Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-483/2024 01.05.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “cavabdehdən 82954,75 manat pul məbləği və ödənilmiş dövlət rüsumunun İddiaçı MMC-yə ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək “cavabdehdən 82954,75 manat pul məbləği və ödənilmiş dövlət rüsumunun İddiaçı MMC-yə ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında vəsatəti müdafiə etdiyini bildirmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında özünün və ya nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə hazırki iş üzrə iddiaçının işin ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə vəsatətini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 40.1. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 40.2. Tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. 40.3. Saziş tərəflər arasında gələcəkdə baş verə biləcək konkret mübahisə ilə bağlı əvvəlcədən, habelə məhkəmənin icraatında olan müəyyən məhkəmə işi ilə bağlı həmin iş üzrə məhkəmənin hazırlıq iclası keçirilənədək bağlana bilər. İddiaçı xx.xx.2024-cü il tarixdə işin ərazi aidiyyətinin dəyişdirilməsi barədə vəsatətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, iş üzrə iddia ərizəsi məhkəməyə verilərkən ərazi aidiyyəti ilə bağlı yanlışlığa yol verilmiş, iddia ərizəsi Bakı Kommersiya Məhkəməsinə göndərilməli olduğu halda, Şəki Kommersiya Məhkəməsinə göndərilmişdir. Belə ki, tərəflər arasında olan xx.xx.2021-ci il tarixli AGR 17/21 saylı xidməti müqaviləsinin 9.4-cü bəndinə əsasən mübahisələr kommersiya məhkəmələrinə aid olduğu halda işə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Qeyd edilənlərə əsasən e-2-2(117)-483/2024 nömrəli kommersiya işinin ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tərəflər arasında xx.xx.2021-ci il tarixdə AGR 17/21 nömrəli satış xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanmışdır. Həmin müqavilə sifarişçi satış xidmətlərinin göstərilməsini sifariş verib icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada satış xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 9.4-cü bəndinə əsasən mübahisələr ümumi məhkəmələrə aid olduğu halda mübahisəyə ərazi aidiyyət üzrə Bakı şəhər məhkəməsində, kommersiya məhkəmələrinə aid olduğu halda isə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Göründüyü kimi tərəflər mübahisənin kommersiya mübahisəsi olduğu zaman həmin iş üzrə tələbin irəli sürüləcəyi məhkəməni aralarında bağlanmış müqavilə üzrə Bakı Kommersiya Məhkəməsi olaraq razılaşdırmışdır. İddiaçı vəsatətlə məhkəməyə müraciət etdiyindən və tərəflər işin baxılacağı məhkəməni müqavilə ilə müəyyənləşdirdiklərindən, eləcə də, tərəflərin öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə biləcəkləri qanunvericiliyin tələbindən irəli gəldiyindən məhkəmə hesab edir ki, e-2-2(117)-483/2024 nömrəli iş materialları baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 44.1. Aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. 44.2-ci maddəsinə əsasən məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: 44.2.1. əvvəlcə yaşayış yeri məlum olmayan cavabdeh işi onun yaşadığı yerin məhkəməsinə vermək haqqında vəsatət verərsə; 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa; 44.2.3. hakimlərdən birinə və ya bir neçəsinə edilmiş etiraz təmin edildikdən sonra, eləcə də digər ciddi səbəblərdən həmin məhkəmədə onları əvəz etmək və ya işə baxmaq mümkün olmazsa; 44.2.4. iddia həmin məhkəməyə qarşı qaldırılmışdırsa; 44.2.5. hər iki tərəf işə sübutların əksər hissəsinin olduğu yerin məhkəməsində baxılması barədə vəsatət vermişdirsə. 45.3-cü maddəsinə əsasən işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddəsini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı MMC-nin Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək “cavabdehdən 82954,75 manat pul məbləği və ödənilmiş dövlət rüsumunun İddiaçı MMCyə ödənilməsi” tələbinə dair iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən : Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-483/2024
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-483/2024
01.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver