Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-549/2025 28.04.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Cavabdeh MMC-yə qarşı “cavabdeh tərəfindən icarə müqaviləsinin birtərəfli qaydada ləğv edilməsi barədə qərarın ləğv edilməsi, icarə müqaviləsinin qüvvədə saxlanılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi” tələbinə dair işə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı “cavabdeh tərəfindən icarə müqaviləsinin birtərəfli qaydada ləğv edilməsi barədə qərarın ləğv edilməsi, icarə müqaviləsinin qüvvədə saxlanılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırkı iş üzrə mübahisə predmetinin əsasını təşkil edən xx.xx.2024-cü il tarixli 03/01 nömrəli İcarə müqaviləsi "xxxx" MMC ilə Cavabdeh MMC arasında bağlanmışdır. İddia tələbinin əsasını isə həmin müqavilənin birtərəfli qaydada ləğvinin etibarsız hesab edilməsi və qüvvədə saxlanması təşkil edir. Lakin göründüyü kimi iddia ərizəsi "xxxx" MMC tərəfindən deyil, həmin hüquqi şəxsin direktoru İddiaçı tərəfindən verilmiş və həmin şəxs iddiaçı qismində işə əlavə edilmişdir. İlk öncə məhkəmə onu qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 149.2-ci maddəsinə əsasən, iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları, iddiaçının və ya iddiaçınin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumat və ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilir. MPM-in 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Nəticədə məhkəmə hesab edir ki, iddia tələbi irəli sürən şəxs və iddia tələbi ilə hüquqlarının pozulduğu iddia edilən şəxs ayrı-ayrı şəxslər olduğundan iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qanunvericiliyin tələbinə uyğun olaraq geri qaytarılmalıdır. Məhkəmə iddiaçı tərəfindən Hökumət ödəniş portalında və ya AsanPay vasitəsilə xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun geri qaytarılmasına münasibətdə bildirir ki, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(117)-454/2025 nömrəli məhkəmə aktı ilə həmin dövlət rüsumu geri qaytarılmışdır. Hazırkı ərizədə qeyd edilən rüsumdan istifadə etdiyindən ödənilmiş həmin rüsum da qaytarılmalıdır. Məhkəmə tərəfindən iddiaçının diqqətinə çatdırılır ki, iddiaçı olaraq "xxxx" MMC tərəfindən qanunvericiliyin tələblərinə riayət edilməklə ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edilə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh MMC-yə qarşı “cavabdeh tərəfindən icarə müqaviləsinin birtərəfli qaydada ləğv edilməsi barədə qərarın ləğv edilməsi, icarə müqaviləsinin qüvvədə saxlanılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi” barədə iddia ərizəsi geri qaytarılsın. AsanPay vasitəsilə xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov.
Məhkəmə qərarları › İş №e-2-2(117)-549/2025
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-549/2025
28.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver