Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-532/2024 05.06.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, Mövsümova Günel Namizət qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (LPO) nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (LPO) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “2720.15 ABŞ dolları əsas borc, 1050.97 ABŞ dolları faiz borcu, 2611.59 ABŞ dolları cərimə borcu, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 395.96 ABŞ dolları faiz borcu və 124.57 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “2720.15 ABŞ dolları əsas borc, 1050.97 ABŞ dolları faiz borcu, 2611.59 ABŞ dolları cərimə borcu, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 395.96 ABŞ dolları faiz borcu və 124.57 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 24 ay müddətinə, illik 28 faiz dərəcəsi ilə 9000 ABŞ dolları məbləğində kredit verilmişdir. Müqavilənin 3.1-ci bəndinə əsasən cavabdeh ödənişləri müqavilənin ayrılmaz tərkib hissəsi olan annuitet ödəniş qrafiki əsasənda nağd və ya köçürmə yolu ilə həyata keçirir. Müqavilənin 2.5-ci bəndinə əsasən gecikdirilən borc məbləğinə görə illik 56 faiz, gündəlik isə 4.67 faiz dərəcəsi ilə cərimə hesablanır. Həmin müqavilənin 3.7-ci bəndinə əsasən xarici valyuta ilə verilmiş kredit manatla ödənilərkən həmin məbləğ kredit ödəniləngünə bankın nağd valyutanın alqı-satqısı üzrə mövcud olan müvafiqvalyutanın satış kursu ilə konvertasiya edilərək borcalanın borcunun ödənilməsinə yönəldilir. Kredit müqaviləsinin 4.4.2-ci bəndinə əsasən ödəniş qrafikində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə ödənişləri kreditora vaxtında ödəmək borcalanın öhdəliyidir. Müqavilənin 8.2-ci bəndinə əsasən müqavilə tərəflərin onu imzaladığı gündən qüvvəyə minir və tərəflrin bu müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır. Bundan başqa xx.xx.2015-ci il tarixində imzalanmış kredit müqaviləsinə 1 nömrəli əlavə sazişin 2.2-ci bəndinə əsasən kreditin müddəti uzadılaraq xx.xx.2017-ci il təyin edilmişdir. Eyni zamanda xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əlavə 2 nömrəli sazişə əsasən restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il müəyyən edilmişdir. İş materialları kimi əlavə edilmiş sonuncu ödəniş cədvəlindən görünür ki, cavabdeh xx.xx.2017-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 48 ay ərzində hər ay 119.93 ABŞ dolları, sonuncu ay isə 119.73 ABŞ dolları olmaqla ödəniş etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh2 kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 2720.15 ABŞ dolları əsas, 1050.97 ABŞ dolları faiz, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 2611.59 ABŞ dolları cərimə borcu və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 395.96 ABŞ dolları faiz borcu mövcuddur. xx.xx.2014-cü il tarixli 210005205/ZM nömrəli (zamin Cavabdeh1) zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə bankla borclu – Cavabdeh2 arasında kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Zaminlik müqaviləsinin 3.4.2-ci bəndinə əsasən, bu müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etmək zaminin vəzifəsidir. Zaminlik müqaviləsinin 4.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və ya zaminlər və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Eyni zamanda zaminlik müqaviləsi üzrə xx.xx.2015-ci il tarixində və xx.xx.2017-ci il tarixində müqavilənin müddətinin uzadılması ilə bağlı sazişlər imzalanmış və sonuncuya əsasən zaminlik müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixinədək uzadılmışdır. Cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə onların ödənilməmiş borcları qalmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, cavabdehin restrukturizasiya ilə bağlı müraciəti həmin müraciət üçün müəyyən edilmiş müddət ərzində verilmədiyindən nəzərə alınmamışdır. İddianın təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, o restrukturizasiya ilə bağlı müraciət etmişdir, lakin bank əməkdaşları tərəfindən ona hansısa müddət deyilməmişdir, borcu ödəməyə maddi imkanı yol vermir, əsas və faiz borclarını qəbul edir, cərimə borcunun silinməsini məhkəmədən xahiş edir. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, zaminlik müqaviləsinin müddəti xx.xx.2021-ci ildə bitmişdir, bu səbəbdən də ona qarşı olan iddianın rədd edilməsini məhkəmədən xahiş edir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara kredit müqaviləsi, zaminlik müqaviləsi, sazişlər, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 24 ay müddətinə, illik 28 faiz dərəcəsi ilə 9000 ABŞ dolları məbləğində kredit verilmişdir. Müqavilənin 2.5-ci bəndinə əsasən gecikdirilən borc məbləğinə görə illik 56 faiz, gündəlik isə 4.67 faiz dərəcəsi ilə cərimə hesablanır.Müqavilənin 3.1-ci bəndinə əsasən cavabdeh ödənişləri müqavilənin ayrılmaz tərkib hissəsi olan annuitet ödəniş qrafiki əsasənda nağd və ya köçürmə yolu ilə həyata keçirir. Həmin müqavilənin 3.7-ci bəndinə əsasən xarici valyuta ilə verilmiş kredit manatla ödənilərkən həmin məbləğ kredit ödəniləngünə bankın nağd valyutanın alqı-satqısı üzrə mövcud olan müvafiqvalyutanın satış kursu ilə konvertasiya edilərək borcalanın borcunun ödənilməsinə yönəldilir. Kredit müqaviləsinin 4.4.2-ci bəndinə əsasən ödəniş qrafikində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə ödənişləri kreditora vaxtında ödəmək borcalanın öhdəliyidir. Müqavilənin 8.2-ci bəndinə əsasən müqavilə tərəflərin onu imzaladığı gündən qüvvəyə minir və tərəflrin bu müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır. Bundan başqa xx.xx.2015-ci il tarixində imzalanmış kredit müqaviləsinə 1 nömrəli əlavə sazişin 2.2-ci bəndinə əsasən kreditin müddəti uzadılaraq xx.xx.2017-ci il təyin edilmişdir. Eyni zamanda xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əlavə 2 nömrəli sazişə əsasən restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il müəyyən edilmişdir. İş materialları kimi əlavə edilmiş sonuncu ödəniş cədvəlindən görünür ki, cavabdeh xx.xx.2017-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 48 ay ərzində hər ay 119.93 ABŞ dolları, sonuncu ay isə 119.73 ABŞ dolları olmaqla ödəniş etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh2 kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 2720.15 ABŞ dolları əsas, 1050.97 ABŞ dolları faiz, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 2611.59 ABŞ dolları cərimə borcu və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 395.96 ABŞ dolları faiz borcu mövcuddur. xx.xx.2014-cü il tarixli 210005205/ZM nömrəli (zamin Cavabdeh1) zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə bankla borclu – Cavabdeh2 arasında kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Zaminlik müqaviləsinin 3.4.2-ci bəndinə əsasən, bu müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etmək zaminin vəzifəsidir. Zaminlik müqaviləsinin 4.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və ya zaminlər və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Eyni zamanda zaminlik müqaviləsi üzrə xx.xx.2015-ci il tarixində və xx.xx.2017-ci il tarixində müqavilənin müddətinin uzadılması ilə bağlı sazişlər imzalanmış və sonuncuya əsasən zaminlik müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixinədək uzadılmışdır. Məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh2 müqavilə üzrə 2720.15 ABŞ dolları əsas, 1050.97 ABŞ dolları faiz və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 395.96 ABŞ dolları faiz borcu borcunun tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, xx.xx.2017-ci il tarixli sazişə əsasən zaminlik müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixinədəkdir. Göründüyü kimi zaminlik müqaviləsinin müddəti ötürüldüyündən borcun zamin Cavabdeh1 yönəldilməsi əsassızdır. Bundan başqa, hüquqi müəyyənlik baxımından zaminlik müqaviləsinin qüvvədə olma müddəti öhdəliyin icrası müddətindən çox olmamalı, eyni zamanda öhdəliyin icrası müddəti zaminlik müqaviləsinin müddətindən az olmamalıdır. Hazırki vəziyyətdə zaminlik müqaviləsində onun qüvvədə olma müddəti öhdəliyin icrası müddəti ilə üst-üstə düşdüyündən qanunvericilikdə müəyyən edilmiş müddətin nəzərə alınmasını zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Şərh olunan maddənin birinci abzasında qeyd edilən müddət nəzərə alınsa zaminə qarşı iddia ən geci müqavilənin bitdiyi xx.xx.2021-ci il tarixədək irəli sürülə bilərdi. Çünki müqavilədə qeyd edilən müddət müəyyən edilmişdir. Göstərilən müddətlə bərabər hətta bir illik müddət də ötürülmüşdür. Məhkəmə iddia tələbinin “2611.59 ABŞ dolları cərimə borcunun tutulması” hissəsinə münasibətdə bildirir ki, tərəflər arasında bağlanmış müqavilənin 2.5-ci bəndinə əsasən gecikdirilən borc məbləğinə görə illik 56 faiz, gündəlik isə 4.67 faiz dərəcəsi ilə cərimə hesablanır. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə hesab edir ki, iddiaçı kredit müqaviləsi üzrə 50 ABŞ dolları cərimə borcunun tutulmasını daha əadlətli, ağlabatan və qanunidir. Göstərilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, Cavabdeh2 xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsi üzrə 2720.15 ABŞ dolları əsas borc, 1050.97 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları cərimə borcu, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014cü il tarixli Plenum qərarına əsasən hesablanmış 395.96 ABŞ dolları faiz borcu ödəniş gününə Azərbaycan manatı hesabı ilə tutularaq iddiaçıya ödənilməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edilsə də, iddi tələbi əsas və faiz borcuna münasibətdə dəyişdirilmədiyindən 124.57 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 müqavilə üzrə 2720.15 ABŞ dolları əsas borc, 1050.97 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları cərimə borcu, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 395.96 ABŞ dolları faiz borcu ödəniş gününə Azərbaycan manatı hesabı ilə və 124.57 manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə (LPO) ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mübariz Hüseynov