Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-54/2023 02.03.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “xx.xx.2020-ci il tarixli 021R********** nömrəli kredit razılaşmasının ləğv edilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 021R********** nömrəli kredit razılaşması üzrə 20251,17 manat məbləğində kredit borcu, 2917,76 manat məbləğində faiz borcu və 5453,32 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 28622,25 manat məbləğində borcun və 200 manat məbləğində mediasiya xərcinin tutulması, tələbin 99SB223 qeydiyyat nişanlı, Ford Transit tourneo yük markalı nəqliyyat vasitəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və cəmi 28622,25 manat borcun, ödənilmiş 200 manat mediasiya xərcinin əmlakın satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutulması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “xx.xx.2020-ci il tarixli 021R********** nömrəli kredit razılaşmasının ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 021R********** nömrəli kredit razılaşması üzrə 20251,17 manat məbləğində kredit borcu, 2917,76 manat məbləğində faiz borcu və 5453,32 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 28622,25 manat məbləğində borcun və 200 manat məbləğində mediasiya xərcinin tutulması, tələbin 99SB223 qeydiyyat nişanlı, Ford Transit tourneo yük markalı nəqliyyat vasitəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və cəmi 28622,25 manat borcun, ödənilmiş 200 manat mediasiya xərcinin əmlakın satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, o, ona məxsus “Ford” markalı avtomobil vasitəsi ilə işləyib pul qazanırdı. İndi isə “Ford” markalı avtomobil xarab olub ona görə işləyə bilmir. İddiaçıya güzəşt edilməsi ilə bağlı müraciət etmişdir ki, pulu hissə-hissə ödəsin, pul zaminlərdən tutulmasın. Lakin Bankın nümayəndələri bununla razılaşmamışlar. Borcunu hissə-hissə ödəyə biləcəyini bildirdi, cərimənin isə ləğv edilməsini xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında nümayəndəsinin, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 isə özlərinin və ya nümayəndələrinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxmışdır. Tərəflər arasında xx.xx.2018-ci il tarixli, 021L**********95 nömrəli Uzunmüddətli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 300 000 manat məbləğində uzunmüddətli kredit xəttini açır. Uzunmüddətli kredit xətti bu müqavilə üzrə və onun qüvvədə olduğu müddətdə istənilən ana kredit alanın bank qarşısında faizlər nəzərə alınmadan maksimum borclanma həddidir. Müqavilənin 1.2-ci bəndinə əsasən kreditlər tərəflər arasında “Bank qarantiyası verilməsi haqqında müqavilə”, “Akkreditiv açılması üçün razılaşma” və “Bank hesabının kreditləşməsi barədə razılaşma” formasında bağlanacaq ayrıca razılaşmalar (Kredit razılaşmaları) əsasında veriləcək. Bu müqavilə bankın kredit vermək vədini ifadə etmir. 1.3-cü bəndinə əsasən bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 120 ay, xx.xx.2028-ci il tarixdən gec olmayaraq verilməlidir. 1.4-cü bəndinə əsasən verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtlərin hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Kredit razılaşması ilə müəyyən edilir. Uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixli 021R********** nömrəli kredit razılaşmasına əsasən bank tərəfindən cavabdehə fərdi kredit olaraq 30 ay müddətinə aylıq 1,9167 faiz dərəcəsi ilə 35000 manat məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinə əlavə hesab olunan ödəniş planından isə görünür ki, cavabdeh kredit vəsaitini hər ay 1557 manat, sonuncu ay isə 1574,21 manat olmaqla annuitet qaydada ödəməyi öhdəsinə götürmüşdür. Kredit razılaşmasının 4.2.2-ci bəndinin tələbinə görə, Kreditalan ödəniş planı üzrə krediti və ona hesablanmış faizləri vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli köçürmə sənədindən görünür ki, 35000 manat vəsait bank tərəfindən cavabdehin AZ11ACAB******************** nömrəli hesabına köçürülmüşdür. xx.xx.2018-ci il tarixli 021S**********01 nömrəli (zamin Cavabdeh3) və **********92301 nömrəli (zamin Cavabdeh4) zaminlik müqavilələrindən görünür ki, həmin müqavilələr bankla borclu – Cavabdeh2 arasında bağlanmış 120 ay müddətinə 300 000 manat məbləğində kredit xətti açılması barədə xx.xx.2018-ci il tarixli, 021L**********95 nömrəli Uzunmüddətli kredit müqaviləsi və həmin müqavilənin ayrılmaz hissəsi olan “Kredit razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə” və “Bank hesabının kreditləşməsi barədə razılaşma” formasında bağlanan (gələcəkdə bağlanacaq) ayrıca razılaşmalar (Kredit razılaşmaları) üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən, borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımasını bəyan etmişdir. xx.xx.2019-cu il tarixdə bağlanmış 021M**********01 nömrəli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 məxsus Ford Transit torneo 99SB223 markalı nəqliyyat vasitəsinin dəyəri (tərəflərin qarşılıqlı razılığı ilə) 11000 (on bir min) manat qiymətləndirilməklə ipoteka qoyulmuş, həmin müqavilə bankla borclu – Cavabdeh2 arasında bağlanmış 120 ay müddətinə 300 000 manat məbləğində kredit xətti açılması barədə xx.xx.2018-ci il tarixli, 021L**********95 nömrəli Uzunmüddətli kredit müqaviləsi və həmin müqavilənin ayrılmaz hissəsi olan “Kredit razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə” və “Bank hesabının kreditləşməsi barədə razılaşma” formasında bağlanan (gələcəkdə bağlanacaq) ayrıca razılaşmalar (Kredit razılaşmaları) üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. X1 xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinin qeydiyyata alınması ilə bağlı daşınar əmlakın rəsmi reyesrindən 136303 nömrəli çıxarışdan müəyyən edilir ki, Ford Transit torneo 99SB223 markalı nəqliyyat vasitəsi Cavabdeh2 məxsus olmaqla ipoteka müqaviləsi üzrə yüklülüyü qeydiyyata alınmışdır. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli ƏEM/48-861/22 nömrəli fərdi yaşayış evinin qiymətləndirilməsi barədə təqdim edilmiş mütəxəssis rəyinə əsasən ipoteka predmeti olan Cavabdeh2 məxsus Ford Transit torneo 99SB223 markalı nəqliyyat vasitəsinin likvid dəyəri 19 000 manat müəyyən edilmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara kredit müqaviləsi, ipoteka müqaviləsi, bildiriş, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, dövlət rüsumunun ödənilməsi barədə sənəd və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə Cavabdeh2 izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 449.1, 470.1, 472.1, 739.2). İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixli 021R********** nömrəli kredit razılaşmasına əsasən bank tərəfindən cavabdehə fərdi kredit olaraq 30 ay müddətinə aylıq 1,9167 faiz dərəcəsi ilə 35000 manat məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinə əlavə hesab olunan ödəniş planından isə görünür ki, cavabdeh kredit vəsaitini hər ay 1557 manat, sonuncu ay isə 1574,21 manat olmaqla annuitet qaydada ödəməyi öhdəsinə götürmüşdür. Kredit razılaşmasının 4.2.2-ci bəndinin tələbinə görə, Kreditalan ödəniş planı üzrə krediti və ona hesablanmış faizləri vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür.xx.xx.2020-ci il tarixli köçürmə sənədindən görünür ki, 35000 manat vəsait bank tərəfindən cavabdehin AZ11ACAB******************** nömrəli hesabına köçürülmüşdür. xx.xx.2018-ci il tarixli 021S**********01 nömrəli (zamin Cavabdeh3) və **********92301 nömrəli (zamin Cavabdeh4) zaminlik müqavilələrindən görünür ki, həmin müqavilələr bankla borclu – Cavabdeh2 arasında bağlanmış 120 ay müddətinə 300 000 manat məbləğində kredit xətti açılması barədə xx.xx.2018-ci il tarixli, 021L**********95 nömrəli Uzunmüddətli kredit müqaviləsi və həmin müqavilənin ayrılmaz hissəsi olan “Kredit razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə” və “Bank hesabının kreditləşməsi barədə razılaşma” formasında bağlanan (gələcəkdə bağlanacaq) ayrıca razılaşmalar (Kredit razılaşmaları) üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən, borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımasını bəyan etmişdir. Zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən, borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminlər bank qarşısında tam məsuliyyəti öz üzərlərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımasını bəyan etmişlər. xx.xx.2019-cu il tarixdə bağlanmış 021M**********01 nömrəli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 məxsus Ford Transit torneo 99SB223 markalı nəqliyyat vasitəsi dəyəri (tərəflərin qarşılıqlı razılığı ilə) 11000 (on bir min) manat qiymətləndirilməklə ipoteka qoyulmuşdur. İddiaçının “xx.xx.2020-ci il tarixli 021R********** nömrəli kredit razılaşmasının ləğv edilməsi” hissəsinə münasibətdə qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinə əsasən kredit alan borcu ödəniş planına uyğun qaytara bilmədikdə bankın kredit müqaviləsinə xitam vermək və borcu faizlərlə birlikdə qaytarmağı tələb etmək hüququna malikdir. Bu səbəbdən məhkəmənin qənaəti belədir ki, tərəflər arasına kredit razılaşmasının ləğv edilməsini iddiaçı tələb edə bilər. İddia tələbinin borcun tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tələbində cavabdehlərdən 20251,17 manat məbləğində kredit borcu, 2917,76 manat məbləğində faiz borcu və 5453,32 manat cərimə borcunun ödənilməsini tələb edir. Məhkəmənin müvafiq əsas və faiz borcuna münasibətdə qeyd edir ki, kredit götürən şəxs Cavabdeh2 həm əsas, həm də faiz borcu ilə razı olduğunu bildirdiyindən, həmin borcun əsassızlığı ilə bağlı əks arqument mövcud olmadığından və məhkəmə borcun qeyd edilən məbləğdən az olması ilə bağlı hər hansı bir fakt olmadığından iddia tələbinin həmin hissədə əsaslı olması qənaətindədir. Müqavilə üzrə hesablanmış cərimə borclarına münasibətdə məhkəmə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər arasında bağlanmış kredit razılaşmasının 4.2.2-ci bəndinin tələbinə görə, kreditalan ödəniş planı üzrə krediti və ona hesablanmış faizləri vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Odur ki, tərəflərin davranışı, iddiaçının vaxtında tələbi irəli sürməməsi, bununla da cərimə borcunun artmasına şərait yaradılması, eyni zamanda cavabdehin müqavilə müddəti ərzində öhdəlikləri lazımi qaydada icra etməməsi, eyni zamanda kredit borcunun ödəniş müddətinin pandemiya dövrünə təsadüf etməsi həmçinin tərəflərin əmlak mənafeləri nəzərə alınaraq cavabdehdən 300 manat cərimə borcunun tutulması qanuni, əsaslı, ədalətli və ağılabatandır. Bundan başqa, məhkəmə iddia tələbinin “tutmanın Cavabdeh2 məxsus 99SB223 qeydiyyat nişanlı, Ford Transit tourneo yük markalı nəqliyyat vasitəsinə və əmlakın açıq hərracda satılması” hissəsinə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddiaçıya borcu yaranmışdır və bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsini və əmlakın hərracdan satışından əldə olunan vəsaitin borcun ödənimləsinə yönəldilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Bundan başqa, ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, işin məhkəmə araşdırması zamanı "xxxx" MMC tərəfindən təqdim edilmiş nəqliyyat vasitəsinin qiymətləndirilməsi barədə mütəxəssis rəyinə əsasən ipoteka predmeti olan Cavabdeh2 məxsus 99SB223 qeydiyyat nişanlı, Ford Transit tourneo yük markalı nəqliyyat vasitəsinin likvid dəyəri 19 000 manat müəyyən edilmişdir. İddia tələbinin satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə kifayət etməməsi halına dair qanunvericiliyin tənzimləməsi mövcuddur ki, hazırkı qətnamə ilə borc məbləğinin tutulması, qətnamənin sonrakı icrası ipoteka predmetinin hansı qiymətə satışından asılı olduğundan, bunlar isə icra mərhələsində həll edilməli məsələ olduğundan və məhkəmə qətnaməsi özündə mübahisə edilən hüquq münasibətləri ilə bağlı ehtimallara deyil, mövcud vəziyyətə əsaslanmalı olduğundan məhkəmə hesab edir ki, iddia qiymət verilən hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən və iddia üzrə dövlət rüsumu 175,87 manat olduğundan, dövlət rüsumu tərəflər arasında bölüşdürülməli, 31,66 manat hissəsi iddiaçıya, 144,21 manat hissəsi cavabdehə aid edilməlidir. İddia tələbi qismən təmin edilsə də , əsas və faiz borcları hissəsində tam təmin edildiyindən cavabdehdən 200 manat mediasiya xərci tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. İpoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olaraq təqdim edilən 100 manat xərcin 50 manatı İddiaçı QSC-dən və 50 manatı Cavabdeh2 tutularaq "xxxx" MMC-nin "xxxx" ASC-də bank hesabına (h/h – AZ30GUNA4006 **********000000, m/h – AZ25NABZ**********000004 7944, kod – 505594, swift – GUNAAZ22) ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 021R********** nömrəli kredit razılaşması ləğv edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 xx.xx.2020-ci il tarixli 021R********** nömrəli kredit razılaşması üzrə 20251,17 manat məbləğində kredit borcu, 2917,76 manat məbləğində faiz borcu, 300 manat cərimə borcu, 200 manat mediasiya xərci tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Borc məbləği Cavabdeh2 məxsus 99SB223 qeydiyyat nişanlı, Ford Transit tourneo yük markalı nəqliyyat vasitəsinə yönəldilsin. Həmin avtomobilin likvid dəyəri 19 000 manat müəyyən edilsin və həmin əmlak açıq hərrac vasitəsi ilə satılsın. Satışdan əldə edilmiş vəsait Cavabdeh2 İddiaçı QSC-yə olan borcunun ödənilməsinə yönəldilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilməmiş 175,87 manat dövlət rüsumu nun 31,66 manat hissəsi iddiaçıdan, 144,21 manat hissəsi isə Cavabdeh2 tutularaq dövlət büdcəsinə ödənilsin. İpoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan və məhkəmə tərəfindən azaldılan 100 manat pulun 50 manatı İddiaçı QSC-dən və 50 manatı Cavabdeh2 tutularaq "xxxx" MMC-nin "xxxx" ASC-də bank hesabına (h/h – AZ30GUNA4006 **********000000, m/h – AZ25NABZ013501 **********7944, kod – 505594, swift – GUNAAZ22) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-54/2023
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-54/2023
02.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver