Məhkəmə qərarları › İş №e-2-2(117)-521/2021

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-521/2021

20.08.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-521/2021 20.08.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə, İddiaçı Assosiasiyasının Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “250000 manat zərərin əvəzinin tutulması” tələbinə dair işə məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Assosiasiyasının Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “250000 manat zərərin əvəzinin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş, iş üzrə cavabdehin nümayəndəsi ərizə göndərərək işin ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 185.5-ci maddəsinə əsasən, işə tərəflərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdehin nümayəndəsi X1 məhkəməyə göndərdiyi vəsatətdə cavabdehin ünvanı Bakı şəhəri olduğundan işin ərazi aidiyyəti üzrə göndərilməsi xahiş olunur. Məhkəmə iş materiallarını cavabdehin vəsatəti ilə birlikdə nəzərdən keçirib hesab edir ki, hazırkı iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, iddia ərizəsində və iş materiallarına əlavə edilmiş sənədlərdə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 67dir. MPM-in 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Vergilər Nazirliyinin “Kommersiya qurumlarının dövlət reyestri haqqında” İnternet Vergi İdarəsinin məlumat bazasından əldə olunmuş sənədə əsasən Cavabdeh ASC, 27.07.1995-ci il tarixli ********** nömrəli VÖEN olmaqla Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 67 hüquqi ünvanı üzrə kommersiya hüquqi şəxslərin dövlət reyestrində qeydiyyatdan keçirilmişdir. Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının 14.11.2019-cu il tarixli 04 qeydiyyat nömrəli “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Qərarının 20ci bəndinə əsasən, Bakı şəhəri Yasamal rayonu Bakı Kommersiya Məhkəməsinin ərazi yurisdiksiyasına aiddir. Bundan əlavə, hazırkı tələb üzrə MPM-in 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Lakin hazırkı mübahisə istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı olmadığından, tərəflər arasında tələblə bağlı hər hansı bir müqavilə olmadığından hazırkı iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. MPM-in : 40.1-ci maddəsinə əsasən, ərazi aiddiyyəti qaydalarının pozulmasına yol verilmir. 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. 45.3-cü maddəsinə əsasən, işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Yuxarıda göstərilənlərə əsasən, MPM-in 35,40,44,45,263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı Assosiasiyasının Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “250000 manat zərərin əvəzinin tutulması” tələbinə dair iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (Elektron məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar