Məhkəmə qərarları › İş №e-2-2(117)-568/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-568/2024

29.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-568/2024 29.05.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “cavabdеhlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 026R********** nömrəli krеdit razılaşması üzrə 4866.6 manat məbləğində krеdit bоrcu, 318.09 manat məbləğində faiz bоrcu və 60 manat məbləğində cərimə borcu, cavabdеhlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 026A********** nömrəli krеdit razılaşması üzrə 2342.28 manat məbləğində krеdit bоrcu, 237.55 manat məbləğində faiz bоrcu və 57.15 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 2636.98 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 98.82 manat məbləğində dövlət rüsumunun tutulması” tələbinə dair işə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: xx.xx.2022-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 026L**********77 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən sonuncuya 120 ay müddətinə, faiz dərəcəsinin yuxarı həddi 28 faiz olmaqla 50000 manat məbləğində kredit xətti açılmışdır. Həmin müqavilənin 4.4-cü maddəsinə əsasən kredit faizi qaytarılmalı kredit məbləği üzrə hər gün Bank tərəfindən kreditin verildiyi tarixdən (gündən) onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. 4.9-cu bəndinə əsasən bank kredit alan krediti və faizi banka vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,02 %-i məbləğində cərimə borcu hesablamaq hüququna malikdir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən zamin (Cavabdeh2) kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında kredit alan ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh1 arasında uzunmüddətli kredit və təminat müqaviləsi əsasında 026R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən Cavabdeh1 36 ay müddətinə, illik faiz dərəcəsi 25% оlmaqla 7500 manat məbləğində kredit verilmişdir. xx.xx.2023-cü il tarixdə İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 026A********** nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 24 ay müddətinə, illik faiz dərəcəsi 2,1667 % оlmaqla 2800 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 4.1.5-ci bəndinə əsasən bank kredit alan krediti və ona hesablanmış faizi ödəniş planı üzrə vaxtında və lazımi qaydada banka vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,02 %-i məbləğində cərimə borcu hesablamaq hüququna malikdir. Həmin kredit müqaviləsi əsasında borclunun (Cavabdeh1) öhdəliklərinin icrasını təmin etmək üçün xx.xx.2023-cü il tarixdə bankla zamin Cavabdeh3 arasında 026G**********01 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə ilə sonuncu borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında borclu ilə birlikdə tam məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Cavabdeh1 üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və onun 026R********** nömrəli krеdit razılaşması üzrə ödənilməmiş 4866.6 manat məbləğində krеdit bоrcu, 318.09 manat məbləğində faiz bоrcu və 60 manat məbləğində cərimə borcu, 026A********** nömrəli krеdit razılaşması üzrə 2342.28 manat məbləğində krеdit bоrcu, 237.55 manat məbləğində faiz bоrcu və 57.15 manat məbləğində cərimə borcu qalmışdır. Bu hal xx.xx.2024-cü il tarixə olan maliyyə arayışları və hesabdan çıxarışlarla təsdiq olunur. Cavabdehlər borc məbləğini ödəmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfidnən pretenziya sənədi ilə cavabdehlərdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onlara xəbərdarlıq edilmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən məhkəmə bildirişləri və sənədləri rəsmi qaydada xx.xx.2024-cü il tarixdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 şəxsən ünvanı üzrə, xx.xx.2024-cü il tarixdə digər Cavabdeh3 məhkəmə sənədləri ünvanı üzrə (qardaşı Cavabdeh1) çatdırılmışdır. Buna baxmayaraq cavabdehlər iddia tələbinə qarşı əsaslandırılmış etirazlarını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma, Kredit müqaviləsi Zaminlik müqavilələri, Hesabdan çıxarış, Maliyyə arayışları, Pretenziya və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 470.1, 472.1, 739.2). Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi xx.xx.2022-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh1 arasında uzunmüddətli kredit və təminat müqaviləsi əsasında 026R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən Cavabdeh1 36 ay müddətinə, illik faiz dərəcəsi 25% оlmaqla 7500 manat məbləğində kredit verilmişdir. xx.xx.2023-cü il tarixdə İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 026A********** nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 24 ay müddətinə, illik faiz dərəcəsi 2,1667 % оlmaqla 2800 manat məbləğində kredit verilmişdir. İddiaçı öhdəliklərini yerinə yetirərək 026R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma ilə nəzərdə tutulmuş 7500 manat məbləği, eləcə də, 026A********** nömrəli kredit müqaviləsi ilə nəzərdə tutulmuş 2800 manat məbləği Cavabdeh1 vermiş, sonuncu isə hər iki müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və onun ödənilməmiş 026R********** nömrəli krеdit razılaşması üzrə ödənilməmiş 4866.6 manat məbləğində krеdit bоrcu, 318.09 manat məbləğində faiz bоrcu və 60 manat məbləğində cərimə borcu, 026A********** nömrəli krеdit razılaşması üzrə 2342.28 manat məbləğində krеdit bоrcu, 237.55 manat məbləğində faiz bоrcu və 57.15 manat məbləğində cərimə borcu qalmışdır. Bu hal xx.xx.2024-cü il tarixə olan maliyyə arayışları və hesabdan çıxarış sənədləri ilə təsdiq olunur. Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən zamin Cavabdeh2, o cümlədən, 026G**********01 nömrəli zaminlik müqaviləsi üzrə zamin Cavabdeh3 borclu Cavabdeh1 ilə birgə bank qarşısında sonuncunun öhdəlikləri üçün birgə məsuliyyət daşıdıqlarından 026R********** nömrəli krеdit razılaşması üzrə cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 ödənilməmiş 4866.6 manat məbləğində krеdit bоrcu, 318.09 manat məbləğində faiz bоrcu və 60 manat məbləğində cərimə borcu, 026A********** nömrəli krеdit razılaşması üzrə cavabdеhlər Cavabdeh1 və Cavabdeh3 2342.28 manat məbləğində krеdit bоrcu, 237.55 manat məbləğində faiz bоrcu və 57.15 manat məbləğində cərimə borcu tutularaq iddiaçının xeyrinə ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası Müki Məcəlləsinin 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 112.1.10-cu maddəsinə əsasən bir neçə müstəqil tələbdən ibarət olan iddialarda iddianın qiyməti bütün tələblərin ümumi məbləği ilə müəyyən edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci və 8.2-ci maddələrinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 98,82 manat təşkil edir. İddia tələbi təmin edildiyindən ödənilmiş cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 026R********** nömrəli krеdit razılaşması üzrə 4866.6 manat əsas, 318.09 manat faiz bоrcu, 60 manat cərimə borcu, cavabdеhlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 026A********** nömrəli krеdit razılaşması üzrə 2342.28 manat əsas, 237.55 manat faiz bоrcu, 57.15 manat cərimə borcu və 98,82 manat dövlət rüsumu tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar