Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-567/2023 30.05.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “Cavabdeh4 ilə bağlanmış xx.xx.2021-ci il tarixli 009R********** nömrəli krеdit razılaşmasının və ona əlavə edilmiş sazişin ləğv edilməsi, cavabdеhlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 müştərək qaydada 009R********** nömrəli krеdit razılaşması üzrə 26109,42 manat məbləğində krеdit bоrcu, 2573,52 manat məbləğində faiz bоrcu və 897,61 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 29580,55 manat məbləğində bоrcun, 200 manat mediasiya xərcinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh2 mülkiyyətində olan ünvan 1 küçəsində mülkiyyətində olan 0,0337 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı 31 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsinin və fərdi yaşayış evinin açıq hərracdan satılması və ümumilikdə cəmi 29580,55 manat məbləğində bоrcun, 200 manat mediasiya xərcinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 15 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 ümumimüştərək qaydada tutulması, Cavabdeh2 mülkiyyətində olan ünvan 1 küçəsində mülkiyyətində olan 0.0337 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı 31 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsinin və fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin evə Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 istifadə hüququnun itirilməsi, onların həmin yaşayış binasından çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “Cavabdeh4 ilə bağlanmış xx.xx.2021-ci il tarixli 009R********** nömrəli krеdit razılaşmasının və ona əlavə edilmiş sazişin ləğv edilməsi, cavabdеhlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 müştərək qaydada 009R********** nömrəli krеdit razılaşması üzrə 26109,42 manat məbləğində krеdit bоrcu, 2573,52 manat məbləğində faiz bоrcu və 897,61 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 29580,55 manat məbləğində bоrcun, 200 manat mediasiya xərcinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh2 mülkiyyətində olan ünvan 1 küçəsində mülkiyyətində olan 0,0337 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı 31 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsinin və fərdi yaşayış evinin açıq hərracdan satılması və ümumilikdə cəmi 29580,55 manat məbləğində bоrcun, 200 manat mediasiya xərcinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 15 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 ümumimüştərək qaydada tutulması, Cavabdeh2 mülkiyyətində olan ünvan 1 küçəsində mülkiyyətində olan 0.0337 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı 31 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsinin və fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin evə Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 istifadə hüququnun itirilməsi, onların həmin yaşayış binasından çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.10-cu maddəsinə əsasən bir neçə müstəqil tələbdən ibarət olan iddialarda iddianın qiyməti bütün tələblərin ümumi məbləği ilə hesablanır. Hazırki iş üzrə iddia tələbinin kredit razılaşmasının ləğv edilməsi hissəsi üzrə ödənilməli dövlət rüsumu xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən qiymətləndirilməyən iddia üzrə 100 manat, borcun ödənilməsi hissəsində isə iddianın qiymətinə uyğun olaraq 178,74 manat olmaqla, ümumilikdə 278,74 manat dövlət rüsumu ödənilməlidir. Buna baxmayaraq iddiaçı tərəfindən 200 manat mediasiya xərci, Şəki Kommersiya Məhkəməsinin hesabına isə 0,10 manat dövlət rüsumu ödənilmişdir. Belə olan halda iddiaçı ödəməli olduğu dövlət rüsumunun yalnız 200,10 manat hissəsindən azad olunmuş, qalan məbləğ isə ödənilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsi və əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə tərəfindən iddiaçının diqqətinə çatdırılır ki, yuxarıda göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “Cavabdeh4 ilə bağlanmış xx.xx.2021-ci il tarixli 009R********** nömrəli krеdit razılaşmasının və ona əlavə edilmiş sazişin ləğv edilməsi, cavabdеhlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 müştərək qaydada 009R********** nömrəli krеdit razılaşması üzrə 26109,42 manat məbləğində krеdit bоrcu, 2573,52 manat məbləğində faiz bоrcu və 897,61 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 29580,55 manat məbləğində bоrcun, 200 manat mediasiya xərcinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh2 mülkiyyətində olan ünvan 1 küçəsində mülkiyyətində olan 0,0337 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı 31 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsinin və fərdi yaşayış evinin açıq hərracdan satılması və ümumilikdə cəmi 29580,55 manat məbləğində bоrcun, 200 manat mediasiya xərcinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 15 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 ümumimüştərək qaydada tutulması, Cavabdeh2 mülkiyyətində olan ünvan 1 küçəsində mülkiyyətində olan 0.0337 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı 31 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsinin və fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin evə Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 istifadə hüququnun itirilməsi, onların həmin yaşayış binasından çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-567/2023
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-567/2023
30.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver