Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-48/2023 13.01.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “cavabdehlərdən müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 656,18 manat kredit borcu, 65,88 manat məbləğində faiz borcu və 204,25 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 926,31 manat məbləğində borcun və tərəfimizdən ödənilmiş 40 manat məbləğində mediasiya xərcinin tutulması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ərizə ilə məhkəməyə müraciət edərək “cavabdehlərdən müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 656,18 manat kredit borcu, 65,88 manat məbləğində faiz borcu və 204,25 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 926,31 manat məbləğində borcun və tərəfimizdən ödənilmiş 40 manat məbləğində mediasiya xərcinin tutulması” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 ilə İddiaçı QSC arasında xx.xx.2020-ci il tarixli 026A********** nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, bank fərdi mikro kredit məqsədilə ümumi məbləği 2500 manat olan borc pulu (bundan sonra kredit) aylıq faiz dərəcəsi 2,25 % olmaqla, 18 ay müddətinə kredit alana verməyi, kredit alan bu müqavilənin ayrılmaz hissəsi olan 1 saylı Əlavədə göstərilən ödəniş planına uyğun olaraq krediti və faizi banka qaytarmağı öz öhdəsinə götürmüşdür. Kredit müqaviləsinə əlavə hesab olunan ödəniş planından isə görünür ki, cavabdeh kredit vəsaitini hər ay 171 manat, sonuncu ay isə 181,63 manat olmaqla annuitet qaydada ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 4.1.3-cü bəndinin tələbinə görə, kredit razılaşması imzalandıqdan sonra 30 gün ərzində kredit alan krediti hesabından çıxarmazsa, bank kredit alana kredit verməkdən imtina etmək və ondan bu müqavilənin 1.1-ci bəndində göstərilmiş illik faiz dərəcəsinin 1/12 hissəsinə bərabər məbləğdə cərimə faizi hesablayıb tələb etmək hüququna malikdir. Həmin müqavilənin 4.2.3-cü bəndinə əsasən ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 %-i məbləğində cərimə ödəyir. Borclu Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə İddiaçı QSC ilə cavabehlər arasında xx.xx.2020-ci il tarixli 026G**********02 nömrəli (zamin Cavabdeh2) və 026G**********1 nömrəli (zamin Cavabdeh3) zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən, borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımasını bəyan etmişdir. 4.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı andan qüvvəyə minir və kredit müqaviləsinin müddəti bitdikdən sonra 3 (üç) il müddətinə qüvvədədir. İş materiallarına əlavə olunmuş sənəddən məlum olur ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli köçürmə sənədindən görünür ki, 2500 manat məbləğində pul İddiaçı QSC tərəfindən Cavabdeh1 **********938908 nömrəli hesabına köçürülmüşdür. Cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə onların ödənilməmiş borcları qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 284-5.1-ci maddəsinə əsasən rəsmi qaydada bildiriş Cavabdeh1 xx.xx.2022-ci il tarixdə, Cavabdeh3 xx.xx.2022-ci il tarixdə təqdim olunmasına baxmayaraq, iddia tələbinə qarşı əsaslandırılmış etirazlarını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişlər. Digər Cavabdeh2 isə xx.xx.2022-ci il tarixdə göndərilmiş, lakin bildiriş “rəhmətə gedib” qeydi ilə geri qaytarılmışdır. Məhkəmə, MPM-in 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara xx.xx.2020-ci il tarixli 026A********** nömrəli kredit müqaviləsi, xx.xx.2020-ci il tarixli 026G**********02 nömrəli və 026G**********1 nömrəli zaminlik müqavilələri və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi (bunan sonra mətndə MM)maddə - 385.1, 386.1, 449.1, 470.1, 472.1, 739.2). İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 ilə İddiaçı QSC arasında xx.xx.2020-ci il tarixli 026A********** nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, bank fərdi mikro kredit məqsədilə ümumi məbləği 2500 manat olan borc pulu (bundan sonra kredit) aylıq faiz dərəcəsi 2,25 % olmaqla, 18 ay müddətinə kredit alana verməyi, kredit alan bu müqavilənin ayrılmaz hissəsi olan 1 saylı Əlavədə göstərilən ödəniş planına uyğun olaraq krediti və faizi banka qaytarmağı öz öhdəsinə götürmüşdür. Kredit müqaviləsinə əlavəyə əsasən, cavabdeh kredit vəsaitini hər ay 171 manat, sonuncu ay isə 181,63 manat olmaqla annuitet qaydada ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 4.1.3-cü bəndinin tələbinə görə, kredit razılaşması imzalandıqdan sonra 30 gün ərzində kredit alan krediti hesabından çıxarmazsa, bank kredit alana kredit verməkdən imtina etmək və ondan bu müqavilənin 1.1-ci bəndində göstərilmiş illik faiz dərəcəsinin 1/12 hissəsinə bərabər məbləğdə cərimə faizi hesablayıb tələb etmək hüququna malikdir. Həmin müqavilənin 4.2.3-cü bəndinə əsasən ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 %-i məbləğində cərimə ödəyir. Borclu Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə İddiaçı QSC ilə Cavabdeh3 arasında xx.xx.2020-ci il tarixli 026G**********1 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən, borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımasını bəyan etmişdir. 4.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı andan qüvvəyə minir və kredit müqaviləsinin müddəti bitdikdən sonra 3 (üç) il müddətinə qüvvədədir. Məhkəmə hesab edir ki, iddiaçı ölmüş şəxsə qarşı tələb irəli sürməkdə haqlı olmamışdır. Belə ki, iş materiallarına əlavə olunmuş sənəddən məlum olur ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir və bu həmin cavabdehə münasibətdə olan zaminliyə xitam verilməsinə səbəb olur. Odur ki, iddia tələbi bu hissədə rədd edilməlidir. MM-in: 558.1. Əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. 558.2. İcra şəxsən kreditor üçün nəzərdə tutulmuşdursa, onun ölümü öhdəliyin xitamına səbəb olur. Bundan əlavə qeyd edilən zaminin vərəsəsi olan Cavabdeh1 iş üzrə cavabdeh qismində cəlb edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklər iddiaçı tərəfindən yerinə yetirilmiş və 2500 manat məbləğində pul İddiaçı QSC tərəfindən Cavabdeh1 **********938908 nömrəli hesabına köçürülmüş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməmişdir. Eyni zamanda iş materiallarına əlavə olunmuş sübutlarla Cavabdeh1 656,18 manat əsas borcu olduğu və borcu 165 gün gecikdirdiyi təsdiq edilir. Odur ki, iddiaçı həmin məbləğdə borcun cavabdehlər Cavabdeh1 və zaminlik müqaviləsi üzrə Cavabdeh3 müştərək qaydada tutulmasını tələb etməkdə haqlıdır. Faiz borcuna münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 65,88 manat faiz borcu tələb edilmişdir. Məhkəmə tərəflər arasında bağlanmış müqavilə şərtləri baxımından qeyd edir ki, iddiaçı 65,88 manat məbləğində faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin “204,25 manat məbləğində cərimə borcunun tutulması” hissəsinə münasibətdə bildirir ki, tərəflər arasında bağlanmış müqavilənin 4.2.3-cü bəndinə əsasən ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 %-i məbləğində cərimə ödəyir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə tərəflərin mənafelərini, kredit üzrə əhəmiyyətli hissənin ödənildiyini nəzərə alıb tənasübsüz yüksək müəyyən edilən cərimə məbləğinin 20 manat həddində təmin edilməsini ədalətli və qanuni hesab edir. Odur ki, iddiaçı 656,18 manat məbləğində əsas borcun, 65,88 manat məbləğində faiz və 20 manat cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh3 xx.xx.2020-ci il tarixli 026A********** nömrəli kredit müqaviləsi üzrə 656,18 manat əsas borc, 65,88 manat məbləğində faiz borcu və 20 manat cərimə borcu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənlməsi hissəsində təmin edilməli, iddia qalan hissələrdə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edilsə də, əsas borc məbləği əsasən dəyişmədiyindən 40 manat mediasiya xərci cavabdehlərdən tutulmalı, ödənilməli olan 30 manat dövlət rüsumu Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 656,18 manat əsas borc, 65,88 manat məbləğində faiz borcu və 20 manat cərimə borcu və 40 manat mediasiya xərci tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilməmiş 30 manat dövlət rüsumu Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-48/2023
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-48/2023
13.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver