Məhkəmə qərarları › İş №e-2-2(117)-533/2024

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-533/2024

08.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-533/2024 08.04.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdеhlərdən müştərək qaydada iddiaçının хеyrinə 007R********** saylı krеdit razılaşması üzrə 5800.93 manat məbləğində krеdit bоrcu, 519.82 manat məbləğində faiz bоrcu və 106.75 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 6427,50 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 102 manat məbləğində mediasiya xərcinin tutulması” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ərizə ilə məhkəməyə müraciət edərək “cavabdеhlərdən müştərək qaydada iddiaçının хеyrinə 007R********** saylı krеdit razılaşması üzrə 5800.93 manat məbləğində krеdit bоrcu, 519.82 manat məbləğində faiz bоrcu və 106.75 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 6427,50 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 102 manat məbləğində mediasiya xərcinin tutulması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsinin formasına və məzmununa dair tələblərə, həmçinin iddia ərizəsi və ona əlavə sənədlərin cavabdehlərə çatdırılması ilə bağlı qanunvericiliyin tələblərinə iddiaçı tərəfindən riayət olunmadığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.5-ci maddəsinə əsasən ərizəyə əlavə edilən sənədlərin siyahısı ərizədə göstərilməlidir. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılır. Məhkəmə iddia ərizəsinin forma və məzmununa dair qeyd edir ki, iddiaçı tərəfindən ərizəyə əlavə edilməli sənədlərin siyahısı iddia ərizəsində göstərilməli olduğu halda hazırki vəziyyətdə həmin siyahı ərizədə göstərilməmiş, iddia ərizəsinə əlavə edilməli olan iddianın hüquqi əsasını təşkil edən sənədlər (müqavilə və s.) iddia rizəsinə əlavə edilməmişdir ki, bununla da iddiaçı qanunvericiliyin iddia ərizəsinin formasına və məzmununa dair tələblərinə riayət etməmişdir. Bundan başqa iddiaçı tərəfindən cavabdehlərə münasibətdə qanunvericiliyin iddia ərizəsi və ona əlavə sənədlərin çatdırılması ilə bağlı tələblərinə də riayət edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 22 yanvar tarixli 265 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 1403 nömrəli Fərmanına əsasən Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi nəzərdə tutulur. Hazırki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddia ərizəsinin surəti və ona əlavə edilmiş sənədlər xx.xx.2021-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.2-ci maddəsinin tələblərinə uyğun cavabdehlərə təqdim edilməmişdir. Belə ki, “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumata əsasən Cavabdeh1 və Cavabdeh2 VÖEN-i mövcuddur. İddiaçı iddia ərizəsinin surətini və ona əlavə edilmiş sənədləri cavabdehlərə Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsinin tələblərinə uyğun çatdırmalı olduğu halda bunu etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə sənədlər iddiaçıya qaytarılmalıdır. İddiaçının diqqətinə çatdırılır ki, yuxarıda qeyd olunan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi halda işin araşdırılması üçün əhəmiyyət kəsb edən ərizədə adı qeyd olunan uzunmüddətli kredit və təminat müqaviləsi, zaminlik müqaviləsi, ödəniş planı, 007R**********S nömrəli saziş və digər əlaqədar sənədlərin də məhkəməyə təqdim olunması zəruridir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 oğu və Cavabdeh2 qarşı “cavabdеhlərdən müştərək qaydada iddiaçının хеyrinə 007R********** saylı krеdit razılaşması üzrə 5800.93 manat məbləğində krеdit bоrcu, 519.82 manat məbləğində faiz bоrcu və 106.75 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 6427,50 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 102 manat məbləğində mediasiya xərcinin tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar