Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-528/2024 10.07.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçı MMC-nin təsisçisi X1, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “mal-material qalıqları üzrə 2796.88 manat, pul dövriyyəsi üzrə 4619.18 manat, işıq borcu üzrə 392 manat, qaz borcu üzrə 599 manat, Badamlı şirkətinə yaranmış borc üzrə 386.50 manat və əsas dövriyyə vəsaitləri üzrə 937.70 manat olmaqla cəmi 9731.26 manat məbləğində vurulmuş ziyanın əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı MMC Cavabdeh qarşı “mal-material qalıqları üzrə 2796.88 manat, pul dövriyyəsi üzrə 4619.18 manat, işıq borcu üzrə 392 manat, qaz borcu üzrə 599 manat, Badamlı şirkətinə yaranmış borc üzrə 386.50 manat və əsas dövriyyə vəsaitləri üzrə 937.70 manat olmaqla cəmi 9731.26 manat məbləğində vurulmuş ziyanın əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, müştəri bazasının artırılması məqsədilə Cavabdeh ilə xx.xx.2022-ci il tarixli əməkdaşlıq sazişi (tərəfdaşlıq) müqaviləsi imzalanmışdır. Müqavilənin şərtlərinə əsasən cavabdeh, Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti 6 ünvanında yerləşən, hər tərəfi tam hazır və işlək vəziyyətdə olan bütün zəruri avadanlıqlarla təchiz edilmiş 710 m2 sahəyə malik 2 mərtəbəli restoranı işlətmək və gəlirin tərəflər arasında bölüşdürülməsi vəzifəsini öz üzərinə götürmüşdür. Müxtəlif tarixlərdə cavabdehlə əmək müqaviləsi və maddi mülkiyyət haqqında müqavilə imzalanmışdır. Müqaviləyə əsasən tərəflər bütün xərclər çıxıldıqdan sonra qalan gəliri aralarında müqaviləyə uyğun olaraq bölüşdürməli idi. Cavabdeh öhdəliklərini tam yerinə yetirməmiş və ödənilməmiş borcları yaranmışdır. Bu səbəbdən də iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixində tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Eyni zamanda xx.xx.2022-ci il tarixində iddiaçı və cavabdeh arasında əməkdaşlıq sazişi (tərəfdaşlıq) haqqında müqavilə imzalanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən İddiaçı MMC Tərəf-1, Cavabdeh isə Tərəf-2 adlandırılmışdır. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən tərəflər ortaq maraqlarını həyata keçirmək və ümumi məqsədlərə nail olmaq üçün yuxarıda göstırilən sahədə birgə tədbirlər həyata keçirməyi öhdələrinə götürürlər. Müqavilənin 2-ci bəndinə əsasən müqavilənin məqsədi tərəflərin məhsulların satışının genişləndirilməsi, müştəri bazasının artırılması məqsədi ilə qarşılıqlı əməkdaşlıqdır. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən İddiaçı MMC-yə məxsus olan və Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti 6 ünvanında yerləşən hər tərəfi tam hazır və işlək vəziyyətdə olan, bütün zəruri avadanlıqlarla təchiz edilmiş 710 m2 sahəyə malik 2 mərtəbəli restoranı işlətmək və gəlirin tərəflər arasında müqavilənin şərtlərinə uyğun olaraq bölüşdürülməsi üçün tərəf-2-yə verilir. Müqavilənin 4-cü bəndinə əsasən müqavilə imzalandığı gündən qüvvəyə minir və iki il müddətinə bağlanır. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən tərəflərin razılığı ilə birgə idarə edilən restoranın gəliri aşağıdakı paylardan ibarət olur: Tərəf-1 (iddiaçı) – 70%, Tərəf-2 (cavabdeh) – 30%. Əlavə olaraq, Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixində etiraz məhkəməyə təqdim olunmuşdur. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, iddiaçı tərəf iddia ərizəsini məhkəməyə verərkən bir sıra pozuntulara yol vermişdir, eyni zamanda iddianın əsassız olduğunu bildirərək, rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş materialları kimi məhkməyə təqdim olunmuş "xxxx" ASC və “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş abonent saldolarından da görünür ki, həmin obyektin qaz və işıq borcları mövcuddur. Eyni zamanda, məhkəməyə təqdim olunmuş məlumat cədvəlindən görünür ki, xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək ümumi borcun məbləği 9431.26 manat təşkil etmişdir. Həmin məbləğin 2796.88 manatlıq hissəsi mal dövriyyəsi borcu, 4619.18 manatlıq hissəsi pul dövriyyəsi borcu, 937.70 manat əsas və dövriyyə vəsaitləri borcu, 392 manat ödənilməmiş elektrik enerjisi borcu, 599 manat təbii qazdan istifadə borcu və 386.5 manat Badamlı şirkətinə olan borcdur. Bundan başqa, xx.xx.2023-cü il tarixli borc haqqında məlumatdan da görünür ki, cavabdehin xx.xx.2023 – xx.xx.2023-cü il aralığı üçün mövcud borcu ümumilikdə 2659.88 manat təşkil etmişdir. Həmin sənəd iddiaçının nümayəndəsi və cavabdeh tərəfindən imzalanaraq təsdiq edilmişdir. Əlavə olaraq, bir sıra təhvil-təslim aktları məhkəməyə təqdim edilmişdir ki, həmin aktlardan da məlum olur ki, iddiaçı ilə cavabdeh arasında mütəmadi olaraq müxtəlif adlarda və miqdarda mal dövriyyəsi mövcud olmuşdur. İddiaçı tərəf məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir, sözügedən obyektdə bir neçə iaşə müəssisəsi fəaliyyət göstərirdi, cavabdeh obyektdəki restoranı işlədərək müəyyən gəlir əldə etmiş, lakin üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəf məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddianı qəbul etmir, üç ay ərzində həmin obyektdə işçi kimi işləmişdir, restoranla yanaşı həmin obyektdə başqa müəssisələr də olmuşdur, obyektin gəlir gətirmədiyini bildirsə də birgə işləmək barədə razılaşmışlar, borc barədə akta imza çəkməsinin səbəbini işdən çıxmaq ehtimalının olması ilə izah edir. Qeyd edilən məbləğə yəni 2659,88 manat məbləğində borc olan akta imza etməklə iddiaçıdan “yaxa qurtarmaq” məqsədi ilə imza atmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara əməkdaşlıq müqaviləsi, borc barədə məlumat, təhvil-təslim aktları, qiymət cədvəlləri və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Əvvəlcə məhkəmə onu qeyd edir ki, hazırkı iş üzrə tərəflərin subyektiv tərkibi kommersiya fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər olduğundan və mübahisənin predmeti tərəflərin sahibkarlıq fəaliyyəti ilə bağlı yarandığından, hazırkı işə kommersiya məhkəmələri tərəfindən baxılmalıdır. Azərbayacan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixində tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Eyni zamanda xx.xx.2022-ci il tarixində iddiaçı və cavabdeh arasında əməkdaşlıq sazişi (tərəfdaşlıq) haqqında müqavilə imzalanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən İddiaçı MMC Tərəf-1, Cavabdeh isə Tərəf-2 adlandırılmışdır. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən tərəflər ortaq maraqlarnı həyata keçirmək və ümumi məqsədlərə nail olmaq üçün yuxarıda göstərilən sahədə birgə tədbirlər həyata keçirməyi öhdələrinə götürürlər. Müqavilənin 2-ci bəndinə əsasən müqavilənin məqsədi tərəflərin məhsulların satışının genişləndirilməsi, müştəri bazasının artırılması məqsədi ilə qarşılıqlı əməkdaşlıqdır. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən İddiaçı MMC-yə məxsus olan və Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti 6 ünvanında yerləşən hər tərəfi tam hazır və işlək vəziyyətdə olan, bütün zəruri avadanlıqlarla təchiz edilmiş 710 m2 sahəyə malik 2 mərtəbəli restoranı işlətmək və gəlirin tərəflər arasında müqavilənin şərtlərinə uyğun olaraq bölüşdürülməsi üçün tərəf-2-yə verilir. Müqavilənin 4-cü bəndinə əsasən müqavilə imzalandığı gündən qüvvəyə minir və iki il müddətinə bağlanır. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən tərəflərin razılığı ilə birgə idarə edilən restoranın gəliri aşağıdakı paylardan ibarət olur: Tərəf-1 (iddiaçı) – 70%, Tərəf-2 (cavabdeh) – 30%. Əlavə olaraq, Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixində etiraz məhkəməyə təqdim olunmuşdur. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, iddiaçı tərəf iddia ərizəsi məhkəməyə verərkən bir sıra pozuntulara yol vermişdir, eyni zamanda iddianın əsassız olduğunu bildirərək rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş materialları kimi məhkməyə təqdim olunmuş Azərişıq ASC və X2 tərəfindən tərtib edilmiş abonent saldolarından da görünür ki, həmin obyektin qaz və işıq borcları mövcuddur. Eyni zamanda məhkəməyə təqdim olunmuş məlumat cədvəlindən görünür ki, xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək ümumi borcun məbləği 9431.26 manat təşkil etmişdir. Həmin məbləğin 2796.88 manatlıq hissəsi mal dövriyyəsi borcu, 4619.18 manatlıq hissəsi pul dövriyyəsi borcu, 937.70 manat əsas və dövriyyə vəsaitləri borcu, 392 manat ödənilməmiş elektrik enerjisi borcu, 599 manat təbii qazdan istifadə borcu və 386.5 manat Badamlı şirkətinə olan borcdur. Bundan başqa xx.xx.2023-cü il tarixli borc haqqında məlumatdan da görünür ki, cavabdehin xx.xx.2023 – xx.xx.2023-cü il aralığı üçün mövcud borcu ümumilikdə 2659.88 manat təşkil etmişdir. Həmin sənəd iddiaçının nümayəndəsi və cavabdeh tərəfindən imzalanaraq təsdiq edilmişdir. Məhkəmə ilkin olaraq qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli Əməkdaşlıq sazişi əslində sahibkarlıq fəaliyyəti ilə bağlı birgə fəaliyyət, gəlir əldə etmək və gəliri bölüşdürmək barədə olan razılaşmadır. Mülki qanunvericilikdə şərikli fəaliyyət əsasən hüquqi şəxslərin yəni təsərrüfat ortaqlıqları və cəmiyyətlərində rast gəlinən razılaşmadır. Hazırkı müqavilədə isə bir tərəf hüquqi şəxs, digər tərəf isə fiziki şəxsdir. Mülki Məcəllənin 64.1-cü maddəsinə əsasən təsərrüfat ortaqlıqları və cəmiyyətləri təsisçilərinin (iştirakçılarının) paylarına bölünmüş nizamnamə (şərikli) kapitalı olan kommersiya təşkilatlarıdır. Təsisçilərin (iştirakçıların) maya qoyuluşları hesabına yaranmış əmlak, habelə təsərrüfat ortaqlığının və ya cəmiyyətinin öz fəaliyyəti prosesində istehsal və əldə etdiyi əmlak mülkiyyət hüququ ilə ona mənsubdur. Bu Məcəllədə nəzərdə tutulan hallarda təsərrüfat ortaqlığını bir şəxs yarada bilər. Hazırkı mübahisədə isə şəriklilik qeyd edilən hüquqi şəxslərə aid normalarda göstərilən qaydada müvafiq dövlət qeydiyyatlarına alınmasa da, məhkəmə hesab edir ki, hazırkı müqavilə mülki qanunvericiliyin ümumi normaları ilə ziddiyyət təşkil etmədiyindən mübahisəyə kommersiya məhkəməsi tərəfindən baxılmasını istisna edən hal yoxdur. Məhkəmə hesab edir ki, tərəflər hazırkı müqavilə ilə tapşırıq, xidmət və ticarət nümayəndəsi (agenti) müqavilələrinin şərtlərini özündə birləşdiriən qarışıq tipli müqavilə bağlanmışdır. Tərəflərin məhkəmə iclaslarında verdiyi izahatlarından da aydın olur ki, Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti 6 ünvanında yerləşən obyektin daxilində restoranla yanaşı başqa iaşə obyektləri (mühafizə və digər inzibati bina) də fəaliyyət göstərmişdir. Həmin obyektlərin qaz və işıq sayğacları eyni olmuşdur. Buradan belə nəticəyə gəlinir ki, məhkəməyə təqdim olunmuş qaz və elektrik enerjisinin sərfi ilə bağlı abonent saldolarında göstərilən borc, yalnız Cavabdeh məxsus olan borc deyildir. Eyni zamanda iddiaçı tərəfindən Cavabdeh qeyd olunmuş dövr ərzində nə qədər təbii qaz və elektrik enerjisi istifadə etməsi və həmin istifadəyə görə nə qədər borcunun olması barədə heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Məhkəmə tərəfindən qeyd edilən borcların hansı hissəsinin cavabdehə, hansı hissəsinin isə iddiaçıya məxsus digər sahələrdə istifadə olunan kommunal xidmətlər nəticəsində yarandığını müəyyən etmək mümkün deyildir. Bu səbəbdən də məhkəmə iddia tələbinin “işıq borcu üzrə 392 manat, qaz borcu üzrə 599 manat borcun cavabdehdən tutulması” hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi bu hissədə təmin olunmamalıdır. Bundan başqa, xx.xx.2023-cü il tarixli borc haqqında məlumatdan da görünür ki, cavabdehin xx.xx.2023 – xx.xx.2023-cü il aralığı üçün mövcud borcu ümumilikdə 2659.88 manat təşkil etmişdir. Həmin sənəd iddiaçının nümayəndəsi və cavabdeh tərəfindən imzalanaraq təsdiq edilmişdir. Məhkəmə borc haqqında məlumata münasibətdə bildirir ki, xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək müəssisə 4049.83 manat gəlir əldə etmişdir. Həmin gəlirdən 250 manat xərc çıxıldıqdan sonra müəssisənin əldə etdiyi xalis gəlir 3799.83 manat olmuşdur. Tərəflər arasında bağlanmış müqavilənin 6.1-ci bəndinə əsasən tərəflərin razılığı ilə birgə idarə edilən restoranın gəliri aşağıdakı Tərəf-1 (iddiaçı) – 70%, Tərəf-2 (cavabdeh) – 30% nisbətində müəyyən edilmişdir. Bu səbəbdən də həmin dövr ərzində iddiaçıya çatmalı olan məbləğ 2659.88 manat (4049.83 – 250 = 3799.83;3799.83 x 70% = 2659.88) olmalıdır. Eyni zamanda qeyd olunmuş məbləğlə bağlı iddiaçı və cavabdeh tərəf heç bir əsaslı etiraz bildirməmişdir. Cavabdeh, iddiaçıdan “yaxa qurtarmaq üçün” həmin müqaviləyə imza atdığını bildirmişdir. Düzdür, ilkin olaraq xx.xx.2022-ci il tarixdə iddiaçıya məxsus restoranda cavabdehə təhvil verilmiş bütün avadanlıq və məhsullara dair aktlar imzalanmış və cavabdeh tərəf də iştirak etmişdir. Lakin, tərəflər arasında yekun akt imzlanaraq cavabdehin ödəyəcəyi məbləğin 2659,88 manat olması müəyyən edilir. Əksik qalan mal-materiallar və məhsullarla bağlı imzalanmış cavabdeh həmin restoranı tərk etdikdən sonra imzalanmış akt bitərəf qaydada tərtib edilmiş, cavabdehin imzası və iştirakı olmadığından, eyni zamanda iddiaçı tərəf həmin aktların əsaslılığını təsdiq edə bilmədiyindən məhkəmə həmin aktları sübut olaraq qəbul etmir. Bundan əlavə, iddiaçı Badamlı şirkətinə olan 386,50 manat məbləğində, dövriyyə vəsaitləri üzrə 937,70 manat borc, həmçinin pul dövriyyəsinin 4619,18 manat olması ilə bağlı hər hansı bir sübut təqdim etməmiş, bu halları sübuta yetirə bilməmiş, yekun olaraq, tərəflər arasında imzalanmış cavabdehin borcunu təsdiq edən xx.xx.2023-cü il tarixli akt əsas sübut olaraq qəbul edilmiş və işin həqiqi hallarını əks etdirməsi kimi qiymətləndirilmişdir. Məhkəmə yuxarıdakıları əsas tutaraq hesab edir ki, iddiaçı cavabdehdən 2659.88 manat borcun tutulmasını tələb etməkdə haqlıdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumun qaytarılması ilə bağlı hər ahnsı bir müraciət olmadığından məhkəmə həmin məsələni həll etməmiş, iddiaçının ödədiyi dövlət rüsumunun özünə aid edilməsi nəticəsinə gəlmişdir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 2659.88 manat borc tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mübariz Hüseynov