Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-49/2021 11.03.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi ilə, İddiaçı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh X3 qarşı “cavabdehin xx.xx.2020-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 12572,10 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 12572,10 manat və İşsizlikdən sığorta fonduna ödənilməmiş 278,82 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədilə siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Vergi ödəyicisi olan cavabdeh vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta ilə bağlı öhdəliklərini yerinə yetirmədiyindən onun xx.xx.2020-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş vergilər üzrə 6970,55 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 12572,10 manat və İşsizlikdən Sığorta Fonduna ödənilməmiş 278,82 manat borcu vardır. Yaranmış borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən vergi orqanının xx.xx.2020-ci il tarixli **********0 nömrəli qərarı əsasında xx.xx.2020-ci il tarixli **********0 nömrəli protokolla cavabdehə məxsus əmlak – hər birinin dəyəri 100 manat olan 35 ədəd naxışlı kreslo tipli stul, hər birinin dəyəri 50 manat olan 5 ədəd orta ölçülü stol, hər birinin dəyəri 200 manat olan 13 ədəd Vestel markalı böyük televizor, hər birinin dəyəri 200 manat olan 2 ədəd Samsung markalı televizor, hər birinin dəyəri 100 manat olan 4 ədəd əl işi televizor altlığı, hər birinin dəyəri 80 manat olan 4 ədəd taxta şkaf, dəyəri 500 manat olan 1 ədəd Türkiyə istehsalı 2 gözlü böyük fırın, dəyəri 50 manat olan 1 ədəd Sonashi markalı mikrodalğalı soba, hər birinin dəyəri 200 manat olan 2 ədəd ikigözlü soyuducu, hər birinin dəyəri 150 manat olan 2 ədəd birgözlü soyuducu, dəyəri 150 manat olan 1 ədəd dördgözlü qaz sobası, dəyəri 100 manat olan 1 ədəd ikigözlü free aparatı, dəyəri 400 manat olan 1 ədəd türk qəhvəsi aparatı, hər birinin dəyəri 150 manat olan 34 ədəd naxışlı divan (ümumilikdə 14470 manat), xx.xx.2020-ci il tarixli **********1 nömrəli qərarı əsasında **********1 nömrəli protokolla cavabdehə məxsus əmlak – hər birinin dəyəri 100 manat olan 18 ədəd naxışlı masa, dəyəri 250 manat olan 1 ədəd Türkiyə istehsalı soyuducu vitrin, hər birinin dəyəri 200 manat olan 2 ədəd qədimi somavar, hər birinin dəyəri 120 manat olan 32 ədəd balaca naxışlı divan, hər birinin dəyəri 80 manat olan 16 ədəd balaca naxışlı masa, dəyəri 9000 manat olan 1 ədəd böyük monitor (ümumilikdə 16570 manat), xx.xx.2020-ci il tarixli **********2 nömrəli qərarı əsasında xx.xx.2020-ci il tarixli **********2 nömrəli protokolla cavabdehə məxsus olan əmlak – dəyəri 300 manat olan 1 ədəd ikigözlü böyük soyuducu, dəyəri 200 manat olan 1 ədəd dördgözlü elektrik sobası və dəyəri 100 manat olan 1 ədəd Türkiyə istehsalı dondurucu (ümumilikdə 600 manat) siyahıya alınmışdır. xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubları ilə cavabdehdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq edilmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmışdır. Borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, vergi ödəyicisi vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə vergi borcu yaranmışdır. Lakin görülən tədbirlərə baxmayaraq, qeyd olunan borc məbləği bu günədək ödənilməmişdir. Vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə qərarlar çıxarmış, həmin qərarlar əsasında cavabdehin dövlət büdcəsinə yaranan borcuna görə əmlakı siyahıya alınmış və bu barədə əmlakın siyahıya alınması haqqında protokollar tərtib edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq məktubları göndərilmişdir. İddiaçı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi cavabdeh X3 qarşı “cavabdehin xx.xx.2020-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 12572,10 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 12572,10 manat və İşsizlikdən sığorta fonduna ödənilməmiş 278,82 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 14470 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması”, “cavabdehin xx.xx.2020-ci il tarixdə dövlət büdcəsinə ödənilməmiş 6970,55 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 12572,10 manat və İşsizlikdən sığorta fonduna ödənilməmiş 278,82 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 16570 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması” və “cavabdehin xx.xx.2020-ci il tarixdə dövlət büdcəsinə ödənilməmiş 278,82 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 12572,10 manat və İşsizlikdən sığorta fonduna ödənilməmiş 278,82 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 600 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması” barədə iddia tələbləri ilə məhkəməyə müraciət etmiş, məhkəmənin xx.xx.2021ci il tarixli e-2-2(117)-49/2021 nömrəli qərardadı ilə iddia tələbləri bir icraatda birləşdirilmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehə göndərilən məhkəmə bildirişi həmin ünvanda yaşamaması səbəbindən cavabdehə çatdırılmamış və məhkəməyə geri qaytarılmışdır. Eyni zamanda cavabdehə AZEMİS vasitəsilə SMS xəbərdarlıq göndərilmişdir. Məhkəmə, cavabdehin məhkəməyə məlum olan axırıncı ünvanı üzrə bildirişin göndərildiyini və SMS xəbərdarlıqla məhkəmə iclasının yeri və vaxtə barədə ona məlumat verildiyini nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: cavabdehin şəxsi hesab vərəqələrinin surətləri, əmlakın siyahıya alınmasına dair vergi orqanının qərarları, əmlakın siyahıya alınması barədə protokolların surətləri, xəbərdarlıqlar və bildirişlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəllsinin 16.1-ci və 24.0.1-ci maddələri ilə vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş vergiləri ödəmək, vergi orqanının üzərinə isə vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək vəzifələri qoyulmuşdur. 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. 78.1-ci maddəsinin tələblərinə görə vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyəcisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. 90.1-ci maddəsinə görə vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə vergi orqanı vergi öhdəliyinin icrasının təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması barədə məhkəməyə müraciət edə bilər. “Sosial sığorta haqqında” xx.xx.1997-ci il tarixli Azərbaycan Respublikası Qanunu təşkil edir. Həmin Qanunun 9-cu və 11-ci maddələri ilə sığortaçının üzərinə sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək, sığorta olunanın üzərinə isə sosial sığorta haqqını vaxtında ödəmək vəzifələri qoyulmuşdur. 18-ci maddəsinin ikinci hissəsinə əsasən, məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.3-cü bəndinə əsasən, həmin Qanunun 9-cu maddəsinin birinci hissəsinin ikinci və dördüncü abzaslarında, ikinci hissəsinin beşinci və altıncı abzaslarında, 10-cu maddəsinin dördüncü (hər iki halda) və beşinci abzaslarında, 13.1-ci maddəsində, 13.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 13.3-cü (birinci halda) və 13.4-cü maddələrində, 18-ci maddəsinin birinci hissəsinin altıncı abzasında və ikinci hissəsində, 29-cu maddəsində “orqan” dedikdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi nəzərdə tutulur. İşsizlikdən sığorta haqqında Azərbaycan Respublikası Qanunun 6.2-ci maddəsinə əsasən, İşsizlikdən sığorta haqqında Azərbaycan Respublikası Qanunun müəyyən edilmiş qaydada, məbləğdə və vaxtda sığorta haqqını sığortaçıya ödəmək sığortaedənin vəzifəsidir. 7-1-ci maddəsinə əsasən, işsizlikdən sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarət, işsizlikdən sığorta haqqı üzrə yaranmış borcların alınması, işsizlikdən sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş işsizlikdən sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən təqdim edilmiş məlumata əsasən müəyyən edilmişdir ki, cavabdehin xx.xx.2020-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş vergilər üzrə 6970,55 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 12572,10 manat və İşsizlikdən Sığorta Fonduna ödənilməmiş 278,82 manat borcu qalmış və həmin borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Məhkəmə hesab edir ki, vergi ödəyicisinin və sığortaedənin üzərinə qanunla müəyyən edilmiş vergiləri, sosial sığorta və işsizlikdən sığorta haqlarını ödəmək vəzifəsi qoyulduğundan və o, verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdeh olduğundan iddia tələbi qismən təmin edilməli və cavabdehin dövlət büdcəsinə xx.xx.2020-ci il tarixə yaranmış 12572,10 manat deyil, 6970,55 manat məbləğində vergi borcunun, sosial sığorta haqları üzrə ödənilməmiş 12572,10 manat və İşsizlikdən Sığorta Fonduna ödənilməmiş 278,82 manat borcunun ödənilməsini təmin etmək məqsədi ilə ona məxsus olan 22640 manat dəyərində siyahıya alınmış əmlakı ixtisaslaşdırılmış açıq hərraclar vasitəsi ilə satılmalı, iddia digər əmlakların satılması hissəsində rədd edilməlidir. Belə ki, qeyd olunduğu kimi Vergi Məcəlləsinin 90.1-ci maddəsinə görə vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə vergi orqanı vergi öhdəliyinin icrasının təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması barədə məhkəməyə müraciət edə bilər. Hazırki iş üzrə cavabdehin dövlət büdcəsinə ümumilikdə 19788,15 manat borcunun olmasına baxmayaraq siyahıya alınmış əmlakının ümumi dəyəri borc məbləğindən çox yüksəkdir. Vergi Məcəlləsinin 90.1-ci maddəsini, habelə hərracın keçirilməsi ilə əlaqədar olan xərcləri də nəzərə alan məhkəmə hesab edir ki, ümumilikdə 22640 manat dəyərində olan əmlakın satılması borcun ödənilməsi üçün kifayət edən məbləğdir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Buna görə də cavabdehdən 30 (otuz) manat dövlət rüsumu dövlət gəlirinə tutulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Cavabdeh X2 dövlət büdcəsinə olan vergilər üzrə 6970,55 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 12572,10 manat və İşsizlikdən Sığorta Fonduna ödənilməmiş 278,82 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 22640 manat məbləğində (hər birinin dəyəri 100 manat olan 35 ədəd naxışlı kreslo tipli stul, hər birinin dəyəri 50 manat olan 5 ədəd orta ölçülü stol, hər birinin dəyəri 200 manat olan 13 ədəd Vestel markalı böyük televizor, hər birinin dəyəri 200 manat olan 2 ədəd Samsung markalı televizor, hər birinin dəyəri 100 manat olan 4 ədəd əl işi televizor altlığı, hər birinin dəyəri 80 manat olan 4 ədəd taxta şkaf, dəyəri 500 manat olan 1 ədəd Türkiyə istehsalı 2 gözlü böyük fırın, dəyəri 50 manat olan 1 ədəd Sonashi markalı mikrodalğalı soba, hər birinin dəyəri 200 manat olan 2 ədəd ikigözlü soyuducu, hər birinin dəyəri 150 manat olan 2 ədəd birgözlü soyuducu, dəyəri 150 manat olan 1 ədəd dördgözlü qaz sobası, dəyəri 100 manat olan 1 ədəd ikigözlü free aparatı, dəyəri 400 manat olan 1 ədəd türk qəhvəsi aparatı, hər birinin dəyəri 150 manat olan 34 ədəd naxışlı divan, hər birinin dəyəri 100 manat olan 18 ədəd naxışlı masa, dəyəri 250 manat olan 1 ədəd Türkiyə istehsalı soyuducu vitrin, hər birinin dəyəri 200 manat olan 2 ədəd qədimi somavar, hər birinin dəyəri 120 manat olan 32 ədəd balaca naxışlı divan, hər birinin dəyəri 80 manat olan 16 ədəd balaca naxışlı masa, dəyəri 300 manat olan 1 ədəd ikigözlü böyük soyuducu, dəyəri 200 manat olan 1 ədəd dördgözlü elektrik sobası və dəyəri 100 manat olan 1 ədəd Türkiyə istehsalı dondurucu) siyahıya alınmış əmlakı ixtisaslaşdırılmış açıq hərraclar vasitəsi ilə satılsın. İddia qalan hissədə rədd edilsin. Cavabdeh X1 30 (otuz) manat dövlət rüsumu dövlət gəlirinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-49/2021
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-49/2021
11.03.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver