Məhkəmə qərarları › İş №e-2-2(117)-488/2022

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-488/2022

13.05.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-488/2022 13.05.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, iddiaçı 11 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı “cavabdehə məxsus, aksiz markaları ilə markalanmalı olan lakin markalanmamış alış dəyəri 456,60 manat olan 343 qutu tütün məmulatlarının müsadirə edilməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi : Təsviri hissə: 11 saylı Ərazi Vergilər İdarəsinə 16.02.2022-ci il tarixdə vergi ödəyicisi olan cavabdehin fəaliyyətinin yoxlanılması ilə bağlı sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrindən çıxarış verilmiş və 11 saylı Ərazi Vergilər İdarəsinin 16.02.2022-ci il tarixli **********8375 nömrəli operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında Qərarına əsasən 16.02.2022-ci il tarixdə Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən ticarət obyektinə operativ vergi nəzarəti həyata keçirilmişdir. 16.02.2022-ci il tarixdə keçirilmiş yoxlama zamanı aksiz markaları ilə markalanmalı olan və ya məcburi nişanlanma ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarda), audio və video materialların, mal və məmulatların markalanmadan və ya saxta markalarla markalanmaqla satışının, satış məqsədi ilə saxlanılmasının və ya istehsal binasının hüdudlarından çıxarılmasının aşkar edilməsi barədə 16.02.2022-ci il tarixli 000318 nömrəli Akt tərtib edilmişdir. Habelə aşkar edilmiş məmulatlar aksiz markası ilə markalanmalı olan malların götürülməsi haqqında 16.02.2022-ci il tarixli 000428 nömrəli Protokol tərtib edilərək götürülmüşdür. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, vergi orqanının 16.02.2022-ci il tarixli **********8375 nömrəli operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında Qərarına əsasən Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən ticarət obyektinə operativ vergi nəzarəti həyata keçirilmiş və bu zaman aksiz markaları ilə markalanmalı olan, lakin markalanmamış alış dəyəri 456,60 manat olan 343 qutu tütün məmulatları aşkar edilmişdir. Bununla bağlı 16.02.2022-ci il tarixli akt və aşkar olunmuş tütün məmulatların vergi ödəyicisindən götürülməsi barədə protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, sonuncuya məhkəmə sənədləri 22.04.2022-ci il tarixdə təqdim olunsa da, cavabdeh iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) gün müddət ərzində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar, aktlar, protokol daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 yanvar 2001-ci il tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş aksiz tutulan mallara, o cümlədən idxal mallarına aksiz markalarının tətbiqi Qaydalarının 2.1.4-cü bəndinə əsasən, tütün məmulatları aksiz markaları ilə markalanmalıdır. Azərbaycan Respublikası Vergi Məcəllənin 23.1.13-cü maddəsinə əsasən, aksiz markası ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materialların markalanmadan satışının həyata keçirilməsi aşkar edildikdə, həmin malları siyahıya almaq və vergi ödəyicisində və ya onun razılığı ilə vergi orqanlarının vəzifəli şəxsləri tərəfindən müəyyən edilən yerlərdə məsul saxlamaya qoymaq, 23.1.15-ci maddəsinə əsasən məhkəmənin qərarı ilə müsadirə edilmiş aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmayan və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək və 23.1.15-4-cü maddəsinə əsasən, aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan qaydaların tələblərinə əməl edilməsinə nəzarət etmək vergi orqanlarının hüququdur. 24.0.2-2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən siyahıya alınmış aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan, lakin nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların müsadirə edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq vergi orqanlarının vəzifəsidir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, 11 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən ticarət obyektinə operativ vergi nəzarəti həyata keçirilmiş, bu zaman aksiz markaları ilə markalanmalı olan, lakin markalanmamış alış dəyəri 456,60 manat olan 343 qutu tütün məmulatları aşkar 16.02.2022-ci il tarixli 000318 nömrəli akt tərtib edilmiş və həmin məmulatlar 16.02.2022ci il tarixli 000428 nömrəli protokol tərtib edilərək götürülmüşdür. Şərh olunan qanunvericiliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, aksiz markaları ilə markalanmadan tütün məmulatlarının satışına yol verilmədiyindən və vergi orqanı tərəfindən cavabdehə məxsus marketdə aksiz markası ilə markalanmalı olan lakin aksiz markaları ilə markalanmamış tütün məmumlatları aşkar edildiyindən həmin içkilər qanunvericiliyin tələbinə əsasən müsadirə edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Buna görə də cavabdehdən 30 (otuz) manat dövlət rüsumu dövlət gəlirinə tutulmalıdır. qərara aldı: İddia təmin edilsin. Cavabdeh məxsus aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış alış dəyəri 456,60 manat olan 343 qutu tütün məmulatları müsadirə edilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu dövlət gəlirinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar