Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-508/2024 29.04.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “4640,5 manat krеdit bоrcu, 462,86 manat faiz bоrcu və 71,03 manat dövlət rüsumunun tutulması” tələbi üzrə mübahisəyə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: xx.xx.2023-cü il tarixli, **********20092023 nömrəli bank xidmətlərinin göstərilməsi haqında ümumi müqavilə bank tərəfindən cavabdehə göstərilən xidmətlərin ümumi şərtlərini və qaydalarını müəyyən edir, bunun nəticəsində bank və cavabdeh arasında yaranan münasibətləri tənzimləyir. Müqavilə üzrə digər məsələlər müqavilənin ayrılmaz tərkib hissəsi olan müqaviləyə KBSK3733105B252 nömrəli Əlavədə göstərilmişdir. xx.xx.2023-cü il tarixli, **********20092023 nömrəli bank xidmətlərinin göstərilməsi haqında ümumi müqaviləyə kreditləşmənin xüsusi şərtlərinə dair KBSK3733105B252 nömrəli Əlavəyə əsasən bank Cavabdeh fərdi mikro kredit məqsədilə 24 ay müddətinə, illik 25 % dərəcəsi ilə 4800 manat kredit ayırmağı, borcalan isə kreditdən müqavilənin və əlavənin şərtlərinə uyğun olaraq istifadə etməyi, habelə krediti, kreditdən istifadəyə görə hesablanacaq faziləri, komisyon haqqları Müqavilə (Əlavə) ilə müəyyən olunan müddətdə və qaydada banka ödəməyi öhdəsinə götürmüşdür. 2.7-ci bəndinə əsasən kreditin qaytarılma müddəti pozulduqda bu Əlavənin 2.6-cı bəndində qeyd olunmuş illik faiz dərəcəsindən (25 %) əlavə gündəlik 0,5% tətbiq olunur. xx.xx.2023-cü il tarixli kassa məxaric orderindən də göründüyü kimi bank tərəfindən cavabdehə 4752 manat kredit verilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş hesabdan çıxarış məlumatlarından göründüyü kimi cavabdeh tərəfindən 159,5 manat əsas və 97,12 manat faiz borcundan ödəniş edilmişdir. İddiaçı öhdəliklərini yerinə yetirərək qeyd edilən məbləğdə krediti cavabdehə vermiş, lakin sonuncu götürdüyü krеdit öhdəliyini lazımınca yerinə yetirməmiş və bu səbəbdən ödənilməmiş 4640,5 manat əsas və 462,86 manat faiz borcu qalmışdır. Pretenziya məktubu ilə cavabdehdən borcun ödənilməsi tələb edilmiş, cavabdeh yaranmış borcunu ödəmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı hazırki iddia tələbi ilə müraciət edərək hazırki tələbə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən rəsmi qaydada məhkəmə bildirişi və sənədləri xx.xx.2024-cü il tarixdə cavabdehə ünvanı üzrə (digər qaydada əmisi Mahmudov Rəfail) çatdırılmasına baxmayaraq iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Kredit müqaviləsi, Hesabdan çıxarış, Ödəniş planı, Kassa məxaric orderi, Pretenziya və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 739.2). Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi xx.xx.2023-cü il tarixli, **********20092023 nömrəli bank xidmətlərinin göstərilməsi haqında ümumi müqaviləyə kreditləşmənin xüsusi şərtlərinə dair KBSK3733105B252 nömrəli Əlavəyə əsasən bank Cavabdeh fərdi mikro kredit məqsədilə 24 ay müddətinə, illik 25 % dərəcəsi ilə 4800 manat kredit ayırmağı, borcalan isə kreditdən müqavilənin və əlavənin şərtlərinə uyğun olaraq istifadə etməyi, habelə krediti, kreditdən istifadəyə görə hesablanacaq faziləri, komisyon haqqları Müqavilə (Əlavə) ilə müəyyən olunan müddətdə və qaydada banka ödəməyi öhdəsinə götürmüşdür. 2.7-ci bəndinə əsasən kreditin qaytarılma müddəti pozulduqda bu Əlavənin 2.6-cı bəndində qeyd olunmuş illik faiz dərəcəsindən (25 %) əlavə gündəlik 0,5% tətbiq olunur. xx.xx.2023-cü il tarixli kassa məxaric orderindən də göründüyü kimi bank tərəfindən cavabdehə 4752 manat kredit verilmişdir. Hesabdan çıxarış məlumatlarından göründüyü kimi cavabdeh tərəfindən 159,5 manat əsas və 97,12 manat faiz borcundan ödəniş edilmişdir. Buna baxmayaraq iddiaçı 4800 manat krеdit verildiyini və cavabdeh tərəfindən qeyd edilən borcdan ödənilməmiş 4640 manat əsas borcu qaldığını iddia edir ki, bunda qismən haqlı olmuşdur. Belə ki, iddiaçı bank tərəfindən verilmiş 4752 manat kredit borcu üzrə cavabdeh tərəfindən edilmiş ödənişlərdən sonra sonuncunun ödənilməmiş 4592,5 manat əsas borcu qalmışdır. Hazırki vəziyyətdə iddiaçı 4640 manat krеdit borcunun ödənilmədiyini iddia etsə də, 4752 manat əsas borcdan edilmiş 159,5 manat ödəniş nəzərə alındıqda qalıq borc 4592,5 manat təşkil etmişdir. Bu səbəbdən həmin əsas borc məbləği və ona hesablanmış 462,86 manat faiz bоrcu cavabdehdən tutulmalıdır. Məhkəmə verilmiş 4752 manat kredit borcu üzrə işin hallarının araşdırılmasının yekunu olaraq hesab edir ki, öhdəlik cavabdeh tərəfindən tam yerinə yetirilmədiyindən ödənilməmiş 4592,5 manat əsas borc və 462,86 manat faiz bоrcu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın qiymətinə uyğun olaraq ödənilməli dövlət rüsumu 71,03 manat təşkil edir. İddia tələbi qismən təmin edildiyindən 71,03 manat dövlət rüsumunun 0,67 manatı iddiaçıdan, 70,36 manatı cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Lakin iddiaçı tərəfindən 71,03 manat dövlət rüsumu ödənilmişdir ki, həmin rüsumdan iddiaçı tərəfindən ödənilməli 0,67 manat dövlət rüsumu çıxılaraq iddiaçıya aid dilməli, qalan 70,36 manatı isə iddiaçı tələb etdiyindən cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 4592,5 manat əsas, 462,86 manat faiz bоrcu və 70,36 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-508/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-508/2024
29.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver