Məhkəmə qərarları › İş №e-2-2(117)-527/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-527/2024

11.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-527/2024 11.09.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçı, iddaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehdən 73000 manat məbləğində pul vəsaitinin və 309 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması” tələbinə dair iş materiallarına açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə-iddiaçı) Cavabdeh qarşı “cavabdehdən 73000 manat məbləğində pul vəsaitinin və 309 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğuldur, xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək Cavabdeh daxili qaimələrə əsasən 73000 manat məbləğində müxtəlif adda və çeşiddə məhsul vermişdir. Cavabdeh hazırkı dövrə kimi həmin məbləğdən ödəniş etməmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borcunu ödəmir. Bu səbəbdən də 73000 manat pulun cavabdehdən tutulmasını məhkəmədən xahiş edir. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində iddia tələbinin həcminin artırılması ilə bağlı ərizə məhkəməyə təqdim edilmiş, lakin qeyd edilən ərizə qanunvericiliyin tələbinə görə iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bununla bağlı iddiaçı arqumentlərini əsaslandıra bilmədiyindən iddia tələbinin həcminin artırılması barədə ərizəsi məhkəmənin baxış iclasında verildiyindən icraata qəbul edilməmişdir. İş materialları kimi iddiaçı tərəfindən verilmiş malların alış və ödəniş qiymətlərinin qeyd olunduğu cədvəl və aktlar məhkəməyə təqdim edilmişdir. Bundan əlavə iş materiallarına əlavə olaraq, təhvil-təslim qaimələri və həmin qaimələr əsasında edilmiş ödənişlərə dair ödəniş qəbzləri məhkəməyə təqdim edilmişdir. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixində vəsastət məhkəməyə təqdim edilmiş vəsatətində bildirmişdir ki, iddiaçı tərəfindən təqdim edilən qaimə-fakturalarda olan imzaların əksəriyyəti ona aid olmadığından məhkəmə-xəttşünaslıq ekspertizasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin vəsatətinə əsasən ondan imza nümunələri, malların verilməsi və ödənişinə dair cədvəl alınmışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə işlə bağlı məhkəmə-xəttşünaslıq və məhkəmə-mühasibatlıq ekspertizalarından ibarət kompleks ekspertiza təyin edilmiş və ekspert qarşısında qoyulmuş suallar üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli 4/802-9/4068 nömrəli ekspert rəyinə əsasən aşağıdakı nəticəyə gəlinmişdir:

1. Ekspertizaya təqdim edilmiş, işin 95-ci vərəqinə əlavə olunmuş xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, 61-125 sıralardan ibarət qaimədə, xx.xx.2023-cü il tarixli ("Son borc: 80653,99" yazılan 02 ədəd), xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli (Son borc: 77892,68 yazılan), xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2022-ci il tarixli (02 ədəd), xx.xx.2022-ci il tarixli ("Son borc: 81441, 74" yazılan), xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli (02 ədəd), xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, “Son borc: 75317, 06” yazılan qaimədə, ”Son borc: 76202, 25” yazılan qaimədə, xx.xx.2023-cü il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, işin 96-ci vərəqinə əlavə olunmuş xx.xx.2022-ci il tarixli (02 ədəd), xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli (02 ədəd), xx.xx.2022-ci il tarixli (“Son borc: 85 684, 92” yazılan), xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli ("Son borc: 637,67), xx.xx.2022-ci il tarixli (02 ədəd), xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023- cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli (son borc 75318.96 yazılan), xx.xx.2023-cü il tarixli (son borc 78907.89 yazılan) xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli (son borc 77037.05 yazılan), xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli (02 ədəd), xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli (02 ədəd), xx.xx.2022-ci il tarixli (son borc 88442.10 yazılan), xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli (03 ədəd), xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2022-ci il tarixli (02 ədəd), xx.xx.2023-cü il tarixli, xx.xx.2022-ciil tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli "SUNNİ MART ELVEND" tərəfindən verilmiş təhvil-təslimlə bağlı mal məxarici qaimələrində "Təhvil aldı" qrafalarındakı imzalar - Cavabdeh tərəfindən icra olunmuşdur.

2. Ekspertizaya təqdim edilmiş, işin 95-ci vərəqinə əlavə olunmuş xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-mü il tarixli, Son borc: "78261, 42" yazılan qaimədə, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli (Son borc: 77770,37 yazılan), xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli (02 ədəd), xx.xx.2023-cü il tarixli, xx.xx.2022-ci il tarixli (02 ədəd), işin 96-cı vərəqinə əlavə olunmuş xx.xx.2022-ci il tarixli ("Son borc: 85704, 76" yazılan 02 ədəd), xx.xx.2022-ci il tarixli (02 ədəd), xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli "SUNNİ MART ELVEND" tərəfindən verilmiş təhvil-təslimlə bağlı mal məxarici qaimələrində "Təhvil aldı" qrafalarındakı imzalar - Cavabdeh tərəfindən yox, başqa şəxslər tərəfindan icra olunmuşdur.

3. Ekspertizaya təqdim edilmiş, işin 96-cı vərəqinə əlavə olunmuş xx.xx.2023-cü il tarixli (02 ədəd) "SUNNİ MART ELVEND" tərəfindən verilmiş təhvil-təslimlə bağlı mal məxarici qaimələrində “Təhvil aldı” qrafalarındakı imzaların - Cavabdeh tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasının tədqiqat prosesinin təsviri hissəsinin 3-cü bəndinə göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır.

4. Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, məhkəmə-mühasibatlıq ekspertizası qarşısında qoyulmuş sual üzrə məhkəmə-xəttşünaslıq ekspertizası ilə 95 və 96-cı səhifələrdə Cavabdeh imzaladığı "SUNNİ MART ELVEND" tərəfindən verilmiş təhvil-təslimlə bağlı mal məxarici qaimələrinin ümumi məbləği 71127.50 manat və 94-cü səhifədə təqdim edilmiş mallara görə ödəniş qəbzlərinin ümumi məbləği 73604.00 manat təşkil etdiyi müəyyən edilir. Bununla da, Cavabdeh 2476.50 manat artıq pul vəsaiti ödədiyi müəyyən edilir. Əlavə olaraq cavabdeh tərəf xx.xx.2024-cü il tarixində vəsastətlə məhkəməyə müraciət edərək hazırki iş üzrə İddiaçı məhkəməyə saxta sübut təqdim etməsi səbəbi ilə həmin şəxs barəsində xüsusi qərardadın çıxarılmasını və işin baxılması üçün aidiyyatı üzrə rayon prokurorluğuna göndərilməsini xahiş etmişdir. Qeyd edilən vəsatətin həll edilməsi məhkəmənin yekun qərarı ilə birlikdə müşavirə otağında həll edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli məlumatlarından görünür ki, "SUNNİ MART ELVEND" obyektinə məxsus reklam yayınçısı İddiaçıdur və buna görə dövlət rüsumunu ödəmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə vəsatət təqdim edərək, Cavabdeh ilə “SUNNY MART ELVEND” mağazasında işləmiş digər şəxslərin imza nümunələrinin götürülərək ekspertizalar təyin edilməsini xahiş etmiş, həmçinin Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixində vəsatət məhkəməyə təqdim edilmiş və həmin vəsatətə əsasən 9 Saylı Ərazi Vergilər İdarəsinin iş üzrə üçüncü şəxs qismində cəlb olunması xahiş edilmişdir. Lakin məhkəmənin xx.xx.2024-cü il tarixli protokol qərarına əsasən 9 Saylı Ərazi Vergilər İdarəsinin iş üzrə üçüncü şəxs qismində cəlb olunması hər hansı bir əhəmiyyət kəsb etmədiyindən, həmçinin müvafiq ekspertiza təyin edilməsi üçün cavabdehlə birgə işləyən şəxslərin imza nümunələrinin götürülməsinin hər hansı bir sübut əhəmiyyəti daşımayacağı səbəbdən rədd edilmişdir. İddiaçı tərəf məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Cavabdeh ilə 2022ci ildən birlikdə işləmiş, cavabdehlə qohum olduğundan ona etibar etmiş, bir müddət işlədikdən sonra cavabdeh ondan malları alıqdan sonra işləməyəcəyini bildirmiş, həmin mallara görə 73000 manat ödəməli idi, indiki dövrə kimi borcunu ödəməmişdir. Cavabdehin borcunun olması qaimələrdə öz əksini tapır. Ekspert rəyi ilə razı deyildir. Qaimələrin sonunda son borc olaraq 74266.22 manat qeyd edilmiş və cavabdeh bu qaimələrə imza çəkmişdir. Onunla işləyən adamlar malları aparıb Ramilə, o olmadıqda isə Ramilin işçilərinə təhvil vermişdir. Eyni zamanda, cavabdeh telefon danışığı zamanı borc təsdiqlənərsə, onu ödəyəcəyini bildirmişdir. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəf məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, X3 ilə şifahi olaraq razılığa gəlmişdir, bir müddət birlikdə işləmişlər. Onun iddiaçıya borcu qalmamışdır. İddiaçının dediyi 73000 manat borcun 10000 manatını işıq generatorunun qiyməti olduğundan həmin marketi ondan sonra işlədən Rafayel adlı şəxsdə olduğunu bildirmişdir. Obyektdə olan işçilər yalnız malların daşınmasında ona kömək etmiş, imzaları özü çəkmişdir. İddiaçı məhkəməyə saxta sübutlar təqdim etmiş, buna görə iddia tələbi ilə razı deyildir. Təhvil aldığı malların ödənişlərinə imza çəkmiş, “son borc” yazılmış hissədəki məbləğlərlə isə razı deyil, çünki həmin son borcu təsdiq edən sənədlər üzrə müvafiq rəy verilmişdir. O məhsulları qəbul edərkən son borca əhəmiyyət verməmiş, yalnız təhvil aldığı malın sayı və qiymətini qəbul etmişdir. İddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, 2021-ci ilə qədər öz biznesi olmuş, sonradan xəstələnmiş, xərçəng xəstəsidir. Cavabdeh həm bacısı nəvəsi, həm də əmisi nəvəsidir. İddiaçı isə bacısı oğludur. 2021-ci ildən başlayaraq, xəstələyi ilə əlaqədar olaraq bütün işlərini İddiaçı təhvil verməyə başlamışdır. O, 2022-ci ilin əvvəlində Cavabdeh obyekt götürüb işlətməyi təklif etmiş və ona köməklik edəcəyinə söz vermişdir. Mağazanı icarəyə götürmiş, mağazanı Ramilə verəndə içində təxmini 80 000 manatlıq mal olmuşdur. Bir müddət sonra Ramil zəng edərək Ülvi ilə aralarında sözsöhbət olduğunu, ona görə də işləyə bilməyəciyini bildirmişdir. Bundan sonra mağazanın sahibi Rəfayel müəllim mağazanı işlətmək istədiyini bildirmişdir. Bir şərtlə razılaşmış ki, əvvəlki borcu, yəni Raminin borcunu ödəmək lazımdır. Həmin borc mağazadakı malın puludur. Ramilə bildirmişdir ki, mağazadakı malı satıb ona az-az ödəsin. Lakin, Ramil razılaşmamış, Rəfael müəllim ona borcu özü ödəcəyini bildirdi. Lakin bir müddət keçdikdən sonra Ramil bildirmişdir ki, Rəfael müəllimə deyəcək ki, borcu qaytarmasın, səbəbini soruşanda isə bildirmişdir ki, qohumların yanında onun oğru olduğunu demişdir. O, belə bir söz demədiyini bildirmiş, həmin borc da şirkətlərdən satmaq üçün alınan malların puludur. Ramil işə başlayanda 27 iyul 2022-ci ildə Ülvinin anbarından 100 000 manatlıq mal alıb, həmin malın pulundan 2022-ci il 19 avqustundan sonra 30 000 manat pulu ödəməyə başlamış, qalan pulu isə ödəməmişdir. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara təhvil-təslim aktları, ödəniş qəbzləri və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.

Əsaslandırma hissəsi:

Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır; 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1. Satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 568.2. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. 598.1. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2. Əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 598.3. Əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında 2022-ci ildən şifahi alqı-satqı münasibətləri olmuşdur. İlkin olaraq iddiaçı hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ olmuşdur. Belə ki, Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli məlumatlarla "SUNNİ MART ELVEND" obyektinə məxsus reklam yayınçısı İddiaçı olması müəyyən olunur. Müəyyən edilir ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək Cavabdeh daxili qaimələrə əsasən müxtəlif adda və çeşiddə gündəlik təlabat və ərzaq məhsulları verilmişdir. Cavabdeh tərəfindən qeyd edilən qaimə-fakturaların bir hissəsində imzaların ona məxsus olmadığı və iddiaçıya borcunun olmadığı bildirildiyindən iş üzrə qeyd edilən məsələlərlə bağlı müvafiq ekspertizalardan ibarət kompleks ekspertiza təyin edilmişdir. AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli 4/802-9/4068 nömrəli ekspert rəyinə əsasən aşağıdakı nəticəyə gəlinmişdir. 1.Ekspertizaya təqdim edilmiş, işin 95-ci vərəqinə əlavə olunmuş xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, 61-125 sıralardan ibarət qaimədə, xx.xx.2023-cü il tarixli ("Son borc: 80653,99" yazılan 02 ədəd), xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli (Son borc: 77892,68 yazılan), xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2022-ci il tarixli (02 ədəd), xx.xx.2022-ci il tarixli ("Son borc: 81441, 74" yazılan), xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli (02 ədəd), xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, “Son borc: 75317, 06” yazılan qaimədə, ”Son borc: 76202, 25” yazılan qaimədə, xx.xx.2023-cü il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, işin 96-ci vərəqinə əlavə olunmuş xx.xx.2022-ci il tarixli (02 ədəd), xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli (02 ədəd), xx.xx.2022-ci il tarixli (“Son borc: 85 684, 92” yazılan), xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli ("Son borc: 637,67), xx.xx.2022-ci il tarixli (02 ədəd), xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023- cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli (son borc 75318.96 yazılan), xx.xx.2023-cü il tarixli (son borc 78907.89 yazılan) xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli (son borc 77037.05 yazılan), xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli (02 ədəd), xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli (02 ədəd), xx.xx.2022-ci il tarixli (son borc 88442.10 yazılan), xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli (03 ədəd), xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2022-ci il tarixli (02 ədəd), xx.xx.2023-cü il tarixli, xx.xx.2022-ciil tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli "SUNNİ MART ELVEND" tərəfindən verilmiş təhvil-təslimlə bağlı mal məxarici qaimələrində "Təhvil aldı" qrafalarındakı imzalar - Cavabdeh tərəfindən icra olunmuşdur. 2.Ekspertizaya təqdim edilmiş, işin 95-ci vərəqinə əlavə olunmuş xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-mü il tarixli, Son borc: "78261, 42" yazılan qaimədə, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli (Son borc: 77770,37 yazılan), xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli (02 ədəd), xx.xx.2023-cü il tarixli, xx.xx.2022-ci il tarixli (02 ədəd), işin 96-cı vərəqinə əlavə olunmuş xx.xx.2022-ci il tarixli ("Son borc: 85704, 76" yazılan 02 ədəd), xx.xx.2022-ci il tarixli (02 ədəd), xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli "SUNNİ MART ELVEND" tərəfindən verilmiş təhvil-təslimlə bağlı mal məxarici qaimələrində "Təhvil aldı" qrafalarındakı imzalar - Cavabdeh tərəfindən yox, başqa şəxslər tərəfindan icra olunmuşdur. 3.Ekspertizaya təqdim edilmiş, işin 96-cı vərəqinə əlavə olunmuş xx.xx.2023-cü il tarixli (02 ədəd) "SUNNİ MART ELVEND" tərəfindən verilmiş təhvil-təslimlə bağlı mal məxarici qaimələrində “Təhvil aldı” qrafalarındakı imzaların - Cavabdeh tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasının tədqiqat prosesinin təsviri hissəsinin 3-cü bəndinə göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır. 4.Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, məhkəmə-mühasibatlıq ekspertizası qarşısında qoyulmuş sual üzrə məhkəmə-xəttşünaslıq ekspertizası ilə 95 və 96-cı səhifələrdə Cavabdeh imzaladığı "SUNNİ MART ELVEND" tərəfindən verilmiş təhvil-təslimlə bağlı mal məxarici qaimələrinin ümumi məbləği 71127.50 manat və 94-cü səhifədə təqdim edilmiş mallara görə ödəniş qəbzlərinin ümumi məbləği 73604.00 manat təşkil etdiyi müəyyən edilir. Bununla da, Cavabdeh 2476.50 manat artıq pul vəsaiti ödədiyi müəyyən edilir. Məhkəmə bu faktın əksi olan halın sübuta yetirilmədiyi qənaətinə gəlmişdir. Məhkəmə araşdırmanın nəticəsinə əsasən müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı məxsus ticarət obyekti olan "SUNNİ MART ELVEND"-in müvafiq filial rəhbəri kimi fəaliyyət göstərmişdir. Bu səbəbdən də ondan malları nisyə qaydada almış və satıldıqdan sonra aldığı malların dəyərini iddiaçıya ödəmişdir. Buradan da aydın olunur ki, tərəflər arasında şifahi formada bağlanmış alqı-satqı barədə müqavilə mövcud olmuşdur. Tərəflər verdikləri izahatlarda da aralarında alqı-satqı münasibətlərinin olmasını etiraf etmişlər. Məhkəmə qeyd edir ki, tərəflər arasında qaimə-fakturalar imzalanmış, həmin fakturalarda son borc olaraq hər təhvil-təslimdə müxtəlif məbləğlər göstərilmişdir. Düzdür, son borc olaraq göstərilən məbləğlərin qarşısında Cavabdeh məxsus imzalar olsa da, iddiaçı tərəfindən təqdim edilən təhvil-təslim aktları və ödəniş qəbzləri əsasında müvafiq sübutlar əldə edilmişdir. İlkin olaraq iddiaçıya, cavabdehə təqdim edilmiş bütün məhsullara dair təhvil-təslim sənədlərinin təqdim edilməsi təklif edilmişdir. Buna görə də məhkəmə iddiaçının son borc olaraq qeyd etdiyi rəqəmlərə əsaslanmaqla borc tələb etməsi arqumenti əsaslı sayıla bilməz. Çünki son borc müvafiq alt sənədlərlə təsdiq edilməlidir. Məhkəmə tərəfindən ekspertiza təyin edilərkən bu hallara dair sualların ekspertiza qarşısında qoyulması təmin edilmişdir. Təqdim edilmiş ödəniş qəbzləri əsas olaraq götürülməli və cavabdehin iddiaçıya borcunun olub-olmaması ödəniş qəbzlərinə əsasən müəyyən edilməlidir. Müvafiq olaraq təhvil verilən məhsulun adı, çeşidi və dəyəri ilə bərabər aktlarda, həmçinin, ümumi olaraq son borc qeyd edilsə də bu hal digər alt sənədlərlə təsdiq edilmirsə, bunu məhkəmə cavabdehin iddiaçıya borcu olaraq qəbul etməsi qanuni, əsaslı və ədalətli sayıla bilməz. Son borc olaraq qeyd edilən təhvil-təslim qaimələrindəki məbləğ 71127.50 manat, ödəniş qəbzlərində olan ümumi ödənilmiş məbləğ isə 73604.00 manat qeyd edilmişdir. Buradan isə belə nəticəyə gəlinir ki, cavabdeh tərəfindən iddiaçıya 2476.50 manat artıq ödəniş edilmişdir. Bu faktlar ekspertiza rəyində öz təsdiqini tapmışdır. Məhkəmə ekspertiza rəyinin təkzib edilməsi ilə bağlı arqumentə əsaslanan sübutun təqdim edilmədiyi və ya iddiaçının bu halı sübuta yetirə bilmədiyi qənaətinə gəlmişdir. Belə ki, cavabdehə məxsus olmayan təhvil-təslim aktlarında olan imzalar əsasında müvafiq malın qəbul edilməsi qeyd edilən cavabdehin işlədiyi obyektdə fəaliyyət göstərən digər şəxslər tərəfindən icra edilməsi ehtimalı ortada ola bilər. Bu arqument əsaslandırılmalıdır. İlkin olaraq tərəflər arasında razılaşma ola bilər ki, həmin razılaşmada cavabdeh və ya onun təyin etdiyi şəxslər tərəfindən malın qəbulu həyata keçirilsin. Bu razılaşma müəyyən edilmir. Bundan əlavə cavabdehin müvafiq aktda imzası mövcud deyilsə, cavabdeh tərəfindən qəbul edilməyən məhsula görə onun öhdəlik daşıması məntiqli və qanuni hesab edilə bilməz. Bundan əlavə, iddiaçı tərəfindən 2022-ci il tarixə aid təhvil-təslim aktları təqdim edilərək Salmanov Təvəkkül, Qasımov Ceyhun, Abışov Kamil, həmçinin, AGRO-VEST şirkəti tərəfindən SUNNY MART ELVEND, Seyidlər kəndində marketə məhsulların təhvil verilməsi təsdiq edilir. Qeyd edilən aktlarda təhvil alan qismində Cavabdeh iştirakı müəyyən edilmir. Həmin aktların bəzilərində Alıcı kimi İsrafilov Ülvi iştirak edir, bəzilərində isə “Ramil” adı yazılaraq imza edilmişdir. Məhkəmə iclasında müyyən edilmişdir ki, X1 rəhbərlik etdiyi SUNNY MART ELVEND anbar olaraq satış həyata keçirsə də, məhsulları satan şirkətlər həmin marketin filialı olan Seyidlər kəndində yerləşən cavabdehin rəhbərlik etdiyi mağazaya birbaşa çatdırılma da həyata keçirilmişdir. Lakin həmin məhsulların sonradan iddiaçı və cavabdeh arasında təhvil-təslim aktları vasitəsilə rəsmiləşdirilməsi həyata keçirilmişdir. Çünki ola bilsin ki, həmin məhsullar birbaşa cavabdehə çatdırılıb, həmin qaimələrdə satıcı və alıcı başqa şəxslər qeyd edilmişdir. Ona görə də orada qeyd edilən məhsulara görə dəyərin ödənilməsini tələb etmək hüququ başqa şəxslərə məxsusdur. Məhkəmə qeyd edilən hallara görə iddiaçının təqdim etdiyi həmin sənədləri iddia tələbini sübuta yetmək üçün kifayət hesab etməmiş, nəticədə ekspet rəyi təkzib edilmədiyindən həmin rəyi sübut olaraq qəbul etmişdir. Məhkəmə iddia tələbini əsaslandıran halları nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki məhkəmə icraatında iddiaçının üzərinə iddia tələbini sübut etmək, cavabdehin üzərinə etirazlarının əsasını sübut etmək, məhkəmənin isə həmin hallara hüquqi qiymət verməklə bağlı vəzifələr qoymuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. 8.1. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 47.1. İşdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Məhkəmə işin hallarını ümumiləşdirərək belə nəticəyə gəlir ki, iddiaçının iddia tələbi əsassızdır və rədd edilməlidir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “cavabdehdən 73000 manat məbləğində pul vəsaitinin və 309 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar