Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-53/2025 25.06.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə, İddiaçı Nümayəndə Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 müştərək qaydada iddiaçı "xxxx" QSC-nin хеyrinə 026R********** nömrəli krеdit razılaşması üzrə 15619.48 manat məbləğində krеdit bоrcu, 1240.49 manat məbləğində faiz bоrcu və 799.22 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 17659.19 manat məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 142.98 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh5, Cavabdeh7, Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan, yaşayış məntəqələrinin torpaqları kateqoriyalı 0.12 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən Cavabdeh2 mülkiyyətində olan 210 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsi və yaşayış evinin açıq hərracdan satılması və ümumilikdə cəmi 17659.19 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 142.98 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına xxxx QSC-yə ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Cavabdeh7, Cavabdeh4, Cavabdeh5, Cavabdeh1 Tahiz qızından ümumi müştərək qaydada tutulması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: Nümayəndə QSC ilə Cavabdeh2 arasında xx.xx.2018-ci il tarixdə bağlanmış 026L**********69 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən sonuncuya 120 ay müddətinə olmaqla 40 000 ABŞ dolları məbləğində uzunmüddətli kredit xətti açılmışdır. 1.6-cı bəndinə əsasən kredit alan hər bir kredit üzrə əsas kredit məbləğini, faizi, xərcləri və başqa məsrəfləri müvafiq kredit razılaşmasında müəyyən olunmuş qaydada və şərtlərlə, olduğu halda ödəniş planına uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür. xx.xx.2021-ci il tarixli 026L**********69S saylı Sazişlə uzunmüddətli kredit və təminat müqaviləsinə dəyişiklik edilmiş, kredit alana 800 000 ABŞ dolları məbləğində uzunmüddətli kredit xətti açılmış, bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğin 160 ay müddətinə, 07 dekabr 2031-ci il tarixindən gec olmayaraq verilməli olması, verilmiş kreditlərin illik faiz dərəcəsinin yuxarı həddinin 28% olması müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixdə bağlanmış 026R********** nömrəli kredit razılaşmasına əsasən bank tərəfindən Cavabdeh2 36 ay müddətinə aylıq faiz dərəcəsi 1.6667 % olmaqla kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilmiş ödəniş planına uyğun razılaşdırılmış tarixlərdə kredit məbləğini və ona hesablanmış faizlə birlikdə ödənilməsi şərtilə 42 000 manat məbləğində kredit verilmişdir. 2.3. Kredit faizi qaytarılmalı kredit məbləği üzrə hər gün Bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi bu kredit razılaşmasının 1.1. bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. 3.2. Kredit alandan daxil olan vəsait hesabına əvvəl xərclər, cərimə, faiz və nəhayət kredit məbləği silinir. 4.2.2. Ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməyə borcludur. xx.xx.2021-ci il tarixli 026S**********01 nömrəli (zamin Cavabdeh4), 026S**********04 nömrəli (zamin Cavabdeh3), 026S**********03 nömrəli (zamin Cavabdeh1), 026S**********02 nömrəli (zamin Cavabdeh5), xx.xx.2021-ci il tarixli 026S**********02 nömrəli (zamin Cavabdeh6) zaminlik müqavilələrinin tələbinə görə zamin, borclunun xx.xx.2018-ci il tarixdə bağlanmış 026L**********69 nömrəli uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. xx.xx.2021-ci il tarixli 026S**********01S nömrəli (Cavabdeh7) və 026S**********02S nömrəli (zamin Cavabdeh6) Sazişlərə əsasən, müvafiq olaraq xx.xx.2019-cu il tarixli və xx.xx.2021-ci il tarixli zaminlik müqavilələrinə dəyişiklik edilmişdir. Uzunmüddətli kredit xətti müqaviləsi üzrə yaranmış öhdəliyin icrasının təminatı olaraq Nümayəndə QSC ilə Cavabdeh5, Cavabdeh7, Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixdə 026L**********69 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsində göstərilmiş ünvan 2 ünvanında yerləşən yaşayış məntəqələrinin torpaqları kateqoriyalı 0.12 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 210 kv.m olan fərdi yaşayış evi ipoteka predmeti kimi qəbul olunmuşdur. ƏMDK DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********00-10301 reyestr nömrəli çıxarışdan göründüyü kimi ünvan 1 ünvanında yerləşən yaşayış məntəqələrinin torpaqları kateqoriyalı 0.12 ha torpaq sahəsi Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh7 birgə, həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 210 kv.m olan fərdi yaşayış evi isə Cavabdeh2 tam mülkiyyətindədir. Həmçinin, həmin daşınmaz əmlak xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışla Nümayəndə Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2021-ci il tarixdən başlayaraq 026L**********69 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən 160 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. İşin məhkəmə araşdırması zamanı "xxxx" MMC tərəfindən təqdim edilmiş 19 dekabr 2024-cü il tarixli CVN/D 17-149/24 nömrəli mütəxəssis rəyinə əsasən ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən yaşayış məntəqələrinin torpaqları kateqoriyalı 0.12 ha torpaq sahəsi və onun üzərində yerləşən Cavabdeh2 mülkiyyətində olan ümumi sahəsi 210 kv.m olan fərdi yaşayış evinin 19 dekabr 2024-cü il tarixə bazar dəyəri 50 000 manat, likvid dəyəri isə 42 500 manat təşkil edir. AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli 9/800 nömrəli ekspert rəyinə əsasən, xx.xx.2021-ci il tarixli, 026R********** nömrəli kredit razılaşmasının şərtləri nəzərə alınmaqla xx.xx.2024-cü il tarixə 14849.47 manat əsas borcu, 2375.96 manat faiz borcu müəyyənləşdirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli ödəniş qəbzlərindən göründüyü kimi Cavabdeh2 tərəfindən iddiaçı Nümayəndə QSC-nin **********994902 hesab nömrəsinə müvafiq olaraq 2117 manat və 1700 manat ödəniş edilmişdir. İddiaçı borcun ödənilməsi barədə cavabdehlərə müraciət etmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh2 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri müvafiq olaraq xx.xx.2024-cü il tarixdən banka qaytarmamışdır. O, götürdüyü krеdit bоrcundan 26380.52 manat ödəmiş, onun 15619.48 manat məbləğində kredit borcu qalmış, eyni zamanda kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 148 gün üçün hesablanmış faiz borcu 1240.49 manat təşkil edir. xx.xx.2024-cü il tarixə 148 gün üçün hеsablanmış cərimə 799.22 manat təşkil edir. Cavabdeh kredit razılaşması ilə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən 15619.48 manat məbləğində krеdit bоrcu, 1240.49 manat məbləğində faiz bоrcu və 799.22 manat məbləğində cərimə borcu qalmışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini və işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. Elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: uzunmüddətli kredit müqaviləsi, kredit razılaşması, əlavə sazişlər, ipoteka müqaviləsi, zaminlik müqavilələri, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, maliyyə arayışı, hesabdan çıxarış, ödəniş qəbzləri, ekspert və mütəxəssis rəyləri və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi : Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2.Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 740.1.Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehlər kredit razılaşması üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiklərindən onların 13 015.43 manat krеdit bоrcu qalmışdır. Belə ki, iddiaçı tərəfindən həmin razılaşma üzrə 15619.48 manat məbləğində krеdit bоrcu, 1240.49 manat məbləğində faiz bоrcu və 799.22 manat məbləğində cərimə borcu tələb edilmiş, xx.xx.2025-ci il tarixli 9/800 nömrəli ekspert rəyi ilə isə xx.xx.2024-cü il tarixə 14849.47 manat əsas borc, 2375.96 manat faiz borcu qaldığı müəyyənləşdirilmiş, eyni zamanda ödəniş qəbzlərindən göründüyü kimi bundan sonra xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixlərində cavabdeh tərəfindən iddiaçının hesabına ümumilikdə 3817 manat ödəniş edilmişdir. Qeyd edilən hallar qarşılıqlı təhlil edildikdə müəyyən olunur ki, cavabdehlərin məhkəməyə müraciət edilən tarixə, yəni xx.xx.2024-cü il tarixə 14849.47 manat əsas borcu, 1240.49 manat faiz borcu (iddiaçı qeyd edilən həcmdə faiz borcu tələb etdiyindən, rəydə qeyd edilən məbləğdən çox olmadığından və məhkəmə iddia tələbindən kənara çıxa bilmədiyindən) mövcud olmuşdur. Eyni zamanda kredit razılaşmasının 4.2.2-ci bəndinə əsasən, borcalan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0.1% məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı məhkəməyə müraciət edərkən əsas borcun (14849.47 manat) 5 faizi həcmində, yəni 742.47 manat məbləğində cərimə borcu tələb etməkdə haqlı olmuşdur. Cavabdeh2 tərəfindən borc məbləğindən edilmiş 3817 manat məbləğində ödəniş nəzərə alınaraq həmin vəsait ardıcıl olaraq cərimə, faiz və əsas borcdan çıxılaraq qalıq borc cavabdehlərdən tutulmalıdır. Belə ki, razılaşmanın 3.2-ci bəndinə əsasən, kredit alandan daxil olan vəsait hesabına əvvəl xərclər, cərimə, faiz və nəhayət kredit məbləği silinir. Bu səbəbdən həmin ödəniş qeyd edilən ardıcıllıqla silinərək cavabdehlərdən yekun olaraq 13 015.43 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda zaminlik müqavilələri qüvvədə olduğundan iddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 müştərək qaydada 13015.43 manat krеdit bоrcu tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin “tələbin Cavabdeh5, Cavabdeh7, Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan, yaşayış məntəqələrinin torpaqları kateqoriyalı 0.12 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən Cavabdeh2 mülkiyyətində olan 210 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsi və yaşayış evinin açıq hərracdan satılması və ümumilikdə cəmi 17659.19 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 142.98 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına xxxx QSC-yə ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin məzmunundan görünür ki, həmin müqavilə xx.xx.2018-ci il tarixli 026L**********69 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə yaranmış öhdəliyin icrasının təminatı olaraq bağlanmışdır. Bu səbəbdən iddiaçı xx.xx.2021-ci il tarixli 026R********** nömrəli krеdit razılaşması üzrə yaranmış borcun ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Eyni zamanda məhkəmə hesab edir ki, ipoteka predmeti olan əmlakın ilkin satış (likvid) qiyməti mütəxəssis rəyinə uyğun olaraq 42 500 manat məbləğində müəyyən edilməli və həmin əmlak açıq hərrac vasitəsi ilə satılmalıdır. Belə ki, İpoteka haqqında Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Bundan başqa iddia tələbinin “hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Cavabdeh7, Cavabdeh4, Cavabdeh5, Cavabdeh1 Tahiz qızından ümumi müştərək qaydada tutulması” hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia bu hissədə rədd edilməlidir. Belə ki, İpoteka haqqında Qanunun 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. Göründüyü kimi satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə kifayət etməməsi halına dair qanunvericiliyin tənzimləməsi mövcuddur ki, belə olduğu təqdirdə icra qurumu tərəfindən məhkəmə qətnaməsinin pulun tutulması hissəsinə münasibətdə icra tədbirləri davam etdirilir. Məhkəmə yalnız pulun tutulması və tutulmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı mübahisəyə baxmalıdır. Digər məsələlər isə “İcra Haqqında” və “İpoteka haqqında” Qanunların tələbi baxımından icra qaydasında həllini tapan məsələlərdir. Məhkəmə qətnaməsi özündə mübahisə edilən hüquq münasibətləri ilə bağlı ehtimallara deyil, mövcud vəziyyətə əsaslanmalı olduğundan məhkəmə hesab edir ki, iddia qiymət verilən hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. Eyni zamanda ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqı da cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. İş materiallarına əlavə edilmiş 19 dekabr 2024-cü il tarixli CVN/D 17-149/24 nömrəli məktubdan görünür ki, Daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyi üzrə xidmət haqqı tarif cədvəlinə müvafiq olaraq 350 manat təşkil edir. Qeyd edilən məbləğin 175 manat hissəsi iddiaçıdan, 175 manat hissəsi Cavabdeh2 tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. xx.xx.2025-ci il tarixli 9/800 nömrəli bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Qeyd edilən məbləğin 50 manatı iddiaçıdan, 50 manatı Cavabdeh2 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası Müki Məcəlləsinin 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 112.1.10-cu maddəsinə əsasən bir neçə müstəqil tələbdən ibarət olan iddialarda iddianın qiyməti bütün tələblərin ümumi məbləği ilə müəyyən edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci və 8.2-ci maddələrinə əsasən hazırkı iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 142.98 manat olmalıdır. İddianın təmin edilən hissəsinə münasibətdə ödənilmiş dövlət rüsumunun 105.38 manat hissəsi cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməli, 37.60 manat hissəsi iddiaçıya aid edilməlidir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 müştərək qaydada xx.xx.2021-ci il tarixli 026R********** nömrəli krеdit müqaviləsi üzrə 13 015.43 manat əsas bоrc, 105.38 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqı tutularaq iddiaçı Nümayəndə QSC-yə ödənilsin. Borc məbləği **********00-10301 reyestr nömrəli çıxarışlı, ünvan 1 ünvanında yerləşən yaşayış məntəqələrinin torpaqları kateqoriyalı 0.12 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 210 kv.m olan fərdi yaşayış evinə yönəldilsin. İpoteka predmeti olan ünvan 2 ünvanında yerləşən yaşayış məntəqələrinin torpaqları kateqoriyalı 0.12 ha torpaq sahəsi və onun üzərində yerləşən Cavabdeh2 mülkiyyətində olan ümumi sahəsi 210 kv.m olan fərdi yaşayış evinin likvid dəyəri (ilkin satış) 42 500 manat məbləğində müəyyən edilsin və həmin əmlak açıq hərrac vasitəsi ilə satılsın. Satışdan əldə edilmiş vəsait cavabdehlərin Nümayəndə QSC-yə olan borclarının ödənilməsinə yönəldilsin. İddia qalan hissələrdə rədd edilsin. Aparılmış tədqiqatın dəyəri olan 350 manat pulun 175 manat hissəsi iddiaçıdan, 175 manat hissəsi Cavabdeh2 tutularaq "xxxx" MMC-nin "xxxx" ASC Nərimanov filialında olan bank hesabına (Bank Vöeni: **********,m/h: AZ03NABZ********************,H/h: AZ47İBAZ********************, kod: 805711, swift: İBAZAZ2X) ödənilsin. Aparılmış tədqiqatın dəyəri olan 100 manat pulun 50 manatı iddiaçıdan, 50 manatı Cavabdeh2 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, sfift bik: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, Vöen: **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən : Mübariz Hüseynov