Məhkəmə qərarları › İş №e-2-2(117)-52/2021

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-52/2021

17.02.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-52/2021 17.02.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Həmidov Vüsal Namiq oğlunun katibliyi ilə, İddiaçı Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh X1 qarşı Şəki Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(117)-49/2021 nömrəli işə e-2- 2(117)-52/2021 və e-2-2(117)-118/2021 nömrəli iş materialları ilə birgə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi cavabdeh X1 qarşı “cavabdehin xx.xx.2020-ci il tarixdə dövlət büdcəsinə ödənilməmiş 12572,10 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 12572,10 manat və İşsizlikdən sığorta fonduna ödənilməmiş 278,82 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 14470 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iş e-2-2(117)- 49/2021 nömrə ilə məhkəmənin icraatına daxil olmuşdur. Bundan başqa iddiaçı Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi cavabdeh X1 “cavabdehin xx.xx.2020-ci il tarixdə dövlət büdcəsinə ödənilməmiş 6970,55 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 12572,10 manat və İşsizlikdən sığorta fonduna ödənilməmiş 278,82 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 16570 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması” tələbinə dair iddia ərizsi ilə məhkəməyə müraciət etmiş və iş e-2- 2(117)-52/2021 nömrə ilə məhkəmənin icraatına daxil olmuşdur. Bundan əlavə iddiaçı Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi cavabdeh X1 qarşı “cavabdehin xx.xx.2020-ci il tarixdə dövlət büdcəsinə ödənilməmiş 278,82 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 12572,10 manat və İşsizlikdən sığorta fonduna ödənilməmiş 278,82 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 600 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iş e- 2-2(117)-118/2021 nömrə ilə məhkəmənin icraatına daxil olmuşdur. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə icraatda olan e-2-2(117)-49/2021 nömrəli işə e-2-2(117)-52/2021 nömrəli və e-2-2(117)-118/2021 nömrəli iş materialları ilə birgə baxaraq hesab edir ki, e-2-2(117)- 52/2021 və e-2-2(117)-118/2021 nömrəli iş materialları e-2-2(117)-49/2021 nömrəli işə birləşdirilməlidir. Belə ki, e-2-2(117)-49/2021 nömrəli, e-2-2(117)-52/2021 nömrəli və e-2-2(117)- 118/2021 nömrəli iş materialları birgə araşdırılarkən müəyyən olunmuşdur ki, qeyd olunan işlər üzrə iddiaçı eyni cavabdehə qarşı qismən eyni iddia tələbi ilə ayrı-ayrı vaxtlarda iddia ərizələri ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbləri qismən müxtəlif olsa da eyni cavabdehə qarşı yönələn pul tələbləri olduğundan həmin tələblərə birgə baxılması və vahid qərarın qəbul edilməsi məqsədə müvafiqdir. Bu səbəbdən də e-2- 2(117)-52/2021 nömrəli və e-2-2(117)-118/2021 nömrəli iş daha öncə məhkəmənin icraatına daxil olmuş e-2-2(117)-49/2021 nömrəli iş materiallarına birləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: İddiaçı Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh X1 qarşı “siyahıya alınmış əmlakların satılması” tələbinə dair e-2-2(117)-52/2021 nömrəli və e-2-2(117)-118/2021 nömrəli işlər e-2-2(117)-49/2021 nömrəli işə birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar