Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-476/2024 22.04.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “854,49 manat əsas borc, 12,38 manat faiz borcu və 30 manat dövlət rüsumunun cavabdehdən tutulması” tələbinə dair işə baxaraq aşağıdakı qətnamə qəbul edildi. Təsviri hissə: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “854,49 manat əsas borc, 12,38 manat faiz borcu və 30 manat dövlət rüsumunun cavabdehdən tutulması” tələbinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı ilə Cavabdeh2 arasında heyvandarlıq məqsədilə 6 ay müddətində 670K nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi ilə iddiaçı 2000 manat pulu illik 24 faizlə Cavabdeh2 verməyi, sonuncu isə borc məbləğini faizi ilə birlikdə ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa xx.xx.2023-cü il tarixində İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı ilə Cavabdeh2 arasında kredit borcunun restrukturizasiyası ilə bağlı OKR-004/23 nömrəli Restrukturizasiya müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən tərəflər borclunun İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Şəki filialı ilə bağlanmış xx.xx.2022-ci il taixli 670K saylı kredit müqaviləsinə əsasən aldığı kredit üzrə bu müqavilənin bağlandığı tarixə ödənilməmiş qalan 932 manat əsas, 0 manat faiz, cəmi 932 manat kedit borcunun qalığını təsdiq edirlər. Müqavilənin 2.2-ci bəndinə əsasən ödənilməmiş qalan 932 manat kredit borcunun tərəflər arasında bu müqavilə imzalandığı tarixdən 12 ay müddətinədək uzadılmasını, borclu isə müvafiq qaydada təminat təqdim etməklə 932 manat borcunu və bundan sonra ona hesablanmış faizləri bu müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə uyğun olaraq kreditora ödənilməsini öz öhdəsinə götürür. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən restrukturizasiya olunan kredit üzrə əsas və faiz borcu 1-ci aydan başlayaraq annuitet qaydada, faiz borcu illik 3 faiz dərəcəsi ilə, ödəniş cədvəlinə uyğun olaraq borclu tərəfindən hər ay ödənilir. Borc gecikdirildiyi halda isə, gecikdirilmiş borc qalığına faiz 5% əlavə olmaqla, illik 8%-lə hesablanır. Eyni zamanda xx.xx.2023-cü il tarixində İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı ilə Cavabdeh1 arasında Z-1 OKR-004/23 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən kredit təşkilatı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, OKR-004/23 nömrəli Restrukturizasiya müqaviləsi əsasında borclunun kredit təşkilatına ödəməli olan 932 manat borcu ilə əlaqədar olaraq, borclunun kredit təşkilatı qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin, borclu ilə birlikdə kredit təşkilatı qarşısında həmin borcların ödənilməsinə məsuliyyət daşımağı öz öhdəsinə götürür. Həmçinin zaminlik müqaviləsinin 3.1-ci bəndində göstərilmişdir ki, Zamin kredit təşkilatı qarşısında borclunun 13 noyabr 2023-cü il tarixli OKR-004/23 saylı restrukturizasiya müqaviləsi üzrə kredit təşkilatına olan əsas borcu və ona hesablanmış faizləri məbləğində, həmçinin bu borcla əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komisyon, dəbbə pulu, məhkəmə xərcləri və s. üçün məsuliyyət daşıyır. Müqavilənin 6.1-ci bəndinə əsasən bu müqavilə ilə təmin olunmuş əsas öhdəliyin qüvvədə olma müddəti, borclunun kredit təşkilatı qarşısında xx.xx.2023-cü il tarixli OKR- 004/23 nömrəli restrukturizasiya müqaviləsindən irəli gələn öhdəlikləri tam yerinəyetirənədəkdir. Məhkəməyə təqdim olunmuş OKR-004/23 saylı restrukturizasiya müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, borclu xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay ortalama 76,6 manat, 77,57 manat, və 78,93 manat olmaqla xx.xx.2024-cü il tarixədək ödəniş etməyi öhdəsinə götürmüşdür. İddiaçı kredit müqaviləsi üzrə borcalana pul vəsaiti vermiş, borcalan isə öhdəliyini lazımınca yerinə yetirmədiyindən onun ödənilməmiş borcu qalmışdır. İddiaçı mübahisənin məhkəmədən kənar həll edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, mübahisə məhkəmədən kənar həllini tapmadığından məhkəməyə müraciət etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsinə əsasən 854,49 manat əsas borc, 12,38 manat faiz borcu qalmışdır. Kredit üzrə xx.xx.2024-cü il tarixə əsas və faiz borcunun ödənilməsi barədə məlumatdan görünür ki, 932 manat kredit məbləğinin əsas borcundan 77.51 manat, faiz borcundan isə 2.83 manat ödənilmiş, 854.49 manat əsas borcu, 12.38 manat faiz borcu qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsininn 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə poçt vasitəsilə təqdim olunmasına baxmayaraq iddia tələbinə qarşı əsaslandırılmış etirazlarını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara kredit müqaviləsi, zaminlik müqaviləsi, ödəniş cədvəli, restrukturizasiya müqaviləsi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, xx.xx.2022-ci il tarixdə İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı ilə Cavabdeh2 arasında heyvandarlıq məqsədilə 6 ay müddətində 670K nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi ilə iddiaçı 2000 manat pulu illik 24 faizlə Cavabdeh2 verməyi, sonuncu isə borc məbləğini faizi ilə birlikdə ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa xx.xx.2023-cü il tarixində İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı ilə Cavabdeh2 arasında kredit borcunun restrukturizasiyası ilə bağlı OKR-004/23 nömrəli Restrukturizasiya müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən tərəflər borclunun İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Şəki filialı ilə bağlanmış xx.xx.2022-ci il taixli 670K saylı kredit müqaviləsinə əsasən aldığı kredit üzrə bu müqavilənin bağlandığı tarixə ödənilməmiş qalan 932 manat əsas, 0 manat faiz, cəmi 932 manat kedit borcunun qalığını təsdiq edirlər. Müqavilənin 2.2-ci bəndinə əsasən ödənilməmiş qalan 932 manat kredit borcunun tərəflər arasında bu müqavilə imzalandığı tarixdən 12 ay müddətinədək uzadılmasını, borclu isə müvafiq qaydada təminat təqdim etməklə 932 manat borcunu və bundan sonra ona hesablanmış faizləri bu müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə uyğun olaraq kreditora ödənilməsini öz öhdəsinə götürür. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən restrukturizasiya olunan kredit üzrə əsas və faiz borcu 1-ci aydan başlayaraq annuitet qaydada, faiz borcu illik 3 faiz dərəcəsi ilə, ödəniş cədvəlinə uyğun olaraq borclu tərəfindən hər ay ödənilir. Borc gecikdirildiyi halda isə, gecikdirilmiş borc qalığına faiz 5% əlavə olmaqla, illik 8%-lə hesablanır. İddiaçı kredit müqaviləsi üzrə borcalana pul vəsaiti vermiş, borcalan isə öhdəliyini lazımınca yerinə yetirmədiyindən onun ödənilməmiş borcu qalmışdır. İddiaçı mübahisənin məhkəmədən kənar həll edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, mübahisə məhkəmədən kənar həllini tapmadığından məhkəməyə müraciət etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsinə əsasən 854,49 manat əsas borc, 12,38 manat faiz borcu qalmışdır. Kredit üzrə xx.xx.2024-cü il tarixə əsas və faiz borcunun ödənilməsi barədə məlumatdan görünür ki, 932 manat kredit məbləğinin əsas borcundan 77.51 manat, faiz borcundan isə 2.83 manat ödənilmiş, 854.49 manat əsas borcu, 12.38 manat faiz borcu qalmışdır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda qeyd olunmuş normaları və tərəflər arasında bağlanmış müqavilənin şərtləri baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda müəyyən miqdar ödəniş etsə də, öhdəliyinə uyğun olaraq müəyyən edilmiş miqdarda və vaxtda ödənişləri həyata keçirməmişdir. Buna görə də, cavabdehin məhz kredit müqaviləsindən irəli gələn öhdəliyini icra etmədiyinə görə borcu yaranmışdır. Bundan əlavə o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas kredit borcunu müqavilədə razılaşdırıldığı kimi faizlə birlikdə iddiaçıya ödəməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının tələbində qeyd etdiyi 854,49 manat əsas borc və 12,38 manat faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Cavabdehlər iddia tələbinə hər hansı bir etiraz təqdim etməmiş və ondan tələb edilən borcları mübahisələndirməmişdir. Məhkəmə bu səbəbdən, eyni zamanda tələb edilən borc vəsaitinin məbləği hər hansı bir şübhə doğurmadığından əlavə araşdırma aparmamışdır. xx.xx.2023-cü il tarixində İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı ilə Cavabdeh1 arasında Z-1 OKR-004/23 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən kredit təşkilatı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, OKR-004/23 nömrəli Restrukturizasiya müqaviləsi əsasında borclunun kredit təşkilatına ödəməli olan 932 manat borcu ilə əlaqədar olaraq, borclunun kredit təşkilatı qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin, borclu ilə birlikdə kredit təşkilatı qarşısında həmin borcların ödənilməsinə məsuliyyət daşımağı öz öhdəsinə götürür. Həmçinin zaminlik müqaviləsinin 3.1-ci bəndində göstərilmişdir ki, Zamin kredit təşkilatı qarşısında borclunun 13 noyabr 2023-cü il tarixli OKR-004/23 saylı restrukturizasiya müqaviləsi üzrə kredit təşkilatına olan əsas borcu və ona hesablanmış faizləri məbləğində, həmçinin bu borcla əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komisyon, dəbbə pulu, məhkəmə xərcləri və s. üçün məsuliyyət daşıyır. İddia tələbinin zaminə qarşı iddia irəli sürülməsinə münasibətdə məhkəmə qeyd edir ki, xx.xx.2023-cü il tarixli, OKR-004/23 nömrəli restrukturizasiya müqaviləsinin təmini olaraq bağlanmış sözügedən zaminlik müqaviləsinin 6.1-ci bəndinə əsasən bu müqavilə ilə təmin olunmuş əsas öhdəliyin qüvvədə olma müddəti, borclunun kredit təşkilatı qarşısında xx.xx.2023-cü il tarixli OKR-004/23 nömrəli restrukturizasiya müqaviləsindən irəli gələn öhdəlikləri tam yerinəyetirənədəkdir. Belə ki, xx.xx.2023-cü il tarixli, OKR-004/23 nömrəli restrukturizasiya müqaviləsindəki öhdəliklər tam şəkildə icra olunmadığından borcun zamindən tələb edilməsində iddiaçı tərəf haqlıdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. Ona görə də hazırki iş üzrə iddianın qiymətinə uyğun ödənilən dövlət rüsumu 30 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 854,49 manat əsas borc, 12,38 manat faiz borcu və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-476/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-476/2024
22.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver