Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-524/2024 15.05.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı “6458.25 manat əsas, 2190.80 manat faiz borcunun və 864.90 manat kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcunun və iş üzrə ödənilmiş 115.14 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli ***- *******MK210519-01 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana (Cavabdeh4) və birgə borcalana 24 ay müddətinə, illik 26 % ödənilməsi şərtilə, 10000 manat kredit verməyi, sonuncular isə üzərinə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etmək, habelə krediti və kreditə hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən hər gecikdirilmiş gün üçün gecikdirilmiş əsas məbləğə kreditin cari faizi və əlavə olaraq illik 47 % cərimə hesablanacaq. 2.3-cü bəndinə əsasən kredit üzrə faizlər kredit borcalana və birgə borcalana verildiyi gündən həmin vəsait məbləğinə hesablanır və tutulur. 4.1-ci bəndinə əsasən bank bu müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə nəticələnə bilən 4.1.1-ci bəndinə əsasən borcalan və birgə borcalan ardıcıl 30 gündən artıq müddətdə ona verilmiş krediti və onun faizini ödəniş qrafiki üzrə ödəmədikdə, 4.1.2-ci bəndinə əsasən borcalan və birgə borcalan tərəfindən ödəniş qrafiki üzrə ödənişlər 12 ay ərzində 3 dəfədən və ya ardıcıl olaraq iki dəfədən çox gecikdirildikdə, 4.1.3-cü bəndinə əsasən borcalan və birgə borcalan kreditdən bu müqavilənin 2.2-ci bəndində göstərilmiş məqsdəli təyinatına uyğun istifadə etmədikdə, 4.1.4-cü bəndinə əsasən kredit verilərkən və verildikdən sonra borcalan və birgə borcalan tərəfindən kreditlə əlaqədar bankı aldatmağa yönəlmiş hər hansı bir hərəkətin edildiyi və ya yalnış məlumatın və sənədlərin təqdim edilməsi aşkra olunduqda, 4.1.5-ci bəndinə əsasən bu müqavilə üzrə borcalan və birgə borcalaın öhdəliklərinin icrasını təmin etmək üçün bağlanmış girov, ipoteka və zaminlik müqaviləsində və qanunvericlikdə nəzərdə tutulmuş digər hallarda verilmiş kreditin hesablanmış faizlərlə birlikdə qayatrılmasını borcalan və birgə borcalandan tələb etmək hüququna malikdir. 5.2ci bəndinə əsasən borcalan və birgə borcalan kreditin aylıq ödənişini gecikdirdikdə bank borcalan və birgə borcalana qarşı kredit üzrə aylıq ödənişin əsas məbləğinə gecikdirildiyi hər təqvim günü üçün bu müqavilənin 1.1.1-ci bəndində göstərilmiş cərimə tətbiq edir. xx.xx.2019-cu il tarixli ***-*******MK210519-01 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq zaminlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 ilə bank arasında xx.xx.2019-cu il tarixdə ***-*******MK210519-01/ZM/1 nömrəli, ***- *******MK210519-01/ZM/2 nömrəli və ***-*******MK210519-01/ZM/3 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələr ilə zaminlər bank qarşısında borcalanın kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərlərinə götürmüşlər. xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, əsas borclu Cavabdeh4 xx.xx.2024-cü il tarixə 6458,25 manat əsas borc, 2190,80 manat faiz borcu, gecikdirilmiş vaxt üçün illik 5 %-lə hesablanan 864 manat faiz borcu mövcuddur. Cavabdeh4 kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun və onunla birlikdə bank qarşısında məsuliyyət daşıyan zaminlərin ödənilməmiş əsas və faiz borcları qalmışdır. Cavabdehlərə borcun ödənilməsi ilə bağlı pretenziya ünvanlanmasına baxmayaraq tərəflər arasında mübahisə həllini tapmamış və iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsini onunla əsaslandırmışdır ki, kredit müqaviləsinin 1.1, 2.1 və 3.3.4-cü bəndlərinə əsasən Cavabdeh4 kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə bank qarşısında öhdəlik götürsə də, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Kredit müqaviləsinin 3.1-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına və 11 noyabr 2022-ci il tarixli **********830 saylı bildirişin göndərilməsinə baxmayaraq, cavabdehlər tərəfindən kredit borcunun banka qaytarılması üçün heç bir tədbir görülməmişdir. Göründüyü kimi bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Cavabdeh4 21 may 2019-cu il tarixli ***-*******MK210519-01nömrəli kredit müqaviləsi üzrə 22 yanvar 2024-cü il tarixə banka ödənilməmiş cəmi borcu 9513.95 (doqquz min beş yüz on üç manat 95 qəpik) manat təşkil edir. Bundan 6458.25 (altı min dörd yüz əlli səkkiz manat 25 qəpik) manatı əsas, 2190.80 (iki min yüz doxsan manat 80 qəpik) manatı faiz borcu və 864.90 (səkkiz yüz altmış dörd manat 90 qəpik) manatını isə kredit müqaviləsinin müddəti bitəndən sonraAR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcu təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən rəsmi qaydada bildiriş və digər məhkəmə sənədləri xx.xx.2024-cü il tarixdə Cavabdeh4 şəxsən ünvanı üzrə, xx.xx.2024-cü il tarixdə Cavabdeh1 şəxsən çatdırılmışdır. Digər Cavabdeh3 bildiriş və digər məhkəmə sənədləri xx.xx.2024-cü il tarixdə ünvanı üzrə göndərilməsinə baxmayaraq həmin bildiriş “qapı bağlıdır” qeydi ilə geri qaytarılmışdır. xx.xx.2024-cü il tarixdə bildiriş və digər məhkəmə sənədləri cavabdehə çatdırılması üçün Bakı Şəhər Yasamal Rayon İcra Hakimiyyətinə və 4 saylı Ərazi Vergilər İdarəsinə təqdim olunmuş, xx.xx.2024-cü il tarixdə bildiriş və digər məhkəmə sənədləri Cavabdeh3 vergi orqanında olan elektron kabinetinə yerləşdirilmişdir. Digər Cavabdeh2 bildiriş və digər məhkəmə sənədləri xx.xx.2024-cü il tarixdə ünvanı üzrə göndərilməsinə baxmayaraq həmin sənədlər “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. xx.xx.2024-cü il tarixdə bildiriş cavabdehə çatdırılması üçün 4 saylı Ərazi Vergilər İdarəsinə və Xızı rayon X2 Ərazi Dairəsi üzrə nümayəndəliyə təqdim olunmuşdur. Cavabdeh4 iddia tələbinə münasibət bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147 və 284-5.3-cü maddələrinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İş üzrə cavabdeh X1 məhkəməyə ərizə ilə müraciət edərək iş üzrə məhkəmə ekspertizasının təyin edilməsi məqsədi ilə iddia icraatına keçilməsini xahiş etmiş, məhkəmə tərəfindən qeyd edilən müraciətə xx.xx.2024-cü il tarixdə cavab məktubu göndərilərək sübutların təqdim edilməsi tələb edilmiş, zərurət yarandığı təqdirdə iddia icraatına keçiləcəyi bildirilmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: kredit müqaviləsi, zaminlik müqavilələri, hesabdan çıxarış, ödəniş cədvəli, arayış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 449.1, 470.1, 472.1, 739.2). Məhkəmə tələbin 6458,25 manat əsas borc və 2190,80 manat faiz borcunun ödənilməsi hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Belə ki, işin məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi Amrahbank” ASC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli ***-*******MK210519-01 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana (Cavabdeh4) və birgə borcalana 24 ay müddətinə, illik 26 % ödənilməsi şərtilə, 10000 manat kredit verməyi, sonuncular isə üzərinə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etmək, habelə krediti və kreditə hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən hər gecikdirilmiş gün üçün gecikdirilmiş əsas məbləğə kreditin cari faizi və əlavə olaraq illik 47 % cərimə hesablanacaq. İddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, Cavabdeh4 kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və bu səbəbdən onun ödənilməmiş borcları qalmışdır. Bu hal xx.xx.2024-cü il tarixli arayışla öz təsdiqini tapır. Bu səbəbdən 6458,25 manat əsas borc və iddiaçı bankla borc alan arasında bağlanmış müqaviləyə əsasən illik 26 %-lə hesablanmış 2190,80 manat faiz borcu əsas borclu Cavabdeh4 iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin müqavilə müddəti bitdikdən sonra hesablanmış 864,90 manat faiz məbləğinin tutulmasına münasibətdə məhkəmə qeyd edir ki, iddia bu hissədə də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Tərəflər arasında müqavilə xx.xx.2019-cu il tarixdə 24 ay müddətinə bağlanmışdır ki, müqavilənin müddəti xx.xx.2021-ci il tarixdə bitmişdir. Həmin tarixdən məhkəməyə müraciət edildiyi xx.xx.2024-cü il tarixə 34 ay üçün illik 5%-lə ödənilməli faiz məbləği 914,6 manat təşkil edir. Belə ki, adi hesablama aparıldıqda müəyyən olunduğu kimi müqavilə müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmış faiz məbləği (6458,25 x 5% = 322,91 manat – 1 il üçün, 322,91 / 12 ay = 26,9 manat 1 aylıq faiz, 26,90 x 34 ay = 914,6 manat) 914,6 manat təşkil edir. İddiaçı isə 864,9 manat tələb etdiyindən məhkəmə hesab edir ki, iddiaçının tələbi həddində 864,9 manat faiz borcu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə cavabdehin iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi və iddia icraatına keçilməsi ilə bağlı müraciətinə cavab olaraq qeyd edir ki, Bank tərəfindən cavabdehə 24 ay müddətinə, illik 26 % ödənilməsi şərtilə, 10000 manat kredit verməyi, sonuncu isə üzərinə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etmək, habelə krediti və kreditə hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən hər gecikdirilmiş gün üçün gecikdirilmiş əsas məbləğə kreditin cari faizi və əlavə olaraq illik 47 % cərimə hesablanacağı qeyd edilir. Cavabdeh tərəfindən ödənilməyən 6458,25 manat olması nəzərə alınarsa, həmin gecikdirilən əsas borc məbləğinə münasibətdə hesablanan faiz məbləği 1 il üçün təxminən 1679 manat təşkil edir. Cavabdeh ümumilikdə kredit borcundan 5 704,21 manat ödəniş etmiş, həmin məbləğin 3 542 manat hissəsi əsas borca, 2162,21 manat hissəsi ilə faiz borcuna hesablanmışdır. Cavabdeh adi qaydada ödəniş etsəydi ümumilikdə 2935,85 manat faiz borcu ödəməli idi. Lakin cavabdeh əsas borc üzrə aylıq ödəməli olan vəsait təxminən 538 manat olduğu halda, o təxminən bir il müddət üçün həmin qaydada ödəniş etmiş, lakin sonrakı müddətdə əsas borcun məbləği ödənilmədiyindən və ya müvafiq məbləğdə ödənilmədiyindən, qalmış məbləğ çox olduğundan həmin məbləğə hesablanmış faiz məbləği də çox olmuş, nəticədə isə cavabdehin müqavilə ilə razılaşdığı faiz borcundan çox alınmışdır. Belə ki, cavabdeh 2 il ərzində borcunu tam ödəməli olduğu halda onun 36 faizini ödəmiş, 64 faizini ödəməmişdir. Ona görə də 2 il ərzində cavabdehin ödəməli olduğu faiz borcu əsas məbləğə münasibətdə hesablandığından əsas məbləğin qalığı isə çox olduğundan ona mütənasüb olmuşdur. Belə ki, 1 il ərzində ümumilikdə 2162,21 manat faiz borcu ödəmiş, lakin 2 il üçün ödəməli olduğu faiz borcu 2935,85 manat olmalı idi. Bir ildən sonra qalıq qalan 6458,25 manat məbləğə münasibətdə 1679 manat faiz borcu ödəməli olmuş olur. Cavabdehin ödədiyi faiz borcu ödəməli olduğu faiz borcundan çıxılarsa yəni, 773,64 manat (2935,85-2162,21=773,64) ödəməmiş faiz borcu, yalnız qalıq qalan və ödənilməyən əsas borca münasibətdə bir il üçün hesablanan 1679 manat faiz borcu birlikdə nəzərə alınarsa faiz borcu 2190,80 manat məbləğdən artıq edir. Ona görə də məhkəmə qeyd edir ki, iddiaçı faiz borcunu tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin zaminlərdən də tutularaq ödənilməsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Lakin hazırki iddia tələbi üzrə iddiaçı əsas borcludan borcun tutulması hissəsində haqlı olsa da, digər cavabdehlər olan zaminlərdən borcun tutulmasını tələb etməkdə haqlı deyildir. Belə ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Hazırkı mübahisənin məhkəmə araşdırması zamanı kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən müəyyən edilmişdir ki, müqavilə üzrə bank 24 ay müddətinə qaytarmaq şərtilə borc alan Cavabdeh4 10000 manat məbləğində krediti verməyi, borc alan isə əsas borc və faizləri ödəməyi öhdəsinə götürümüşdür. Müqavilənin 7.1-ci bəndinə əsasən müqavilə tərəflərin onu imzaladığı gündən qüvvəyə minir və tərəflərin bu müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır. Göründüyü kimi iddiaçı bankla Cavabdeh4 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış kredit müqaviləsinin müddəti 24 ay müəyyən edilmiş, tərəflər öhdəliklərin icrası müddətini isə borcun tam ödənilməsi ilə şərtləndirmişlər. xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixdə bitmişdir. Mülki Məcəllənin 477.0.4-cü maddəsində zaminliklə təmin edilmiş öhdəliyin müddət baxımından xitamı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir..... Hazırkı mübahisə üzrə əsas öhdəliyin icrası müddəti xx.xx.2021-ci il tarixdə bitmiş və qanunvericiliyin tələbi baxımından zaminlik müqaviləsində konkret müddət nəzərdə tutulmadığından zaminlik müqaviləsinin müddəti də xx.xx.2021-ci il tarixdə bitmişdir. Eyni zamanda qanunvericiliklə müəyyən edilmiş iki il müddət tətbiq edildikdə belə xx.xx.2023cü il tarixdə zaminlik müqavilələrinin müddəti bitmiş olur ki, iddiaçı əsas borcluya qarşı iddia tələbi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək zaminlərə münasibətdə tələb irəli sürülməsi üçün qanunvericilklə müəyyən edilmiş müddəti ötürmüşdür. Bu səbəbdən iddia tələbi bu hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi 6458.25 manat əsas, 2190.80 manat faiz borcunun və 864.90 manat kredit müqaviləsinin müddəti bitəndən sonra illik 5%-lə əsas borca hesablanmış faiz borcunun borclu Cavabdeh4 tutularaq iddiaçı banka ödənilməsi hissəsində təmin edilməli, qalan hissədə rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 115,14 manat olmalıdır ki, iddia qismən təmin edilsə də, əsas borc məbləği dəyişmədiyindən 115,14 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Buna baxmayaraq iddiaçı tərəfindən 115,14 manat dövlət rüsumu ödənildiyindən və sonuncu həmin rüsumu cavabdehdən tələb etdiyindən 115,14 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh4 6458.25 manat əsas, 2190.80 manat faiz borcu, 864.90 manat kredit müqaviləsinin müddəti bitəndən sonra illik 5%-lə əsas borca hesablanmış faiz borcu və 115,14 manat dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-524/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-524/2024
15.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver