Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-515/2024 14.05.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, X2 və Cavabdeh4 qarşı “əsas borca görə 5647,32 manat, faiz borcuna görə 404,97 manat, dəbbə borcuna görə 119,6 manat pulun və 82 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulması” tələbinə dair işə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: xx.xx.2023-cü il tarixdə İddiaçı ASC ilə Cavabdeh5 arasında SKM-2897 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən bank Cavabdeh5 əsas vəsaitlərin artırılması məqsədilə 7000 manat məbləğində kredit verməyi, sonuncu isə krediti və ona hesablanmış faizi müqaviləyə 1 nömrəli əlavə olan ödəniş cədvəlinə uyğun ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.2-ci bəndinə əsasən kredit 15 ay müddətinə verilir. Faizlər aylıq ödənilməklə, əsas məbləğin ödənişinə 3 ay möhlət verilir. Borc alana kredit bir dəfə və ya hissə-hissə verilir. 2.3-cü bəndinə əsasən kreditə görə illik 22 % faiz hesablanır. Müqavilə üzrə FİFD 24 % təşkil edir. 2.14.2-ci bəndinə əsasən borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında ödəmədikdə ödənilməmiş məbləğin 1%-i həcmində cərimə tətbiq edilir. 6.2-ci bəndinə əsasən borc alan kreditin ödəniş cədvəlinə əsasən ödənişi gecikdirərsə, hər gecikdirilmiş günə görə dəbbə pulu (cərimə) ödəməlidir. Borcalan Cavabdeh5 xx.xx.2023-cü il tarixli, SKM-2897 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı məqsədilə xx.xx.2023-cü il tarixdə İddiaçı ASC ilə Cavabdeh1, Cavabdeh2, X2 və Cavabdeh4 arasında SKM-2897 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələr üzrə zaminlər bank qarşısında əsas borclu Cavabdeh5 öz öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə borcalanla birgə məsuliyyət daşımağı öz üzərlərinə götürmüşlər. Cavabdeh5 üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və onun 5647,32 manat kredit borcu, 404,97 manat faiz borcu və 119,6 manat dəbbə borcu qalmışdır. Cavabdeh borc məbləğini ödəmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh öhdəliklərini icra etmədiyindən kredit müqaviləsi üzrə ödənilməmiş ümumilikdə 6171,89 manat bоrcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən məhkəmə bildirişləri və sənədləri rəsmi qaydada cavabdeh X1 xx.xx.2024-cü il tarixdə ünvanı üzrə (digər qaydada oğlu Əliyev Tinova), xx.xx.2024-cü il tarixdə Cavabdeh4, Cavabdeh2 və Cavabdeh5 ünvanları üzrə şəxsən çatdırılmışdır. Digər Cavabdeh1 ünvanı üzrə xx.xx.2024-cü il tarixdə göndərilmiş məhkəmə bildirişi və sənədləri xx.xx.2024-cü il tarixdə “bu ünvanda yaşamır” qeydi ilə qaytarılmışdır. xx.xx.2024-cü il tarixdə məhkəmə sənədləri Cavabdeh1 çatdırılması üçün Laçın Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Buna baxmayaraq cavabdehlər iddia tələbinə qarşı əsaslandırılmış etirazlarını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147 və 284-5.3-cü maddələrinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: kredit müqaviləsi, zaminlik müqavilələri, arayış, ödəniş cədvəli və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 470.1, 472.1, 739.2). Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi xx.xx.2023-cü il tarixdə İddiaçı ASC ilə Cavabdeh5 arasında SKM-2897 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən bank Cavabdeh5 əsas vəsaitlərin artırılması məqsədilə 7000 manat məbləğində kredit verməyi, sonuncu isə krediti və ona hesablanmış faizi müqaviləyə 1 nömrəli əlavə olan ödəniş cədvəlinə uyğun ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı xx.xx.2023-cü il tarixli, SKM-2897 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirərək müqavilə ilə nəzərdə tutulmuş 7000 manat məbləği Cavabdeh5 vermişvə buna dair kassa məxaric orderini məhkəməyə təqdim etmiş, lakin sonuncu üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən kredit müqaviləsi üzrə ödənilməmiş 5647,32 manat əsas borcu, 404,97 manat faiz borcu və 119,6 manat cərimə bоrcu qalmışdır. Borcun mövcudluğuna dair arayışı iddiaçı məhkəməyə təqdim etmişdir. Həmin arayışdan da göründüyü kimi cavabdehin xx.xx.2024-cü il tarixə qalıq borcu əsas, faiz və dəbbə olmaqla cəmi 6171,89 manat təşkil etmişdir. Cavabdeh borcunu ödəmədiyindən iddiaçı haqlı olaraq hazırki tələbi irəli sürmüşdür. Cavabdehlər əsas, faiz və dəbbə pulu borcuna münasibətdə hər hansı bir etiraz və ya münasibət bildirməmiş, borcu mübahisələndirməmiş, bu səbəbdən məhkəmə tərəfindən də borc məbləğinin reallığa uyğun olmaması ilə bağlı arqumentlər mövcud olmadığından əlavə araşdırma aparılmamışdır. Bundan əlavə tərəflər arasında bağlanmış müqavilənin 2.14.2-ci bəndinə əsasən borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında ödəmədikdə ödənilməmiş məbləğin 1%-i həcmində cərimə tətbiq edilir. 6.2-ci bəndinə əsasən borc alan kreditin ödəniş cədvəlinə əsasən ödənişi gecikdirərsə, hər gecikdirilmiş günə görə dəbbə pulu (cərimə) ödəməlidir. Məhkəmə iddia tələbində göstərilən dəbbə pulu məbləğinə münasibətdə qeyd edir ki, tələb edilən dəbbə pulunun məbləği tərəflərin əmlak mənafelərinə uyğun olmaqla ədalətli və qanuni hesab edilə biər. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır və buna görə də əsas borclu Cavabdeh5 və zamin olan cavabdehlərdən 5647,32 manat əsas borc, 404,97 manat faiz borcu və kredit müqaviləsinin 2.14.2-ci bəndinə əsasən hesablanmış 119,6 manat cərimə borcu iddiaçının xeyrinə tutulmalıdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası Müki Məcəlləsinin 119-cu maddəsinə əsasən həll edilir. 112.1.10-cu maddəsinə əsasən bir neçə müstəqil tələbdən ibarət olan iddialarda iddianın qiyməti bütün tələblərin ümumi məbləği ilə müəyyən edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci və 8.2-ci maddələrinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 81,72 manat təşkil edir. İddia tələbi təmin edildiyindən ödənilməmiş 81,72 manat dövlət rüsumu cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Lakin iddiaçı tərəfindən 82 manat dövlət rüsumu ödənilmiş və həmin vəsaiti cavabdehlərdən tələb etmişdir. Buna baxmayaraq məhkəmə qeyd edir ki, iddianın qiymətinə uyğun hesablanmış 81,72 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, X2 və Cavabdeh4 müştərək qaydada 5647,32 manat əsas, 404,97 manat faiz, 119,6 manat cərimə borcu və 81,72 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-515/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-515/2024
14.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver