Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-526/2021 14.07.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “12000 manat əsas, 430 manat faiz, 1838 manat məbləğində cərimə və 1765,19 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, 16033,19 manat kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün 30 manat dövlət rüsumunun ödənilməsi, ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan, İsmayıllı rayonu, Aşıqbayramlı kəndində yerləşən fərdi yaşayış evinin (0,19 ha torpaq sahəsi ilə birlikdə) açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna ödənilməsi və ipoteka predmetinin satılşından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1 tutularaq ödənilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “12000 manat əsas, 430 manat faiz, 1838 manat məbləğində cərimə və 1765,19 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, 16033,19 manat kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün 30 manat dövlət rüsumunun ödənilməsi, ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan, İsmayıllı rayonu, Aşıqbayramlı kəndində yerləşən fərdi yaşayış evinin (0,19 ha torpaq sahəsi ilə birlikdə) açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna ödənilməsi və ipoteka predmetinin satılşından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1 tutularaq ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmalıdır. Belə ki, aparılmış məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iş üzrə əsas borclu Cavabdeh1 27.11.2014-cü il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.1 və 25.2-ci maddələrinə əsasən, fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür ki, məhkəmə müraciət edilməzdən öncə ölmüş şəxsə qarşı irəli sürülmüş iddia tələbi mümkün olmamaqla yanaşı ölmüş şəxsin Mülki Prosessual Məcəllənin 48 və 49-cu maddələrində təsbit olunmuş mülki prosessual hüquq qabiliyyəti və mülki prosessual fəaliyyət qabiliyyəti mövcud deyil. Ona görə də, ölmüş şəxsə qarşı irəli sürülmüş mübahisəyə mahiyyəti üzrə baxılması prosessual baxımdan qeyri-mümkündür. Bu baxımdan məhkəmə qeyd edir ki, iddiaçı 27.11.2014-cü il tarixdə 01.01.2018-ci il tarixdə ölmüş Cavabdeh1 vərəsəsinə qarşı Mülki Prosessual Məcəllənin 150.0.4 və 150.0.7-ci maddələrinin tələblərinə əməl etməklə ümumi qaydada onların statusundan asılı olaraq (fiziki şəxs və ya fərdi sahibkar) yenidən səlahiyyətli məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. 150.0.7-ci maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə qeyd edir ki, kommersiya mübahisələri üzrə pretenziya qaydasına riayət edilməsi, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin məhkəməyə müraciət etməzdən əvvəl qarşı tərəfə çatdırılmalı olması barədə qanunvericiliyin tələbləri formal xarakter daşımır. Çatdırılma və ya təqdim olunma dedikdə həmin sənədlərin rəsmi olaraq qarşı tərəfə verilməsi kimi başa düşülür. Belə təqdim olunmada qanunvericiliyin güddüyü əsas məqsəd qarşı tərəfin ona qarşı qaldırılmış iddiadan əvvəlcədən məlumatlı olması, müdafiəsini təşkil etməsinə imkan yaradılması və iddiaçının tələbinin hüquqi əsasını təşkil edən sənədlərlə məhkəmə iclasınadək tanış olmasıdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə çatdırılmadığından, mübahisənin məhkəmədənkənar həll edilməsi pretenziya qaydasına iddiaçı tərəfindən riayət edilmədiyindən, habelə Cavabdeh1 məhkəməyə müraciət edilməzdən öncə öldüyündən və bununla da ölmüş şəxsə qarşı məhkəmə icraatı mümkün olmadığından iddia ərizəsi geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “12000 manat əsas, 430 manat faiz, 1838 manat məbləğində cərimə və 1765,19 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, 16033,19 manat kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün 30 manat dövlət rüsumunun ödənilməsi, ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan, İsmayıllı rayonu, Aşıqbayramlı kəndində yerləşən fərdi yaşayış evinin (0,19 ha torpaq sahəsi ilə birlikdə) açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna ödənilməsi və ipoteka predmetinin satılşından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1 tutularaq ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-526/2021
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-526/2021
14.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver