500 manat cərimə borcu, 100 manat mediasiya xərci, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Borc məbləği cavabdeh X2 məxsus Yevlax şəhəri, Q.Quliyev küçəsində yerləşən 60.14 kv.m-lik ümumi sahədən ibarət 11 nömrəli mənzilə yönəldilsin. Həmin mənzilin likvid dəyəri 30000 manat müəyyən edilsin və həmin əmlak açıq hərrac vasitəsi ilə satılsın. Satışdan əldə edilmiş vəsait Cavabdeh3 İddiaçı QSC-yə olan borcunun ödənilməsinə yönəldilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh3 188,67 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İpoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan və məhkəmə tərəfindən azaldılan 150 manat pulun 75 manatı İddiaçı QSC-dən və 75 manatı cavabdehdən tutularaq "xxxx" MMC-nin "xxxx" ASC-də bank hesabına (h/h – AZ30GUNA4006 **********000000, m/h – AZ25NABZ013501 0000**********, kod – 505594, swift – GUNAAZ22) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar