Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-569/2024 27.06.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “cavabdеhlərdən müştərək qaydada 18247.36 manat məbləğində krеdit bоrcu, 7937.13 manat məbləğində faiz bоrcu və 13220.96 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 39405,45 manat məbləğində bоrcun, ödənilmiş 200 manat məbləğində mediasiya xərcinin və 8.22 manat məbləğində dövlət rüsumunun tutulması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: xx.xx.2015-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 035L**********15 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən sonuncuya 120 ay müddətinə 150000 manat məbləğində uzunmüddətli kredit xətti açılmışdır. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan kredit razılşaması ilə müəyyən olunur. Eyni zamanda uzunmüddətli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq xx.xx.2015-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh1 və Cavabdeh3 arasında borcalan uzunmüddətli kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə həmin müqavilədən irəli gələn öhdəliklərin tam yerinə yetirilməsi barədə 035S**********03 və 035S**********01 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Uzunmüddətli kredit müqaviləsi üzrə tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 035R********** nömrəli kredit razılaşmasına əsasən Cavabdeh2 30 ay müddətinə aylıq faiz dərəcəsi 2 % olmaqla 23000 manat məbləğində kredit verilmişdir. xx.xx.2020-ci il tarixli, 035R**********S nömrəli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi barədə sazişdən göründüyü kimi xx.xx.2019-cu il tarixli 035R********** nömrəli kredit razılaşması üzrə kreditlər və ona hesablanmış fazilər xx.xx.2020-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödənilməlidir. xx.xx.2020-ci il tarixli, 035R**********SA nömrəli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi barədə sazişdən göründüyü kimi xx.xx.2019-cu il tarixli 035R********** nömrəli kredit razılaşması üzrə kreditlər və ona hesablanmış fazilər xx.xx.2020-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödənilməlidir. xx.xx.2021-ci il tarixli, 035R**********SB nömrəli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi barədə sazişdən göründüyü kimi xx.xx.2019-cu il tarixli 035R********** nömrəli kredit razılaşması üzrə kreditlər və ona hesablanmış fazilər xx.xx.2021-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödənilməlidir. Cavabdehlər kredit müqaviləsi və kredit razılaşması üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən ödənilməmiş borcları qalmışdır. Borc ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, cavabdehlər öhdəliklərini icra etmədiklərindən kredit müqaviləsi üzrə ödənilməmiş borcları qalmışdır. Bu hal iş materillarında olan maliyyə arayışı və hesabdan çıxarışla təsdiq olunur. Cavabdeh2 xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, 2019-cu ildə 23000 manat kredit götürmüşdür. Əvvəl götürdüyü kreditləri vaxdında ödəmişdir. Pandemiya olduqdan sonra ödənişləri edə bilməmişdir. Hazırda 18247,36 manat kredit borcum və 7937,13 manat faiz borcu vardır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Uzunmüddətli kredit müqaviləsi, Kredit razılaşması, Zaminlik müqavilələri, Maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448.1, 470.1, 472.1, 739.2). Məhkəmə tələbin 18247,36 manat əsas borc və 7937,13 manat faiz borcunun ödənilməsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən araşdırılması zamanı müəyyən edilmişdir ki, uzunmüddətli kredit müqaviləsi üzrə tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 035R********** nömrəli kredit razılaşmasına əsasən Cavabdeh2 30 ay müddətinə aylıq faiz dərəcəsi 2 % olmaqla 23000 manat məbləğində kredit verilmişdir. xx.xx.2020-ci il tarixli, 035R**********S nömrəli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi barədə sazişdən göründüyü kimi xx.xx.2019-cu il tarixli 035R********** nömrəli kredit razılaşması üzrə kreditlər və ona hesablanmış fazilər xx.xx.2020-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödənilməlidir. xx.xx.2020-ci il tarixli, 035R**********SA nömrəli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi barədə sazişdən göründüyü kimi xx.xx.2019-cu il tarixli 035R********** nömrəli kredit razılaşması üzrə kreditlər və ona hesablanmış fazilər xx.xx.2020-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödənilməlidir. xx.xx.2021-ci il tarixli, 035R**********SB nömrəli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi barədə sazişdən göründüyü kimi xx.xx.2019-cu il tarixli 035R********** nömrəli kredit razılaşması üzrə kreditlər və ona hesablanmış fazilər xx.xx.2021-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödənilməlidir. Borc verən borcalan qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliyini yerinə yetirsə də, borc alan Cavabdeh2 öhdəliyini lazımınca yerinə yetirmədiyindən onun ödənilməmiş borcu qalmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh öhdəliyini laımınca yerinə yetirmədiyindən və zaminlər və borclu kreditor qarşısında birgə məsuliyyət daşıdığından 18247,36 manat əsas borc və 7937,13 manat faiz borcu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Belə cavabdehin kredit borcu həm iş materialları, həm də sonuncunun xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında etirafı ilə təsdiq olunur. Tələbin 13220,96 manat cərimə borcunun tutulmasına münasibətdə məhkəmə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) qanunla və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh kredit borclarını ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, həm faizin, həm də cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır. Bu səbəbdən də dəbbə pulunun artmasında iddiaçının təqsirini, tərəflərin əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixli 035R********** nömrəli krеdit razılaşması üzrə əsas borcun 5 faizi həddində 900 manat cərimə tutularaq banka ödənilməli, tələb qalan hissədə rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası Müki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehlərdən tutularaq dövlət gəlirlərinə alınır. 112.1.10-cu maddəsinə əsasən bir neçə müstəqil tələbdən ibarət olan iddialarda iddianın qiyməti bütün tələblərin ümumi məbləği ilə müəyyən edilir. İddiaçı 200 manat mediasiya xərci və 8,22 manat dövlət rüsumu ödəmişdir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddələrinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən (39405,45) ödənilməli dövlət rüsumu 208,22 manat olmalıdır. İddia tələbi qismən təmin edilsə də, məhkəmə sadəcə cərimə məbləğinə münasibətdə ona verilən hüquqlardan istifadə edərək cərimə məbləğini azaltmışdır. Bu səbəbdən ödənilməli cəmi 208,22 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutulmalıdır. İddiaçı onun tərəfindən ödənilmiş 8,22 manat dövlət rüsumunu tələb etdiyindən ödənilməli dövlət rüsumundan 8,22 manat rüsum çıxıldıqda qalan 200 manat cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməli, 8,22 manat dövlət rüsumu isə iddiaçıya ödənilməlidir. Eyni zamanda iddiaçı tərəfindən ödənilmiş və tələb olunan 200 manat mediasiya xərci də cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada 18247.36 manat məbləğində əsas bоrc, 7937.13 manat məbləğində faiz bоrcu, 900 manat cərimə borcu, 200 manat mediasiya xərci və 8,22 manat dövlət rüsumu tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilməmiş 200 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-569/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-569/2024
27.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver