Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-498/2021 07.09.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hüseynov Mübariz Rahil oğlunun sədrliyi Mövsümova Günel Namizət qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh5 MMC-yə, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 qarşı “kreditin, ona hesablanmış faizlərin və cərimənin qaytarılması, tələbin girov qoyulmuş əmlaklara yönəldilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh5 MMC-yə, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 qarşı “kreditin, ona hesablanmış faizlərin və cərimənin qaytarılması, tələbin girov qoyulmuş əmlaklara yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, cavabdehlər bunun üzrlü səbəbləri barədə məlumat verməmiş, iddiaçının nümayəndəsi 03.09.2021-ci il tarixdə məhkəməyə elektron poçt vasitəsi ilə müraciət edərək Cavabdeh5 MMC tərəfindən kredit müqaviləsi üzrə yaranmış gecikdirmə borcunun ödənildiyini bildirmiş və iddia ərizəsinin baxılmamış saxlanılaraq geri qaytarılmasını və ödənilmiş dövlət rüsumunun iddiaçıya qaytarılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərdən keçirib və iş materiallarını araşdırıb hesab edir ki, iddiaçının nümayəndəsinin ərizəsindən görünür ki, tərəflər arasında mübahisə artıq mövcud deyildir. Odur ki, iddiaçının nümayəndəsinin ərizəsi nəzərə alınaraq ərizə baxılmamış saxlanmalıdır. Belə ki, hazırkı işin məhkəmənin icraatında olduğu dövrdə iddiaçının nümayəndəsi 14.07.2021-ci il, 1608.2021-ci il və 03.09.2021-ci il tarixlərdə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər tərəfindən əsas borcun və ona hesablanmış borcların, həminin gecikdirmə borcunun qismən ödənildiyini, sonda isə tam ödənildiyini bildirmiş, iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Qeyd edilməlidir ki, hər bir şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ vardır və məhkəmə tərəflər arasında yaranmış mübahisəyə baxır. Hazırkı vəziyyətdə iddiaçının nümayəndəsinin məhkəməyə ünvanladığı ərizələrdən müəyyən edilir ki, mübahisə məhkəmənin icraatında olduğu dövrdə öz həllini tapmış, cavabdeh kredit müqaviləsindən yaranmış borcunu tam olaraq ödəmişdir. İddiadan imtina və iddianın etiraf edilməsi iddiaçının və cavabdehin səlahiyyətində olan məsələlər olduğundan məhkəmə tərəflərin iradəsinə uyğun olaraq müvafiq prosessual qərar qəbul etməlidir. MPM-in 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə hakim ərizəni baxılmamış saxlayır. Məhkəmə cavabdehlərin məhkəmə iclaslarında iştirak etməməsi işə mahiyyəti üzrə baxılmasını tələb etməmələri kimi qiymətləndirir. Ödənilmiş dövlət rüsumunun qaytarılmasına münasibətdə məhkəmə qeyd edir ki, MPM-in 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. MPM-nin 114-cü maddəsində dövlət rüsumunun qaytarılması iddianın gələcəkdə bu və ya digər şəkildə mübahisələndirilməsi ehtimalı olan hallarda qaytarılmasını nəzərdə tutur ki, bu da iddiaçının eyni iddiayla bağlı əlavə maliyyə yükündən azad edilməsi üçündür. Hazırkı vəziyyətdə isə tərəflər arasında mübahisə tamamilə həll edilmişdir və iddiaçının gələcəkdə məhkəməyə müraciət etməsinə zərurət olmayacaqdır. Belə ki, iş üzrə iddia ərizəsi 06.07.2021-ci il tarixdə məhkəməyə daxil olmuş, həmin tarixdə icraata götürülmüş, iş üzrə dəfələrlə məhkəmə iclası keçirilmiş, ipoteka predmetinin qiymətləndirilməsi ilə bağlı mütəxəssis rəyi alınmışdır. İddiaçının nümayəndəsinin ərizələrindən də göründüyü kimi, tərəflər arasında artıq mübahisə mövcud deyildir və iş üzrə icraat yekunlaşmışdır. Odur ki, məhkəmə tərəfindən işin gedişatı ilə bağlı müəyyən prosessual xərclər yaranmış, prosessual hərəkətlər edilmiş, tərəflərə bildirişlər göndərilmiş və qanunvericilikdə məhkəmənin üzərinə düşən prosessual vəzifələr həyata keçirilmiş, yekunda cavabdehlər tələb edilən borcu tam ödəmişdir. Məhkəmənin çəkdiyi xərclərin əvəzi isə qanunla müəyyən edilən dövlət rüsumu həddindədir. Ona görə də ödənilmiş dövlət rüsumu qaytarılmamalı, iddiaçıya aid edilməlidir. Hazırki işlə bağlı "xxxx" MMC tərəfindən tədqiqatın dəyərinin ödənilməsinə münasibətdə məhkəmə hesab edir ki, aparılmış tədqiqatın dəyəri olan 150 manat pulun 75 manatı manatı İddiaçı ASC-dən və 75 manatı isə əsas borclu Cavabdeh5 MMC-dən tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Belə ki, MPM-in: 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən, məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263, 264, 266 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh5 MMC-yə, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 qarşı “kreditin, ona hesablanmış faizlərin və cərimənin qaytarılması, tələbin girov qoyulmuş əmlaklara yönəldilməsi” tələbinə dair iş üzrə ərizə baxılmamış saxlansın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İpoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 150 manat pulun 75 manatı İddiaçı ASC-dən və 75 manatı Cavabdeh5 MMC-dən tutularaq "xxxx" MMC-nin "xxxx" ASC-də bank hesabına (h/h – AZ30GUNA********************, m/h – AZ25NABZ********************, kod – 505594, swift – GUNAAZ22) ödənilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-498/2021
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-498/2021
07.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver