Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-559/2024 15.05.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “kredit razılaşması üzrə 7148.69 manat məbləğində kredit borcu, 1174.31 manat məbləğində faiz borcu və 403.53 manat cərimə borcu olmaqla, cəmi 8468.65 manat məbləğində borcun, ödənilmiş 100 manat mediasiya xərcinin və 104.69 manat dövlət rüsumunun tutulması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “kredit razılaşması üzrə 7148.69 manat məbləğində kredit borcu, 1174.31 manat məbləğində faiz borcu və 403.53 manat cərimə borcu olmaqla, cəmi 8468.65 manat məbləğində borcun, ödənilmiş 100 manat mediasiya xərcinin və 104.69 manat dövlət rüsumunun tutulması” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 001L**********59 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən, cavabdehə 120 ay müddətinə 200000 manat məbləğində kredit xətti açılmışdır. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh2 arasında uzunmüddətli kredit müqaviləsi üzrə bağlanmış xx.xx.2021-ci il tarixli 001R********** saylı kredit razılaşmasına əsasən, cavabdehə 1.6667% aylıq faiz dərəcəsi ilə 36 ay müddətinə 16500 manat məbləğində kredit hissə-hissə ödəmək şərti ilə verilmişdir. Həmin razılaşmaların 1.2-ci bəndinə əsasən kredit alan bu razılaşmanın ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına uyğun olaraq krediti və faizi banka qaytarmağı öz öhdəsinə götürür. Kredit razılaşmalarının 4.1.1-ci bəndinin tələbinə görə kredit müqaviləsi imzalandıqdan sonra 30 gün ərzində kredit alan krediti hesabından çıxarmazsa, bank kredit alana kredit verməkdən imtina etmək və ondan bu kredit müqaviləsinin 1.1-ci bəndində göstərilmiş illik faiz dərəcəsinin 1/12 hissəsinə bərabər məbləğdə cərimə faizi hesablayıb tələb etmək hüququna malikdir. Kredit razılaşmalarının 4.2.2-ci bəndinin tələbinə görə kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 001R********** saylı kredit razılaşmasına aid ödəniş planından görünür ki, Cavabdeh2 hər ay 616.00 manat, sonuncu ay isə 619.46 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür. Bundan başqa Cavabdeh2 ilə iddiaçı arasında imzalanmış xx.xx.2022-ci il tarixli sazişə əsasən müqaviləyə və ödəniş planına dəyişiklik olunmuşdur. Həmin dəyişikliyə əsasən xx.xx.2022-ci il tarixli yeni ödəniş planı imzalanmış və yeni ödəniş planına əsasən Cavabdeh2 24 ay ərzində, hər ay 620.00 manat, sonuncu ay isə 618.38 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan ödəniş sənədlərindən görünür ki, Cavabdeh2 **********815914 nömrəli hesabına 16500 manat məbləğində pul köçürülmüşdür. Həmçinin cavabdeh kredit razılaşması üzrə 9351.31 manat ödəniş etmiş və onun ödənilməmiş borcu qalmışdır. xx.xx.2019-cu il tarixli 001S**********03 nömrəli (zamin Cavabdeh3) zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə bankla borclu – Cavabdeh2 arasında uzunmüddətli kredit müqaviləsi, “Bank qarantiyası verilməsi haqqında müqavilə”, “Akkreditiv açılması üçün razılaşma” (gələcəkdə bağlanacaq) və “Bank hesabının kreditləşməsi barədə razılaşma” formasında ayrıca razılaşmalar (Kredit razılaşmaları) üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. xx.xx.2022-ci il tarixli 001S**********01 nömrəli (zamin Cavabdeh1) zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə bankla borclu – Cavabdeh2 arasında uzunmüddətli kredit müqaviləsi, “Bank qarantiyası verilməsi haqqında müqavilə”, “Akkreditiv açılması üçün razılaşma” (gələcəkdə bağlanacaq) və “Bank hesabının kreditləşməsi barədə razılaşma” formasında ayrıca razılaşmalar (Kredit razılaşmaları) üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən, borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımasını bəyan etmişdir. Həmin Müqavilələrnin 4.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı andan qüvvəyə minir və uzunmüddətli kredit müqaviləsinin müddəti bitdikdən sonra 3 (üç) il müddətinə qüvvədədir. Cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə onların ödənilməmiş borcları qalmışdır. Həmçinin iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin həmin tarixə xx.xx.2021-ci il tarixli razılaşma üzrə 7148.69 manat əsas borcu, 916.43 manat faiz borcu və 287 gün gücikdirmə üçün hesablanmış 403.53 manat cərimə borcu olmaqla ümumilikdə 8468.65 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 284-5.1-ci maddəsinə əsasən rəsmi qaydada bildiriş Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 təqdim olunmasına baxmayaraq, qeyd edilən cavabdehlərə bildirişin çatdırılması həmin bildirişlərdə qeyd edilmiş “evdə yoxdur”, “bu ünvanda yaşamır” səbəblər üzündən çatdırılması mümkün olmamış, bildirişlər müvafiq olaraq Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinə və Yevlax şəhər icra hakimiyyətinə qeyd edilən cavabdehlərə çatdırılması üçün xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə göndərilmişmiş, həmin tarixlərdə elektron poçt vasitəsilə qəbul edilmişdir. MPM-in: 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. 135.4. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
147. Cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Qeyd edilən cavabdehlər iddia tələbinə qarşı əsaslandırılmış etirazlarını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135, 147 və 284- 5.3-cü maddələrinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara uzunmüddətli kredit müqaviləsi, kredit razılaşmaları, zaminlik müqaviləsi, ödəniş planı, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.
Əsaslandırma hissəsi:
Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 001L**********59 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən, cavabdehə 120 ay müddətinə 200000 manat məbləğində kredit xətti açılmışdır. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh2 arasında uzunmüddətli kredit müqaviləsi üzrə bağlanmış xx.xx.2021-ci il tarixli 001R********** saylı kredit razılaşmasına əsasən, cavabdehə 1.6667% aylıq faiz dərəcəsi ilə 36 ay müddətinə 16500 manat məbləğində kredit hissə-hissə ödəmək şərti ilə verilmişdir. Həmin razılaşmaların 1.2-ci bəndinə əsasən kredit alan bu razılaşmanın ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına uyğun olaraq krediti və faizi banka qaytarmağı öz öhdəsinə götürür. Kredit razılaşmalarının 4.1.1-ci bəndinin tələbinə görə kredit müqaviləsi imzalandıqdan sonra 30 gün ərzində kredit alan krediti hesabından çıxarmazsa, bank kredit alana kredit verməkdən imtina etmək və ondan bu kredit müqaviləsinin 1.1-ci bəndində göstərilmiş illik faiz dərəcəsinin 1/12 hissəsinə bərabər məbləğdə cərimə faizi hesablayıb tələb etmək hüququna malikdir. Kredit razılaşmalarının 4.2.2-ci bəndinin tələbinə görə kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa Cavabdeh2 ilə iddiaçı arasında imzalanmış xx.xx.2022-ci il tarixli sazişə əsasən müqaviləyə və ödəniş planına dəyişiklik olunmuşdur. Həmin dəyişikliyə əsasən xx.xx.2022-ci il tarixli yeni ödəniş planı imzalanmış və yeni ödəniş planına əsasən Cavabdeh2 24 ay ərzində, hər ay 620.00 manat, sonuncu ay isə 618.38 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan ödəniş sənədlərindən görünür ki, Cavabdeh2 **********815914 nömrəli hesabına 16500 manat məbləğində pul köçürülmüşdür. xx.xx.2019-cu il tarixli 001S**********03 nömrəli (zamin Cavabdeh3) zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə bankla borclu – Cavabdeh2 arasında uzunmüddətli kredit müqaviləsi, “Bank qarantiyası verilməsi haqqında müqavilə”, “Akkreditiv açılması üçün razılaşma” (gələcəkdə bağlanacaq) və “Bank hesabının kreditləşməsi barədə razılaşma” formasında ayrıca razılaşmalar (Kredit razılaşmaları) üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. xx.xx.2022-ci il tarixli 001S**********01 nömrəli (zamin Cavabdeh1) zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə bankla borclu – Cavabdeh2 arasında uzunmüddətli kredit müqaviləsi, “Bank qarantiyası verilməsi haqqında müqavilə”, “Akkreditiv açılması üçün razılaşma” (gələcəkdə bağlanacaq) və “Bank hesabının kreditləşməsi barədə razılaşma” formasında ayrıca razılaşmalar (Kredit razılaşmaları) üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən, borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımasını bəyan etmişdir. Həmin Müqavilələrnin 4.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı andan qüvvəyə minir və uzunmüddətli kredit müqaviləsinin müddəti bitdikdən sonra 3 (üç) il müddətinə qüvvədədir. Cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə onların ödənilməmiş borcları qalmışdır. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərdən xx.xx.2021-ci il tarixli 001R********** saylı kredit razılaşması üzrə 7148.69 manat əsas borcunun və 1174.31 manat faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. Cavabdehlər iddia tələbi ilə bağlı hər hansı bir əsaslı və müvafiq sübutlarla əsaslnadırılmış etiraz bildirməmiş, ümumi xarakterli etiraz bildirsə də, borc məbləğlərini mübahisələndirməmiş, bu səbəbdən məhkəmə borc məbləği ilə bağlı hər hansı bir əsaslı arqument olmadığından əlavə araşdırma, yəni ekspertiza təyin etmə, sorğu vermə və.s və digər prosessual hərəkətlər aparmamışdır. Məhkəmə iddia tələbinin “403.53 manat məbləğində cərimə borcunun tutulması” hissəsinə münasibətdə bildirir ki, tərəflər arasında bağlanmış müqavilənin 4.2.2-ci bəndinin tələbinə görə kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə hesab edir ki, tərəflərin əmlak mənafeləri, iddiaçının məhkəməyə vaxtında müraciət etməməsi və digər hallar nəzərə alınmaqla iddiaçı 100 manat cərimə borcunun tutulmasını tələb etməkdə haqlıdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada xx.xx.2021-ci il tarixli 001R********** saylı kredit razılaşması üzrə 7148.69 manat əsas borcu, 1174.31 manat faiz borcu və 100 manat cərimə borcu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən 100 manat mediasiya xərci ödənildiyindən həmin xərc tələb edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 308 nömrəli Qərarı ilə təsdiq edilmiş “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”nin 3.3-cü bəndinə əsasən iddia qiyməti 1001 manatdan 5000 manatadək olduqda mediasiya xərci 100 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia əsas borca və faiz borcuna münasibətdə təmin edildiyindən 104.69 manat dövlət rüsumu və 100 manat mediasiya xərci cavabdehlərdən tutulmalıdır.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada kredit razılaşmasına əsasən 7148.69 manat əsas borc, 1174.31 manat faiz borcu, 100 manat cərimə borcu, 100 manat mediasiya xərci və 104.69 manat dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov