Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-534/2024 03.05.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı “cavabdehlərdən müştərək qaydada 7553.93 manat məbləğində kredit bоrcu, 555.61 manat məbləğində faiz bоrcu, 182.43 manat məbləğində cərimə bоrcunun və ödənilmiş 102.98 manat məbləğində dövlət rüsumunun tutulması” tələbinə dair işə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: xx.xx.2022-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış 019A********** nömrəli kredit müqaviləsinə əsasən bank Cavabdeh3 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,5833 % olmaqla müəyyən olunmuş ödəniş planı üzrə qaytarmaq şərtilə 10000 manat məbləğində kredit vermiş, sonuncu isə krediti ona hesablanmış faizi ilə birlikdə ödəniş planına uyğun ödəniş planında razılaşdırılmış tarixlərdə baka qayatrmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.1.5-ci bəndinə əsasən bank kredit alan krediti və faizi banka vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,02 %-i məbləğində cərimə borcu hesablamaq hüququna malikdir. Bank hesablanmış cərimə borcunu öz mülahizəsinə uyğun olaraq kredit alanın bankda olan hesablarından birtərəli qaydada akseptsiz silir və ya həmin cərimə borcunun ödənilməsini kredit alandan tələb edir. Eyni zamanda xx.xx.2022-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 arasında borcalanın xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə həmin müqavilədən irəli gələn öhdəliklərin tam yerinə yetirilməsi barədə 019G**********01, 019G**********02 və 019G**********03 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh3 üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və onun 7553.93 manat kredit borcu qalmışdır. Bu hal iddiaçı tərəfindən təqdim edilmiş arayışla təsdiq olunur və həmin sənəddən göründüyü kimi borclu Cavabdeh3 xx.xx.2024-cü il tarixə borcu əsas borc üzrə 7553.93 manat, faiz bоrcu 555.61 manat məbləğində olmuşdur. Cavabdeh borcunu həmin vaxtdan sonra ödəmədiyindən borcun ödənilməsini 119 gün gecikdirmişdir. Bu səbəbdən iddiaçı müqavilənin 4.1.5-ci bəndinə əsasən Cavabdeh3 182.43 manat məbləğində cərimə bоrcu hesablamışdır. İddiaçı pretenziya məktubu ilə cavabdehlərdən borcun ödənilməsi tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onlara xəbərdarlıq etmiş, buna baxmayaraq borc ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən məhkəmə bildirişləri və sənədləri rəsmi qaydada xx.xx.2024-cü il tarixdə Cavabdeh2 elektron kabinetinə yerləşdirilmişdir. Digər cavabdehlər məhkəmə bildirişləri və sənədləri Cavabdeh3 xx.xx.2024-cü il tarixdə, Cavabdeh1 şəxsən və Cavabdeh4 digər qaydada xx.xx.2024-cü il tarixdə göndərilmişdir. Buna baxmayaraq cavabdehlər iddia tələbinə qarşı əsaslandırılmış etirazlarını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Kredit müqaviləsi, Zaminlik müqavilələri, Pretenziya, Hesabdan çıxarış, Maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 470.1, 472.1, 739.2). Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi xx.xx.2022-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış 019A********** nömrəli kredit müqaviləsinə əsasən bank Cavabdeh3 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,5833 % olmaqla müəyyən olunmuş ödəniş planı üzrə qaytarmaq şərtilə 10000 manat məbləğində kredit vermiş, sonuncu isə krediti ona hesablanmış faizi ilə birlikdə ödəniş planına uyğun ödəniş planında razılaşdırılmış tarixlərdə baka qayatrmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.1.5-ci bəndinə əsasən bank kredit alan krediti və faizi banka vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,02 %-i məbləğində cərimə borcu hesablamaq hüququna malikdir. Bank hesablanmış cərimə borcunu öz mülahizəsinə uyğun olaraq kredit alanın bankda olan hesablarından birtərəli qaydada akseptsiz silir və ya həmin cərimə borcunun ödənilməsini kredit alandan tələb edir. Cavabdeh3 üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və onun 7553.93 manat kredit borcu qalmışdır. Bu hal iddiaçı tərəfindən təqdim edilmiş arayışla təsdiq olunur və həmin sənəddən göründüyü kimi borclu Cavabdeh3 xx.xx.2024-cü il tarixə borcu əsas borc üzrə 7553.93 manat, faiz bоrcu 555.61 manat məbləğində olmuşdur. Cavabdeh borcunu həmin vaxtdan sonra ödəmədiyindən borcun ödənilməsini 119 gün gecikdirmişdir. Bu səbəbdən iddiaçı müqavilənin 4.1.5-ci bəndinə əsasən Cavabdeh3 182.43 manat məbləğində cərimə bоrcu hesablamışdır. Cavabdehlər iddia tələbinə hər hansı bir etirazı daxil olmadığından və tələbi mübahisələndirmədiyindən, eyni zamanda borc məbləğinin əsassız olması ilə bağlı arqumentlər müəyyən edilmədiyindən məhkəmə tərəfindən əlavə araşdırma aparılmamışdır. Göründüyü kimi cavabdeh borc məbləğini ödəmədiyindən ödənilməmiş 7553.93 manat krеdit bоrcu, 555.61 manat faiz bоrcu və 182.43 manat cərimə borcu qalmışdır. Zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıdığından və cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyindən 7553.93 manat krеdit bоrcu, 555.61 manat faiz bоrcu və 182.43 manat cərimə borcu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası Müki Məcəlləsinin 119-cu maddəsinə əsasən həll edilir. 112.1.10-cu maddəsinə əsasən bir neçə müstəqil tələbdən ibarət olan iddialarda iddianın qiyməti bütün tələblərin ümumi məbləği ilə müəyyən edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci və 8.2-ci maddələrinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 102.92 manat təşkil edir. Lakin iddiaçı tərəfindən 102.98 manat dövlət rüsumu ödənilmiş, iddiaçı həmin məbləği cavabdehlərdən tələb etsə də, iddianın qiymətinə uyğun hesablanmış 102.92 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli, qalan 0,06 manat iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada 7553.93 manat krеdit bоrcu, 555.61 manat faiz bоrcu, 182.43 manat cərimə borcu və 102.92 manat dövlət rüsumu tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-534/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-534/2024
03.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver