Məhkəmə qərarları › İş №e-2-2(117)-511/2024

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-511/2024

05.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-511/2024 05.04.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, Cavabdeh2 Cavabdeh1 ASC-yə qarşı “Cavabdeh1 ASC tərəfindən İsmayıllı şəhəri, X1 küçəsi ev 2-də yerləşən 530257SBN saylı abunə kodu iddiaçının adına rəsmiləşdirilən kommersiya obyekti-kafeyə hesablanmış 342 manat cərimə borcunun silinməsi və 46 kub.m. suya görə smart kartda olan 92 manat vəsaitin bərpası” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: Cavabdeh2 Cavabdeh1 ASC-yə qarşı “Cavabdeh1 ASC tərəfindən İsmayıllı şəhəri, X1 küçəsi ev 2-də yerləşən 530257SBN saylı abunə kodu iddiaçının adına rəsmiləşdirilən kommersiya obyekti-kafeyə hesablanmış 342 manat cərimə borcunun silinməsi və 46 kub.m. suya görə smart kartda olan 92 manat vəsaitin bərpası” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsinin formasına və məzmununa dair tələblərə riayət olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılır. Göründüyü kimi iddia ərizəsində iddiaçı və cavabdehin adları, ünvanları (qeydiyyat və faktiki) və onlara aid sair məlumatlar göstərilməlidir. Hazırki iş üzrə elektron imzalanmış iddia ərizəsində iddiaçının adı, soyadı və barəsində digər məlumatlar göstərilməmişdir. Belə ki, tərəflərin prossessual statusu düzgün müəyyən eilməməmiş və iddiaçının prosessual statusu cavabdeh kimi göstərilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qanunvericiliyin iddia ərizəsinin formasına və məzmununa dair tələblərinə riayət edilmədiyindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. İddiaçının diqqətinə çatdırılır ki, yuxarıda qeyd olunan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra qanunvericiliyin tələblərinə riayət etməklə ümumi qaydada yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Cavabdeh2 Cavabdeh1 ASC-yə qarşı “Cavabdeh1 ASC tərəfindən İsmayıllı şəhəri, X1 küçəsi ev 2-də yerləşən 530257SBN saylı abunə kodu iddiaçının adına rəsmiləşdirilən kommersiya obyekti-kafeyə hesablanmış 342 manat cərimə borcunun silinməsi və 46 kub.m. suya görə smart kartda olan 92 manat vəsaitin bərpası” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar