Məhkəmə qərarları › İş №e-2-2(117)-551/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-551/2024

30.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-551/2024 30.04.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “2962,84 manat əsas borc məbləği, gecikdirilmiş dövr üçün 12 manat, hüquqi xidmətin göstərilməsinə görə 300 manat xərc və 53 manat məhkəməyə ödənilən dövlət rüsumunun cavabdehdən tutulması” tələbinə dair işə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı QSC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə, 0078 nömrəli diler müqaviləsinə əsasən distribütor tərəflər arasında razılaşdırılmış satış şərtlərinə əsasən dilerə özünə məxsus olan malları təklif edir, sonuncu isə öz növbəsində tərəflərin bu müqaviləyə və onun tərkib hissəsi olan digər sənədlərə əsasən bu malların satışını həyata keçirir. 3.1-ci bəndinə əsasən bu müqavilə tərəflərin imza və möhürləri ilə təsdiq olunduğu gündən qüvvəyə minir və 1 il müddətinə qüvvədədir. Tərəflər arasında xx.xx.2024-cü il tarixli tərtib olunmuş üzləşdirmə aktında 3262,84 manat borcun olduğu göstərilmiş və həmin akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Üzləşmə aktında Çinar nişan adı altında vurulmuş möhürdə Cavabdeh adı və VÖEN-i əks olunmuşdur ki, göründüyü kimi həmin möhür cavabdehə məxsus olmaqla sonuncu Çinar adlı nişan vasitəsilə sahibkarlıq fəaliyyətini həyata keçirir. İddiaçının təqdim etdiyi maliyyə arayışına əsasən üzləşmə aktından sonrakı dövrdə cavabdeh tərəfindən edilən ödənişlərdən sonra qalıq borcu 2962,84 manat olmuşdur. İddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh öhdəliyini lazımınca icra etməmiş və nəticədə ödənilməmiş 2962,84 manat borcu qalmışdır və borcun ödənilməsini gecikdirdiyinə görə cavabdehə 12 manat gecikdirilmiş dövr üçün pul hesablanmışdır. Borcun ödənilməsi ilə bağlı cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş və iddiasını onunla əsaslandırmışdır ki, xx.xx.2018-ci il tarixində, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında, istribütora məxsus malların Diler tərəfindən satışını həyata keçirən və satış şərtlərini əks etdirən №0078 saylı diler müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən Distribütor tərəflər arasında razılaşdırılmış satış şərtlərinə əsasən Dilerə, özünə məxsus olan malları təklif edir. Bunun əsasında, Diler tərəfindən rəflərin müqaviləyə və Distribütora məxsus olan malların satışını, realizə olunmasını tənzimləyən digər sənədlərdə razılaşdırdıqları şərtlərə uyğun olaraq həmin mallar zrə satış həyata keçirilir. Satılan malın miqdarı, qiymətimalın üzərində təqdim olunan qaimələrdə özəksini tapmışdır. X2 aldığı mala görə borcu yaranmışdır. Belə ki, xx.xx.2024-cü il tarixdə tərəflər arasında imzalanmış üzləşdirmə aktının əzmunundan görünür ki, xx.xx.2024-cü il tarixinə Cavabdeh İddiaçı QSC-ə borcu 3262.84 manat (üç min doqquz yüz altmış iki manat səksən örd qəpik) manat təşkiledir. Həmçinin aktın məzmunundan aydın olur ki, diler yaranmış borcu İddiaçı QSC-nin ilk yazılı tələbi ilə geri qaytarmalıdır. xx.xx.2024-cü il rixli №271 saylımaliyyə arayışına əsasən Cavabdeh tərəfindən edilən ödənişlərdən sonra xx.xx.2024-cü il tarixinə olan borcu 2962,84 manat təşkiledir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada məhkəmə bildirişi və sənədləri xx.xx.2024-cü il tarixdə sonuncunun elektron kabinetinə yerləşdirilməsinə baxmayaraq cavabdeh iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara, tərəflər arasında bağlanmış müqavilə, üzləşmə aktı, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər aralarında bağlanmış xx.xx.2018-ci il tarixdə, 0078 nömrəli diler müqaviləsi üzrə üzərlərinə satış xidməti göstərilməsi ilə bağlı öhdəlik götürmüşdür. Həmin müqavilə üzrə iddiaçı öhdəliyini yerinə yetirərək özünə məxsus malların satışını təmin etməsi məqsədilə həmin malları cavabdehə vermiş, cavabdeh isə qeyd edilən malların dəyərini qismən ödədiyindən ödənilməmiş 2962,84 manat borcu qalmışdır. Belə ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli tərtib olunmuş üzləşdirmə aktında 3262,84 manat borcun olduğu göstərilmiş və həmin akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Bundan sonra cavabdeh tərəfindən ödənişlər edildiyindən borcun məbləği 2962,84 manat təşkil etmişdir. Bu hal xx.xx.2024-cü il tarixli maliyyə arayışı ilə tədiq olunur. İddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh öhdəliyini lazımınca icra etməmiş və nəticədə ödənilməmiş 2962,84 manat borcu qalmışdır və borcun ödənilməsini gecikdirdiyinə görə cavabdehə 12 manat gecikdirilmiş dövr üçün pul hesablanmışdır ki, cavabdeh iddia tələbinə münasibət bildirməmiş və ödənişlə bağlı hər hansı bir sübutu məhəməyə təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə ilə nəzərdə tutulmuş öhdəliyini lazımınca yerinə yetirmədiyindən 2962,84 manat borc və gecikdirilmiş dövr üçün 12 manat pul qalmışdır və həmin borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa məhkəmə iddia tələbinin hüquqi yardımla bağlı ödənilmiş 300 manat pulun cavabdehdən tutularaq ödənilməsi hissəsinə münasibətdə onu qeyd edir ki, tələb bu hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Vəkillər X1 28 iyun 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş Hüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi barədə Qaydalara əsasən bu Qaydalar vəkilə müştəri tərəfindən ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi ilə bağlı məsələləri tənzimləyir. Bu Qaydaların məqsədi vəkillərin maliyyə hesabatlılığının şəffaflaşdırılması yolu ilə vəkillik fəaliyyətinin səmərəli təşkilindən ibarətdir. Məhkəmə iddiaçının vəkillə müqavilə bağlamasını, işə sadələşdirilmiş icraat qaydasında baxılmasını, vəkilin işin məhkəməyə hazırlanması ilə bağlı xərclərini, əməyini və ödənilməli olan məbləğin ağlabatanlığını, nəzərə alaraq hesab edir ki, tələb olunduğu kimi 300 manat deyil, 100 manat pul məhkəməyə müraciət edilməsi ilə bağlı vəkilə ödənilmiş pul vəsaiti qismində çəkilən xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 49,75 manat olmalıdır ki, iddia tələbi təmin edildiyindən 49,75 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Lakin iddiaçı tərəfindən 53 manat dövlət rüsumu ödənilmişdir ki, iddianın qiymətinə uyğun hesablanmış 49,75 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Artıq ödənilmiş 3,25 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2962,84 manat borc, gecikdirilmiş dövr üçün 12 manat pul vəsaiti, 100 manat hüquqi xidmətin göstərilməsinə görə xərc və 49,75 manat dövlət rüsumu tutularaq İddiaçı QSC-yə ödənilsin. Artıq ödənilmiş 3,25 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar