Məhkəmə qərarları › İş №e-2-2(117)-544/2025

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-544/2025

14.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-544/2025 14.08.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsünova Günel Namizət qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Cavabdeh5 müştərək qaydada 25118.96 manat məbləğində əsas kredit borcunun, 1392.31 manat məbləğində faiz, 80.64 manat məbləğində cərimə borcunun,cəmi 26591.91 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 169.78 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Cavabdeh5 müştərək qaydada 25118.96 manat məbləğində əsas kredit borcunun, 1392.31 manat məbləğində faiz, 80.64 manat məbləğində cərimə borcunun,cəmi 26591.91 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 169.78 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının ərizəsini araşdırıb hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Hazırkı iş üzrə iddiaçı iddia ərizəsinin baxılmadan qaytarılması barədə ərizə ilə məhkəməyə müraciət etdiyindən və cavabdehlərin məhkəmə iclasında iştirak etməməsini onların işə mahiyyəti üzrə baxılmasını tələb etməməsi kimi qəbul edildiyindən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırkı işə baxılması ilə əlaqədar xx.xx.2025ci il tarixdə **********20 nömrəli qəbzlə X1 və ya Asanpay vasitəsilə məhkəmənin hesabına ödənilmiş 169.78 manat dövlət rüsumu geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279, 263-264, 266 -268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Cavabdeh5 müştərək qaydada 25118.96 manat məbləğində əsas kredit borcunun, 1392.31 manat məbləğində faiz, 80.64 manat məbləğində cərimə borcunun,cəmi 26591.91 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 169.78 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən X1nda və ya AsanPay vasitəsilə xx.xx.2025-ci il tarixdə **********20 nömrəli qəbzlə ödənilmiş 169.78 manat dövlət rüsumu özünə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar