Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-536/2024 23.05.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “Cavabdeh 12000 manat borcun və 126 manat dövlət rüsumunun tutulması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçının iddiasına görə İddiaçı Qəbələ rayon Çığatelli kəndində qəssab olaraq işləmiş, sonra isə dana və quzu ətinin satışı ilə məşğul olmuşdur. Qəbələ şəhər sakini Cavabdeh da uzun müddətdir ki tanımışdır. Əvvəllər onlar arasında heç bir mülki və digər formada mübahisə olmamışdır. Cavabdeh restoran və kafe işlərinə baxmış, ondan isə kafe və restoran üçün dana və quzu əti almış, sonra isə pulunu vermişdir. Təxminən 5 il əvvəl Cavabdeh Qəbələ şəhərində "Sağlamlıq" deyilən kafeni işlədən zaman kafeyə dana və quzu əti ver, satıb pulunu verəcəyini demişdir. O da Vüqara hər dəfə verilmiş ətin pulunun bir hissəsini qayatrmış, qalan hissəsini isə sonra verəcəyini bildirmiş, hətta bir neçə dəfə cavabdeh iddiaçıdan nəğd olaraqda pul almışdır. İddiaçı cavabdehə 17000 manat dəyərində dana və quzu əti vermiş, sonuncu isə həmin pulu qaytaracığını bildirsə də, pulu verməmişdir. Cavabdeh borclu olduğu 17000 manat puldan 5000 manat pulu geri qaytarmış, 12000 manat pulu da qaytaracığını vəd etmiş, lakin hər dəfə müxtəlif bəhanələr gətirmişdir. Bundan sonra o, xx.xx.2023-cü il tarixdə Qəbələ RPŞ-nə ərizə ilə müraciət etmişdir. Qəbələ rayon polis şöbəsinin 23 dekabr 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərara əsasən cinayət işinin başlanması rədd edilmiş, iddiaçıya mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Bundan başqa iddiaçı cavabdehin barəsində 12000 manat borcun və 126 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı Qəbələ Rayon Məhkəməsinə müraciət etmiş, iş kommersiya məsələsi olduğundan məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmışdır. Buna görə də hal-hazırki iddia ilə hazırki məhkəməyə müraciət etmişdir. Eyni zamanda, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə Qəbələ RPŞ-nin qərarından görünür ki, cavabdeh qeyd edilən polis şöbəsində verdiyi izahatında borcunu etiraf edərək bildirmişdir ki, Qəbələ şəhərində qeydiyyatda olmasına baxmayaraq Bakı şəhəri Binəqədi rayonunda kirayə qalır. Orda restoranda adminstriator kimi işləyir. İddiaçını tanıdğını və əvvəllər aralarında hər hansısa münaqişə olmadığını bildirmişdir. 2015-2019-cu illər aralığında Qəbələ şəhərində "Sağlamlıq" adlı kafeni işlədən zaman kafeyə dana və quzu əti aldığını, sonra isə pulunu verdiyini, lakin 2018-2019-cu il tarixdə aldığı dana və quzu ətinin pulunu verə bilmədiyinə görə 17000 manat borclu qaldığını və borcundan 5000 mant ödədyini bildirmişdir. Maddi imkanı olmadığına görə qalan 12000 manatı qaytara bilmədiyini, maddi imkanı olan kimi iddiaçıya olan 12000 manat borcunu qaytaracağını bildirmişdir. Göründüyü kimi cavabdeh ona olan borcunu həmin dövr üçün də qəbul etmişdir. İddiaçı öhdəliyini yerinə yetirsə də, cavabdeh öhdəliyini lazımınca yerinə yetirmədiyindən ödənilməmiş 12000 manat borcu qalmışdır. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək hazırki tələb üzrə iddiaçıya 1200 manat borcu olduğunu bildirmişdir. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, iş üzrə Cavabdeh onun etibarından sui-istifadə edərək pulunu sonradan vermək şərti ilə ondan dana və quzu əti almışdır. Lakin cavabdeh ondan aldığı dana və quzu ətinin dəyəri kimi ödənilməli olan 12000 manatı ona qaytarmamışdır. Cavabdeh həmin borcunu yaxın müddət ərzində qaytaracağına söz versə də, o, bu günədək borcu qaytarmamışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, iddiaçının nümayəndəsi elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək işə iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmiş, cavabdeh bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: pretenziya, cinayət işinin başlanmasının rədd edilməsi barədə Qəbələ RPŞ-nin qərarının surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İlk növbədə məhkəmə onu qeyd edir ki, hazırkı iş üzrə tərəflər arasında yazılı müqavilə mövcud olmasa da tərəflər arasında alqı-satqı müqaviləsindən əmələ gələn hüquq münasibətlərinin mövcud olduğu müəyyən edilir. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 406.1, 329.2, 567, 385.1, 386.1, 389.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 600-cu maddəsinin 1-ci və 3-cü bəndləri). Hazırki işin məhkəmə tərəfindən araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında şifahi nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı 2015-ci ildən başlayaraq müxtəlif vaxtlarda cavabdehə nisyə olaraq dana və quzu əti satmış və sonuncu tərəfindən həmin ət məhsullarının dəyəri qismən ödənilmişdir. İddiaçının ərizəsində qeyd etdiyi kimi cavabdeh restoran və kafe işlərinə baxmış, ondan isə kafe və restoran üçün dana və quzu əti almış, sonra isə pulunu vermişdir. Təxminən 5 il əvvəl Cavabdeh Qəbələ şəhərində "Sağlamlıq" deyilən kafeni işlədən zaman kafeyə dana və quzu əti almış, verilmiş ətin pulunun bir hissəsini qaytarmış, qalan hissəsini isə sonra verəcəyini bildirmişdir. 17000 manat dəyərində dana və quzu əti aldıqdan sonra cavabdeh pulu qaytaracığını bildirsə də, borclu olduğu 17000 manat puldan 5000 manat pulu geri qaytarmış, 12000 manat pulu da qaytaracığını vəd vermiş, lakin bugünədək ödəməmişdir. Sonuncu 5000 manat ödənişdən sonra cavabdehin ona 12000 manat borcu qalmışdır. Eyni zamanda iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə Qəbələ RPŞ-nin qərarından görünür ki, cavabdeh qeyd edilən polis şöbəsində verdiyi izahatında borcunu etiraf edərək bildirmişdir ki, Qəbələ şəhərində qeydiyyatda olmasına baxmayaraq Bakı şəhəri Binəqədi rayonunda kirayə qalır. Orda restoranda adminstriator kimi işləyir. İddiaçının tanıdğını və əvvəllər aralarında hər hansısa münaqişə olmadığını bildirmişdir. 2015-2019-cu illər aralığında Qəbələ şəhərində "Sağlamlıq" adlı kafeni işlədən zaman kafeyə dana və quzu əti aldığını, sonra isə pulnu verdiyini, lakin 2018-2019-cu il tarixdə aldığı dana və quzu ətinin pulunu verə bilmədiyinə görə 17000 manat borclu qaldığını və borcundan 5000 mant ödədyini bildirmişdir. Maddi imkanı olmadığına görə qalan 12000 manatı qaytara bilmədiyini, maddi imkanı olan kimi iddiaçıya olan 12000 manat borcunu qaytaracağını bildirmişdir. Göründüyü kimi cavabdeh ona olan borcunu həmin dövr üçün də qəbul etmişdir. İddiaçı malların təhvil verilməsini və cavabdeh tərəfindən qəbulunun sübutu qismində cinayət işinin başlanmasının rədd edilməsi barədə Qəbələ RPŞ-nin qərarının surətini məhkəməyə təqdim etmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək hazırki tələb üzrə iddiaçıya 1200 manat borcu olduğunu bildirmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək iddiaçıya olan 12000 manat borcunu etiraf etdiyindən, eləcə də, yuxarıda qeyd edilən polis şöbəsinin qərarının surətindən də məlum olduğu kimi cavabdeh 12000 manat pulu cavabdehə borclu qaldığını etiraf etdiyindən məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır və bu səbəbdən 12000 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, cavabdeh borcun mövcudluğunu etiraf etdiyindən iddia tam təmin olunaraq 12000 manat pul və 126 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM):
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. İddiaçı 126 manat dövlət rüsumunu ödədiyindən və həmin məbləği cavabdehdən tələb etdiyindən və iddia təmin edildiyindən 126 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 12000 manat borc və 126 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Mübariz Hüseynov