Məhkəmə qərarları › İş №e-2-2(117)-487/2020

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-487/2020

12.11.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-487/2020 12.11.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi X1 Baş İdarəsinin (bundan sonra mətndə iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı “aksiz markaları ilə markalanmalı olan, alış dəyəri 402,35 manat olan 223 qutu tütün məmulatının satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Vergi X1 Baş İdarəsinin xx.xx.2019-cu il tarixli **********6183 nömrəli operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında Qərarına əsasən xx.xx.2019-cu il tarixdə Cavabdeh məxsus Bakı şəhəri Sabunçu rayonu Bakıxanov ŞTQ X3-Telman küçəsinin kəsişməsində yerləşən mağazada operativ vergi nəzarəti həyata keçirilmişdir. xx.xx.2019-cu il tarixdə keçirilmiş yoxlama zamanı aksiz markaları ilə markalanmalı olan, lakin markalanmamış alış dəyəri 402,35 manat olan 223 qutu siqaret aşkar edilərək “Markalanmalı (nişanlanmalı) malların məsul saxlamaya qoyulması barədə” xx.xx.2019-cu il tarixli 000036 nömrəli Akt tərtib edilmişdir. Habelə markalanmalı (nişanlanmalı) olan malların götürülməsi haqqında xx.xx.2019-cu il tarixli 000036 nömrəli Protokol tərtib edilərək götürülmüşdür. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, vergi orqanının xx.xx.2019-cu il tarixli **********6183 nömrəli operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında Qərarına əsasən xx.xx.2019-cu il tarixdə Cavabdeh məxsus Bakı şəhəri Sabunçu rayonu Bakıxanov ŞTQ X3-Telman küçəsinin kəsişməsində yerləşən mağazada operativ vergi nəzarəti həyata keçirilmiş və bu zaman aksiz markaları ilə markalanmalı olan, lakin markalanmamış alış dəyəri 402,35 manat olan 223 qutu siqaret aşkar edilmişdir. Bununla bağlı xx.xx.2019-cu il tarixli akt və aşkar olunmuş tütün məmulatlarının vergi ödəyicisindən götürülməsi barədə protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, sonuncuya məhkəmə sənədləri xx.xx.2020-ci il tarixdə təqdim olunsa da, cavabdeh iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) gün müddət ərzində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara:xx.xx.2019-cu il tarixli **********6183 nömrəli operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında Qərar, xx.xx.2019-cu il tarixli Akt, xx.xx.2019-cu il tarixli 000036 nömrəli Protokol daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş aksiz tutulan mallara, o cümlədən idxal mallarına aksiz markalarının tətbiqi Qaydalarının 2.1.4-cü bəndinə əsasən, tütün məmulatları aksiz markaları ilə markalanmalıdır. Azərbaycan Respublikası Vergi Məcəllənin 23.1.13-cü maddəsinə əsasən, aksiz markası ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materialların markalanmadan satışının həyata keçirilməsi aşkar edildikdə, həmin malları siyahıya almaq və vergi ödəyicisində və ya onun razılığı ilə vergi orqanlarının vəzifəli şəxsləri tərəfindən müəyyən edilən yerlərdə məsul saxlamaya qoymaq, 23.1.15-ci maddəsinə əsasən məhkəmənin qərarı ilə müsadirə edilmiş aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmayan və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək və 23.1.15-4-cü maddəsinə əsasən, aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan qaydaların tələblərinə əməl edilməsinə nəzarət etmək vergi orqanlarının hüququdur. Həmin Məcəllənin 24.0.2-2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən siyahıya alınmış aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan, lakin nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların müsadirə edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq vergi orqanlarının vəzifəsidir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, xx.xx.2019-cu il tarixdə Cavabdeh məxsus Bakı şəhəri Sabunçu rayonu Bakıxanov ŞTQ X3-Telman küçəsinin kəsişməsində yerləşən mağazada vergi nəzarəti həyata keçirilmiş, bu zaman aksiz markaları ilə markalanmalı olan, lakin markalanmamış alış dəyəri 402,35 manat olan 223 qutu tütün məmulatları aşkar edilərək xx.xx.2019-cu il tarixli Akt tərtib edilmiş və həmin məmulatlar xx.xx.2019-cu il tarixli 000036 nömrəli Protokol tərtib edilərək götürülmüşdür. Şərh olunan qanunvericiliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, aksiz markaları ilə markalanmadan tütün məmulatlarının satışına yol verilmədiyindən və vergi orqanı tərəfindən cavabdehə məxsus mağazada aksiz markası ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış mallar aşkar edildiyindən həmin tütün məmulatları qanunvericiliyin tələbinə əsasən müsadirə edilməlidir. MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Buna görə də cavabdehdən 20 (iyirmi) manat dövlət rüsumu dövlət gəlirinə tutulmalıdır. Nəticəvi hissə: İddia təmin edilsin. Cavabdeh məxsus aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış alış dəyəri 402,35 manat olan 223 ədəd tütün məmulatları müsadirə edilsin. Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumu dövlət gəlirinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar