Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-514/2022 21.04.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər X3, Cavabdeh2 qarşı “017R********** saylı kredit razılaşması üzrə 25059,46 manat məbləğində kredit borcu, 8985,38 manat məbləğində faiz borcu və 7901,5 manat məbləğində cərimə borcu olmaqla, cəmi 41946,34 manat borcun, iddiaçı tərəfindən ödənilmiş 15,84 manat dövlət rüsumunun və 200 manat məbləğində mediasiya xərcinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, cavabdeh X2 mülkiyyətində olan ünvan 1-də 0,01 ha torpaq sahəsi və bu torpaq sahəsi üzərində yerləşən 75 kv.km sahədən ibarət 7A saylı fərdi yaşayış evinin hərracda satılması, 41946,34 (qırx bir min doqquz yüz qırx altı manat, otuz dörd qəpik) manat borcun və iddiaçı tərəfindən ödənilmiş 15,84 manat məbləğində dövlət rüsumunun və 200 manat məbləğində mediasiya xərcinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının həmin əmlakın hərracdan satılmasından əldə olunan vəsait hesabına ödənilməsi, hərracadan əldə olunan vəsait borcun tam ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğin X1, Cavabdeh2 ümumi qaydada tutulması, cavabdeh X2 mülkiyyətində olan ünvan 1-də 0,01 ha torpaq sahəsi və bu torpaq sahəsi üzərində yerləşən 75 kv.km sahədən ibarət 7A saylı fərdi yaşayış evinə tutma yönəldilməsi və o satıldıqdan 1 ay sonra X2 həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, fərdi yaşayış evinin boşaldılması və alıcıya təhvil verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər X3, Cavabdeh2 qarşı “017R********** saylı kredit razılaşması üzrə 25059,46 manat məbləğində kredit borcu, 8985,38 manat məbləğində faiz borcu və 7901,5 manat məbləğində cərimə borcu olmaqla, cəmi 41946,34 manat borcun, iddiaçı tərəfindən ödənilmiş 15,84 manat dövlət rüsumunun və 200 manat məbləğində mediasiya xərcinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, cavabdeh X2 mülkiyyətində olan ünvan 1-də 0,01 ha torpaq sahəsi və bu torpaq sahəsi üzərində yerləşən 75 kv.km sahədən ibarət 7A saylı fərdi yaşayış evinin hərracda satılması, 41946,34 (qırx bir min doqquz yüz qırx altı manat, otuz dörd qəpik) manat borcun və iddiaçı tərəfindən ödənilmiş 15,84 manat məbləğində dövlət rüsumunun və 200 manat məbləğində mediasiya xərcinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının həmin əmlakın hərracdan satılmasından əldə olunan vəsait hesabına ödənilməsi, hərracadan əldə olunan vəsait borcun tam ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğin X1, Cavabdeh2 ümumi qaydada tutulması, cavabdeh X2 mülkiyyətində olan ünvan 1-də 0,01 ha torpaq sahəsi və bu torpaq sahəsi üzərində yerləşən 75 kv.km sahədən ibarət 7A saylı fərdi yaşayış evinə tutma yönəldilməsi və o satıldıqdan 1 ay sonra X2 həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, fərdi yaşayış evinin boşaldılması və alıcıya təhvil verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Elektron Məhkəmə İnformasiya Sistemində imzalanmış iddia ərizəsinin “iddia ərizəsini imzalayan şəxs” hissəsindən görünür ki, iddia ərizəsi elektron qaydada İddiaçı QSC-nin baş hüquqşünası X4 tərəfindən imzalanmışdır. Buna baxmayaraq sonuncunun İddiaçı QSC-nin baş hüquqşünası olmasını, habelə onun cəmiyyətin adından iddia ərizəsini imzalamaq səlahiyətinin olmasını təsdiq edən sübutlar iddia ərizəsinə əlavə edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 74.2-ci maddəsinə əsasən, iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçının diqqətinə çatdırılır ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər X3, Cavabdeh2 qarşı “017R********** saylı kredit razılaşması üzrə 25059,46 manat məbləğində kredit borcu, 8985,38 manat məbləğində faiz borcu və 7901,5 manat məbləğində cərimə borcu olmaqla, cəmi 41946,34 manat borcun, iddiaçı tərəfindən ödənilmiş 15,84 manat dövlət rüsumunun və 200 manat məbləğində mediasiya xərcinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, cavabdeh X2 mülkiyyətində olan ünvan 1-də 0,01 ha torpaq sahəsi və bu torpaq sahəsi üzərində yerləşən 75 kv.km sahədən ibarət 7A saylı fərdi yaşayış evinin hərracda satılması, 41946,34 (qırx bir min doqquz yüz qırx altı manat, otuz dörd qəpik) manat borcun və iddiaçı tərəfindən ödənilmiş 15,84 manat məbləğində dövlət rüsumunun və 200 manat məbləğində mediasiya xərcinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının həmin əmlakın hərracdan satılmasından əldə olunan vəsait hesabına ödənilməsi, hərracadan əldə olunan vəsait borcun tam ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğin X1, Cavabdeh2 ümumi qaydada tutulması, cavabdeh X2 mülkiyyətində olan ünvan 1-də 0,01 ha torpaq sahəsi və bu torpaq sahəsi üzərində yerləşən 75 kv.km sahədən ibarət 7A saylı fərdi yaşayış evinə tutma yönəldilməsi və o satıldıqdan 1 ay sonra X2 həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, fərdi yaşayış evinin boşaldılması və alıcıya təhvil verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-514/2022
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-514/2022
21.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver